Məhkəmə qərarları › İş №1(012)-634/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-634/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-634/2022 20.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü ildə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan şəhəri, İnqilab küçəsi, ev 5də qeydiyyatda olan və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Ə.Şirvani küçəsi, ev 25-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Ə.Şirvani küçəsi, ev 25-də kürəkəni Zərərçəkmiş şəxs əvvəlcədən aralarında olan razılığa əsasən azyaşlı uşağı ilə görüşüb özü ilə aparmaq üçün onun evinə sərxoş vəziyyətdə gec gəlməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun azyaşlı oğlu, 2017-ci il təvəllüdlü İlkin Həşimovun gözü qarşısında, ona xüsusi əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla qəsdən Zərərçəkmiş şəxs ağız nahiyəsinə yumruqla vurub boğazından sıxmış, sonra isə stolun üstündən götürdüyü kül qabını sağ əlinə vuraraq sonuncuya sağ əlin arxa səthinin V əl darağı sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan qançırşişkinliyi və sıyrıqları, sağ əlin İİİ barmağının sıyrığı və alt dodağın səthi əzilmiş yarası kimi həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş, qəsdən sağlamlığına az ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş kürəkənidir. İlqar, qızı Fəxri ilə 2016-cı ildə evlənmişdir. Birgə nigahdan bir oğlan uşaqları var. İlqar mütamadi olaraq qızı Fəxri ilə əsassız yerə mübahisələr etdiyi üçün qızı Fəxri İlqardan ayrılmış və azyaşlı oğlu İlkinlə onun evinə köçmüşdür. Hal-hazırda Fəxri İlqardan boşanmışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində İlqar ona zəng edib oğlu İlkini gəlib aparmaq istədiyini bildirmişdir. O, isə İlqara artıq gec olduğunu sabah gəlib aparmasını bildirmişdir. Bundan bir neçə dəqiqə sonra İlqar sərxoş vəziyyətdə onların evlərinə gəlib oğlu İlkini aparmaq istədiyini demişdir. O, və qızı Fəxri İlkinin yatdığını deyib sabah gəlib aparmasını bildirmişlər. Buna görə İlqar onunla və qızı Fəxri ilə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı İlqar onu və qızı Fəxrini söyüb təhqir etmişdir. İlqar sonrada evdə stolun üstündə olan qənqabını yerə vurub sındırmışdır. O, hirslənib qədqabının qapağını yerə vurub sındırmışdır. Sonra o, İlqarı evdən çıxartmış və bu barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. O, Zərərçəkmiş şəxs vurmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2016-cı ildə Şahid6 ilə evlənmiş və evliliklərindən 2017-ci il təvəllüdlü İlkin adlı oğlan uşaqları var. Fəxri ilə əvvəllər ailə münasibətləri yaxşı olsada, sonradan Fəxri ilə aralarında ailə daxili mübahisələri olduğu üçün 2021-ci ilin sentyabr ayının sonlarında Fəxri oğlu İlkinidə götürüb Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan atası Elçinin evinə köçmüş və ondan boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Fəxri atasının evinə köçüdüyü müddətdən o, hərdən oğlu İlkini görmək üçün qayınatası Elçingilə getmiş və hərdən İlkini öz evlərinə gətirib, sonradan anasının yanına qaytarmışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində oğlu İlkinlə görüşmək qərarına gəlmiş və buna görə qayınatası Elçinə zəng edib İlkini gəlib aparmaq istdiyini bildirmişdir. Elçin əvvəl gəlməyinə razılıq versədə, o, təkrar Elçinə zəng edib qapılarına çatdığımı və qapını açmağını bildirdikdə Elçin uşağın yatdığını bildirmişdir. O, Elçingilin həyətlərinin qapısını döymüş və qapını Elçinin baldızı oğlu Elmin açmışdır. O, həyətə daxil olmuşdur. Bu zaman oğlu İlkin evdən həyətə çıxmış və o, uşaqla görüşdükdən sonra hava soyuq olduğundan evə daxil olub qapının yanında stulda əyləşmiş və İlkində onun yanında əyləşmişdir. Elçin nə üçün gəldiyini soruşmuş və o, uşağını görmək üçün gəldiyini bildirmişdir. Bundan sonra Elçin həyətə çıxmış və 5 dəqiqə sonra evə qayıdıb qəfil yumruqla onun ağız nahiyəsinə vurub boğazından tutub boğmağa başlamışdır. Oğlu İlkin də bundan qorxub ağlamağa başlamış və Elminlə qayınanası Gülnarə Elçini aralaşdırmışlar. Bu zaman Elçin stolun üstündə olan qəndqabını ona doğru atmış və qəndqabı hamamın qapısına dəyib yerə düşüb sınmışdır. O, ayağa qalxmış və Elçin yenidən stolun üstündə olan şüşə külqabını götürüb ona atmış və külqabı sifətinə dəyməsin deyə o, sağ əlini sifətinin sol hissəsinə tutmuş və külqabı sağ əlinə dəyib yerə düşüb sınmışdır. O, sağ əlindən xəsarət almış və bundan sonra evdən çıxıb getmişdir. Elçinin onu vurduğu zaman 5 yaşlı oğlu İlkində orada olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2016-cı ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və evliliklərindən 5 yaşlı İlkin adlı oğlan uşaqları var. İlqar və valideynləri ilə yola getmədiyi üçün boşanmaq qərarına gəlmiş və 1 ildir İlqar gilin evindən çıxıb atası Elçinin evinə köçüb oğlu İlkinlə atasının evində yaşayır. O, boşanmaq üçün Zəngilan rayon məhkəməsinə müraciət etmiş və hal-hazırda boşanmışlar. İlqar hərdən atasının evinə gəlib oğlu İlkinlə görüşmüşdür. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində İlqar atasıElçinə zəng edib İlkinlə görüşmək istədiyini bildirmiş və atası İlqara artıq gec olduğunu, sabah gəlib görüşməyini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra İlqar həyət darvazasını döyüb qapını döyüb açmaqlarını tələb etmişdir. O, gedib qapını açmış və həmin vaxtı İlqar sərxoş vəziyyətdə olduğu üçün o, İlqara çıxıb getməsini bildirmişdir. İlqar da sərxoş vəziyyətdə onu və atasıElçini söyüb təhqir etməyə başlamışdır. Oğlu İlkində ağlayaraq İlqarla getmək istəməmişdir. İlqar zorla evlərinə daxil olmuş və otaqda stolun üstündə olan qəndqabını yerə vurub sındırmışdır. X2 qolundan tutub evdən çıxarıb çıxıb getməsini bildirmişdir. İlqar getmək istəmədikdə atası Elçin 102 xidmətinə zəng edib məlumat verdikdən sonra İlqar çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid6 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs 2016-cı ildə Şahid6 ilə evlənmiş və onların 5 yaşlı azyaşlı İlkin adlı oğlan uşaqları var. Elçinlə Fəxrinin ailə münasibətləri əvvəllər yaxşı olsada, son vaxtlar aralarında ailə daxili mübahisə olmuş və 2021-ci ilin sentyabr ayının sonlarında Fəxri oğlu İlkini də götürüb atası Elçinin evinə getmiş və həmin vaxtdan atasının evində yaşayır. Bu müddətdə İlqar hərdən gedib oğlu İlkini evlərinə gətirmiş və sonra uşağı aparıb Fəxriyə vermişdir. xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixə keçən gecə oğlu İlqar evə gəlmiş və həmin vaxtı İlqarın ağzı qan içində olmuş və o, İlqardan nə olduğunu soruşmuşdur. İlqar oğlu İlkini görmək qayınatası Elçingilə getdiyini və həmin vaxtı oğlu İlkinin yanında qayınatası Elçinin yumruqla ağız nahiyəsinə vurduğunu, boğazından tutub boğduğunu və külqabını sifətinə atan zaman sağ əlini sifətinə tutduğu üçün əlinin əzildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xalası Şahid2gil ilə qonşu yaşayırlar. Evləri bir həyətdə yerləşdiyi üçün həyətə bir qapıdan daxil olub çıxmışlar. Xalası qızı Fəxri bir neçə aydır həyat yoldaşı Zərərçəkmiş şəxs ayrılmış və azyaşlı uşağı ilə Aşağı Güzdək qəsəbəsində valideynlərinin evində yaşayır. Fəxri ilə İlqar arasında daim münaqişə və mübahisə olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 22:20 radələrində işdən evə gəlmiş və qapını açıb avtomobili həyətə salmışdır. Bu zaman həyət darvazası döyülmüş və qapını xalası qızı Fəxri açmışdır. İlqar sərxoş vəziyyətdə həyətə daxil olub uşağı aparmaq istədiyini bildirmiş və Fəxri ona sərxoş olduğu üçün uşağı verməyəcəyini bildirmişdir. İlqar isə Fəxri ilə mübahisə edib uşağı aparacağını bildirmişdir. İlqar evə daxil olmuş və bu zaman xalası Gülnarənin həyat yoldaşı Elçin İlqara sabah gəlib uşağı aparmasını bildirmiş, İlqar isə uşağı aparacağını deyib Elçinlə mübahisə etmişdir. Həmin vaxtı İlqarın azyaşlı oğlu İlkin səs-küyə ağlamışdır. Həmin vaxtı Elçin İlqarın boğazından tutub itələmiş və stolun üstündən götürdüyü xrustal qəndqabının qapağını İlqara atmış və qəndqabının qapağı İlqarın sağ əlinə dəymişdir. O, bundan sonra İlqarı evdən çölə çıxarıb yola salmışdır. Elçində bundan sonra 102 xidmətinə zəng edib İlqar barəsində şikayət etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1371 saylı rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ əlin arxa səthinin V əl darağı sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan qançırı-şişkinliyi və sıyrıqları, sağ əlin İİİ barmağının sıyrığı və alt dodağın səthi əzilmiş yarası bərk-küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdilər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ bilərdilər və dərəcəsinə görə görə ümumilikdə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığına görə onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 127.2.2ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs və şahidlər zidiyyətli ifadələr verərək, Zərərçəkmiş şəxs yumruqla və ya hər hansı bir əşya ilə vurmadığını bildirsə də məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin dediklərini təkzib edərək, təqsirləndirilən şəxsin yumruqla İlqarın ağız nahiyəsinə vurub boğazından tutub boğmağa başladığını, həmin vaxt Elminlə qayınanası Gülnarə Elçini aralaşdırmağa çalışdıqlarını, Elçinin stolun üstündə olan şüşə külqabını götürüb İlqara atdığını və külqabının İlqarın sağ əlinə dəydiyini təqsirləndirilən şəxsin üzünə qarşı deyərək onu ifşa etmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 140.0.1-ci maddəsinə əsasən bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspert rəyi ilə müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1371 nömrəli rəyi ilə Zərərçəkmiş şəxs bədəni üzərində sağ əlin arxa səthinin V əl darağı sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan qançırı-şişkinliyi və sıyrıqları, sağ əlin İİİ barmağının sıyrığı və alt dodağın səthi əzilmiş yarasından ibarət xəsarətləri aşkar edilmiş, həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə əmələ gəlməyə xarakterik olması müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 1-ci qrup əlil və müharibə veteranıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, müharibə veteranı və 1-ci qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar