Məhkəmə qərarları › İş №1(012)-625/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-625/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-625/2025 02.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci il Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şuşa rayonu, Malıbəyli Ərazi Dairəsi, Malıbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 01 fevral 2025-ci il gecə saat 23 radələrində yaşadığı ünvan 1 ünvanda onunla qeyri-rəsmi ər-arvad münasibətində olmaqla eyni ünvanda yaşayan Zərərçəkmiş şəxs onun razılığı olmadan mobil telefon vasitəsi ilə sosial şəbəkədən istifadə etməsi ilə bağlı aralarında qısqanclıq zəmnində yaranmış narazılıq üstündə mübahisə etidikdə həmin mübahisə əsnasında əsəbiləşib həmin ünvanda Zərərçəkmiş şəxsnm üzərinə hücum edərək qəsdən əl, sillə, yumruq, təpik zərbələri ilə sonuncunun sifət, əl, baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl vuraraq Zərərçəkmiş şəxs sol gözün ağlı qişasına qansızına ilə müşayiət olunan sol gözün üst və alt göz qapaqlarının qançırşişkinliyi, sol gözaltı nahiyənin və sağ əlin arxa səthinin qançırları, alm nahiyəsinin sol hissəsinin, sol gözün bayır kənarının sıyrıqları ilə müşahidə olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxsnm sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş yekun protokol üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2019-cu ildən qeyri-rəsmi ər-arvad münasibətində yaşayır və bu münasibətdən iki azyaşlı övladı var. Əvvələr münasibətləri yaxşı olsa da, son zamanlar Aysellə aralarında ailə məişət münasibətləri zəmnində sözlə mübahisələri yaranır. Sonuncu dəfə 01 fevral 2025-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman Ayselin ondan xəbərsiz “TikTok” sosial şəbəkəsindən istifadə edib orada tanımadığı şəxslərə hədiyyə göndərdiyini və başqa yad şəxslərlə telefonda danışıb mesajlaşdığım bilib bununla bağlı ona irad bildirərkən aralarında bu səbəbdən, yəni qısqanclıq zəmnində mübahisələri baş vermiş və mübahisə zamanı əsəbiləşərək Ayselin üzərinə gedib qəsdən əl (sillə) zərbələri ilə onun sifətindən, əlindən və bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Bundan sonra Aysel telefonla anasına zəng edib onu döyməyi barədə bildirmişdir. Daha sonra isə Aysel Mehdiabad polis bölməsinə gedib onun barəsində şikayət ərizəsi yazmışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi ər-arvad münasibətində olduğu şəxsdir. Nazimlə 2019-cü ildə ailə həyatıqursa da, rəsmi nigaha daxil olmamışdır. Bu münasibətdən onların iki övladı var. Əvvələr Nazimlə münasibətləri yaxşı olsa da, son zamanlar ailə daxili sözlə mübahisələri yaranır. 01 fevral 2025-ci il saat 23 radələrində yaşadıqları evdə olarkən Nazim evə gəlmiş və onun başqa şəxslərlə telefon vasitəsi ilə danışmaqla xəyanət etdiyini deyərək qısqanclıq zəmnində onunla mübahisə etməyə başlamşdır. Həmin mübahisə zamanı Nazim onun üzərinə gələrək əl (sillə), yumruq və təpik zərbələri ilə sifətinə, başına və bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döyüb xəsarət yetirmişdir. Sonra isə Nazim sözlə ona bıçaqla öldürəcəyini dediyi üçün bundan qorxub anası Zeynəbə bu barədə bildirmiş, anası da telefonla DİN-nin “102” xidmətinə zəng edib onun əri Nazim tərəfindən döyülməyi barədə məlumat vermişdir. Daha sonra isə o, X2 gəlib Nazimin onu döydüyü barədə ərizə ilə müraciət edərək barəsində tədbir görülməsini xahiş etmişdir. Mübahisə zamanı yanlarında başqa kənar şəxs olmamış, mübahisə zamanı Nazimə müqavimət göstərməmiş və onu vurmamış, mübahisə təxminən 5- 6 dəqiqə davam etmiş, mübahisə zamanı səs-küy yaranmamış, mübahisə zamanı Nazimin sadəcə sözlə onu bıçaqla öldürəcəyi ilə hədələmiş, lakin həmin vaxt onun üzərinə bıçaq çıxarmamış və ona bıçaqla xəsarət yetirməmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 237 nömrəli rəyindən görünür ki, 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni səthində aşkar edilmiş xəsarətlər-sol gözün ağlı qişasına qansızına ilə müşayiət olunan sol gözün üst və alt göz qapaqlarının qançırşişkinliyi, sol gözaltı nahiyənin və sağ əlin arxa səthinin qançırları, alın nahiyəsinin sol hissəsinin, sol gözün bayır kənarının sıyrıqları küt əşyanın (əşyaların)təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən cinayət əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliyin tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məhkəmə istintaqı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı işi üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məhkəmə istintaqı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar