Məhkəmə qərarları › İş №1(012)-63/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-63/2025

01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-63/2025 01.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2 Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,himayəsində bir azyşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində pasport qeydiyyatında olan, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində fərdi tikilidə kirayə yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmiş, 05 may 2025-ci il tarixdə tutularaq Bakı istintaq təcridxanasına təhvil verilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 01 avqust 2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdə saat 23:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə Bazar” deyilən ərazidə yerləşən adsız kafedə müştəri kimi olan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında bərqarar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətili dərəcədə laqeydlik və etinasızlıq göstərərək, öz şəxsiyyətini digərlərinin şəxsiyyəti fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, Zərərçəkmiş şəxs ətrafdakı şəxsləri söyməsini bəhanə edib, ictimai yerdə, insanların gözü qarşısında xuliqanlıq niyyəti ilə sonuncunun sifətindən qəsdən yumruqla bir neçə dəfə vurub ona alt çənənin travması, alt çənənin sınığı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi xəsarətləri yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilmiş, Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstədi ki, fərdi əməklə məşğul olmuş və tikintidə fəhlə işləmişdir. 27 may 2023-cü il tarixdə, saat 20:30 radələrində işdən çıxıb pivə içmək üçün, əvvəllərdə bir neçə dəfə olduğu, Abşeron rayonu, Xırdalan şəhər “Köhnə Bazar” deyilən ərazidə yerləşən Dilbər adlı qadının işlətdiyi kafeyə getmişdir. Kafedə masada tək əyləşib 4 bokal pivə içmişdir. Saat 23 radələrində, əvvəllər də həmin kafedə gördüyü, lakin adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs içkili vəziyyətdə kafeyə gəlib, masada əyləşib, pivə və araq içmişdir . Bir qədər sonra Elsevər sərxoş vəziyyədə digər masada əyləşən şəxslərin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O, bunu eşitdikdə Elsevərin oturduğu masaya yaxınlaşıb onun sifətindən sillə vurmuşdur. Bundan sonra kafedə olan müştərilər araya girib onları aralamışdır. Mübahisə bitdikdən sonra o, kafedən çıxıb getmişdir.Hal-hazırda zərərçəkmiş şəxs ondan şikayətçi deyildir,ailəlidir,himayəsində 1 azyaşlı uşağı var, ikinci Qarabağ müharibəsi iştirakçısıdır və məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki,hadisənin üstündən uzun müddət keçib, hadisə ilə bağlı xatırlayır ki, 27 may 2023-cü il tarixdə, saat 21 radələrində Xırdalan şəhəri, “Köhnə Bazar” deyilən bazarın ərazidə yerləşən kafeyə içkili gedərək oturmuş, əvvəllər bir neçə dəfə o kafeyə getmiş və kafedə canlı musiqi olmuşdur. Təqsirləndirilən şəxs tanımış, “salam–sağol” səviyyəsində münasəbətləri olmuş, içkili olduğum üçün Təqsirləndirilən şəxslə mübahisə etmiş, həmin çox içkili olduğndan müabihsəyə kimin təşəbbüs göstərdiyini xatırlaya bilmir. Kafedə 10-15 nəfər olmuş və Təqsirləndirilən şəxs harada oturduğunu xatırlamır. Kafenin içində Aməddinlə onun söz-söhbəti düşmüş,onlar Kafedən çölə çıxmış, onların mübahisəsi olmuş və kənar şəxslər onları aralamışdır.Təqsirləndirilən şəxs onu vurmasını xatırlamır, mübahisədən sonra evə getmiş, polisə zəng etmiş və şikayət edərək ərizə yazmışdır.O Polis idarəsinə getmiş, müstəntiq orada onu dindirmiş və daha sonra o, oradan çıxıb getmişdir.İçkili olduğu üçün 102-yə zəng etdiyini, hətta evə necə getdiyini belə xatırlamır. İstintaqda verdiyi ifadəni oxumamış,həmin ifadə polis idarəsində yazılmış, o da qol çəkmişdir.İstintaqda yazılmış “əlavəm yoxdur” sözü onun tərəfindən yazılmışdır.Hal-hazırda Təqsirləndirilən şəxs şikyətçi deyildir,heç bir tələbi və mülki iddiası yoxdur, bunların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xırdalan şəhəri, “Könhə Bazar” deyilən ərazidə yerləşən kafeni işlədir, həm də özü ofisant kimi xidmət göstərir və kafedə onda başqa Şahid2 təmizlik işləri ilə məşğul olur. Təqsirləndirilən şəxs kafenin daimi müştərisi olmuş, 27 may 2023-cü il tarixdə, saat 21:30 radələrində bir nəfər kişi adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs kafeyə gəlib masada əyləşib pivə və araq içmişdir. Axşam saat 23:30 radələrinə zalda dava-dalaş olduğunu görmüş yaxınlaşdıqda Aməddinin Elsevərlə dalaşdığını, yumruqla Elsevəri vurub döydüyünü görmüş, kafedə olan müştərilər Aməddini güclə aralaşdırıb kənara çəkmişlər. Elsevərin üzü-başı və paltarı qan içində olmuşdur. Dava zamanı masalar aşmış, üzərində olan qab-qacaq sınmışdır. O, Aməddinə əsəbləşib nə səbəbə dava saldığını, müştəriləri qaçırdığını və çörək qazanmasına imkan vermədiyini deyib, iradını bildirmişdir. Söhbətlərdən belə başa düşmüşdür ki, Aməddinlə Elsevər arasında davanın baş verməsinə səbəb oynayarkən bir-birinə toxunmaları olmuşdur. Davadan sonra kafedə olan müştərilər kafeni tərk edib getmişlər. Sonra onlar yır-yığış edib kafeni bağlayıb evə getmişlər. Sonradan eşitmişdir ki, Elsevər polisə şikayət edib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Xırdalan şəhəri, “Könhə Bazar” deyilə ərazidə yerləşən Şahid1 işlətdiyi kafedə təmizlik işləri ilə məşğul olur. İş saatlarında demək olar ki, ancaq kafenin mətbəxində olur, qabları yuyur. Dilbər kafeni özü işlədir, həmdə ofisant kimi xidmət göstərir. 27 may 2023-cü il tarixdə, axşam saat 23:30 radələrinə, mətbəxdə olarkən zaldan səs-küy gəldiyini, Dilbərin yüksək səslə qışqıraraq kimlərəsə “çıxın kafemdən” dediyini eşitmiş, o da zala tərəf keçdikdə, Dilbərin 2 nəfər şəxsi zaldan çölə çıxardığını görmüşdür. Sonradan Dilbər bildirmişdir ki, kafedə müştərilər arasında dava olub. Aməddin adlı şəxs digər müştəri Elsevər adlı şəxsi döymüşdür. O, həmin şəxsləri tanımamış, o, zala keçəndə artıq Dilbər onları çölə çıxarmışdır deyə davanı görməmişdir. Dilbərin Aməddin adlı şəxsə nə səbəbə dava saldığını, müştəriləri qaçırdığını və çörək qazanmasına imkan verməməsini deyib irad bildirdiyini eşitmişdir . Davadan sonra Dilbər yır-yığış edib, kafeni bağlamış və evə getmişlər. Orada olan söz-söhbətlərdən belə başa düşmüşdür ki, dava oynamaq üstündə baş vermişdir. Sonradan eşitmişdir ki, Elsevər polisə şikayət edib. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Naziliyinin MTE və PA birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 28TS №-li tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə xəsarət aldıqdan sonra xx.xx.2023-cü il tarixdə “X5 Xəstəxanası”-na müraciət etmiş və ona alt çənənin travması, alt çənənin sınığı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi” diaqnozu qoyulmuşdur. Qeyd olunan xsəarət bərk küt əşyanın təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl,ayaq və sair) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü X3 adlı bir azyaşlı uşağı vardır. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə əldə edilmiş və iş materiallarına əlavə edilmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs ikinci Qarabağ müharibəsi iştirakçısıdır və 80 manat müavinət alır. İş materiallarında olan şübhəli şəxsin tutlması haqında 06 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06.09. 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəində qətimkan tədbiri seçilməsi barədə 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi, qərarın icra olunması üçün Abşeron rayon Pİ-in MSY-nə və Abşeron rayon Pİ-in İctimai Təhlükəsizlik şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri,həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Abşeron rayon polis idarəsi tərəfindən xx.xx.2025-cü il tarixdə Abşeron rayon məhkəməsinə daxil olmuş xx.xx.2025-ci il tarixli,51/2-38641 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu,Xırdalan şəhəri ərazisində tutularaq aidiyyəti üzrə Abşeron RPİ-in MSY-yə təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini,ekspertiza rəylərini, işin digər materiallarını hərtərəfli, obyektiv, tam və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə özünü Azərbaycan Respublikası CM-in 127.2.3cü maddəsi ilə təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki,həmin maddə ilə cinayət əməli törətməsini etiraf etməməsi cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Onun özünü təqsirli bilməməsinə dair ifadəsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam təkzib olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif olunmuş və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslə barışmasını, himayəsində bir azyaşlı uşağının olmasını və ikinci Qarabağ müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası CM-in 59.1.1-ci, 59.1.4-cü,59.1.12-ci və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran halların olmadığını diqqətə alıb cəzanın fərdiləşdirilməsi prinsipinə uyğun olaraq ona Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi nəticəsinə gəlir, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün həmin cəza yetərincədir və qeyd olunan cəza cinayət qanununun vəzifələri, ədalət prinsipi və cəzanın məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məclləsinin 2,8 və 41-ci maddələrinin tələblərinə cavab verir Məhkəmə həmçinin Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinin tələbini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdən, 08 sentyabr 2023-cü il tarixədək tutulduğu 2 gün, 05 may 2025-ci il tarixdən, 01 avqust 2025-cü il tarixədək həbsdə olduğu 2 ay 27 gün, ümumilikdə həbsdə olduğu 2 ay,29 gün 1 günə 2 gün hesablanmaqla, 5 (beş) ay 28 (iyirmi səkkz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətindən çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi nəticəsinə gəlindiyindəm barəsundə seçilmiş “həbs”qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalında həbsdən azad edilməli və hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Biləsuvar Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş yaşadığı- Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00dək tərk etməmək, Biləsuvar rayon ərazi hüdudlarını tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan qeydiyyatda olduğu və yaşadığı Biləsuvar rayon, Xırmandalı kəndində yerləşən ünvanı dəyişdirməmək,cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə göstərdiyi hüquqi yardıma görə Abşeron rayon Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 10 saatın hər iş saatının 6 manatdan, digər 10 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 170 manat (10 saat x 6 AZN + 10 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirlibilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdən, 08 sentyabr 2023-cü il tarixədək tutulduğu 2 gün, 05 may 2025-ci il tarixdən, 01 avqust 2025-cü il tarixədək həbsdə olduğu 2 ay 27 gün, ümumilikdə həbsdə olduğu 2 ay,29 gün 1 günə 2 gün hesablanmaqla, 5 (beş) ay 28 (iyirmi səkkz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 2(iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalında həbsdən azad edilsin və hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Biləsuvar Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş yaşadığı- Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00dək tərk etməmək, Biləsuvar rayon ərazi hüdudlarını tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan qeydiyyatda olduğu və yaşadığı Biləsuvar rayon, Xırmandalı kəndində yerləşən ünvanı dəyişdirməmək,cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 170 manat (10 saaat/6 AZN+10 saat/11 AZN) məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar