Məhkəmə qərarları › İş №1(012)-631/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-631/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-631/2022 17.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Müdafiəçi2, şikayət verən X1 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X1 şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 2020-ci ilin oktyabr ayında «YouTube» sosial şəbəkəsi üzərindən yayımlanan «Kanal 13» TV kanalına verdiyi müsahibəsində göstərir ki, “Xüsusən bu Vüsal Hüseynov, baş tədqiqatçı, apardığı bu son cinayət işi ilə bağlı böyük nöqsanlara yol verib. Cinayətkarın cinayətin gizlədərək xüsusən gedib cinayətkarnan X4 Ağsuda 200 qram araq içib və Əhmədov Rəhimin iştirakı ilə gəlib cinayətkarın cinayətini gizlədib. O hadisədə ki, hədd aşma olub, xuliqanlıq olub insanlara qarşı cinayət olunub. Bundan başqa, o, «YouTube» sosial şəbəkəsi üzərindən «Bumeranq» TV kanalında «Sənin səsin» rubrikasında verdiyi müsahibəsində bidirir ki, “X7, Salaməddin Əhmədovun kənddə elədiyi qoçuluğu dəfələrnən elədiyi qoçuluğu öz qohumlarına arxalanaraq oğlu banditizmdə işləyir. Əhmədov Ədil. Və Xüsusən bacısı oğlu müstəntiqdi Ağsuda. Bunun vasitəsi ilə əlbir olaraq cinayəti, həddi aşmanı gizlədirlər”. X2 onun barəsində “Cinayətkarın cinayətin gizlədərək xüsusən gedib cinayətkarnan X4 Ağsuda 200 qram araq içib və Əhmədov Rəhimin iştirakı ilə gəlib cinayətkarın cinayətini gizlədib. O hadisədə ki, hədd aşma olub, xuliqanlıq olub insanlara qarşı cinayət olunub” yaydığı ifadələri ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları böhtan hesab edirəm. X5 yuxarıda qeyd edilən məlumat və çıxışlarında onun yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Beləliklə, X2 «YouTube» sosial şəbəkəsi üzərindən yayımlanan «Bumeranq», «Kanal13» və «AzTimes.az» TV kanallarına verdiyi müsahibələrində onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitələrində və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla ona böhtan atmışdır. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Müdafiəçi2 bildirdi ki, hazırki şikayət ərizəsi ilə bağlı Ağsu rayon məhkəməsinin xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə 10 sentyabr 2021-ci il tarixli, 29 oktyabr 2021-ci il tarixli, və xx.xx.2021-ci il tarixli və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarları mövcuddur. Həmçinin iş materiallarında olan sənədlərdən görünür ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Bundan başqa Muğbil Qəndərovun 2020-ci ilin oktyabr ayında You tube kanalında çıxışları olmamışdır, ona görə də hesab edir ki, barəsində olan şikayət əsassız olduğundan, həmçinin Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olmayan formada tərtib olunduğundan baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilmiş şəxs X5 şikayətin əsassız olduğunu bildirməklə şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda, 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Xüsusi ittihamçı şikayət ərizəsində barəsində şikayət verilən şəxsin və barəsində şikayət verilən şəxsin barəsində məlumatlar tam olaraq göstərilməmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi göstərilməmiş, həmçinin cinayət məsuliyyətinə cəlb etmə müddəti də bitmişdir. Bundan başqa iş materiallarında olan sənədlərdən görünür ki, You Tube kanalında yayımlanan çıxışların hansı tarixə aid olması məhkəmədə müəyyən edilməmişdir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X1 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apealyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar