Məhkəmə qərarları › İş №1(012)-633/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-633/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-633/2023 18.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Ukrayna Respublikasının Krım Vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(012)-204/2023 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, ünvan 2-də qeydiyyatda olan və yaşamış, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirmk qərarına gələrək, 2022-ci ilin dekabr ayında əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli toxumlar əldə edib yaşadığı Abşeron rayonu, Novxanı qəsəbəsi, 20 Yanvar küçəsi, 53 nömrəli evin həyətində, bu məqsədlə xüsusi düzəldib torpaqla doldurduğu yeşikdə, həmçinin həmin yeşiyin içərisindəki dibçəkdə əkərək, müntəzəm olaraq suvarmaqla, dibini yumuşaltmaqla alrotexniki qaydada qulluq edib qanunsuz olaraq tərkibində narkotik maddə olan 4 ədəd xeyli miqdarda çətənə kolu bitkilərini yetişdirib yarpaqlarını toplamaqla kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında saxlanılıb, yaşadığı həmin fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman 4 ədəd yaş vəziyyətdə ümumi çəkisi - 45 qram olan əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 1 ədəd selofanda təmiz çəkisi - 11,283 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayının əvvələrindən narkotik vasitə olan marixuana əkməklə və yetişdirməklə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində bir neçə nəfər Abşeron RPİ-nin əməkdaşları onun yaşadığı evə gələrək baxış keçirtmək istədiklərini bildirmişlər. O, buna etiraz etməmiş və müdafiəçisi X4, aqronom Şahid3 İsrafil oğlunun və təhqiqatçı X5 iştirakı ilə fərdi yaşayış evinin həyətyani sahəsinə baxış keçirilməyə başlanılmışdır. Ondan qanunla dövrüyyəsi qadağan olunan əşya predmet olub olmaması sorğu edilmiş, o, polis əməkdaşlarını yaşadığı evin həyətinə dəvət edib, özünə məxsus torpaq sahəsinə əkdiyi 4 ədəd çətənə kollarını onlara təqdim edərək, ona məxsus olduğunu öz istifadəsi üçün əkdiyini və yetişdirdiyini bildirmişdir. Həmçinin, sellofan torbanın içərisində olan topladığı çətənə kollarının yarpaqlarını polislərə təqdim etmişdir. Həmin çətənə kolları və sellofan torbanın içərisində olan topladığı çətənə yarpaqları bağlamaya qoyularaq qablaşdırılmış və möhürlənmişdir. O, narkotik vasitəni öz şəxsi istifadəsi üçün əkmiş, heç kəsə hədiyyə etməmiş nə də ki, satmamışdır. Məhkəmədən törətdiyi əməldən səmimi peşmançılığını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələrin qəbulu, saxlanması və həyətyanı sahəsində əkib becərməsi barədə Abşeron RPİ-nin Saray PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməsində şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə əməliyyat qrupunun üzvü və aqronom Şahid3 İsrəfıl oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi həyətinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmiş və evin həyətinə baxış keçirilməsinə razı olması ilə bağlı Təqsirləndirilən şəxs ərizə alınmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs evində və həmçinin həyətində qanunsuz olaraq əkib becərdiyi narkotik tərkibli bitki kollarının olub olmaması barədə soruşulmuş və əgər vardırsa, təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs həyətində çətənə bitkisi kollarının əkdiyini etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs torpaq sahəsində əkdiyi və aqrotexniki qaydada qulluq göstərərək becərdiyi 4 ədəd çətənə kollarını təqdim etdim etmiş və öz istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs sellofon torbanm içərisində topladığı çətənə kollarının yarpaqlarını təqdim etmişdir. Təqdim edilmiş çətənə kolları və həmin kolların yarpaqları bağlamaya qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadağı fərdi həyət evinə və həyətyanı sahəsinə baxış keçirilmiş, lakin ona məxsus evdən və həyətyanı sahəsindən başqa hər hansı qanunla saxlanılması qadağan edilən predmet və ya əşya aşkar edilməmişdir. İbtidai istintaqda şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı kəndi, 20 yanvar küçəsi, ev 52-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələrin qəbulu, saxlanması və həyətyanı sahəsində əkib becərməsi barədə Abşeron RPİ-nin Saray PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməsində şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmişdir. O da aqronom kimi həmin tədbirə dəvət olunmuşdur. xx.xx.2023-cü il tarixdə əməliyyat qrupunun üzvləri və onun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evin fərdi həyətinə baxış keçirilmişdir. Baxış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmiş və evin həyətinə baxış keçirilməsinə razı olması ilə bağlı Təqsirləndirilən şəxs ərizə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evində və həmçinin həyətində qanunsuz olaraq əkib becərdiyi narkotik tərkibli bitki kollarının olub olmaması soruşulmuş və əgər vardırsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs həyətində çətənə bitkisi kollarının əkdiyini etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs torpaq sahəsində əkdiyi və aqrotexniki qaydada qulluq göstərərək becərdiyi 4 ədəd çətənə kollarını təqdim etdim etmiş və öz istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs sellofon torbanın içərisində topladığı çətənə kollarının yarpaqlarını təqdim etmişdir. Həmin kollara baxış keçirildikdə onların narkotik tərkibli çətənə kolu olduğunu və onlara aqrotexniki qaydada qulluq edildiyi məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs 4 ədəd kol bir ədəd paketə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs sellofon torbanın içərisində topladığı çətənə kollarının yarpaqlarını təqdim etmişdir. Təqdim edilmiş çətənə kolları və həmin kolların yarpaqları bağlamaya qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadağı fərdi həyət evinə və həyətyanı sahəsinə baxış keçirilmiş, lakin ona məxsus həyətyanı sahədən başqa hər hansı qanunla saxlanılması qadağan edilən predmet və ya əşya aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saat 16:35-də şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən həyətyanı sahəyə baxış zamanı 4 ədəd qurudulmamış marixuana və 1 ədəd sellofanda qurdulmuş marixuana aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli, 7/171 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli 7/171 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «..Təqsirləndirilən şəxs...aşkar edilmiş..» yazısı və imzalar olan poletilen bağlamadakı 04 (dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi- 45 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş həmin poletilen bağlamada 01 ədəd sellofon bükülüdə yaş vəziyyətdə təmiz çəkisi-11,283 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Çətənə bitkisinin ümumi təmiz çəkisi 45 qram (1-4№li obyekt) tədqiqata istifadə olundu 0,4 qram, (hər obyektdən 0,1 qram), qalıq-44,6 qram. Marixuananın təmiz çəkisi 11,283 qram, (5№li obyekt) tədqiqata sərf olundu 0,1 qram, qalıq 11,183 qram. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq 44,6 qram çətənə bitkisi və 11,183 qram marixuana maddi sübutların saxlanması otağına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məmməd Cəfərovun xx.xx.2023-cü il tarixli vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin İstintaq Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim olunanadək dayandırılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə tutularaq MSY-nə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnməsi qərara alınmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(012)-204/2023 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli, 7/598 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkiləri və marixuana tərkiblərinə görə eynidirlər. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qulluq edilmişdir. xx.xx.2023-cü il tarixli, 3951 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədən qeydiyyatdan çıxarılmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 110 (bir yüz on) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan 44,6 qram çətənə bitkiləri və ümumi təmiz çəkisi 11,183 qram narkotik tərkibli marixuana məhv edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət, ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini alan vaxtadək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs iş üzrə 110 (bir yüz on) manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalan 44,6 qram çətənə bitkisi və ümumi təmiz çəkisi 11,183 qram narkotik tərkibli marixuana ümumi çəkisi 11,283 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya həbsdə saxlanma yerinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar