Məhkəmə qərarları › İş №1(012)-627/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-627/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-627/2023 19.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Pərvanə Kazım qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Hacıqabul rayonunda doğulmuş, evli, Hacıqabul rayonu, Udullu kəndindəd qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdə saat 11 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi ərazisində üzbəüz yerləşən 78 və 83 nömrəli binalarının arasındakı həyətdə qonşusu Zərərçəkmiş şəxs təxminən bir saat əvvəl öz mənzilinin eyvanından onun yaşadığı mənzilin eyvanında paltar asan arvadı Şahid1 baxıb təhqir etməsinə görə irad bildirib bunu dəqiqləşdirmədən və araşdırmadan, ətrafda olan şəxslərin iştirakını nəzərə almadan həmin cüzi səbəbi bəhanə etməklə Zərərçəkmiş şəxsla mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə vedən, şəxslər üzərində zor tədbiq olunması və belə zorun tədbiq edilməsi hədəsilə müşayiət edilən qərəzli hərəkətlər edib əsaslı səbəb olmadan ictimai maraqlara laqeyidlik və etinasızlıq göstərməklə öz şəxsiyyətini digər şəxslərin fövqündə qoyaraq Zərərçəkmiş şəxs sifət, baş və boyun nahiyələrindən yumruqlarla qəsdən ardıcıl zərbələr vuraraq soncuya başın alın və sol almacıq nahiyələrinin əzilmiş yaraları, başın sağ təpə nahiyəsinin və çənə nahiyəsinin şişkinlikli qançırları, boyunun sol yan səthinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, sonradan adını bildiyi Zərərçəkmiş şəxs “Qurtuluş-93” yaşayış kompleksində onun yaşadığı bina ilə üzbə-üz yerləşən 78 nömrəli binada yaşamaqla qonşusudur. Əvvəllər bir neçə dəfə arvadı Natəvan Sərxanın ona baxdığını desə də o, buna əhəmiyyət verməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Natəvan həyəcanlı halda ona zəng edərək təcili evə gəlməsini istəmiş, o isə dərhal işdən çıxıb evə yollanmış və dostu Aqşin onu öz maşını ilə aparmış, saat 11 radələrində yaşadığı ünvana çatmışdır. Evə çatıb Natəvandan nə baş verdiyini soruşanda Natəvan paltar sərdiyi zaman qonşu Sərxanın alt paltarda eyvana çıxıb ona baxdığını, bununla əlaqədar irad bildirdikdə isə onu söyüb təhqir etdiyini bildirmişdir. Buna görə də o, Sərxanın yaşadığı ünvana gedib qapını döysə də, arvadı Sərxanın evdə olmadığını bildirdiyi üçün o, sonuncunun nömrəsini istəmiş, lakin arvadı nömrəni deməyib Sərxana özü zəng etmiş və onun gəlməsi barədə məlumat vermişdir. Həmin vaxt Sərxan gələcəyini bildirdiyindən o, binanın qarşısına çıxıb Sərxanı gözləməyə başlamış, Aqşin isə gedib avtomobilində əyləşmişdir.Bir qədər sonra o, Sərxanın bir nəfər tanımadığı şəxslə birlikdə gəldiyini görüb ona yaxınlaşmış və sakit tərzdə nə üçün alt paltarında eyvana çıxıb onun arvadına baxdığını, irad bldirildiyində isə onu təhqir etdiyini soruşmuşdur.Sərxan isə ona yaxınlıqda yerləşən, işlədiyi avtoyuma məntəqəsinə gedib orada söhbət etməyi təklif etmişdir.O, bu təklifi rədd edərək sualını bir daha təkrarladığında Sərxan aqressiv tərzdə onun arvadına və eyvanına baxmadığını, baxmışsa da əcəb etdiyini demiş, daha sonra isə gözlənilmədən yumruqla onun sifət nahiyəsinə zərbə vurmuşdur.Bu səbəbdən o da özünü müdafiə məqsədi ilə Sərxanın sifət nahiyəsinə bir neçə dəfə yumruq zərbələri vurmuşdur.Həmin vaxt Sərxanın yanında olan şəxs onu vurmaq istəsə də, dostu Aqşin onları ayırmışdır. O, əlavə olaraq bədəni üzərində xəsarət olmadığından məhkəmə-tibbi ekspertiza müayinəsindən keçməkdən imtina etdiyini, eləcə də bununla bağlı Zərərçəkmiş şəxs şikayət və tələbinin olmadığını qeyd etmiş, həmçinin məlum hadisənin yaşadıqları binanın həyətində başlayıb təxminən 10-15 dəqiqə davam etdiyini, həmin vaxt ətrafda başqa şəxslərin də olduğunu bildirmişdir. Sonda o, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şikayət verən şəxs qismində dindirilən Zərərçəkmiş şəxs qızı bildirdi ki, barəsində şikayət etdiyi şəxsi üzdən tanıyır və onun qonşuluqda yaşayan Xalid olduğunu bilir. Belə ki, Xalid onun yaşadığı bina ilə üzbəüz yerləşən 83 nömrəli binanın 4-cü mərtəbəsində yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində o, 2 yaşlı övladını da götürüb hava almaq üçün evinin eyvanına çıxmışdır. Həmin vaxt üzbə-üz binada bir qadın da eyvana çıxıb paltar sərməyə başlamış və bir qədər sonra hər hansı bir səbəb olmadan onun ünvanına təhqiramiz ifadələr işlədərək hansı səbəbdən ona baxdığını soruşmuşdur. O isə belə bir hərəkətə yol vermədiyini və eyvana sadəcə hava almaq üçün çıxdığını bildirmişdir. Bu zaman arvadı Təranə onu evə çağırmış və o, içəri keçib, oradan da yaxınlıqdakı avtoyuma məntəqəsinə, yəni iş yerinə getmişdir. Təxminən 40-50 dəqiqədən sonra Təranə ona zəng edərək bir nəfər şəxsin evlərinə gələrək qapını bərk döydüyünü və üzbəüz binada yaşayan qadının əri olduğunu deyərək onu soruşduğunu demişdir. Bu səbəbdən o, evə qayıtmış və binanın girişində Xalidin yanında bir nəfər şəxslə birlikdə blokdan çıxdığını görmüş və ona yaxınlaşıb qapısını nə səbəbə bərk döydüyünü soruşmuşdur.Xalid isə ondan nə üçün arvadı paltar sərəndə ona baxdığını xəbər almışdır. O, belə bir hərəkətə yol vermədiyini, eyvana azyaşlı övladı ilə birlikdə hava almaq üçün çıxdığını deyərək onun arvadına baxanın ünvanına söyüş söymüş, eləcə də qapısını bərk döyməsi ilə əlaqədar Xalidə bir daha irad bildirmişdir.Bu mövzuda davam edən söhbət zamanı onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Xalid yumruqla bir neçə dəfə onun sifətinə və başına zərbələr vurmağa başlamışdır. Həmin vaxt onun iş yoldaşı Elvin də oraya gəlmiş və Xalidin yanındakı tanımadığı şəxslə birlikdə onları ayırmışlar. Bundan sonra onun alın nahiyəsindən qan açıldığını görən Xalid oradan çıxıb getmişdir. O, əlavə olaraq məlum mübahisənin yaşadığı binanın həyətində başlayıb təxminən 10-15 dəqiqə davam etdiyini, həmin vaxt ətrafda 15-20 nəfər tanımadığı şəxslərin də olduğunu və hətta həmin şəxslərdən bəzilərinin onları ayırmağa köməklik etdiklərini də bildirmiş, eləcə də sözügedən mübahisə zamanı Xalidi hər hansı bir formada vurmadığını qeyd etmişdir. Sonda o, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismidə dindirilmiş Şahid3 bildirdi ki, Zərərçəkmiş şəxs ilə Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yerləşən avtoyuma məntəqəsində birlikdə işləyirlər. xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Sərxanın arvadı ona zəng edərək kiminsə qapını döyüb onu axtardığını bildirmiş, buna görə də Sərxan həyəcanlı halda evə tərəf yollanmışdır. Bu səbəbdən o da Sərxanın arxasınca getmişdir. Yaşadıqları binanın qarşısında çatan zaman o, bir nəfər şəxsin Sərxanla mübahisə etdiyini, bir nəfər tanımadığı şəxsin isə onları ayırmağa çalışdığını görüb onlara yaxınlaşmış və köməklik edib onları ayırmışdır. Həmin vaxt o, Sərxanın alın nahiyəsindən qan axdığını görüb onu evlərinə tərəf aparmış və yolda nə olduğunu xəbər almışdır. Sərxan isə cavabında onu vuran şəxsin üzbəüz binada yaşayan qonşu olduğunu və arvadına baxmasını əsas gətirərək onu döydüyünü bildirmişdir. O, əlavə olaraq həmin vaxt Xalidi vurmaq kimi bir niyyətinin olmadığını və buna hər hansı bir formada cəhd etmədiyini bildirmiş, eləcə də hadisə barədə bütün məlumatının bundan ibarət olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismidə dindirilmiş Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs onun dostudur. xx.xx.2023-cü il tarixdə saat təxminən 10:30 radələrində Bakı şəhəri 8 mikrorayonda Xalidin iş yerində olarkən Xalidin arvadı Natəvan Xalidə zəng etmiş, təcili evə gəlməyini istəmişdir. O, idarə etdiyi avtomobillə Xalidin xahişi ilə onu Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksinə aparmış, Xalid evə getmiş, özü isə binanaın həyətində avtomobildə əyləşmişdir.Birdən iki nəfər şəxsin Xalidlə yaşayış binasının həyətindən yola tərəf getdiyini görüb avtomobidən yerə düşüb onların arxasıca getmiş, onların dayandığını, bir-biri ilə mübahisə etdiklərini, Xalidlə üzbəüz dayanan şəxsin Xalidi vurduğunu, bu zamana Xalidində onu vurduğunu bir nəfər tanımadım şəxsində mübahisəyə müdaxilə etdiyini, Xalidi vurmaq istədiyini görüb onlara yaxınlaşıb onları aralaşdırmışdır.Həmin vaxtı məhəllə camatından yaxınlaşıb onları kənra çəkmişlər. O, Xalidi evinə aparmış, yolda ondan nə baş verdiyini soruşmuş, Xalid onunla mübahisə edən Sərxan adlı şəxsin alt pltarında üzbəüz binanın eyvanından arvadı Natəvana baxdığını və Natavan ona iradını bildirdikdə onu təhqir etdiyini bildirmişdir. Təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, sonradan adını bildiyi Sərxan adlı qonşunun üzbəüz binada yerləşən mənzilinin eyvanından alt paltarında dəfələrlə ona baxdığını müşahidə etmiş, lakin söz-söhbət yaranmasın deyə bu barədə heç kimə bir söz deməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində o, paltar sərən zaman yenə də Sərxanın üst geyimi olmadan, yarıçılpaq şəkildə eyvanda dayanıb ona baxdığını görmüş, buna görə də irad bildirərək nəyə baxdığını soruşmuşdur. Sərxan isə cavabında onu nalayiq ifadələrlə söyüb təhqir etdiyindən o, bu barədə ərinə deyəcəyini bildirmiş, Sərxan da heç kimdən qorxmadığını bildirmişdir.Buna görə də o, pəncərəni bağlayıb əri Xalidə zəng etmiş və təcili evə gəlməsini istəmişdir. Təxminən 30 dəqiqə sonra Xalid evə gəlib nə baş verdiyini soruşmuş, o isə olanları Xalidə danışmışdır.Bundan sonra Xalid məsələyə aydınlıq gətirmək üçün həmin şəxlə söhbət etmək məqsədilə evdən çıxıb getmiş və təxminən 30 dəqiqədən sonra əsəbi halda evə qayıtmışdır.O, nə olduğunu soruşduğunda Xalid Sərxanla dalaşdığını və onu vurduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 1178 nömrəli nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-başın alın və sol almacıq nahiyələrinin əzilmiş yaraları, başın sağ təpə nahiyəsinin və çənə nahiyəsinin şişkinlikli qançırları, boyunun sol yan səthinin sıyrıqları bərkkütəşyanın (əşyaların)təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə başqa şəxs tərəfindən əllə, yumruqla və bərk-küt əşya ilə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. AZEMİS çıxarışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Nigar adlı bir azyaşlı uşağı var. Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına yönəlməsini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Onun cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar