Məhkəmə qərarları › İş №1(012)-632/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-632/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-632/2023 20.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2002-ci il tarixdə Kürdəmir rayonu, Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Kürdəmir rayonu, Şahsevən kəndində qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 15 iyun 2023-cü il tarixdə saat 10 radələrində Kürdəmir rayonu, Şahsevən kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs ilə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan gəlini Təqsirləndirilən şəxs arasında sonuncunun yaşadığı evində ailələlərin yola getməməsi üstündə bu zəmində mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs qaynanası Zərərçəkmiş şəxs qolundan dişləyərək, təpiklə qarın nahiyəsindən vuraraq sağ bazu oynağı nahiyəsinin və sağ bazunun yuxarı 1/3-ni əhatə edən və həmin oynaqda hərəkət məhdudluğu törədən iri ölçülü qançırı, sağ baldır nahiyəsinin qançırları, hər iki said nahiyəsinin sıyrıqla müşahidə olunan qançırları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü CM-in 128-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında Şahid ilə rəsmi nikaha daxil olmuşlar. Turalla evləndikdən sonra Abşeron rayonu, Hökməli qəsəbəsində yaşamağa başlamışlar. 14 iyun 2023 cü il tarixdə axşam vaxtları olarkən həyət qapısı döyülmüşdür. Gələn qayınanası Rühəngiz xanım olmuşdur. Qaynanası onu və Turalı çağırıb qarşısında otuzdurub onu danlamağa başlamış və ona “niyə ailənlə dolanmırsan sənin istəyin nədi” deyə suallar verməyə başlamışdır. O, qayınanasına bildirmişdir ki, oğluyla yola gedə bilmir, ona qarşı heç bir istəyi yoxdur. Bundan sonra qaynanası ona “istəyin yoxdursa niyə oturmusan dur çıx get” deyib onu evdən çıxartmaq istədikdə, qayınanasına burda onun da yaşamaq haqqı var deyə cavab vermişdir. Səhər əl-üzünü yuyarkən həyat yoldaşı Tural ondan nə qərara gəldiyini soruşmuşdur. Turala bildirmişdir ki, “qərarı siz verməlisiz boşanmaq istəyirsənsə get boşan”. Bundan sonra qaynanası yanlarına gələrək onunla qışqıra-qışqıra danışmağa başlamış və onu evdən çıxartmaq istəmişdir. Buna səbəbdən aralarında dava-dalaş yaranmış və qayınanası Ruhəngiz əlində olan telefonu almaq istədikdə telefonu verməmək üçün onun qolundan dişləmiş və sonra isə qarın nahiyəsindən təpiklə vurmuşdur. Mübahisələri yaşadıqları Hökməli qəsəbəsində yerləşən evdə baş vermişdir və təxminən 5-6 dəqiqə davam etmişdir. Həmin vaxt evdə həyat yoldaşı Tural və qayınanası Ruhəngiz olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır və Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və hazırda ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun gəlinidir. 2023-cü ilin fevral ayında oğlu Şahid Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olub evlənmişlər. Onlar evləndikdən sonra Abşeron rayonu, Hökməli qəsəbəsində yeni yaşayış massivində olan mənzildə yaşamağa başlamışlar. Oğlu Turalla gəlini Fənarə nişanlı olan vaxtlarda da Fənarə Turalı istəmədiyini bildirmişdir. Evləndikləri vaxtdan bir ay keçdikdən sonra yenidən bir-biriləri ilə yola getməmişlər. Oğlu Tural ona zəng vuraraq bildirmişdir ki, Fənarə evdə ona baxmır, paltarlarını yumur və evdə bir yoldaş kimi ona hörmət etmir. O, sonra həyat yoldaşıyla bərabər Fənarənin valideynlərinin yanına getmiş və oturub onlarla söhbət etmişlər. Olanları danışarkən Fənarənin atası onlara bildirmişdir ki, o qızıyla bacara bilmir, onunla özləri danışsın. xx.xx.2023 cü il tarixdə Kürdəmir rayonundan çıxıb Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan oğlu Turalın evinə gəlmişdir ki, onlarla danışıb problemlərini həll etsin. Hər ikisini qarşısına qoyub söhbət etməyə başladıqda, gəlini Fənarə ona bildirmişdir ki, “oğlun Turalı istəmirəm necəyəm elədə qalacam”. O Fənarəyə telefonunu ver yoldaşına, yəni oğluna baxsın, lakin Fənarə telefonu verməmişdir. O da, Fənarəyə “onda mən sənnən şübhələnirəm əyər verməsən demək sən ona səhv hərəkət edirsən” demişdir. Lakin Fənarə “telefonu vermiyəcəm, nə istəyirsiz edin” cavabını vermişdir. Bundan sonra onlar gecə olduğu üçün yatmışlar. Səhər açılmış, yenə həmin söhbətlər başlamış və Tural Fənarəyə sual vermişdir ki, fikirin nədi?. Fənarə isə bildirmişdir ki, onu fikiri dəyişməmiş, eyni fikirdədir. Bundan sonra o, Fənarənin əlindən telefonu alıb baxmaq istədikdə aralarında dava-dalaş olmuşdur. Həmin vaxt Fənarə onun qolundan dişləyərək bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirmişdir. O, da bununla bağlı polisə məlumat vermişdir. Baş vermiş mübahisə Abşeron rayonu, Hökməli qəsəbəsində oğluyla gəlininin yaşadıqları evdə baş vermişdir və 5-6 dəqiqə davam etmişdir. Həmin vaxt evdə o, oğlu Tural və gəlini Fənarə olmuşdur. Fənarə onun qolundan dişləyib bir neçə dəfə qarın nahiyyəsindən təpik zərbələri ilə vurduğundan, qarın və qol nahiyəsindən xəsarət almışdır. İş üzrə Şahid məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş üzrə Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2023cü ilin fevral ayında Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuşlar. Lakin Fənarə ilə evləndikdən bir ay sonra aralarında münaqişələr olmağa başlamış və əsas səbəb isə Fənarənin onu istəməməsi olmuşdur. Belə ki, ona yoldaşlıq etməməsi, ona yemək bişirməməsi, paltarlarını yumaması olmuşdur. Aralarında yaranan söz-söhbətlərin bundan qaynaqlandığını və ən əsası da telefonunu ondan gizlətməsi olmuşdur. Dəfələrlə valideynlərinə məlumat vermişdir ki, vəziyyəti başa salsın. Anası xx.xx.2023 cü il tarixdə onlara qonaq gəlmiş və axşam bu barədə Fənarəylə söhbət etmişlər. Səhər açıldıqda Fənarədən nə düşündüyünü soruşduqda, Fənarə isə ona fikrinin dəyişmədiyini və onunla ayrılmaq istədiyini bildirmişdir. Bundan sonra anası Fənarədən telefonu istəmiş, lakin Fənarə telefonu verməmişdir. Fənarənin anasıyla aralarında münaqişəsi yaşanmış və bu zaman Fənarə anasının qolundan dişləmiş və qarın və ayaq nahiyələrinə təpiklə vurmağa başlamışdır. Baş vermiş mübahisə yaşadıqları evdə baş vermiş və 5-6 dəqiqə davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 1194 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 rəyindən görünür ki, 1975-ci il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ bazu oynağı nahiyəsinin və sağ bazunun yuxarı 1/3-ni əhatə edən və həmin oynaqda hərəkət məhdudluğu törədən iri ölçülü qançırı, sağ baldır nahiyəsinin qançırları, hər iki said nahiyəsinin sıyrıqla müşahidə olunan qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Abşeron rayon İHB-nın Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qızının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, zərərçəkmiş şəxs X4 ilə barışmış və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materilaı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışmışdır və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Əlağa oğlunun təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Əlağa oğluna 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin iş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Əlağa oğluna 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar