Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-629/2022 29.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Naxçıvan MR, Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Naxçıvan MR-sı, Babək rayonu, Nəhəcir ərazi dairəsi, Nəhəcir kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na daxil olan ümumi 0,580 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 06:30 radələrində Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində saxlanılaraq, Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına gətirilmiş və xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın arxa cibindən bir ədəd sellofan kəsiyinə bükülümüş təmiz çəkisi 0,580 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, psixotrop maddə olan metamfetamin istifadəçisidir. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində Araz marketin yaxınlığında tanışı Şahid1 ilə birlikdə piyada olarkən, üzərində psixotrop maddə üçün polis əməkdaşlarını görüb uzaqlaşmaq istəmiş, polis əməkdaşları da hərəkətlərindən şübhələnərək ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra niyə uzaqlaşmaq istədiyini soruşmuşlar. O da üzərində qanunsuz olaraq psixotrop maddə saxladığını bildirmişdir. Polis əməkdaşları onu və Rzanı saxlayıb Mehdiabad PB-nə dəvət etmişlər. Mehdiabad PB-də xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O da əynindəki qara rəngli, cins şalvarın arxa cibindən boz rəngli üzərində qara cizgiləri olan qadınlar üçün nəzərdə tutulan pul kisəsini və həmin pul kisəsinin içərisində bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütləni özü könüllü surətdə təqdim etmiş, həmin metamfetaminə bənzər kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin kütləni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində dəniz kənarı ərazidən tapdığı pul kisəsinin içərisində olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin pul qabının içərisindən bir ədəd üzərində A61135619 nömrələri yazılan 100 manatlıq, 20 ədəd üzərində B33773343 nömrələri yazılan 50 manatlıq, bir ədəd üzərində B74726613 nömrələri yazılan 20 manatlıq, 11 ədəd üzərində B15231434 nömrələri yazılan 10 manatlıq saxta pul əskinazları olan həmin pul kisəsini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizkənarı ərazidən tapdığını bildirmiş, həmin psixotrop maddə və pullar şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və mənim tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüş, bu barədə polis əməkdaşı tərəfindən prokotol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə üzərində şəxsi axtarış aparılarkən təqdim etdiyi psixotrop maddəni və saxta pulları xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə təzminən saat 3-4 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, dəniz kənarı ərazidə yerdən tapmış, həmin psixotrop maddəni özü istifadə etmək üçün üzərində saxlamış, lakin pulun isə saxta olduğunu bilməmiş, həmçinin pulun sahibinin ortaya çıxacağını ehtimal etdiyi üçün pullardan istifadə etməmiş, lakin polis əməkdaşları xx.xx.2022-ci il tarixdə gecə saat 06:30 radələrində onu və yanında olan Rzanı saxlamışlar. O, tapdığı pulldan əskinazlarıdan bir ədəd 50 mant, bir ədəd 20 manat və bir ədəd 10 manat pul əskinazlarını Rzaya vermiş, həmin pulların saxta olmasını tutulan anadək bilməmiş, pulun saxta olmasını polis bölməsində bilmişdir. Pul kisəsini gecə tapdığımdan həmin pul əskinazlarından alış-veriş etməmiş, yəni xərcləməmişdir. Qeyd ediyim kimi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, dəniz kənarında yerdən boz rəngli üzərində qara cizgiləri olan qadınlar üçün nəzərdə tutulan pul kisəsini və həmin pul kisəsinin içərisində bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütləni və saxta pul əskinazlarını yerdən taparkən tək olmuş, yanında kənar heç kəs olmamışdır. Evə qayıdanda Digah yolunda tanışı Şahid1 ilə rastlaşmış, onunla söhbət etmiş, sonuncuya pul kisəsi tapdığını bildirmiş, lakin psixotrop maddə olan metamfetamin tapdığını deməmişdir. Pul kisəssini Rzaya göstərdikdə həmin puldan bir ədəd 50 manat bir ədəd 20 manat və bir ədəd 10 manat pul əskinazları götürmüş, gecə olduğundan pulun saxtalığını bilməmiş, tapdığı pul kisəsinin içərsində olan həmin pul əskinazlarını polis bölməsində işıqlı olan yerdə diqqətlə baxdıqda pulun saxtalığını görmüş, yəni pul əskinazlarının surətləri çıxarılmış vəziyyətdə olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Sultanağa oğlunun elan olunmuş ifadəsindən görünür ki, «TOFAŞ» markalı ** DC *** qediyyat nişanlı avtomobili icarəyə götürərək idarə edir. Nihat ona bir neçə dəfə sifariş verib onu taksi kimi bir neçə ünvanlara aparmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə radələrində avtomobili təhvil verib Abşeron rayonu Mehdiabad qəsəbəsinə Digah yolu ilə qoyub piyada qayıdan vaxtı tanışı Nihat ilə rastlaşmış, onunla söhbət etmiş, aralarında səmimi münasibət olmuşdur. Nihat ona bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, dənizdən qayıdır, kənarında yerdən boz rəngli üzərində qara cizgiləri olan qadın üçün nəzərdə tutulan pul kisəsi tapıb, içərsində də min manatdan çox pul vardır. Həmin pulu xərcləmək istəmədiyini bildirmiş, hətda ona bildirmişdir ki, onun sahibi çıxmaz, özü həmin puldan bir ədəd 50 manat bir ədəd 20 manat və bir ədəd 10 manat pul əskinazlarını götürmüşdür. Gecə olduğundan pulun saxtalığı bilinməmiş, yəni pulun saxta olmağını bilməmiş, hətda pulun saxta olmağını Nihat da bilməmişdir. Onlar Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində olan Araz marketin yaxınlığından keçərkən polis əməkdaşları onlara yaxınlaşmış, onlardan sənədləri soruşulmuş, hətda polis əməkdaşları onlara irad tutaraq gecənin bu vaxtında oğurluğa gedirsiniz deyərək, onlardan şübələndiklərini deyib əlavə avtopaturul çağırmışlar. Polis əməkdaşları onları saxlayan vaxtı Nihatdan və ondan üzərlərində qanunsuz əşyalar olmasını soruşmuş, Nihat bildirmişdir ki, üzərində psixotrop maddə vardır. Polis əməkdaşları onu və Nihatı saxlayıb Mehdiabad PB-nə dəvət etmişlər. Nihatı Mehdiabad PB-də xidməti otaqların birinə aparmış, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Onu isə başqa otağa aparmışlar. Onun cins şalvarının sol yan cibində Nihatdan götürdüyü bir ədəd 50 manat bir ədəd 20 manat və bir ədəd 10 manat pul əskinazlarını polisə təqdim etmiş, həmin vaxtı bölmədə diqqətlə pula baxdıqda müəyyən edilmişdir ki, pullar saxtadır pulun saxtalığı aşkar şəkildə görünmüş, o həmin pulun saxta olmasını əvvəlcə bilməmiş, bunu polis bölməsində bilmişdir. X3 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində dəniz kənarı ərazidən ona göstərdiyi pul kisəsini tapıb içərisində içərisindən bir ədəd üzərində A61135619 nömrələri yazılan 100 manatlıq, 20 ədəd üzərində B33773343 nömrələri yazılan 50 manatlıq, bir ədəd üzərində B74726613 nömrələri yazılan 20 manatlıq, 11 ədəd üzərində B15231434 nömrələri yazılan 10 manatlıq saxta pul əskinazları və psixotrop maddə metamfetamin olmasını bildirmiş, sonuncu psixotrop maddənin olmasını ondan gizlətmişdir. Bundan sonra onun üzərindən aşkar olunan 50 manat bir ədəd 20 manat və bir ədəd 10 manat pul əskinazlarını kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüş və protokol tərtib edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 15 iyul 2022-ci il tarixdə 10 saylı piyada patrulla Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində xidməsi yoldaşları Şahid3 ilə birlikdə xidmət etmişdir. Həmin vaxtı saat 06:30 radələrində Mehdiabad qəsəbəsi ərazsində «Araz» marketin yaxınlığında iki nəfər şəxslərin özlərini şübhəli apardığından onlara yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxslərdən şəxsiyətlərini təstiq edən sənədlərini soruşmuş, həmin şəxslərin sənədləri üzərində olmadıqlarını və suallara qeyri səmimi cavab verdikləri üçün köməyə yaxınlıqda xidmət aparan «5710» çağırışlı avtopatrul çağırmış, xidmət yoldaşları Şahid5, Elnur Arifbəyli və Şahid4 oraya gəlmişlər Bundan sonra həmin şəxsləri Abşeron RPİ-nin Mehdabad PB-nə getməyi təklif etmiş, həmin şəxslər etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişlər. Polis İdarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq üzərinə şəxs axtarış keçiriləcəyi bildirilmiş, həmçinin ona üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmetin olub-olmaması və əgər varsa təqdim olunması təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının arxa cibindən boz rəngli üzərində qara cizgiləri olan qadınlar üçün nəzərdə tutulan pul kisəsi və həmin kisənin içərsində bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olduğunu, özü istifadə etmək üçün xx.xx.2022-ci il tarixdə gecə saat 3 radələrində Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazsində dənizkənarı qumluq sahədən tapdığını bildirmişdir. Həmin maddəni özü istifadə etmək üçün üzərində saxladığını qeyd etmiş, bundan əlavə həmin pul kisəsinin içərisində psixotrop maddə metamfetamindən əlavə bir ədəd üzərində A61135619 nömrələri yazılan 100 manatlıq, 20 ədəd üzərində B33773343 nömrələri yazılan 50 manatlıq, bir ədəd üzərində B74726613 nömrələri yazılan 20 manatlıq, 11 ədəd üzərində B15231434 nömrələri yazılan 10 manatlıq saxta pul əskinazları aşkar edilmişdir. Buna görə də müdafiəçi vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən psixotrop maddə və pul əskinazları ayrı-ayrılıqda qablaşdırılaraq zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, protokol tərtib edilmişdir. Bundan əlavə də PB-nə gətirdikləri Şahid1 qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq onun üzərinə şəxs axtarış keçiriləcəyi bildirilmiş, həmçinin ona üzərində keçirlən baxış keçirlən zaman üzərində nömrələri olmayan 50 manatlıq bir ədəd üzərində B57893097 nömrəli yazılan, 20 manatlıq, bir ədəd üzərində B15231434 nömrələr yazılmış 10 manatlıq pul əskinazlarının olmasını bildirdi həmin pul əskinazlarını Təqsirləndirilən şəxs aldığını bildirmiş, onun üzərində başqa hər-hansı bir qeyri-qanuni əşya və ya predmetin olması müəyyən edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid3 polis nəfəri Şahid2 dediklərini təsdiq etmiş və məhkəmə istintaqına eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid4 ifadəsində göstərmişdir ki, 15 iyul 2022-ci il tarixdə «5710» çağrışlı Patrulla 1 saylı marşrutda Abşeron rayonu Mehdiabad qəsəbəsi ilə Digah ərazisində xidmət yoldaşları Şahid5 və Elnur Arifbəyli ilə birlikdə xidmət etmiş, həmin vaxtı saat 06:30 radələrində 57-39 çağırışlı piyada avtopatrul Şahid2 ilə Şahid3 efir vasitəsi ilə kömək istəmiş, onlar da «Göygöl-1»dən qeydiyyatdan keçərək çağırılan əraziyə yaxınlaşmış, orada olan iki vətəndaş və polis əməkdaşları olmuş, həmin şəxslər özlərini şübhəli olduğundan onlara yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxslərdən şəxsiyətlərini təstiq edən sənədlərini soruşmuş, həmin şəxslərin sənədləri üzərlərində olmadıqları üçün onları Abşeron RPİ-nin Mehtabad PB-nə getməyi təklif etmiş, həmin şəxslər etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmiş, həmin şəxslərə hər hansı formada fiziki zor və yaxud təzyiqlər edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfərləri polis serjantı Şahid5, Şahid6 ifadələrində polis nəfəri Şahid4 dediklərini təsdiq etmiş və məhkəmə istintaqına eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 15 iyul 2022-ci il tarixli 6/3837 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən…» sözləri qeyd olunan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,580 (0,530) qram ağ rəngli kristallikşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin «06» avqust 2022-ci il tarixli 4312 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı 15 iyul 2022-ci il tarixdə saat 08:30 radələrindən saat 09:00 radələrindək olan müddət ərzində Abşeron rayon Pİ-nin Mehdiabad PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə Abşeron rayon Pİ-nin PPXB-nin əməkdaşları tərəfindən Novruzov X2 PB-nə gətirilərək inzibati binada üzərində keçirilən şəxsi axtarış zaman əynində olan qara rəngli cins şalvarın arxa cibindən üzərində qara cizgiləri olan pul kisəsi və həmin pul kisəsinin içərisində bir ədəd şəffaf rəngli selofona bükülü psixotrop maddə metamfetaminə oxşar maddə, bir ədəd A seriyalı 61135619 nominal 100 nominal, 20 ədəd B seriyalı 33773343 nömrəli 50 nominal, bir ədəd B seriyalı 74726613 nömrəli 20 nominal, 11 ədəd B seriyalı 15231434 nömrəli 10 nominal, bir ədəd seriya və nömrəsi olmayan 50 nominal, bir ədəd B seriyalı 57893097 nömrəli 20 nominal, 1 ədəd B seriyalı 15231434 nömrəli 10 nominal aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs üzərinə «şəxsi axtarış keçirilməsi və götürmə aparılması» haqqında tərtib edilmiş 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, 15 iyul 2022-ci il tarixdə saat 08:30 radələrindən saat 09:00 radələrinədək olan müddət ərzində Abşeron rayon Pİ-nin Mehdiabad PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə Abşeron rayon Pİ-nin PPXB-nin əməkdaşları tərəfindən Mehdiabad PB-nə gətirilərək inzibati binada üzərində keçirilən şəxsi axtarış zaman əynində olan qara rəngli cins şalvarın arxa cibindən üzərində qara cizgiləri olan pul kisəsi, həmin pul kisəsinin içərisində bir ədəd şəffaf rəngli selofona bükülü psixotrop maddə metamfetaminə oxşar maddə, bir ədəd A seriyalı 61135619 nominal 100 nominal, 20 ədəd B seriyalı 33773343 nömrəli 50 nominal, bir ədəd B seriyalı 74726613 nömrəli 20 nominal, 11 ədəd B seriyalı 15231434 nömrəli 10 nominal, bir ədəd seriya və nömrəsi olmayan 50 nominal, bir ədəd B seriyalı 57893097 nömrəli 20 nominal, 1 ədəd B seriyalı 15231434 nömrəli 10 nominal aşkar edilərək götürülmüşdür. İş üzrə 15 iyul 2022-ci il tarixli «təqdim etmə və götürmə» protokolundan görünür ki, Şahid1 Sultanağa oğlu tərəfindən bir ədəd seriya və nömrəsi olmayan 50 nominal, bir ədəd B seriyalı 57893097 nömrəli 20 nominal, 1 ədəd B seriyalı 15231434 nömrəli 10 nominal könüllü olaraq təqdim edilmiş və həmin nominallar protokolla götürülmüşdür. Ekspertiza tədqiqatına tədqiq olunmuş metamfetaminin ümumi çəkisi 0,580 qram, tədqiqata sərf olunan miqdar 0.05 qram, qalıq 0,530 qram təşkil edir. Odur ki, iş üzrə ümumi çəkisi 0,580 qram olan psixotrop maddə metamfetamin, bir ədəd A seriyalı 61135619 nominal 100 nominal, 20 ədəd B seriyalı 33773343 nömrəli 50 nominal,bir ədəd B seriyalı 74726613 nömrəli 20 nominal, 11 ədəd B seriyalı 15231434 nömrəli 10 nominal, bir ədəd seriya və nömrəsi olmayan 50 nominal, bir ədəd B seriyalı 57893097 nömrəli 20 nominal, 1 ədəd B seriyalı 15231434 nömrəli 10 nominal Azərbaycan manatı saxtda pul əskinasları və bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və ekspert tədqiqatından qalıq qalmış 0,530 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, bir ədəd A seriyalı 61135619 nominal 100 nominal, 20 ədəd B seriyalı 33773343 nömrəli 50 nominal, bir ədəd B seriyalı 74726613 nömrəli 20 nominal, 11 ədəd B seriyalı 15231434 nömrəli 10 nominal, bir ədəd seriya və nömrəsi olmayan 50 nominal, bir ədəd B seriyalı 57893097 nömrəli 20 nominal, 1 ədəd B seriyalı 15231434 nömrəli 10 nominal Azərbaycan manatı saxta pul əskinasları cinayət işindən ayrılmış materiala əlavə edilmiş və bir ədəd DVD diski saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də məhkəmə hesab edir ki, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Bəhruz Hüseynov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Toplanmış sübutlar əsasında xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 04 (dörd) ay 14(on dörd) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,530 qram psixatrop maddə olan metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında və həbsdə saxlanıldığı 04 (dörd) ay 14(on dörd) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla hazırki hökmdə təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Naxçıvan Muxtar Respublikası ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,530 qram narkotik maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Naxçıvan MR Babək rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-629/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-629/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver