Məhkəmə qərarları › İş №1(012)-626/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-626/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-626/2024 11.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1991-ci ildə Ağdam rayonu Yüzbaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orla təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu Xındırıstan Ərazi Dairəsi, Birinci Yüzbaşlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibarından sui- istifadə etmə və aldatma yolu ilə X3 məşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan kiçik sahibkarlara kömək məqsədi ilə 26 baş “Simental" cinsli boğaz inəklər, hər iki inəyə bir ədəd olmaqla 13 ədəd ot üyüdən maşın, hər iki inəyə 150 ot presi və 3 ton yem, qaşov deyilən aparat veriləcəyi adı ilə aldadaraq ondan 2022-ci ilin avqust ayının əvvəllərində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Palma restoranı yaxınlığındakı ət bazarında 2400 (iki min dörd yüz), bundan 10 gün sonra yenə həmin yerdə 1800(min səkkiz yüz) manat, sonuncu dəfə isə üç gün sonra yenə həmin yerdə 3600 (üç min altı yüz) manat olmaqla ümumilikdə 7800 (yeddi min səkkiz yüz) manat pulu vahid niyyətlə alıb ələ keçirməklə zərərçəkmiş Əziz Abdulkərimova xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə, etibarından sui istifadə etmə və aldatma yolu ilə X1 məşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan kiçik sahibkarlara kömək məqsədi ilə 2 baş "Simental” cinsli boğaz inək, bir ədəd otüyüdən maşın, 150 paçka ot presi, 3 ton yem və qaşov deyilən aparat veriləcəyi adı ilə aldadaraq ondan 2022-ci ilin avqust ayının əvvəllərində Abşeron rayonu, Masazır qəsəbəsində işlədiyi qəssabxanada 700 (yeddi yüz) manat pulu alıb ələ keçirməklə zərərçəkmiş Əlibala Abdulkərimova həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə, etibarından sui istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan kiçik sahibkarlara kömək məqsədi ilə 2 baş ‘‘Simental" cinsli boğaz inək, bir ədəd ot üyüdən maşın, 150 paçka ot presi, 3 ton yem və qaşov deyilən aparat veriləcəyi adı ilə aldadaraq ondan 2022ci ilin avqust ayının əvvəllərində Abşeron rayonu, Masaz;r qəsəbəsində, 2 saylı poçtun yaxınlığnda yerləşən qəssabxanada 600 (altı yüz) manat pulu alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin may ayından sentyabr ayının əvvəllərinədək olan müddət ərzində qəssab işlədiyi Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən heyvan bazarından hər biri 260 manat dəyərində cəmi 7800 manat dəyərində olan 30 baş quzunu gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 7800 manat manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Emin adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ət tədarükü üçün heyvanlar topladığını bildirərək ona məxsus heyvanları münasib qiymətə Müdafiə Nazirliyinə satılmasında köməklik göstərəcəyini vəd verib aldadaraq bu məqsədlə xx.xx.2022-ci il tarixdə Cəlilabad rayonunda yerləşən bazarda diri çəkisi 4940 (dörd min doqquz yüz qırx) kq olan 17 baş inəyini alıb ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 19500 manat manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə, etibarından sui istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 məşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan kiçik sahibkarlara kömək məqsədi ilə 2 baş “Simental” cinsli boğaz inək, bir ədəd ot üyüdən maşın, 150 paçka ot presi, 3 ton yem və qaşov deyilən aparat veriləcəyi adı ilə aldadaraq ondan 19 avqust 2022-ci il tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsində 600 (altı yüz) manat pulu alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə, etibarından sui istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 Ağdam rayonundan 34 baş quzu gətirmək adı ilə aldadaraq aldadaraq 2022-ci ilin oktyabr ayında ondan Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən Araz marketdə 1900 (min doqquz yüz) manat pulu alıb ələ keçirməklə zərərçəkmiş Əlibala Abdulkərimova həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, oğurluq hadisəsinin onun tərəfindən törədilmədiyini bildirmiş,digər hissədə istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu cəza təyinində nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, evlidir, bir övladı var və daimi iş yeri olmasa da günəmuzd fəhləliklə məşğul olur. Zərərçəkmiş şəxs1 6 ildən çoxdur ki, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində qəssab fəaliyyəti ilə məşğul olan və mal-qara alveri edən şəxs şəxs kimi tanımışdır. Münasibətləri normal olmuşdur. 2022-ci ilin iyul- avqust aylarında öz-özünə məşğulluq proqramı çərçivəsində və kənd təsərrüfatın inkişafı ilə əlaqədar, kiçik sahibkarlara, hansısa şirkət tərəfindən xarici dövlətdən gətirilmiş iri buynuzlu mal-qara yəni, 2 baş “Simental” cinsli boğaz inək, ot üyüdən maşın, 150 paçka ot presi, 3 ton yem, qaşov, deyilən aparat verildiyini bilmişdir. Bu barədə təsadüfən söhbət düşəndə Əziz Abdulkərimova da demiş, təxminən bir həftə sonra Zərərçəkmiş şəxs1 da həmin proqramdan yararlanmaq istədiyini bildirmişdir.O da dövlət tərəfindən bu işlərin təmənnasız olaraq görüldüyünü bildiyi üçün, yəni bır neçə tanışlarının həmin proqramdan yararlandıqları üçün Əziz Abdulkərimova da kömək edə biləcəyini düşünmüş və bu işi görmək üçün 600 manat pul lazım olduğunu demişdir. 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 onunla görüşüb ümumilikdə 7 (yeddi) ailə üçün 26 (iyirmi altı) baş “Simental” cinsli boğaz inəklər və hər iki inəyə bir ədəd ot üyüdən maşın, 150 paçka ot presi, 3 ton yem, qaşov deyilən aparatlar almaqdan ötrü 7800 manat pul vermişdir. O da həmin pulun qarşılığında Əzizin istədiyi işləri 11 sentyabr 2022-ci ilədək yekunlaşdıracağını demişdir. Lakin həmin müddət ərzində o, dediyi işi görə bilməmiş, pulun bir hissəsini xərclədiyi üçün geri qaytara bilməmişdir. Qalan pul ilə də mal-heyvan alveri edərək borclarını qaytarmaq istəmişdir. Lakin, biznesi alınmamış və qaytarmağa pulu qalmamışdır. Zərərçəkmiş şəxs1 ona 7800 məbləğində pulu üç dəfəyə vermişdir. Belə ki, Zərərçəkmiş şəxs1 ona birinci dəfə 2022-ci ilin avqust ayının əvvəllərində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Palma restoranı yaxınlığındakı ət bazarında 2400 (iki min dörd yüz), ikinci dəfə bundan 10 gün sonra yenə həmin yerdə 1800(min səkkiz yüz) manat, 3-cü dəfə iki-üç gün fərqlə yenə həmin yerdə 3600 (üç min altı yüz) manat pul vermişdir. Zərərçəkmiş şəxs1 ona pul verərkən yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində Zərərçəkmiş şəxs1 vəd verdiyi işi görə bilmək üçün real imkanları olmadığını, əvvəlcə, öz-özünə məşğulluq proqramı çərçivəsində və kənd təsərrüfatın inkişafı ilə əlaqədar yaradılmış dövlət proqramı çərçivəsində ümumilikdə 7 (yeddi) aiiə üçün 26 (iyirmi altı) baş “Simentai" cinsli boğaz inəklər və hər iki inəyə bir ədəd ot üyüdən maşın, 150 paçka ot presi. 3 ton yem, qaşov, deyilən aparatlar almaqdan ötrü Ağdam rayonu Məşulluq İdarəsi ilə şifahi maraqlandığını, orada müraciətçilərin bir başa özlərinin həmin sənədləşmələrdə iştirak etməli olduqları və rayon ərazisində yaşamalarının vacib şərt olduğu, heyvan saxlamaq üçün Ağdam rayonu ərazisində yerlərinin olub-olmadığını yoxlamaq lazım gəldiyini dedikə verdiyi vədə əməl edə bilməyəcəyini bilmiş, həmin vaxt pulun bir qismini xərclədiyi üçün qaytara bilməmişdir. Qalan hissəsi ilə isə mal- heyvan alveri etmək istəmiş, lakin, müflis olduğu üçün pul qaytara bilməmişdir. X4 ilə aralarındaa ədavət, düşmənçilik və ya qərəzli münasibət olmamışdır. X2 aldığı puldan heç kimə pul verməmiş, Əziz Abdulkərimovu aldadaraq pulunu ələ keçirəcəyi barədə əvvəlcədən heç kimin məlumatı olmamış, qeyd olunan dələduzluq əməlini tək halda etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 təxminən 2016-ci ildən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən, “Palma” şadlıq evinin arxasında yerləşən qəssabxanada qəssab fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımış, aralarında heç bir narazılıq və ədavət olmamışdır, bir-birlərinə inanmışlar. 2022-ci ilin avqust ayının əvvəllərində, Əlibala Abdulkərimov onun qardaşı Əziz Abdulkərimova öz-özünə məşğulluq proqramı çərçivəsində və kənd təsərrüfatın inkişafı ilə əlaqədar yaradılmış dövlət proqramı vasitəsilə iribuynuzlu heyvanlar almaqda kğöməklik etmək barədə razılıq verdiyini bilib həmin məsələdə ona da köməklik etməyini istəmişdir. O da kiçik sahibkarlara hansısa şirkət tərəfindən xarici dövlətdən gətirilmiş 2 baş boğaz inək, ot üyüdən maşın, 150 paçka ot presi, 3 ton yem və qaşov deyilən aparat almaqda köməklik etmək üçün Əlibala Abdulkərimovdan 700 (yeddi yüz) manat pul istəmiş, sonuncu da onunla razılaşmış və ona 700 manat pul vermişdir. O da həmin pulun qarşılığında onun istədiyi işləri 2022-ci ilin sentyabr ayınadək yekunlaşdıracağını demiş, lakin həmin müddət ərzində dediyi işi görə bilməmiş, pulun bir hissəsini xərclədiyi üçün geri qaytara bilməmişdir. Qalan pul ilə də malheyvan alveri edərək borclarını qaytarmaq istəmişdir. Lakin, biznesi alınmamış və qaytarmağa pulu qalmamışdır Zərərçəkmiş şəxs3 ona 700 manat məbləğində pulu 2022-ci ilin avqust ayının əvvəllərində Abşeron rayonu, Masazır qəsəbəsində, işlədiyim qəssabxanada vermiş, həmin vaxt yanlarında heç kim olmamışdır. Zərərçəkmiş şəxs3 vəd verdiyi işi görə bilmək üçün real imkanları olmamışdır. Əvvəlcə, o, öz-özünə məşğulluq proqramı çərçivəsində və kənd təsərrüfatın inkişafı ilə əlaqədar yaradılmış dövlət proqramı çərçivəsində ümumilikdə boğaz inəklər və hər iki inəyə bir ədəd ot üyüdən maşın, 150 paçka ot presi, 3 ton yem, qaşov, deyilən aparatlar almaqdan ötrü Ağdam rayonu Məşulluq İdarəsi ilə şifahi maraqlanmış, orada ona müraciətçilərin bir başa özlərinin həmin sənədləşmələrdə iştirak etməli olduqları və rayon ərazisində yaşamalarının vacib şərt olduğu, heyvan saxlamaq üçün Ağdam rayonu ərazisində yerlərinin olub-olmadığını yoxlamaq lazım gəldiyini dedikə o, verdiyi vədə əməl edə bilməyəcəyini bilmiş, həmin vaxt pulun bir qismini xərclədiyi üçün qaytara bilməmişdir. Qalan hissəsi ilə isə mal- heyvan alveri etmək istəmiş, lakin müflis olduğu üçün pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs3 ilə aralarında ədavət, düşmənçilik və ya qərəzli münasibət olmamış, sonuncudan aldığı puldan başqa bir şəxsə pul verməmiş. Zərərçəkmiş şəxs3 aldadaraq pulunu ələ keçirəcəyi barədə əvvəlcədən heç kimin məlumatı olmamışdır. Qeyd olunan dələduzluq cinayətini tək halda etmişdir. Zərərçəkmiş şəxs3 aldatmaq məqsədi ilə vəd verdiyi işi görə bilmək üçün Hüseyn adlı DTX-da işləyən qohumunun ona kömək edəcəyini deməklə sonuncunu inandırmışdır. Əslində Hüseyn adlı şəxsi tanımır, həmin adı şərti olaraq demişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 qoyun-quzu alıb satmaqla, bəzən də qəssablıq etməklə məşğul olan şəxs kimi tanımışdır. Aralarında əvvəilər heç bir narazılıq və ədavət olmamışdır. 2022-ci ilin avqust ayının əvvəllərində, Zərərçəkmiş şəxs2 qohumu Əziz Abdulkərimmova öz-özünə məşğulluq proqramı çərçivəsində və kənd təsərrüfatının inkişafı ilə əlaqədar yaradılmış dövlət proqramı vasitəsilə iribuynuzlu heyvanlar almaqda köməklik etmək barədə razılıq verdiyini bilib həmin məsələdə ona da köməklik etməyini istəmişdir. O da kiçik sahibkarlara hansısa şirkət tərəfindən xarici dövlətdən gətirilmiş 2 baş boğaz inək, ot üyüdən maşın, 150 paçka ot presi, 3 ton yem və qaşov deyilən aparat almaqda köməklik etmək üçün ondan 600 (altı yüz) manat pul istəmiş, o da Əziz Abdulkərimovla razılaşmış və 2022-ci ilin avqust ayının əvvəllərində Abşeron rayonu, Masazır qəsəbəsində, 2 saylı poçtun yaxınlığnda ona 600 manat pul vermişdir. O da həmin pulun qarşılığında Zərərçəkmiş şəxs2 istədiyi işləri 2022-ci ilin sentyabr ayınadək yekunlaşdıracağını demişdir. Lakin, həmin müddət ərzində dediyi işi görə bilməmiş, pulun bır hissəsini xərclədiyi üçün geri qaytara bilməmişdir. Qalan pul ilə də mal-heyvan alveri edərək borclarını qaytarmaq istəmişdir. Lakin, biznesi alınmamış və qaytarmağa pulum qalmamışdır. Zərərçəkmiş şəxs2 ona 600 manat məbləğində pulu 2022-ci ilin avqust ayında Abşeron rayonu Masazır qəsəbəsində, 2 saylı poçtun yaxınlığında yerləşən və qardaşının işlədiyi qəssabxanada vermiş. Zərərçəkmiş şəxs2 ona pul verərkən yanlarında heç kim olmamışdır. Zərərçəkmiş şəxs2 vəd verdiyi işi görə bilmək üçün real imkanları olmamışdır. Əvvəlcə, o, öz-özünə məşğulluq proqramı çərçivəsində və kənd təsərrüfatın inkişafı ilə əlaqədar yaradılmış dövlət proqramı çərçivəsində ümumilikdə boğaz inəklər və hər iki inəyə bir ədəd ot üyüdən maşın, 150 paçka ot presi, 3 ton yem, qaşov, deyilən aparatlar almaqdan ötrü Ağdam rayonu Məşulluq İdarəsi ilə şifahi maraqlanmış, orada ona müraciətçilərin bir başa özlərinin həmin sənədləşmələrdə iştirak etməli olduqları və rayon ərazisində yaşamalarının vacib şərt olduğu, heyvan saxlamaq üçün Ağdam rayonu ərazisində yerlərinin olub- olmadığını yoxlamaq lazım gəldiyini dedikə o, verdiyi vədə əməl edə bilməyəcəyini bilmiş, həmin vaxt pulun bir qismini xərclədiyi üçün qaytara bilməmişdir. Qalan hissəsi ilə isə mal-heyvan alveri etmək istəmiş, lakin, müflis olduğu üçün pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2 ilə aralarında ədavət, düşmənçilik və ya qərəzli münasibət olmamışdır. Sonuncudan aldığı puldan başqa bir şəxsə pul verməmiş, Zərərçəkmiş şəxs2 aldadaraq pulunu ələ keçirəcəyi barədə əvvəlcədən heç kimin məlumatı olmamışdır. Qeyd olunan dələduzluq cinayətlərini tək halda etmişəm. Zərərçəkmiş şəxs2 aldatmaq üçün vəd verdiyi işi görə bilmək üçün Ağdam rayon Məşğulluq İdarəsində işləyən Hüseyn adlı qohumunun ona kömək edəcəyini deməklə sonuncunu inandırmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs4 ilə Abşeron rayonu Masazır qəsəbəsində ət bazarında şərik işləmiş, həmin bazarda onunla birlikdə alver etmişlər. 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs4 onun bir neçə nəfərə öz-özünə məşğulluq proqramı çərçivəsində və kənd təsərrüfatının inkişafı ilə əlaqədar yaradılmış dövlət proqramı vasitəsilə iribuynuzlu heyvanlar almaqda köməklik etmək barədə razılıq verdiyini bilib həmin məsələdə ona da köməklik etməyini istəmdişdir. O da kiçik sahibkarlara hansısa şirkət tərəfindən xarici dövlətdən gətirilmiş 2 baş boğaz inək, ot üyüdən maşın, 150 paçka ot presi 3 ton yem və qaşov deyilən aparat almaqda köməklik etmək üçün Zərərçəkmiş şəxs4 609 (yeddi yüz) manat pul istəmişdir. Zərərçəkmiş şəxs4 da onunla razılaşmış və xx.xx.2022- ci il tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsində ona 600 (altı yüz) manat pul vermişdir. O da həmin pulun qarşılığında onun istədiyi işləri qısa müddətə yekunlaşdıracağını demişdir. Lakin həmin müddət ərzində o, dediyi işi görə bilməmiş, pulun bir hissəsini xərclədiyi üçün geri qaytara bilməmiş, qalan pul ilə də mal-heyvan alveri edərək borclarını qaytarmaq istəmişdir. Lakin, biznesi alınmamış və qaytarmağa pulu qalmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs4la şərikli qoyun-quzu alıb kəsərək satmaq işi ilə şərikli məşğul olmuşlar və alverin hesabatını Pərviz aparmışdır. Çox vaxt isə alverdən gəlir əldə etmədiyini demişdir. 2022-ci ilin oktyabr ayının ortalarında Pərviz 34 baş quzu almaq üçün Abşeron rayonu Masazır qəsəbəsində ona 1900 manat pul vermiş, həmin pula quzu alıb gətirmək istəsə də həmin quzuların bir qismi xəstə olduğundan ölmüş, digərlərini də ucuz qiymətə satmışdır. Pərviz ona gəlirdən pul vermədiyinə görə o da satılmış heyvanların pulundan onda qalmış 500 manat məbləğində pulu Pərvizə verməmişdir. xx.xx.2022- ci il tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsində vermişdir. Zərərçəkmiş şəxs4 ona pul verərkən yanlarında heç kim olmamışdır. Zərərçəkmiş şəxs4 vəd verdiyi işi görə bilmək üçün real imkanları olmamışdır. Əvvəlcə, o, öz-özünə məşğulluq proqramı çərçivəsində və kənd təsərrüfatın inkişafı ilə əlaqədar yaradılmış dövlət proqramı çərçivəsində ümumilikdə boğaz inəklər və hər iki inəyə bir ədəd ot üyüdən maşın, 150 paçka ot presi, 3 ton yem, qaşov, deyilən aparatlar almaqdan ötrü Ağdam rayonu Məşulluq İdarəsi ilə şifahi maraqlanmış, orada ona müraciətçilərin birbaşa özlərinin həmin sənədləşmələrdə iştirak etməli olduqları və rayon ərazisində yaşamalarının vacib şərt olduğu, heyvan saxlamaq üçün Ağdam rayonu ərazisində yerlərinin olub-olmadığını yoxlamaq lazım gəldiyini dedikə o, verdiyi vədə əməl edə bilməyəcəyini bilmiş, həmin vaxt pulun bir qismini xərclədiyi üçün qaytara bilməmişdir. Qalan hissəsi ilə isə mal-heyvan alveri etmək istəmiş, lakin, müflis olduğu üçün pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs4 ilə aralarında ədavət, düşmənçilik və ya qərəzli münasibət olmamışdır. Zərərçəkmiş şəxs4 aldığı puldan başqa bir şəxsə pul verməmiş, Zərərçəkmiş şəxs4 aldadaraq pulunu ələ keçirəcəyi barədə əvvəlcədən heç kimin məlumatı olmamış, qeyd olunan dələduzluq cinayətlərini tək halda etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2021-ci ilin may ayından Abşeron rayonu Masazır qəsəbəsində qohumu Şahid1 ilə şərikli olaraq iri və xırda buynuzlu mal-qara saxlamaqla və kəsib satmaqla məşğul olurlar. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs 6 ildən çoxdur ki, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində qəssab fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımışdır. Münasibətləri normal olmuşdur. Sonradan ona qarşı dələduzluq etməsinə görə barəsində Abşeron RPİ-nə ərizə ilə müraciət etmiş, törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılmışdır. Nofərlə münasibətlərinin normal olan vaxtlarında birlikdə işləmişlər. Belə ki, o, respublikanın müxtəlif rayonlarından alıb-gətirdiyi xırda dırnaqlı heyvanları Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Palma restoranı yaxınlığındakı ət bazarında olan və özünə məxsus ərazidəki saxlanc yerində saxlamışdır. Təqsirləndirilən şəxs isə onun göstərişi ilə bildirdiyi sayda heyvanları kəsib sifarişçilərə çatdırılınası üçün göndərdiyi taksiyə yükləyir və kəsib-soyduğu hər heyvan üçün isə pulunu almışdır. xx.xx.2023-cü il tarixdə o, Cəlilabad rayonunda olduğu vaxt Nofər ona zəng edib harada olmağı ilə maraqlanmış, o da Cəlilabad rayonunda olduğunu, heyvan alıb aparmaq istədiyini dedikdə Nofər ona Emin adlı şəxsin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ət tədarükü üçün heyvanlar topladığını, həmin heyvanları təhvil verdikdən sonra isə pulunu götürüb heyvan sahiblərinə verdiyini bildirib onda olan iribuynuzlu heyvanları nisyə satmağını təklif etmişdir. O isə Emin adlı şəxsi tanımadığı üçün etibar edə bilməyəcəyini bildirdikdə Nofər, Emin adlı şəxsin Dövlət Təhlükəsizlik Xidmətinin hansı rayon təşkilatının rəisi olan Hüseyn adlı şəxsin bacısı oğlu olduğunu, həmin şəxsin geniş əlaqələrinin olduğunu, həmçinin bir neçə restoran və şadlıq saraylarına da ətlik heyvanlar alıb-satdığını, Emin adlı şəxsə özünün zamin olduğunu bildirmişdi.. O da Təqsirləndirilən şəxs inanmış və Cəlilabad rayonunda 17 baş iribuynuzlu heyvan aldığını, həmin heyvanları sata biləcəyini demişdir. Nofər də heyvanların qiymətini razılaşıb almaq üçün Eminlə birlikdə onun yanına gələcəklərini bildirmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs və Emin adlı şəxs “Mercedes Ateko” markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Cəlilabad rayonuna gəlmişlər. Həmin yerdə onlar 15 inəyi tərəzidə çəkib ümumi çəkini yar.ya böldükdən sonra, yəni təmiz ətinin təxmini çəkisini müəyyən etdikdən sonra hər kiloqramını 7 manat 60 qəpikdən olmaqla, digər 2 inəyin isə çəkisini 500 kq dəyərləndirib yarı çəkisini, yəni 250 kq təmiz ətinin hər kiloqramını 11 manatdan olmaqla hesablaşmağa razılaşmışlar. Bu məqsədlə də onlar Cəlilabad rayonunda yerləşən Avanqard MMC-yə məxsus olan tərəziyə yaxınlaşmışlar. Əvvəlcə inəkləri aparmaq üçün gəlmiş “Mercedes Ateko” markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin çəkisinin 5130(beş min yüz otuz) kiloqram olduğunu müəyyən etmişlər. Bundan sonra isə 17 baş heyvanları həmin yük avtomobilinə yükləyib ümumi çəkisinin 10070 (on min yetmiş) kiloqram olduğunu müəyyən eləmişlər. 10070 (on min yetmiş) kiloqram ümumi çəkidən yük avtomobilinin 5130(beş min yüz otuz) kiloqram həcmdə olan çəkisini çıxdıqdan sonra 17 baş inəyin çəkisinin 4940 (dörd min doqquz yüz qırx) kiloqram olmasını müəyən etmişlər. 4940 (dörd min doqquz yüz qırx) kiloqramdan isə iki baş inəyə görə 500 (beş yüz) kiloqram çıxdıqdan sonra 15 baş inəyin diri çəkisini 4440 (dörd min dörd yüz qırx) kiloqram, təmiz ət çəkisini isə həmin çəkinin yarısı qədər yəni 2220 (iki min iki yüz iyirmi) kiloqram olmasını müəyyən etmişlər. Bundan sonra 2220 (iki min iki yüz iyirmi) kiloqram ətin hər kiloqramını 7 manat 60 qəpikdən olmaqla - 16872 manata, digər 2 inəyin isə diri çəkisini 500 kq, yarı çəkisini - yəni 250 kq təmiz ətinin hər kiloqramını 11 manatdan olmaqla qiymətini 2750 manata, ümumilikdə 17 baş inəyə görə isə 19622 manata heyvanları satmaq barədə razılığa gəlmişlər. Həmin vaxt qiyməti yuvarlaşdıraraq ona cəmi 19500 (on doqquz min beş yüz) manat pul verilməsini Emin və Nofər adlı şəxslərdən istəmişdir. Onlar da razılaşıb onun yanından getmişlər. Bundan sonra isə vəd verdikləri vaxtda yəni, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o, Təqsirləndirilən şəxslə əlaqə saxladıqda Nofər heyvanların pulunu aldığını və ona gətirəcəyini, lakin bir neçə saat ləngiyərək axşam saatlarında pulunu verəcəyini bildirmişdir. Həmin gün axşam saatlarında o, Nofərin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etdikdə onun telefonuna zəng çatmadığını müəyyən etmişdir. Bundan sonra hal-hazırda xatırlamadığı, xx.xx.2022-ci il tarixdə Eminin ona zəng etdiyi mobil telefon nömrəsi ilə əlaqə saxladıqda o, heyvanları almadığını, əslində heyvanları Nofərin aldığını, öz adı ilə heyvanları istəyəcəyi halda ona etiraz edəcəyini bildiyi üçün onun adından istifadə etdiyini, onu Hüseyn adlı şəxsin bacısı oğlu kimi təqdim etdiyini, Hüseyn adlı şəxsi tanımadığını, həmin şəxslə əlaqəsinin olmadığını, özünün Nofərin tanışı olmasını bildirmişdir.O da Nofərin və Emin adlı şəxsin birlikdə onu aldadaraq 17 baş inəyi dələduzluq yolu ilə ələ keçirdiklərini xatırladıb barələrində polisə şikayət edəcəyini dedikdə Emin şikayət etməməyini xahiş edib Nofərin qohumlarına bu barədə deyəcəyini və qohumlarının ona dəymiş ziyanı ödəyəcəyini demişdir. Bundan sonra Nofərin anası kimi özünü təqdim edən şəxs onun mobil telefon nömrəsinə zəng edərək ona dəymiş ziyanı qaytarmaq üçün vaxt verməyini xahiş eləsə də heç kim ona vurulmuş maddi ziyanı qaytarmamışdır. Bundan başqa, 2023-cü ilin avqust-sentyabr aylarında ona məxsus quzuların Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Palma restoranı yaxınlığındakı ət bazarından hissə- hissə oğurlandığını hiss eləmişdir. Lakin, quzuların konkret kim tərəfindən oğurlanmasını bilmədiyi üçün həmin ərəfələrdə şikayət etməmişdir. Lakin, sonradan heyvan satdığı yerə gələn taksi sürücülərindən və bəzi qəssablardan öyrənmişdir ki Təqsirləndirilən şəxs ona məxsus olan 30 baş quzunu kəsib-soyduqdan sonra müxtəlif qəssabxanalara satmışdır. Əziz Abdulkərimov həmçinin ifadəsində Təqsirləndirilən şəxs 17 baş inəyi xx.xx.20223-cü ıl tarixdə saat 22:23-dən xx.xx.2023-cü il tarixdə saat 02:16-dək olan müddət ərzində Cəlilabad rayonunda yerləşən "xxxx" MMC-nə məxsus olan tərəzidə çəkib Şahid1 Sərhad oğlunun, Şahid2 və Adil adlı şəxsin yanında Təqsirləndirilən şəxs və Emin adlı şəxsə verdiyini, həmin vaxt Təqsirləndirilən şəxs Emin adlı şəxsi Hüseyn adlı yüksək vəzifəli şəxsin bacısı oğlu kimi təqdim etdiyini, həmçinin Eminin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ət tədarükü üçün heyvanlar topladığını, həmin heyvanları təhvil verdikdən sonra isə pulunu götürüb heyvan sahiblərinə verdiyini bildirib onu inandırdığını, Təqsirləndirilən şəxs Akif adlı taksi sürücüsünün idarə etdiyi “Mercedes E klass” markalı avtomobili ilə ondan oğurladığı quzuları Hacı adlı qəssabın Xırdalan şəhərində yerləşən qəssabxanasında ona satdığını, bəzilərini isə Xırdalan şəhərində yerləşən Emin şadlıq sarayın həyətində olan sahibini tanımadığı şəxsə verdiyini, bundan başqa Təqsirləndirilən şəxs Ruslan adlı şəxsə 250 manat borcu olduğunu, ona məxsus olan bir ədəd quzunu Hacı adlı şəxsə satıb pulunu aldıqdan sonra həmin pulun 250 manatını Ruslana verib, qalan hissəsini isə özü ilə götürdüyünü, Ruslana həmin quzunu kəsib-satması barədə ona məlumat verdiyini deməsini, bu barədə Akif və Ruslan adlı şəxslərin özlərinin ona məlumat verdiklərini eyni zamanda sonradan Nofərin quzuları kəsib-soyduqdan sonra satmaq üçün daşıdığı taksi sürücüləri Elmaz və Akif adlı şəxslərdən öyrənmişdir. Təqsirləndirilən şəxs tərfindən ona məxsus olan 17-25 kq çəkilərində, 6-10 aylıq 30 baş quzu oğurlanmışdır. Həmin quzuların orta bazar qiyməti 7800 (yeddi min səkkiz yüz) manat təşkil edir. Belə ki, hər quzunu ən aşağı çəki və ən aşağı qiymətlə yəni 13 kilqoramdan və qiymətini də 16 manatdan hesablayıb dəymiş ziyan müəyyən etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 2021-ci ilin may ayından Abşeron rayonu Masazır qəsəbəsində qohumu Şahid1 ilə şərikli olaraq iri və xırda buynuzlu malqara saxlamaqla və kəsib satmaqla məşğul olurlar. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs 6 ildən çoxdur ki, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində qəssab fəaliyyəti ilə məşğul olan kimi tanımışdır. Münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs bir neçə nəfərin yanında, o cümlədən onunla Teymurun yanında özözünə məşğulluq proqramı çərçivəsində və kənd təsərrüfatın inkişafı ilə əlaqədar, kiçik sahibkarlara, hansısa şirkət tərəfindən xarici dövlətdən gətirilmiş iri buynuzlu mal-qara yəni, 2 baş “Simental’’ cinsli boğaz inək, ot üyüdən maşın, 150 paçka ot presi, 3 ton yem, qaşov, deyilən aparat almaq mümkün olduğunu bildirmiş, bunun üçün isə hər iki baş inəyə görə 600 (altı yüz) manat pul ödənilməli olduğunu demişdir. O da bir neçə yerdən də maraqlandıqda öz-özünə məşğulluq proqramı çərçivəsində və kənd təsərrüfatın inkişafı ilə əlaqədar bir neçə şəxsə mal-qara və kənd təsərrüfatı avadanlığı verildiyini öyrənkiş, həmin səbəbdən də Təqsirləndirilən şəxs inanmış, bu məqsədlə də 10 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs təklif etdiyi proqramdan yararlanmağı şəriki Şahid1 təklif etmiş, Şahid1 da onunla razılaşmış, bu məqsədlə də hər ikisinin razılığı ilə ikisinə aid olan şərikli işimizdən qazandığımız 7800(yeddı min səkkiz yüz) manat pulu götürmüş və 2022-ci ilin avqust ayında Abşeron rayonu Masazır qəsəbəsində Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs də verdiyi pulun qarşılığında ümumilikdə 7 (yeddi) ailə üçün 26 (iyirmi altı) baş “Simental“ cinsli boğaz inəklər və hər iki inək üçün ot üyüdən maşın, 150 paçka ot presi. 3 ton yem, qaşov, deyilən aparat veriləcəyini, bütün bu proseslərin 11 sentyabr 2022-ci ilədədək yekunlaşacağını demişdir. Lakin həmin müddət ərzində Nofər verdiyi vədə əməl etməmiş, Müxtəlif bəhanələr gətirib vaxtı uzatmağa çalışmış, belə ki, əvvəlcə ona heyvanların 21 sentyabr 2022-ci il tarixdə Tərtər rayonu ərazisinə gətiriləcəyini, oradan da əşyaları və heyvanları götürə biləcəklərini demiş, bu vədinə də əməl etməmişdir.Ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir,vurulan ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, 2016-cı ildən xırda buynuzlu, diri qoyun-quzu alıb satmaqla, bəzən də qəssablıq etməklə məşğul olur. Təxminən 2016-ci ildən Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində, bəzən də Ağdam raycnu Quzanlı qəsəbəsində yaşayan X8 ilə şərik işləmiş, bir-bırlərinə etibarları olmuşdur. Masazır qəsəbəsindəki, ət bazarında Nofər iiə həmişə birlikdə alver etmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində, Nofər ona demişdir ki, müharibə veteranı və aztəminatlı ailə olduğuna görə kənd təsərrüfatının inkişafı ilə əlaqədar, kiçik sahibkarlara hansısa şirkət tərəfindən xarici dövlətdən gətirilmiş iri buynuzlu mal-qara, ot üyüdən maşın, 150 paçka ot presi, 3 ton yem, qaşol deyilən aparat və 2 baş boğaz inək 1 ay müddətinə xarici dövlətdən gətirilib veriləcək. Nofər söhbət zamanı 600 (altı yüz) manat müqabilində həmin heyvanları və əşyaları ona də almağı təklif edib bunun üçün lazım olan işə kömək edəcəyini bildirmişdir. O da Nofəri uzun müddətdir tanıdığına görə, ona inanmış və buna görə də 19 avqust 2022- ci il tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsində Nofərə 600 (altı yüz) manat pul vermişdir. Bundan başqa Nofər 2022-ci ilin oktyabr ayininin ortalarında ona Ağdam rayonunda 34 baş quzu satıldığını, quzuları alıb gətirmək üçün 2500 manat pul vermək lazım olduğunu demiş, o da bu təklifə razı olduğunu demiş, O da 2022-ci ilin oktyabr ayının sonlarında Abşeron rayonu Masazır qəsəbəsindəki ‘Araz” marketdə Təqsirləndirilən şəxs 1900 manat pul vermiş, Nofər də onun yanında pulu Million ödəmə teriminlı vasitəsi ilə bilmədiyi hesaba köçürtmüşdür. Lakin, hazırki vaxta qədər ona nə simental cinsli inəklər, nə də ki, söz verdiyi quzuları gətirməmiş, aldığı 2500 manat pulu da geri qaytarmamışdır. Ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir,vurulan ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, 1999-cu ildən xırda buynuzlu, diri qoyun-quzu alıb satmaqla, bəzən də qəssablıq etməklə məşğul olur. Təxminən 2016- ci ildən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən, “Palma” şadlıq evinin arxasında yerləşən qəssabxanada qəssab işlədiyi vaxt, orada qəssab işləyən Təqsirləndirilən şəxs tanımışdır. Nofərlə arasında heç bir narazılıq və ədavət olmamış, bir-birlərinə inanmışlar. 2022-cı ilin avqust ayının əvvəllərində, Nofər ona demişdir ki, kənd təsərrüfatının inkişafı ilə əlaqədar, kiçik sahibkarlara hansısa şirkət tərəfindən xarici dövlətdən gətirilmiş iri buynuzlu mal-qara, ot üyüdən maşın, 150 paçka ot presi, 3 ton yem, qaşol deyilən aparat və 2 baş boğaz inək 1 ay müddətinə xarici dövlətdən gətirilib veriləcək. Nofər söhbət zamanı 700 (yeddi yüz) manat müqabilində həmin heyvanları və əşyaları ona də almağı təklif edib bunun üçün ona lazım olan işə kömək edəcəyini bildirmişdir. O da Nofəri uzun müddətdir tanıdığına görə inanmış, bu şəbədən də həmin tarixdə, yəni 2022-ci ilin avqust ayının əvvəllərində Abşeron rayonu, Masazır qəsəbəsində, işlədiyi qəssabxanada 700 manat pulu Nofərə vermişdir. Nofər pulu aldıqdan sonra ona söz verdi ki, 2022-ci ilin sentyabr ayının axırlarına qədər olan müddət ərzində verdiyi vədə əməl edəcəkdir. Lakin həmin müddət ərzində Nofər verdiyi vədə əməl etməmişdir. Həmin vaxtdan sonra Nofər telefonunu söndürüb. yaşayış yerini dəyişdiyindən onunla əlaqə saxlamaq mümkün olmamışdır. Ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir,Vurulan ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 2013-cü ildən xırda buynuzlu, diri qoyun- quzu alıb satmaqla, bəzən də qəssablıq etməklə məşğul olur. Təxminən 2017-ci ildən Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində, bəzən də Ağdam rayonu, birinci Yüzbaşlı kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır. Aralarında əvvəllər heç bir narazılıq və ədavət olmamışdır. 2022-ci ilin avqust ayının əvvəllərində, Nofər ona demişdir ki, kənd təsərrüfatının inkişafı ilə əlaqədar, kiçik sahibkarlara hansısa şirkət tərəfindən xarici dövlətdən gətirilmiş iri buynuzlu mal- qara, ot üyüdən maşın, 150 paçka ot presi, 3 ton yem: qaşol deyilən aparat və 2 baş boğaz inək 1 ay müddətinə xarici dövlətdən gətirilib veriləcək. Nofər söhbət zamanı 600 (altı yüz) manat müqabilində həmin heyvanları və əşyaları ona də almağı təklif edib bunun üçün lazım olan işə kömək edəcəyini bildirmişdir. O da Nofəri uzun müddətdir tanıdığına görə, ona inanmış və buna görə də həmin tarixdə, yənin 2022-ci ilin avqust ayının əvvəllərində Abşeron rayonu, Masazır qəsəbəsində, 2 saylı poçtun yaxınlığnda ona 600 manat pul vermişdir. Nofər pulu aldıqdan sonra ona söz vermişdir ki, 2022-ci ilin sentyabr ayının axırlarına qədər olan müddət ərzində verdiyi vədə əməl edəcəkdir. Lakin həmin müddət ərzində Nofər verdiyi vədə əməl etməmişdir. Həmin vaxtdan sonra Nofər telefonunu söndürüb, yaşayış yerini dəyişdiyindən onunla əlaqə saxlamaq mümkün olmamışdır. Ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir,Vurulan ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib, istintaqda Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 2021-ci ilin aprel ayından Cəlilabad rayonu Naqalovka stansiyası deyilən ərazidə tanışları Zərərçəkmiş şəxs1 və onun şəriki Şahid1 ilə eyni təsərrüfatda iri buynuzlu mal-qara saxlamışlar. Təqsirləndirilən şəxs 6 ildən çoxdur ki, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində qəssab fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımışdır. Münasibətləri normal olmuş, Təqsirləndirilən şəxslə nə dostluğu, nə də aralarında ədavət olmayıb. xx.xx.2023cü il tarixdə Cəlilabad rayonu Naqalovka stansiyası deyilən ərazidə yerləşən heyvandarlıq təsərrüfatında olduğu vaxt Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs qohumu Emin adlı şəxslə birlikdə həmin təsərrüfatdan 17 baş iribuynuzlu heyvan almaq üçün gələcəklərini demişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs və Emin adlı şəxs ‘Mercedes Ateko" markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Cəlilabad rayonunda yerləşən fermaya gəlmiş, o da həmin yerdə 15 inəyin sözü gedən yük avtomobilinə yüklənməsinə kömək etmişdir. Söhbət zamanı Nofər xx.xx.2022-ci il tarixdə apardığı heyvanların pulunu gətirib yenidən heyvan alacağını demişdir. Bundan sonra eşitmişdir ki, Nofər söz verdiyi pulu qaytarmamışdır. İbtidai istintaq şahid qismində dindirilmiş X5 göstərmişdir ki, o, 2021-ci ilin aprel ayından Cəlilabad rayonu Naqalovka stansiyası deyilən ərazidə tanışları Zərərçəkmiş şəxs1 və onun şəriki Şahid1 ilə eyni təsərrüfatda iri buynuzlu mal-qara saxlayırlar. Eyni zamanda heyvandarlıq təsərrüfatında şərikli heyvanları da olmuşdur. Təqsirləndirilən şəxs 7 ildən çoxdur ki, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində qəssab fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımışdır. Münasibətləri normal olmuşdur. Onunla nə dostluğu, nə də aralarında ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə Əziz Abdulkərimov ona Təqsirləndirilən şəxs qohumu Emin adlı şəxslə birlikdə həmin təsərrüfatdan 17 baş iribuynuzlu heyvan almaq üçün gələcəklərini və şərik olduğu heyvanlardan da ona satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs deyilən həcmdə heyvan alıb- satmaq üçün maddi imkanının olmadığını düşündüyünü bildirəndə Əziz ona Nofərin Emin adlı qohumu ilə birlikdə həmin heyvanları almaq istədiyini, Eminin hansısa vəzifəli şəxsin qohumu olmaqla yanaşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ət tədarükü üçün heyvanlar toplamaqla, həmin heyvanları təhvil verdikdən sonra isə pulunu götürüb heyvan sahiblərinə qaytarmaqla məşğul olduğunu, Nofərin isə onların Eminlə olan alqı-satqılarına etibarlı bir şəxs kimi zamin durduğunu bildirmiş, o da bundan sonra heç bir fikir bildirməmiş, sonradan Əzizdən eşitmişdir ki, Nofər söz verdiyi pulu qaytarmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş X9 göstərmişdir ki, o, 2021- ci ilin aprel ayından Cəlilabad rayonu Naqalovka stansiyası deyilən ərazidə tanışları X4 və onun şəriki Şahid1 ilə eyni təsərrüfatda iri buynuzlu mal-qara saxlayırlar. Təqsirləndirilən şəxs 2020-ci ildən çoxdur ki, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində qəssab fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımış, lakin heç bır münasibətləri olmamışdır. Cəlilabad rayonu Naqalovka stansiyası deyilən ərazidə yerləşən heyvandarlıq təsərrüfatında olduğu vaxt Əziz Abdulkərimov ona Təqsirləndirilən şəxs qohumu Emin adlı şəxslə birlikdə həmin təsərrüfatdan 17 baş iribuynuzlu heyvan almaq üçün gələcəklərini demişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs və Emin adlı şəxs “Mercedes Ateko” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili ilə Cəlilabad rayonunda yerləşən fermaya gəlmişlər. O da həmin yerdə 17 inəyin sözü gedən yük avtomobilinə yüklənməsinə kömək etmişdir. Söhbət zamanı Nofər xx.xx.2022-ci il tarixdə apardığı heyvanların pulunu gətirib yenidən heyvan alacağını demiş, bundan sonra eşitmişdir ki, Nofər söz verdiyi pulu qaytarmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş X7 göstərmişdir ki, əvvələr istifadəsində olmuş “Mercedes Eclass” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində taksi fəaliyəti ilə məşğul olmuş, Təqsirləndirilən şəxs da Abşeron rayonu Masazır qəsəbəsi ərazisində, Palma şadlıq saıasyının arxa tərəfində yerləşən və X3 məxsus olan xırdadırnaqlı heyvanların satış və kəsim yerində qəssab işləmişdir. Təqsirləndirilən şəxslə və Əziz Abdulkərimovla münasibətlərimiz normal olmuşdur. Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayında Əziz Abdulkərimova məxsus olan heyvanlardan bır baş quzunu kəsərək ətini onun idarə etdiyi avtomobil ilə Hacı adlı şəxsin işlətdiyi qəssabxanaya satmış, yol pulu olaraq da ona 5 manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin quzunu satarkən Əzizin həmin heyanın satışından məlumatlı olduğunu demiş, sonradan isə bilmişdir ki, Hacı adlı şəxsə satılan bir baş quzunu Nofər oğurlayaraq satmışdır. Belə ki. X13 adlı şəxsə satılması üçün Nofərə tapşırıq vermədiyini, Hacı adlı şəxslə ümumiyyətlə heyvan alverinin olmadığını, Nofərin isə ondan xəbərsiz kiməsə heyvan satmağa icazəsinin olmadığını demişdir İbtidai istintaqda şahid qismində dindirilmiş X10 göstərmişdir ki, 2020-ci ildən indiyədək Abşeron rayonu Xırdalan şəhəri Əvəz Şəfiyev küçəsində yerləşən mağazada dana və quzu ətinin satışı ilə məşğul olur. Hər kəs onun işlətdiyi mağazanı “Hacının ət mağazası” kimi tanıyır. Adı Tahir olsa da, çoxları onu "Hacı” adı ilə tanıyırlar. Təqsirləndirilən şəxs Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Palma’ restoranının arxasındakı qəssabxanadan tanıyır. Belə ki, 2022-ci ilin may-sentyabr aylarında quzu alıb kəsdirərək öz mağazasında satmışdır. Nofəri də həmin yerdə xırdadırnaqlı heyvanların kəsimi ilə məşğul olan şəxs kimi tanımışdır. O, həmin bazara gedəndə Nofər özünə məxsus olan quzuları satdığını deyib ondan heyvan almağını təklif etmiş, O da Nofərin satdığı quzulara baxdıqda bəyənib həmin dövrdəki məzənnəyə uyğun olan qiymətə almağa razıalşmışdır. Nofər həmin ərəfələrdə bir neçə dəfə onun bəyəndiyi heyvanları ona məxsus olan mağazaya kəsilib-soyulmuş vəziyyətdə gətirərək satmış və pulunu da dərhal almışdır.Tahir Ağayev həmçinin ifadəsində həmin heyvanların Təqsirləndirilən şəxs özünə məxsus olduğunu düşünüb aldığını, Nofərin başqa bir şəxsə məxsus olan heyvanları ona satması barədə məlumatının olmadığını, Təqsirləndirilən şəxs 2022-ci ilin may ayından həmin ilin sentyabr ayınadək olan müddət ərzində onun ət satışı ilə məşğul olduğu mağazaya 5-6 dəfə satmaq üçün quzu gətirdiyini, konkret olaraq həmin ərəfələrdə Nofərdən aldığı quzuların sayını bilmədiyini bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş X14 göstərmişdir ki. 2022-ci ilin avqust ayından həmin ilin oktyabr ayınadək Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən Emin şadlıq sarayının həyətindəki kafeni icarə əsasında işlətmişdir. Təqsirləndirilən şəxs Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Palma” restoranının arxasındakı qəssabxanada işlədiyini bilmişdir. Belə ki, 2022-ci ilin may-sentyabr aylarında quzu alıb kəsdirərək işlətdiyi kafedə istifadə etmiş, həmin bazara gedəndə Təqsirləndirilən şəxs özünə məxsus olan quzuları satdığını deyib ondan heyvan almağını təklif etmiş, o da Nofərin satdığı quzulara baxdıqda bəyənib həmin dövrdəki məzənnəyə uyğun olan qiymətə, ətinin kilqoramını 13 manatdan olmaqla, bir quzunu təxminən 150-200 manata ondan almağa razılaşmışdır. Nofər həmin ərəfələrdə icarə əsasında işlətdiyi kafeyə 2 (iki) dəfə kəsilib-soyulmuş vəziyyətdə quzu əti gətirərək satmış və pulunu da dərhal almışdır. Zaur Əsgərov həmçinin ifadəsində həmin heyvanların Təqsirləndirilən şəxs özünə məxsus olduğunu düşünüb ondan aldığını, Nofərin başqa bir şəxsə məxsus olan heyvanları ona satması barədə məlumatının olmadığını, Təqsirləndirilən şəxs həmin quzuların özünə məxsus olmasını bildirmədiyini bildirmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır Beləliklə, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 177.2.2,178.2.1 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri ilə kifayət qədər sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.4, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Onun cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, o həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməli və ona həmin maddələr üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində birazyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi və Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4 maddələri ilə təyin edilən azadlıqdan məhrum etmə cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin hakiminin qərarı ilə həbsetmənin əvvəli 03 avqust 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, məhkəmə tərəfindən həbs qətimkan tədbiri qüvvədə saxlanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır.CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli həbs olunduğu 03 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkənlərə mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları elan edilsin. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin, ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 03 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri höm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə və Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkənlərə mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları elan edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar