Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-627/2025 24.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu Hökməli qəsəbəsi C.Cabbarlı küçəsi 96-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 noyabr 2024-cü il tarixdə, saat 09:30 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında qarşılaşdıqda bir gün əvvəl itlərinin dalaşmasına imkan verməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yumruqla Zərərçəkmiş şəxs qəsdən sifətinə və bədəninin digər nahiyələrinə vurub yerə yıxaraq onun sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitasının dərialtı hematoması, boyun nahiyəsinin, sol kürəkaltı nahiyəsinin və bel nahiyəsinin sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsi, C.Cabbarlı küçəsi 96 nömrəli evdə yaşayır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı ünvanın yaxınlığında küçədə özünə məxsus pitbul cinsli itlə piyada gedərkən Mənsim adlı şəxsin evinin yaxınlığından keçəndə cilovunu tutduğu it əlindən çıxaraq həmin açıq həyətyanı sahədə olan pitbul cinsli it ilə dalaşmağa başlamışdır. O, itləri aralaşdırıb oradan uzaqlaşmışdır. Yaşadığı qəsəbədə yaşayan iki nəfər uşaq sonradan ona yaxınlaşıb Mənsimin onu və itini döyəcəyini deməsini bildirmişdir. Ertəsi gün, yəni xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində küçədə öz iti ilə piyada gedərkən Mənsimlə qarşılaşmış və Mənsim onun, itinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Aralarında sözlə mübahisə yaranmış və mübahisə zamanı əli ilə bir dəfə onun ağız nahiyəsindən tutub itələmiş və Mənsim yerə yıxılmışdır. Həmin vaxt onun üzərində oturaraq onu şillələmiş və baş nahiyəsini torpağa sıxmışdır. O, kənara çəkildikdən sonra itinin onun gödəkcəsinin arxa tərəfindən tutmasını görmüş, iti Mənsimdən aralamış və ona bundan sonra hərəkətlərinə fikir verməsini söyləmişdir. Mənsimin yanından getdikdən sonra onu döydüyü üçün peşman olmuşdur. Baş vermiş mübahisə təxminən 20-30 saniyə davam etmişdir. Baş vermiş mübahisə zamanı orada onlardan başqa heç kəs olmamışdır. Mübahisə zamanı heç kəs onu vurmamış, fiziki ağrı yetirməmişdir. Sadəcə olaraq həmin vaxt Məsim ona əl qol atdığı üçün xəsarət almışdır. Özünə məxsus pitbul cinsli iti xx.xx.2024-cü il tarixdə küçədə gəzdirərkən itin cilovu olsa da, həmin it buruntaqsız olmuşdur. Məsimin telefonunu görməmiş, nə də götürməmişdir. Onun söylədikləri şər və böhtan xarakterlidir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sabirabad rayonu, Sarxanbəyli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdə olarkən yaşadığı evin açıq həyətində səs-küy gəlməsini görüb bayıra çıxmış, başqa bir itin onun evinin açıq həyətyanı sahəsində olan it ilə boğuşmasını görmüş və itləri aralaşdırmışdır. Həmin pitbul cinsli itin sahibi Qalib adlı şəxs öz itinin anidən onun əlindən çıxıb onun itinin üzərinə getməsini demiş və sonradan oradan uzaqlaşmışdır. Ertəsi gün saat 09:30 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində, yaşadığı evin yaxınlığındakı küçədə olarkən həmin iti və itin sahibi Qalib adlı şəxsi görmüş, həmin itin dünən onların iti ilə dalaşan it olub-olmadığını soruşmuşdur. Qalib isə onunla kobud danışmağa başlamış və öz itini üzərinə saldırmışdır. Qalibin iti onun üzərinə hücum edib boyun, boğaz nahiyələrinə xəsarət yetirmişdir. Həmin vaxt Qalib də üzərinə hücum edib yumruq zərbəsilə onun sifət nahiyəsinə vurmuşdur. Bundan sonra da Qalib bir neçə dəfə əli ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. O da qaçaraq oradan uzaqlaşmış və uzaqlaşdıqdan sonra özünə məxsus “Samsung A32” markalı, İMEİ kodunu bilmədiyi, üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olan, 200 manat dəyərindəki mobil telefonunun üzərində olmadığını aşkar etmişdir. Telefonunu tapmaq üçün hadisə yerinə qayıtmış və həmin yerdən cibindən düşən siqaretini və alışqanını tapsa da telefonunu tapa bilməmişdir. Həmin telefonu yerə düşdükdən sonra Qalibin götürməsini güman etmişdir. Baş vermiş mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Baş vermiş mübahisə zamanı orada onlardan başqa heç kəs olmamışdır. Mübahisə zamanı o, heç kəsi vurmamış, nə Qalibə nə də onun itinə heç bir xəsarət və ya fiziki ağrı yetirməmişdir. Qalib adlı şəxsin iti pitbul cinslidir, Qalib onu küçədə gəzdirərkən itin cilovu olsa da, it buruntaqsız olmuşdur. Həmin xəsarətləri ona Təqsirləndirilən şəxs əl və ayaqları ilə yetirmişdir. Hazırda təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertizasının 30 noyabr 2024-cü il tarixli 2715 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitasının dərialtı hematoması, boyun nahiyəsinin, sol kürəkaltı nahiyənin və bel nahiyəsinin sıyrıqları – küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir.(cinayət işi № 170100 254) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli ********* saylı arayışla müyyən edilir ki, ********* saylı cinayət işi Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və xx.xx.2017-ci il tarixdə Suraxanı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı hazırlıq iclasında işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə aid olması, cinayət işi üzrə məhkəməyədək aparılmış araşdırma dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmaması, iş üzrə icraatın dayandırılmasına səbəb olan halların olmaması, yekun protokolun prosessual formasına riayət edilməsi, məhkəməyədək icraatın hüquq pozuntularına yol verilmədən aparılması müəyyən edilmişdir. Lakin hazırlıq iclasında iş üzrə icraata xitam verilməsi üçün müvafiq əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, cinayət məsuliyyətindən azad edilməsini, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, bu barədə ərizə vermişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdıqlarını göstərərək, təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, işin məhkəmə baxışına təyin edilməsi üçün zərurət qalmamışdır, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır; 39.1 və 39.1.11 -ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.5, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət qanununun tələbləri baxımından hazırlıq iclası mərhələsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut yoxdur, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-627/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-627/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver