Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-632/2020 30.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1955-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Füzuli rayonu, Qoçəhmədli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “Mercedes Benz C200” markalı. **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Qobu- Lökbatan yolu ilə hərəkətdə olarkən Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən “Mini market'in qarşısındakı ərazidə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni sürücü hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmalı olduğu halda buna riayət etməmiş və həmin ərazidə avtomobil yolunu soldan sağa keçən piyadalar - 2011-ci il təvəllüdlü azyaşlı X9 və 2013-cü il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs vurmuş, nəticədə Rüstəm Həsənova daxili qanaxma ilə müşayiət olunan sol ağciyərin və qaraciyərin cırılması, sağ çiyin qurşağı, sağ kürəkaltı, gövdənin arxa səthinin onurğa nahiyəsində, sol dirsək oynağı, gövdənin sağ tərəf aşağı, sağ baldırın, sağ aşıq baldır oynağı, sol aşıq baldır oynağı sıyrıqları, sağ bud nahiyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən və daxili qanaxma ilə müşayiət olunan sol ağciyərin və qaraciyərin cırılması, eləcə də sol tərəfli çoxsaylı qabırğaların sınıqları nəticəsində baş vermiş travmatik-hetorragik şok nəticəsində ölümünə səbəb olan xəsarəti, həmçinin Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beynin əzilməsi, subarxnoidal qansızına (beyin maddəsinə), sağ ağciyərin kontuziyası (əzilməsi), sağ bazu sümüyünün kondiliusunun, sol qasıq sümüyünün oturaq şaxəsinin və sağ qalça sümüyünün qanadının sınıqları, başın sağ gicgah nahiyəsinin hematoması, sağ diz oynağı nahiyəsinin sıyrıqları ilə nəticələnən həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətlərini ehtiyatsızlıqdan yetirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Mercedes Benz C 220” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsusdur və həmin avtomobil onun mülkiyyətindədir, avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “Mercedes Benz C 220” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Qobu Lökbatan yolu ilə hərəkətdə olduğu zaman Abşeron rayonu Qobu qəsəbəsində yerləşən “Mini market”in qarşısına iki azyaşlı uşağının çıxdığını görmüş, həmin vaxtı avtomobilin əyləcini basıb sürətini azaltmağa çalışsa da, məsafə az olduğundan avtomobilini kənara qaçırtmağa və yaxud saxlamağa macal tapmamış, bu səbəbdən də avtomobilinin qabaq hissəsi ilə azyaşlı piyadaları vurmuş, hadisə zamanı azyaşlı piyadalardan biri avtomobilin qabaq sağ tərəfində, digəri isə qabaq sol tərəfində yolun üstünə düşmüş, bundan sonra avtomobili dərhal yolun sağ kənarında saxlayıb düşmüş və hadisə yerinə gəlmiş kənd sakinlərinin köməkliyi ilə avtomobillə vurduğu şəxslərin birini götürüb avtomobilinin arxa oturacağına, digərini isə hadisə yerinə gəlmiş markasını xatırlamadığı bir avtomobilin arxa oturacağına uzatmış və yardım olunması üçün Bakı şəhər 1 saylı şəhər xəstəxanasına aparmışlar. Həmin xəstəxanaya çatdıqda orada koronavirus xəstəliyi ilə əlaqədar xəstəxanaya xəstə qəbul edilmədiyi və başqa xəstəxanaya aparılması bildirilmiş, həmçinin digər avtomobildə gətirilmiş azyaşlının artıq vəfat etdiyi barədə ona məlumat verilmiş, bundan sonra o, xəsarət almış digər uşağı Bakı şəhəri City” hospitala aparmış, bir qədər sonra polis əməkdaşları həmin hospitala gəlmiş və bundan sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə qayıtmış və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Sonda o, etdiyi əməldən peşman olduğunu, ilk dəfədir cinayət törətdiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən bunları nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, 2011-ci il təvəllüdlü azyaşlı X11 və 2013-cü il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs onun oğlanlarıdır. X2 böyük oğlu olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə səhər radələrində mərhum oğlu Rüstəm Həsənov qardaşı Zərərçəkmiş şəxsla birlikdə yaşadıqları Qobu qəsəbəsindəki yeni məhəllədə yerləşən ünvandan çıxıb yaşadığı qəsəbədən keçən Qobu-Lökbatan yolunun digər tərəfində yaşayan qardaşıgilə getmiş, həmin günü saat 12 radələrində uşaqlar qardaşıgildən çıxıb yaşadıqları evə qayıtmaq istəmiş, Qobu qəsəbəsində yerləşən «Mini market»in qarşısından avtomaşın yolunu sağdan sola keçmək istəyərkən sağ tərəfdən hərəkətdə olan Mercedes Benz markalı avtomobil yüksək sürətlə gəldiyindən hər ikisini zərbə ilə vurmuşdur. Hadisə barədə o, kənd sakinlərindən məlumat aldıqdan sonra hadisəni törətmiş sürücü tərəfindən uşaqlarının 1 saylı şəhər xəstəxanasına aparıldığını bilib cəld xəstəxanaya getmiş, orada hadisə nəticəsində oğlu Rüstəmin artıq dünyasının dəyişdiyini və digər oğlunun isə vəziyyəti ağır olduğu üçün hadisəni törətmiş sürücü tərəfindən Bakı şəhər «City» hospitalına apardığını, daha sora həmin xəstəxanaya getdikdə hadisə zamanı oğlu Zərərçəkmiş şəxs həm baş nahiyəsindən və hər iki ayağından ağır zərbələr aldığı üçün xəstəxanaya yerləşdirildiyini və müalicəsinin aparıldığını bilmiş, bundan sonra dünyasını dəyişmiş oğlu Rüstəm Həsənovu dəfn etmiş və hazırda digər oğlu Zərərçəkmiş şəxs müalicəsi ilə məşğuldur. Təqsirləndirilən şəxs ona maddi və mənəvi dəstək olmuşdur. Sonda o, Təqsirləndirilən şəxs ilə barışmasına, ona qarşı şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etdi. İbtidai istintaq zamanı qanuni nümayəndə X5 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşma çatmayan X3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, X2 böyük qardaşı olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə səhər radələrində qardaşı Rüstəm Həsənovla birlikdə yaşadığı Qobu qəsəbəsindəki yeni məhəllədə yerləşən ünvandan çıxıb əmisigilə getmiş, həmin günü saat 12 radələrində qardaşı ilə birlikdə əmisigildən çıxıb yaşadıqları evə qayıtmaq istəmişlər, Qobu qəsəbəsində yerləşən «Mini market»in qarşısından avtomaşın yolunu sağdan sola keçmək istəmişlər. Bu zaman sağ tərəfdən hərəkətdə olan Mercedes-Benz markalı avtomobil yüksək sürətlə gəldiyindən hər ikisini vurmuş, zərbənin təsirindən həm o, və həm də qardaşı xəsarət aldığı üçün yolun içərisinə doğru yıxılmışlar. Bu vaxtı sürücü maşını saxlayıb hər ikisini ayrı-ayrı maşınlara qoymuş və xəstəxanaya aparmışdır. Hadisə zamanı o, həm baş nahiyəsindən və hər iki ayağından ağır zərbə aldığı üçün xəstəxanaya yerləşdirilmiş və müalicə olunmuş, sonradan ona məlum olmuşdur ki, onunla birlikdə xəsarət almış qardaşı Rüstəm xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X7 meyitin məhkəmə-tibbi ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 40 saylı rəyindən görünür ki, 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beynin əzilməsi, subarxnoidal qansızma (beyin maddəsinə), sağ ağciyərin kontuziyası (əzilməsi), sağ bazu sümüyünün kondiliusunun, sol qasıq sümüyünün oturaq şaxəsinin və sağ qalça sümüyünün qanadının sınıqları, başın sağ gicgah nahiyəsinin hematoması. sağ diz oynağı nahiyəsinin sıyrıqları bərk-küt əşyanın təsirindən törənmiş, qərarda göstərildiyi qaydada xx.xx.2020-ci il tarixdə piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X7 meyitin məhkəmə-tibbi ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 83 saylı rəyindən görünür ki, 2011-ci ildə anadan olmuş X8 meyidinin məhkəmə tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir - daxili qanaxma ilə müşayiət olunan sol ağciyərin və qaraciyərin cırılması, sağ çiyin qurşağı, sağ kürəkaltı, gövdənin arxa səthinin onurğa nahiyəsində, sol dirsək oynağı, gövdənin sağ tərəf aşağı, sağ baldırın, sağ aşıq baldır oynağı, sol aşıq baldır oynağı sıyrıqları, sağ bud nahiyəsinin ə\zilmiş-cırılmış yarası. Bu xəsarətlər ümumilikdə həyatidirlər, ölümündən bir qədər əvvəl olmaqla bərk-küt əşyanın təsirindən törənmiş, qərarda göstərildiyi qaydada xx.xx.2020-ci il tarixdə piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb - daxili qanaxma ilə müşayiət olunan sol ağciyərin və qaraciyərin cırılması, eləcə də sol tərəfli çoxsaylı qabırğaların sınıqları nəticəsində baş vermiş travmatikhetorragik şok olmuşdur. İlkin meyit əlamətlərinə görə demək olar ki, X8 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2020-ci il, saat 15-20-dən) təxminən 2-3 saat əvvəl baş vermişdir. X6 götürülmüş qanda məhkəmə kimya təhqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/1479 saylı rəyindən görünür ki, «Mercedes Benz C220» markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “sərxoşluq vəziyyətinin təyininə dair” xx.xx.2020-ci il tarixli, 2/12976 saylı protokoldan görünür ki, məlum yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan AF seriyalı, 033941 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B” və “C” dərəcəli sürücülük vəsiqəsi vardır, vəsiqə xx.xx.2025-ci il tarixədək etibarlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “AC” seriyalı, 746442 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes Benz C220» markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir. İş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nın xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə AF seriyalı 033941 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxxxxx 2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qaradağ rayonu Lökbatan MKİS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Füzuli rayonundan məcburi köçkündür və Qaradağ rayonu, “Qobu park” yaşayış kompleksində bina 17, mənzil 1 ünvanında müvəqqəti məskunlaşaraq yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs oğlunun ilk dəfə, cinayət törətməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxslərə tibbi yardımın göstərilməsi üçün onları xəstəxanaya aparması, törətdiyi cinayət əməlini səmimi etiraf etməsi, əməlindən peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslə barışması, ona maddi, mənəvi dəstək göstərməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət, tələbinin olmaması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməldən səmimi peşmançılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmiş, bu peşmançılığını zərərçəkmiş şəxsin hüququ varisinə göstərdiyi mənəvi dəstəkdə bir daha ifadə etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs oğluna təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlu həbsdə olmamış və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş Dövlət X18 həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi qırx) manat məbləğində pul və məhkəmə baxışında 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyiymi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentlyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş Dövlət X18 həvalə edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi qırx) manat məbləğində pul və məhkəmə baxışında 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyiymi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-632/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-632/2020
30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver