Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-631/2025 14.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Nəbili Cəlal Rauf oğlunun katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X1 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2, X5 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, X6 tərəfindən ona qarsı Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə müəyyən edilən cinayət törədilmişdir. Abşeron Rayon Məhkəməsinin icraatında olmuş 3(012)- 235/2025 nömrəli inzibati xətalar haqqında iş üzrə barəsində inzibati xətta haqqında icraat aparılan şəxs X6 xx.xx.2025 traixində saat 14:00-a təyin edilmiş və keçirilmiş məhkəmə iclasında və məhkəmə iclasından sonra Abşeron Rayon Məhkəməsinin binasının gözləmə zalında çoxsaylı kənar şəxslərin və digər vətəndaşların içində məni təhqir etmiş, şərəf və ləyaqətimi açaldan ifadələr səsləndirmişdir. Belə ki, məhkəmə iclasının gedişində dəfələrlə mənim ifadəmi kəsmiş, yerindən təhqirli atmacalar atmış, səs-küy və qarışıqlıq salmağa çalışmış, məhkəmə zalında olarkən ona “fırıldaqçı, ona görə səni alan olmayıb, 5 (beş) manat verib hamı bununla gəzir, sənin üzünə tüpürüm”, “dayan, səni həbs etdirəcəyəm, mən sənin kimi dilənçi deyiləm, cərimə üç min manat da olsa, ödəyəcəyəm, amma görəcəksən, nə olur-olsun, hər yola əl atıb səni həbs etdirəcəyəm” deyərək məhkəmə zalından çıxmış və məhkəmənin gözləmə zalında səs-küy salmağa davam etmiş, qabaqdangəlmişlik edərək məhkəmə binasının içində o tərəf bu tərəfə gəzinərək “hanı buranın yiyəsi, yoxdur buranın yiyəsi, o məni təhqir edir, tutun onu” deyərək qışqırmağa başlamış, daha sonra mən icra məmuru ilə birlikdə məhkəmə zalından çıxarkən telefonumu götürərək onun bu hərəkətlərini video qeydiyyata almağa başladığımda X6 mənə “məni niyə çəkir, kim icazə verib, qəhbə” deyərək çoxsaylı kənar şəxslərin içində məni təhqir etmişdir. X6 tərəfindən ona və onun anasına qarsı Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə müəyyən edilən cinayət törədilmişdir. Belə ki, xx.xx.2023 tarixində Abşeron rayonu, Novxanı kəndində mənə məxsus torpaq sahəsi və evin yeganə giriş-çıxış yolu olan Şıxəli Qurbanov küçəsindəki 3 (üç) metr enindəki dalanda X6 dəfələrlə dincliyimizi pozaraq, qoyulmuş məhkəmə qadağalarını tapdalayaraq onun və yaşlı valideynlərinin rahat yaşayışına çoxsaylı qərəzli maneələr yaratmış, X3 çıxaraq küçədə ona və onun anasına “səviyyəsiz, pox yedin, cındır, dayan, səni süründürəcəyəm”, “adama da oxşamırsan, qotur, anan da dəlilər kimi başını kəsib, sən də itə oxşayırsan, işlənmiş cırıq” kimi çirkin ifadələrlə bizi təhqir etmişdir. X6 tərəfindən mənə qarsı Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə müəyyən edilən cinayət törədilmişdir. Belə ki, xx.xx.2023 tarixində Abşeron rayonu, Novxanı kəndində mənə məxsus torpaq sahəsi və evin yeganə giriş-çıxış yolu olan Şıxəli Qurbanov küçəsindəki 3 (üç) metr enindəki dalanda X6 öz avtomobili ilə mənim yolumu kəsərək öncədən planlanmış şəkildə küçədə səs-küy salmış, böyük insident yaranması üçün yüksək səylə provokasiyalar etmiş, küçədən keçən kənar şəxslərin yanında mənə “sən mənim qardaşıma sürtüşürdün, onun ailəsini dağıtmaq istəyirdin” kimi çirkin ifadələrlə ona böhtan atmış, onu əxlaqsızlıqda ittiham edərək yalan olduğunu bilə-bilə mənim şərəf və ləyaqətimi ləkələyən və onu nüfuzdan salan məlumatları küçədə kənar şəxsləra yaymış, “iylənmiş, it iyi gəlir səndən, ona görə bugünədək səni alan olmayıb” kimi ifadələrlə kənar şəxslərin yanında onu təhqir etmiş, “yaxşı olub sənin oğlanların ölüb, bu qızın da öləcək” deyərək onun anasını təhrik etmiş, kənd içində onun barəsində çirkin, əxlaqsız təsəvvür formalaşdırmağa çalışmışdır. X6 tərəfindən mənə və mənim anama qarsı Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə müəyyən edilən cinayət törədilmişdir. Belə ki, xx.xx.2023 tarixində Abşeron rayonu, Novxanı kəndində mənə məxsus torpaq sahəsi və evin yeganə giriş-çıxış yolu olan Şıxəli Qurbanov küçəsindəki 3 (üç) metr enindəki dalanda X6 mənim evimin qapısının önünə gələrək küçədə yüksək səslə onların evlərində işləyən ustaların yanında “qızın evdə qalıb başı xarab olub, get ərə ver qızını” deyərək onun anasına sataşmış, onu təhrik etmiş, həmçinin onun barəsində təhqirli ifadələr səsləndirmişdir. Ona və onun anasına qarşı ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə nəzərdə tutulmuş əməllər ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki yaşayan, xx.xx.1983 təvəllüdlü, Bakı şəhərində anadan olmuş X6 (şəxsiyyət vəsiqəsi - AA0109238, telefon - ***-***-**-**, ***-***-**-**) tərəfindən törədilmişdir və həmin əməllərin məhz X6 tərəfindən törədilməsi müvafiq video görüntülərlə təsdiq edilir. Şikayətdə göstərilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə müəyyən edilən cinayətlərin X6 tərəfindən törədilmə halları şikayət ərizəsinə əlavə olunmuş video fayllar şəklində bariz sübutlarla təsdiq edilir. İlkin şikayət 2025-ci ilin yanvar ayının 30-u tarixində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron Rayon Məhkəməsinin inzibati binasında verilmişdir. Məzmunu tamamilə eyni qalmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (CPM) 293.3.1 -293.3.7-ci maddələrinin tələblərinə uyğun olaraq tərtib edilmiş hazırkı xüsusi ittiham qaydasında şikayət ərizəm 2025-ci ilin fevral ayının 25-i tarixində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron Rayon Məhkəməsinin inzibati binasında dəftərxanaya verilmişdir. Vəlizadə ailəsinin üzvləri tərəfindən o və onun anasının böhtan və təhqirlərə məruz qalmaqları kimi hallar bugünədək dəfələrlə təkrarlanmış, polis orqanlarına dəfələrlə müraciət etsə də Vəlizadələrin müxtəlif yollarla polis nümayəndələrinə təsiri nəticəsində heç bir tədbir görülməmiş, onun müraciətlərinə isə formal cavab verilərək məhkəməyə müraciət etmə hüququmun olduğu bildirilmişdir. Hazırkı şikayət ərizəsinə əsaslı sübut qismində əlavə etdiyi video görüntüləri, qanunvericiliyin aşağıda qeyd olunan maddələrinin tələblərini rəhbər tutaraq, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində qanunamüvafıq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X2 şikayətin məzmununa uyğun izahat verərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 izahatında xüsusi ittiham qaydasında şikayəti qəbul etmədiyini bildirərək xüsusi ittiham qaydasında şikayətin icraata götürülməməsini xahiş etdi. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1-293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 302.2.3-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, qanunvericliyin qeyd edilən normalarının tələbinə və mənasına görə hər hansı şəxsə qarşı irəli sürülmüş ittihamın sübut edilməsi ittiham tərəfinin üzərinə düşür, irəli sürülmüş xüsusi ittiham isə hələ gələcəkdə sübut olunub-olunmamasından asılı olmayaraq icraata qəbul edilib baxılması üçün ilk öncə müvafiq sübutlarla əhatə olunmalıdır. Hazırki halda, sübutetmə yükü və müvafiq olaraq sübutların təqdim edilməsini təmin etmək yükü daşıyan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi ittiham etsə də, X5 17 iyun 2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı müvafiq videoçəkiliş təqdim etsə də, həmin çəkilişin məhz 17 iyun 2023-cü ildə baş vermiş hadisəyə aid olub-olmaması müəyyən edilmir. Məhkəmə hərəkətlərindən şikayət edilən şəxsin əməllərinə (qanunda göstərilən obyektiv və subyektiv əlamətlərin cəminə) hüquqi qiymət vermədən ilkin dinləmələr mərhələsində müvafiq prosessual hüquq normaların tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət əsassızdır və şikayət vermiş şəxs dəlillərini təsdiq edən sübutları əks etdirə bilməmişdir. Həmçinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, ərizəsində onun məhz hansı hərəkəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsini fərqləndirməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə izah edilir ki, Avropa Məhkəməsinin president hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcüdluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Bununla da, X1 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edildi ki, CPM-in 302.1.7-ci maddəsinə əsasən şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir, belə ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərardan 20 gün müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №1(012)-631/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-631/2025
14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver