Məhkəmə qərarları › İş №1(012)-629/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-629/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-629/2024 11.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, 28 avqust 1997-ci ildə Füzuli rayonu, Əbdulrəhmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Füzuli rayonu, Əbdürrəhmanlı Ərazi Dairəsi, Əbdürrəhmanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxx 2004-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Azərbaycan Dövlət Bədən X2 cüdo-məşqçilik fakültəsinin 3-cü kurs tələbəsi, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2001-ci ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4ayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhmanov küçəsində yerləşən "xxxx" MMC-nin 3880 saylı mağazasında olan "xxxx" MMC-yə məxsus "xxxx" ödəmə terminalını oğurlamaq barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, 01 dekabr 2023-cü il tarixdə, saat 05 radələrində mağazanın şüşədən olan giriş qapısını istintaqa məlum olmayan predmetlə sındırıb, Təqsirləndirilən şəxs3 ilə birlikdə qanunsuz daxil olmuş və oradan 2432,96 manat dəyərində "xxxx" ödəmə terminalını içərisində olan 5226 manat pul ilə birlikdə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 7658,96 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakım gizli olaraq talama məqsədilə Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhmanov küçəsində yerləşən "xxxx" MMC-nin 3880 saylı mağazasında olan "xxxx" MMC-yə məxsus "xxxx" ödəmə terminalını oğurlamaq barədə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, 01 dekabr 2023-cü il tarixdə, saat 05 radələrində Təqsirləndirilən şəxs1 mağazanın şüşədən olan giriş qapısını istintaqa məlum olmayan predmetlə sındırıb Təqsirləndirilən şəxs3 ilə birlikdə qanunsuz daxil olmuş və oradan 2432,96 manat dəyərində "xxxx" ödəmə terminalını içərisində olan 5226 manat pul ilə birlikdə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 7658,96 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhmanov küçəsində yerləşən "xxxx" MMC-nin 3880 saylı mağazasında olan "xxxx" MMC-yə məxsus "xxxx" ödəmə terminalını oğurlamaq barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, 01 dekabr 2023-cü il tarixdə, saat 05 radələrində Təqsirləndirilən şəxs1 mağazanın şüşədən olan giriş qapısını istintaqa məlum olmayan predmetlə sındırdıqdan sonra sonuncu ilə birlikdə qanunsuz daxil olmuş və oradan 2432,96 manat dəyərində "xxxx" ödəmə terminalını içərisində olan 5226 manat pul ilə birlikdə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 7658,96 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri nəzərdə tutulan elan edilmiş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu və bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri nəzərdə tutulan elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 02 oktyabr 2014-cü il tarixli Xəzər rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.1, 185.2.2, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azadlığa buraxılmışdır. 25 may 2022-ci il tarixli Binəqədi rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Salyan rayon məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarı ilə 22 gün vaxtından əvvəl şərti azad edilmişdir. Mahiyyət üzrə bildirmişdir ki, 1500 manat pula ehtiyacı olmuş və onun həmin məbləğdə pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. 30 noyabr 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Penalti lounge” playstation salonunda olduğu zaman Elçini orada görmüş və sonuncu ilə görüşmüşdür. Həmin vaxt o həmin salonun 2-ci mərtəbəsində olmuşdur. Elçin isə ona həmin salonun birinci mərtəbəsində playstation oynadığını bildirmişdir. 01 dekabr 2023-cü il tarixdə saat 01 radələrində Elçin onunla sağollaşaraq getdiyini demişdir. Salonda olduğu zamanda Əhmədin gəldiyini görmüş və ona avtomobil lazım olduğunu bildirmişdir. Əhməd isə özündə avtomobil olmadığını lakin onun üçün avtomobil tapa biləcəyini demiş və ondan avtomobili nə üçün istədiyini soruşmuşdur. O isə Əhmədə pula ehtiyacının olduğunu və bu səbəbdən oğurluq etmək istədiyini demişdir. Əhməd isə ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra Əhməd Muhamməd adlı tanışına zəng etmiş və ondan istifadəsində olan avtomobilini istəmişdir. Məhəmməd isə saat 06:00-dək avtomobili ona verə biləcəyini demiş, lakin o Məhəmmədə avtomobili nə üçün istədiyini deməmişdir. Əhməd avtomobili gətirmək üçün getmiş və o, Əhmədi gözləmək üçün salondan çölə çıxmışdır. Əhməd avtomobili gətirdikdən sonra salonun qabağında avtomobilin ön oturacağına əyləşmişdir. Həmin vaxt avtomobilin arxa oturacağında bir nəfərində əyləşdiyini görmüşdür. O Əhməddən həmin şəxsin kim olması barədə maraqlanmış, Əhməd isə ona dostu Əlövsət olduğunu və narahat olmamasını bildirmişdir. Avtomobil ilə hərəkətdə olarkən Elçinin bir nəfərlə piyada getdiyini görmüşdür. Əhməd avtomobili onların yanında saxlamışdır. Onlar görüşdükdən sonra Elçin haraya getdiklərini soruşmuş. Əhməd isə onlara Digah qəsəbəsinə getdiklərini bildirmişdir. Elçində onları Digah qəsəbəsinə yaşadığı küçəyə aparmağı xahiş etmişdir. Əhməd də etiraz etməmiş və onlar avtomobilə əyləşmişlər. Digah qəsəbəsində olduqları zaman Elçin avtomobildən düşmək istəmiş, Əhməd isə ona “işimiz var, pul götürüb gələk” sözlərini demişdir. Elçində razılıq vermiş və Əhməd avtomobili Fatmayi-Goradil istiqamətində sürməyə başlamışdır. Elçin, sonradan adını Nihad kimi bildiyi Elçinin dostu və Əlövsət avtomobilin arxa oturacağında əyləşdiyindən o Əhməd ilə haradan və necə oğurluq edəcəkləri barədə söhbət etmişdir. O Əhməddən avtomobili Digaha tərəf sürməsini istəmiş və sonuncuya demişdir ki, “Digahdan ödəmə terminalıda olsa oğurlaya bilərik”. Digah qəsəbəsində olduqları zaman yolun kənarında “Al” marketi görmüşlər və onun yanında keçərkən içərisində ödəmə terminalının olduğunu görüb, həmin terminalı oğurlamaq qərarına gəlmişdir. Əhmədə də ödəmə termianlını oğurlamaq istədiyini bildirmişdir. O Əhmədə avtomobili boş əraziyə sürməsini və avtomobilin nömrələrini açmağı təklif etmişdir. Əhməd avtomobili boş əraziyə sürmüş və Elçinədə avtomobildən düşməsini bildirmişdir. Əhməd, Elçin və o avtomobildən düşmüşlər. O Elçinə ödəmə terminalını oğurlamaq istədiyini bildirmişdir. Elçin əvvəlcə etiraz etmiş, lakin sonradan razılıq vermişdir. O Əhməd ilə birlikdə avtomobilin nömrələrini açmışlar. Avtomobilə minib üzərində olan papağı bıçaq ilə kəsib maska formasında düzəldib geyinmişdir və üzərində olan digər papağıda maska formasında düzəldib geyinməsi üçün Elçinə vermişdir. Əhməd də üzərində olan papağı maska formasına salıb geyinmişdir. Əhməd ilə aralarında razılaşmışlar ki, nə oğurlasalar aralarında bölsüblər. Təxminən saat 05 radələrində Əhməd avtomobili marketin yanında saxlamış, əvvəlcə o, daha sonra isə Əhməd və Elçin avtomobildən düşmüşdür. O avtomobildən düşüb marketə yaxınlaşmış və ödəmə terminalının marketin giriş hissəsinin sol tərəfində olduğunu görüb, marketin şüşə qapısını sındırmaq üçün bir neçə dəfə təpiklə vurmuş, lakin sındıra bilmədiyi üçün avtomobilin ön oturacağının altında olan sellofan torbadakı təkər açanı götürüb ardıcıl bir neçə zərbə vurduqdan sonra mağazanın qapısının şüşəsini sındırmışdır. Əvvəlcə o, ardınca isə Elçin dükana daxil olmuş, birlikdə "xxxx" ödəmə terminalını götürüb dükandan çıxarmışlar. Əhməd həmin vaxt dükandan çöldə, Nihad ilə Əlövsət isə avtomobildə əyləşib onları gözləmişdir. Əhməd avtomobilin yük yerini açıb Elçin ilə ona kömək edərək birlikdə ödəmə terminalını yük yerinə qoymuşlar. Bundan sonra Əhməd avtomobili gəldikləri istiqamətdə sürməyə başlamışdır. Avtomobili Digah qəsəbəsində yerləşən “Xudafərin" kafesi istiqamətində hərəkət etdirdikdən sonra Əhməd avtomobili kafenin yanında olan qəbiristanlıq istiqamətində sürmüşdür. Əhməd avtomobili qəbiristanlıq istiqamətində dağa tərəf sürmək istəsə də avtomobil sürüşdüyü üçün dağa qalxmadığından avtomobili orada saxlamışdır. Bundan sonra Əlövsət və Nihaddan başqa hamısı avtomobildən düşmüşlər. Əhməd, Elçin və o ödəmə terminalını avtomobildən götürüb yerə qoymuşlar. Terminalı yerə qoyanda ekranında yazılar yazılmağa başlamış və ekranda rus dilində “kassa balans 5226 azn" sözləri yazıldığını görmüşdür. Ona həmin vaxt məlum olmuşdur ki, aparatda 5226 manat pul var. Bu zaman o terminalın ekranını təpiklə vuraraq sındıra bilmədiyindən əlindəki təkər açarı ilə terminalın ekranına bir neçə zərbə vurmuşdur. Həmin vaxt Elçin qəbiristanlıq istiqamətindən avtomobil gəldiyini demişdir. Onlar həmin avtomobilin polis avtomobili olduğunu zənn edərək ödəmə terminalını orada qoyub dərhal avtomobilə əyləşmiş və Əhməd avtomobili Məmmədli kəndi istiqamətində sürməyə başlamışdır. Əhməd avtomobili Məmmədli kənd yolunda saxlamışdır. Avtomobilin nömrələrini bağladıqdan sonra Elçin ödəmə terminalının olduğu yerə getmək istəmədiyini, həmin yerə artıq polislərin gəldiyini və buna görə də evə getmək istədiyini bildirmişdir. Nihadda Elçin kimi həmin yerə qayıtmaqdan imtina etmişdir. O Əhmədə Elçin ilə Nihadı evlərinə düşürtməsini bildirmiş və onlar Balaxanı yolunda avtomobildən düşmüşlər. Bundan sonra o, Əhməd və Əlövsət ilə birlikdə ödəmə terminalının olduğu yerə qayıtmışdır. O ödəmə terminalını avtomobildə olan mıx açan ilə sındırmış və içərisində olan pulların yığıldığı kassanı götürmüşdür. Həmin kassanı sındırmaq üçün Əhməd mişar daşı ilə kassanı vurmağa başlamışdır. Əhməd kassanı sındırdıqdan sonra pulları götürmüşdür. Bundan sonra onlar avtomobilə əyləşmişlər. Əhməd avtomobildə pulları ona vemişdir. O pulları ayırmağa başlamış və pulları 100 manatlıq, 50 manatlıq, 20 manatlıq, 5 manatlıq və 1 manatlıq olmaqla ayırmışdır. Pulları saydıqda 5226 manat olduğu ona məlum olmuşdur. Həmin pulun 200 manatını avtomobilə qoymuş, qalan 5026 manat pulu isə Əhməd ilə öz aralarında bölmüşlər. Əhməd isə özünə düşən puldan 200 manatını Əlövsətə versə də, Əlövsət pulu götürməkdən imtina etmişdir. Bundan sonra o avtomobildən enmiş və sağollaşaraq onların yanından ayrılmışdır. Nihad və Əlövsət onlarla birlikdə terminalı oğurlamağa getsələr də, sonuncular ödəmə terminalının oğurlanmasında və terminalın sındırılmasında iştirak etməmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilən ittihamda özünü təqsirli bilərək,əməlindən peşiman olduğunu, vurulan ziyandan ona düşən payı tam olaraq ödədyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilən ittihamda özünü təqsirli bilərək,ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Dövlət Bədən X2 cüdo məşqiçilik fakültəsinin 3-cü kurs tələbəsidir. Mahiyyəti üzrə bildirmişdir ki, Fərid adlı dostunun ona pul borcu olduğundan 01 dekabr 2023-cü il tarixdə, saat 01 radələrində pulu ondan götürmək üçün sonuncu ilə danışaraq harada olduğunu soruşmuşdur. Fərid isə ona Mehdiabad qəsəbəsində yerləşən “Penalti lounge” adlı playstation salonunda olduğunu bildirmişdir. O da həmin yerə getmişdir. Salona daxil olub Fəridin oturduğu yerə gedən zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 onu görüb, oturduğu otaqdan çölə çıxmışdır. Həmin vaxt Vüsal ondan avtomobilinin olubolmadığını soruşmuşdur. O isə ona avtomobilinin olmadığını demişdir. Vüsal ondan avtomobilini nə etdiyini soruşmuşdur. O da sonuncuya icarə əsasında idarə etdiyi avtomobili artıq özünün idarə etmədiyini və həmin avtomobili dostu Məhəmməd Əliyevin icarə əsasında idarə etdiyini bildirmişdir. Vüsal pula ehtiyacı olduğu üçün oğurluq etmək istədiyini bu səbəbdən avtomobil lazım olduğunu və ondan Məhəmməddə olan avtomobili təşkil etməyini xahiş etmişdir. O da Vüsala köməklik edəcəyini bildirmiş, yanında Məhəmmədə zəng edib, sonuncuya “Malış” ləqəbi ilə tanınan Vüsala avtomobil lazım olduğunu bildirib avtomobili istəmişdir. Hətta Məhəmmədə demişdir ki, Vüsal deyir ki, “avtomobilin kirayə pulun ödəməyə də kömək edər.” Məhəmməd isə saat 06:00 da işə çıxacağını və avtomobili həmin vaxta qədər verə biləcəyini bildirmişdir. Məhəmməd avtomobili verməyə razılıq verdikdən sonra ona “Penalti lounge” da olduqlarını və avtomobilidə həmin yerə gətirməsini xahiş etmişdir. Təxminən saat 02 radələrində Məhəmməd ona zəng edərək “Penalti lounge”ın qarşısında olduğunu demişdir. O salondan çıxıb Məhəmmədin yanına getmiş və o avtomobilin açarlarını sonuncudan alıb avtomobili idarə etməklə Məhəmmədi evlərinə aparmışdır. Məhəmmədi evlərinə qoyduqdan sonra Vüsalın yanma qayıdan zaman Digah qəsəbəsində yaşayan dostu Şahid2 görmüşdür. O sonuncudan haraya getdiyini soruşmuş, Əlövsət isə siqaret almağa getdiyini bildirmişdir. O Əlövsətə birlikdə getməyi təklif etmişdir. Əlövsət isə etiraz etməyərək avtomobilə əyləşmişdir. Bundan sonra Vüsal ona zəng edərək salonun bağlandığını deyib onu salonun qarşısından götürməyini bildirmişdir. O Vüsalın yanına getmiş və sonuncu avtomobilə əyləşdikdən sonra Əlövsəti avtomobildə görüb kim olduğunu soruşmuşdur. O isə Əlövsəti tanış edərək dostu olduğunu bildirmişdir. Onlar avtomobil ilə hərəkətdə olarkən həmin küçə ilə iki nəfərin piyada olaraq getdiyini görən Vüsal həmin şəxslərin dostları olduğunu bildirib avtomobili onların yanında saxlamağını istəmişdir. O da avtomobili onların yanında saxlamış və onlar avtomobildən düşmüşlər. Həmin şəxslərdən biri əvvəllər tanıdığı Elçin, digəri isə sonuncunun dostu Nihad idi. O Elçini tanısa da, Nihadı əvvəllər tanımamışdır. Sonuncularla görüşdükdən sonra Elçin ondan haraya getdiyini soruşmuşdur. O da Digah qəsəbəsinə getdiyini demişdir. Elçin isə ondan özünü və Nihadı yaşadıqları küçədə düşürtməyini xahiş etmişdir. O da etiraz etməyərək apara biləcəyini bildirmişdir. Bundan sonra onlar avtomobilə əyləşmişlər. Digah qəsəbəsində olduqları zaman Elçin avtomobildən düşmək istəmiş, o isə Elçinə “işimiz var, pul götürüb gələk” sözlərini demişdir. Elçində razılıq vermiş və o avtomobili Fatmayi- Goradil istiqamətində sürməyə başlamışdır. Elçin, Nihad və Əlövsət avtomobilin arxa oturacağında əyləşdiyindən Vüsal ona 1500 manat pula ehtiyacının olduğunu bildirmiş və həmin pulu əldə etmək üçün haradan və necə oğurluq edəcəkləri barədə söhbət etmişlər. Vüsal ona avtomobili Digah istiqamətində sürməyi istəmiş və ona “Digahdan ödəmə terminalıda olsa oğurlaya bilərik” sözlərini demişdir. Saat 04:30-da Digah qəsəbəsində olduqları zaman yolun kənarında “Al” market görmüş və həmin marketin yanında keçərkən içərisində ödəmə terminalının olduğunu görüb, Vüsal ona həmin terminalı oğurlamaq istədiyini demişdir. Vüsal ondan avtomobilin nömrələrini açmaq üçün avtomobili boş əraziyə sürməsini istəmişdir. O avtomobili boş əraziyə sürüb avtomobildən düşmüş və Vüsal Elçinədə avtomobildən düşməsini bildirmişdir. Vüsal Elçinə ödəmə terminalını oğurlamaq istədiklərini bildirmişdir. Elçin etiraz etsə də, sonradan razılıq vermişdir. O Vüsal ilə birlikdə avtomobilin nömrələrini açmışlar və Vüsal nömrələri avtomobilin içərisinə qoymuşdur. Bundan sonra avtomobilə minib üzərində olan papağı bıçaq ilə kəsib maska formasında düzəldib geyinmiş və Vüsal da üzərində olan papağı maska formasında düzəldib geyinmişdir. Vüsal həmin vaxt Elçin üçündə bir ədəd maska düzəldib vermişdir. Vüsal ilə aralarında razılaşmışlar ki, nə oğurlasalar öz aralarında bölsünlər. Təxminən saat 05 radələrində o avtomobili marketin yanında saxlamışdır. Əvvəlcə Vüsal, daha sonra isə Elçin və o avtomobildən düşmüşlər. Vüsal avtomobildən düşüb marketə yaxınlaşmış və ödəmə terminalı marketin giriş hissəsinin sol tərəfində olduğundan marketin şüşə qapısını sındırmaq üçün bir neçə dəfə təpiklə vurmuş, lakin sındıra bilmədiyi üçün avtomobilin ön oturacağının altında olan sellofan torbadakı təkər açanı götürüb ardıcıl bir neçə zərbə vurduqdan sonra mağazanın qapısının şüşəsini sındırmışdır. Əvvəlcə Vüsal, ardınca isə Elçin dükana daxil olmuşdur. Onlar birlikdə "xxxx" ödəmə terminalını götürüb dükandan çıxarmışdır. O həmin vaxt dükandan çöldə, Nihad ilə Əlövsət isə avtomobildə əyləşib onları gözləmişdir. O dərhal avtomobilin yük yerini açıb kömək edərək birlikdə ödəmə terminalını yük yerinə qoymuşlar. Bundan sonra o avtomobili gəldikləri istiqamətdə sürməyə başlamışdır. Avtomobili Digah qəsəbəsində yerləşən “Xudafərin” kafesi istiqamətində hərəkət etdirdikdən sonra avtomobili kafenin yanında olan qəbiristanlıq istiqamətində sürmüşdür. Avtomobili qəbiristanlıq istiqamətində dağa tərəf sürmək istəsə də avtomobil sürüşdüyü üçün dağa qalxmadığından avtomobili orada saxlamışdır. Bundan sonra Əlövsət və Nihaddan başqa hamısı avtomobildən düşmüşlər. Vüsal, Elçin və o ödəmə terminalını avtomobildən götürüb yerə qoymuşdur. Terminalı yerə qoyan zaman aparatın ekranında yazılar yazılmağa başlamış və ekranda rus dilində “kassa balans 5226 azn” sözləri yazıldığını görmüşdür. Onlar həmin vaxt məlum olmuşdur ki, aparatda 5226 manat pul vardır. Bu zaman Vüsal terminalın ekranını təpiklə vuraraq sındıra bilmədiyindən əlindəki təkər açarı ilə terminalın ekranına bir neçə zərbə vurmuşdur. Həmin vaxt Elçin qəbiristanlıq istiqamətindən avtomobil gəldiyini demiş, onlar həmin avtomobilin polis avtomobili olduğunu zənn edərək ödəmə terminalını orada qoyub dərhal avtomobilə əyləşmiş və o avtomobili Məmmədli kəndi istiqamətində sürməyə başlamışdır. O avtomobili Məmmədli kənd yolunda saxlayıb avtomobilin nömrələrini bağladıqdan sonra Elçin ödəmə terminalının olduğu yerə getmək istəmədiyini, həmin yerə artıq polislərin gəldiyini və buna görə də evə getmək istədiyini bildirmişdir. Nihadda Elçin kimi həmin yerə qayıtmaqdan imtina etdiyindən Vüsal ona Elçin ilə Nihadı evlərinə düşürtməyini bildirmiş və sonuncular Balaxanı yolunda avtomobildən düşmüşlər. Bundan sonra o, Vüsal və Əlövsət ilə birlikdə ödəmə terminalının olduğu yerə qayıtmışdır. Vüsal ödəmə terminalını avtomobildə olan mıx açan ilə sındırmış və içərisində olan pulların yığıldığı kassanı götürmüşdür. Həmin kassanı sındırmaq üçün o mişar daşı ilə kassanı vurmağa başlamışdır. O kassanı sındırdıqdan sonra pulları götürmüşdür. Bundan sonra onlar avtomobilə əyləşmiş və pulları avtomobildə Vüsala vermişdir. Vüsal pulları ayırmağa başlamış və pulları 100 manatlıq, 50 manatlıq, 20 manatlıq, 5 manatlıq və 1 manatlıq olmaqla ayırmışdır. Pulları saydıqda 5226 manat olduğu onlara məlum olmuşdur. Həmin pulun 200 manatını avtomobilə qoymuşlar. Qalan 5026 manat pulu isə Vüsal ilə öz aralarında bölmüşlər. O özünə düşən puldan 200 manatını Əlövsətə versə də, Əlövsət pulu götürməkdən imtina etmişdir. Bundan sonra Vüsal avtomobildən düşüb getmiş, o isə Əlövsət ilə birlikdə yaşadıqları ünvana qayıtmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilən ittihamda özünü təqsirli bilərək, əməlindən peşiman olduğunu, vurulan ziyandan ona düşən payı tam olaraq ödədyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilən ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, təxminən 2 ildir ki, cüdo müəllimi kimi işləyir. 30 noyabr 2023-cü il tarixdə, saat 22 radələrində işlədiyi zaldan çıxaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “penalti lounge“ adlanan playstation salonuna getmiş və orada Vüsal ilə rastlaşmışdır. O Vüsal ilə görüşüb salonun birinci mərtəbəsinə playstation oynamağa getmişdir. Əvvəlcədən dostu Şahid1 ilə danışdığından sonuncuda onun yanma gəlmişdir. Onlar saat 01 radələrindək playstation oynadıqdan sonra Vüsal ilə sağollaşıb piyada olaraq evə getməyə başlamışlar. Mehdiabad ticarət mərkəzinin yanında olan zaman ara küçədən “Toyota prius” markalı boz rəngli avtomobil gəlib yanlarında saxlamışdır. Bu zaman avtomobildən Vüsal, Əhməd və əvvəllər tanımadığı lakin sonradan adını Əlövsət kimi bildiyi şəxs onunla və Nihadla görüşmüşdür. O Əhmədə haraya getdiklərini soruşmuş, Əhməd isə Digah kəndinə getdiklərini demişdir. O da sonuncuya onları yaşadıqları küçəyə aparmasını xahiş etmişdir. Əhməd etiraz etməyərək onları aparacağını bildirmişdir. Onlar avtomobilə əyləşmiş, Digah kəndinə çatdıqda o Əhmədə avtomobili saxlamağını və düşmək istədiklərini bildirmişdir. Əhməd isə ona “işimiz var, pul götürək gələk“ sözlərini demişdir. O da etiraz etməyərək birlikdə getməklərinə razılıq vermişdir. Onlar əvvəlcə Məmmədli kəndi istiqamətində hərəkət etmiş, sonradan Əhməd avtomobili Digah kəndi istiqamətində hərəkət etdirməyə başlamışdır. Əhməd ilə Vüsal həmin vaxt öz aralarında söhbət etsələrdə o sonuncuların hansı söhbət etdiklərini eşitməmişdir. Digah kəndində yerləşən “Digah“ təndirinin yanındakı “Al” marketin qarşısından keçib getdikdən sonra ya Vüsal ya da Əhməd ikisindən biri “aparat şüşənin yanındadı“ sözlərini demişdir. Onlar marketin qarşısından keçib getmiş, daha sonra yenidən marketə tərəf qayıdıb orada olan ara küçəyə dönüb orada dayanmışlar. Vüsal, Əhməd və o avtomobildən düşmüşlər. Əhməd ona marketin içərisində ödəmə terminalı var və həmin terminalı oğurlamaq istədikərini demişdir. O, Əhməd və Vüsala “lazım deyil, çıxıb gedək“ sözlərini desə də, sonuncular ona narahat olmamasını bildirmişlər. Bundan sonra Əhməd Vüsal ilə birlikdə avtomobilin nömrələrini açmış və Vüsal nömrələri avtomobilin içərisinə qoymuşdur. Bundan sonra Vüsal və Əhməd parça materialından olan maska geyinmişlər və Vüsal maskamnda birinidə ona vermişdir. Təxminən saat 05 radələrində Əhməd avtomobili marketin yanında saxlamışdır. Əvvəlcə Vüsal, daha sonra isə o və Əhməd avtomobildən düşmüşlər. Vüsal avtomobildən düşüb marketə yaxınlaşmış və ödəmə terminalı marketin giriş hissəsinin sol tərəfində olduğundan marketin şüşə qapısını sındırmaq üçün bir neçə dəfə təpiklə vurmuş, lakin sındıra bilmədiyi üçün avtomobilin ön oturacağının altında olan sellofan torbadakı təkər açanı götürüb ardıcıl bir neçə zərbə vurduqdan sonra mağazanın qapısının şüşəsini sındırmışdır. Əvvəlcə Vüsal, ardınca isə o dükana daxil olmuş, onlar birlikdə "xxxx" ödəmə terminalını götürüb dükandan çıxarmışlar. Əhməd həmin vaxt dükandan çöldə, Nihad ilə Əlövsət isə avtomobildə əyləşib onları gözləmişdir. Əhməd dərhal avtomobilin yük yerini açıb onlara kömək edərək birlikdə ödəmə terminalını yük yerinə qoymuşlar.Bundan sonra Əhməd avtomobili Digah qəsəbəsində yerləşən “Xudafərin“ kafesi istiqamətində hərəkət etdirdikdən sonra kafenin yanında olan qəbiristanlıq istiqamətində sürmüşdür. Əhməd avtomobili qəbiristanlıq istiqamətində dağa tərəf sürmək istəsə də avtomobil sürüşdüyü üçün dağa qalxmadığından orada saxlamışdır. Bundan sonra o, Əhməd və Vüsal ilə birlikdə avtomobildən düşüb terminalı yük yerindən götürüb yerə qoymuşlar. Vüsal və Əhməd terminalı sındırmağa başlamışdır. O isə kənarda dayanmış, Nihad ilə Əlövsət isə avtomobildə oturmuşlar. Əhməd ilə Vüsal terminalı sökən zaman qəbiristanlıq istiqamətində avtomobilin gəldiyini görmüşdür. Avtomobilin polis avtomobili olduğunu zənn edib onlara polisin gəldiyini demişdir. Onlar hamısı qorxub qaçaraq avtomobilə minmiş və Əhməd avtomobili Məmmədli yolu istiqamətində hərəkət etdirməyə başlamışdır. Əhməd avtomobili Məmmədli kənd yolunda saxlamış, bu zaman o ödəmə terminalının olduğu yerə getmək istəmədiyini, həmin yerə artıq polislərin gəldiyini və buna görə də evə getmək istədiyini demişdir. Nihad da həmin yerə qayıtmaqdan imtina etmişdir. Həmin vaxt Vüsal Əhmədə “bunları evlərinə düşürdək" sözlərini demişdir. Bundan sonra onu və Nihadı Balaxanı yolunun üstündə avtomobildən düşürtmüşlər. Vüsal, Əhməd və Əlövsət isə getmişlər. O oğurluq hadisəsini Vüsal və Əhməd ilə birlikdə törətmişdir. Marketə Vüsal ilə birlikdə daxil olmuş, ödəmə terminalını Vüsal ilə birlikdə marketdən çıxardaraq Əhmədin köməkliyi ilə avtomobilin yük yerinə qoymuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2021-ci ilin fevral ayından Modenis MMC şirkətinin təhlükəsizlik şöbəsinin rəhbəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə o, işə gələn zaman müştəri xidmətləri xx.xx.2023-cü il tarixdə Modenis MMC-nin Abşeron rayonu, Digah qəsəbəsi, H. Rəhmanov küçəsində yerləşən “Al” marketdə quraşdırılmış İD-379 saylı "xxxx" ödəmə terminalı içərisində olan 5226 manat pul ilə birlikdə oğurlanmışdır. Həmin pullar 66 ədəd 1 manatlıq, 22 ədəd 5 manatlıq, 20 ədəd 10 manatlıq, 15 ədəd 20 manatlıq, 29 ədəd 50 manatlıq, 29 ədəd 100 manatlıq və 1 ədəd 200 manatlıqdan ibarət olmuşdur. Bundan başqa, həmin terminal sındırılıb yarasız hala düşməsi nəticəsində Modenis MMC-yə "xxxx" ödəmə terminalın görə 2933 manat maddi ziyan dəymişdir. Ümumilikdə Modenis MMC-yə 8159 manat maddi ziyan dəymişdir. "xxxx" ödəmə terminalının oğurluq hadisəsinin baş verdiyi tarixə olan dəyəri 2432 manat 96 qəpik təşkil etmişdir.Təqsirləndirilən şəxs3 valideynləri tərəfindən yetirilmiş ziyandan 17 yanvar 2024-cü il tarixdə 2719 manat, Təqsirləndirilən şəxs2 valideynləri tərəfindən 2719 manat xx.xx.2024-cü il tarixdə ödənilmişdir.Odur ki, MMC-nin onlara qarşı heç bir şikayəti, tələbi yoxdur.Digər Təqsirləndirilən şəxs1 tərəfindən dəyən ziyandan ödəniş olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 noyabr 2023-cü il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “penalti lounge” playstation salonuna dostu Təqsirləndirilən şəxs3 yanına getmişdir. Onlar saat 01 radələrindək playstation oynadıqdan sonra salondan çıxıb piyada olaraq evə getməyə başlamışlar. Mehdiabad ticarət mərkəzinin yanında olan zaman ara küçədən “Toyota prius” markalı boz rəngli avtomobil gəlib yanlarında saxlamışdır. Bu zaman avtomobildən əvvəllər tanımadığı üç nəfər şəxs düşərək o və Elçinlə görüşmüşdür. Ona sonradan məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid2dur. Elçin Əhməddən haraya getdiklərini soruşmuş, Əhməd isə Digah kəndinə getdiklərini demişdir. Elçində ondan yaşadığı küçəyə aparmasını xahiş etmişdir. Əhməd də etiraz etməyərək onları aparacağını bildirmiş və onlarda avtomobilə əyləşmişlər. Digah kəndinə çatdıqda Elçin Əhmədə avtomobili saxlamağını və düşmək istədiklərini bildirmişdir. Əhməd “işimiz var, pul götürək gələk” sözlərini demişdir. Elçində etiraz etməyərək birlikdə getməklərinə razılıq vermişdir. Onlar Məmmədli kəndi istiqamətində hərəkət etdik sonradan Əhməd avtomobili döndərib Digah kəndi istiqamətində hərəkət etdirməyə başlamışdır. Əhməd ilə Vüsal həmin vaxt öz aralarında söhbət etsələr də o, sonuncuların hansı mövzuda söhbət etdiklərini eşitməmişdir. Digah kəndində yerləşən “Digah” təndirinin yanındakı “Al” marketin qarşısından keçib getdikdən sonra ya Vüsal ya da Əhməd ikisindən biri “aparat şüşənin yanındadı” sözlərini demişdir. Onlar marketin qarşısından keçib getmişlər. Daha sonra yenidən marketə tərəf qayıdıb orada olan ara küçəyə dönüb orada dayanmışlar. Vüsal, Əhməd və Elçin avtomobildən düşmüşdür. Onların nə danışdıqlarını bilməmiş, sonuncular yenidən avtombilə oturmuş və hərəkət etməyə başlamışlar. Təxminən saat 05 radələrində Əhməd avtomobili marketin yanında saxlamışdır. Əhməd və Vüsal parça materialından olan maskaları geyinmişlər və onlardan biridə Elçinə maskanı vermişdir. Elçində maskanı geyinmiş və Elçin, Əhməd və Vüsal avtomobildən düşmüşlər. O isə Əlövsət ilə birlikdə avtomobildə qalmışdır. Vüsal avtomobildən düşüb marketə yaxınlaşmış və ödəmə terminalı marketin giriş hissəsinin sol tərəfində olduğundan marketin şüşə qapısını sındırmaq üçün bir neçə dəfə təpiklə vurmuş, lakin sındıra bilmədiyi üçün avtomobilin ön oturacağının altında olan sellofan torbadan nəsə götürüb həmin əşya ilə ardıcıl bir neçə zərbə vurduqdan sonra mağazanın qapısının şüşəsini sındırmışdır. Əvvəlcə Vüsal, ardınca isə Elçin dükana daxil olmuşdur. Onlar birlikdə "xxxx" ödəmə terminalını götürüb dükandan çıxarmışdır. Əhməd dərhal avtomobilin yük yerini açıb onlara kömək edərək birlikdə ödəmə terminalını yük yerinə qoymuşdur. Bundan sonra Əhməd avtomobili Digah qəsəbəsində yerləşən “Xudafərin” kafesi istiqamətində hərəkət etdirdikdən sonra kafenin yanında olan qəbiristanlıq istiqamətində sürmüşdür. Əhməd avtomobili qəbiristanlıq istiqamətində dağa tərəf sürmək istəsə də avtomobil sürüşdüyü üçün dağa qalxmadığından orada saxlamışdır. Bundan sonra Elçin, Əhməd və Vüsal ilə birlikdə avtomobildən düşüb terminalı yük yerindən götürüb yerə qoymuşlar. Vüsal və Əhməd terminalı sındırmağa başlamışdır. Əlövsət ilə o avtomobildə oturmuşdur. Təxminən 5 dəqiqə sonra onlar qaçaraq avtomobilə əyləşmiş və polislərin gəldiyini bildirmişlər. Əhməd avtomobili Məmmədli yolu istiqamətində hərəkət etdirməyə başlamışdır. Bu zaman maskaları sellofan torbaya yığıb Vüsal küçəyə tullamışdır. Bir qədər getdikdən sonra Əhməd avtomobili Məmmədli kənd yolunda saxlamışdır. Bu zaman Elçin ödəmə terminalının olduğu yerə getmək istəmədiyini, həmin yerə artıq polislərin gəldiyini və buna görə də evə getmək istədiyini demişdir. O da həmin yerə qayıtmaqdan imtina etmişdir. Həmin vaxt Vüsal Əhmədə “bunları evlərinə düşürdək” sözlərini demiş, Elçin və o Balaxanı yolunun üstündə avtomobildən düşmüşlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 Digah qəsəbə sakini kimi tanımışdır. Təxminən 4 ildir ki, "xxxx" MMC-də növbə rəisi vəzifəsində işləyir. İş qrafıkinə əsasən bir gün işdə iki gün evdə olduğundan, evdə olduğu müddətdə taksi fəaliyyəti ilə məşğul olur. İstifadəsində “Toyota Prius” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili icarə əsasında etibarnamə ilə idarə edir. İşdə olduğu müddətdə isə “Toyota Prius” markalı **- NO-*** dövlət qeydiyyat nişanlı avtomobili dostu X3 idarə edir. Həmin avtomobil ilə 01 dekabr 2023-cü il tarixdə, saat 00:30-dək taksi fəaliyyəti ilə məşğul olduqdan sonra avtomobili Muhammədin idarə etməsi yaşadığı ünvana aparmışdır. Avtomobili Muhammədə təhvil verdikdən sonra yaşadığı ünvana qayıtmışdır. Həmin tarixdə saat 08 radələrində “Toyota Prius" markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin evin qarşısında olduğunu görmüşdür. Bundan sonra Muhammədə zəng etmiş və sonuncudan avtomobilin necə onun evinin qabağında gəlib çıxdığını soruşmuşdur. Muhamməd də ona avtomobili gecə Əhmədə verdiyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, 01 dekabr 2023-cü il tarixdə saat 05 radələrində Əhməd tanışları ilə birlikdə Digah qəsəbəsində yerləşən “Al” marketdən "xxxx" ödəmə terminalını etibarnamə əsasında ona idarə etməyi üçün verilmiş “Toyota Prius” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə oğurlamışdır. Onun oğurluq hadisəsi barədə məlumatı olmamışdır. Əhməd də ona bu barədə hər hansi bir söz deməmişdir. O avtomobili Muhammədə idarə etməsi üçün vermişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişlər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onların əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasın Azərbaycan Respublikası CM-nin 185.2.1, 185.2.2, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış və xx.xx.2023-cü il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.3. maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.4. maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayəti səmimi etiraf etmələrini, əməllərindən səmimi peşmanlıq çəkmələrini, vurmuş olduqları ziyandan təqsirləndirilən şəslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər biri tərəfindən 2719 manat olmaqla cəmisi 5438 manat ödəmələri,barələrində cəzanı ağırlaşdıran halların müəyyən olunmamasını, Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivi olmasını cəzasını ağırlaşdıran hal kimi qiymətləndirərək, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 1177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci və 83.3.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və onun yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olması onun cəzasını ağırlaşdıran haldır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)- 959/2023 saylı qərarı ilə barəsində xx.xx.2023-cü il tarixdən saat 19:30-dan hesablanmaq 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir.Həmin qətimkan tədbiri məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır.Məhkəmə hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 vurulan ziyandan 2719 manat ödənilməsini cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 vurulan ziyandan 2719 manat ödənilməsini cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan ünvan 4ayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərədə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərədə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə olmaqla 04 gün müddət onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxslər barəsində hökm Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını yaşadıqları yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra edilməlidir. Cəzanın icrası müddəti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində, qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. xx.xx.2023-cü il tarixli maddi sübut hesab edilməsi barədə qərardan görünür ki, "xxxx" MMC-yə məxsus "xxxx" ödəmə terminalı cinayət prosesi üçün mötəbər dəlil olduğundan xx.xx.2023-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab olunmuş və saxlanması üçün "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Onun saxlanması üçün "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə qalsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət CM-nin 68.1.1-1 maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə 04 gün çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından CM-nin 68.1.1-1 maddəsinə əsasən bir günə iki gün hesabı ilə, 04 gün çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə ünvan 4ayış evini gecə saat 22:00-dan səhər saat 07:00-dək yaşayış tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Sumqayıt şəhər probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-yə məxsus "xxxx" ödəmə terminalı cinayət prosesi üçün mötəbər dəlil olduğundan xx.xx.2023-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab olunmuş və saxlanması üçün "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (Təqsirləndirilən şəxs1 təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar