Məhkəmə qərarları › İş №1(012)-635/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-635/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-635/2024 31.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi “PRO BANO” vəkil bürosunun vəkili Müdafiəçi1, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi-anası Qanuni nümayəndə, onun nümayəndəsi-vəkili Bakı şəhər 09 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1999-cu ildə Ucar rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,subay, məhkumluğu olmayan, Ümid-Babək dəniz platformasında formen vəzifəsində işləmış, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, ‘'Məhəllə” marketin yaxınlığında yerləşən nömrəsiz fərdi ev ünvanında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdə günorta radələrində sosial şəbəkədə tanış olduğu və yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, “Məhəllə” marketin yaxınlığında yerləşən nömrəsiz fərdi evə dəvət etdiyi on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan xx.xx.2010-ci il tarixdə doğulmuş Zərərçəkmiş şəxs ilə qarşılıqlı razılığa əsasən öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə və ağız boşluğuna daxil edib cinsi ehtirasını təmin edərək seksual xarakterli hərəkətlərlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən bazarın qarşısında olan adını xatırlamadığı telefon mağazasında telefon ustası işləyən zaman sonradan bilib tanıdığı Zərərçəkmiş şəxs içəri daxil olaraq, mobil telefonunu ona düzəltdirmək istədiyini bildirmişdir. O da öz növbəsində sonuncuya iş görə biləcəyini qeyd edərək səmimi şəkildə söhbət etməyə başlamışdır. Həmin vaxt aralarında münasibət yaranmağa başlamışdır. O, özünə məxsus olan mobil nömrəsini ona vermişdir. Həmin müddət ərzində bir-birləri ilə səmimi söhbətlər etmişlər. Söhbət əsnasında Aytac ona 19 yaşının olduğunu bildirərək özünün rəqs müəlliməsi olduğunu qeyd etmişdir. Bir müddət sonra isə Aytacla həm görüntülü, həm də səsli danışmağa başlamışdır. O, sonuncu ilə arasında olan 2 aylıq münasibətdən sonra artıq ciddi münasibət qurmaq barədə düşünməyə başlamışdır. Əvvəlcə Aytacın ailəsi ilə maraqlanmağa başlamış, atasının və anasının hansı işlərlə məşğul olması və digər hu məzmunda suallar verməyə başlamışdır. Eyni zamanda Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olan bəzi şəxslərdən Aytacın atası Etibar ilə bağlı məlumatlar öyrənməyə çalışmışdır. Onun ailəsini tanıyan şəxslər Aytacın ailəsi barədə qənaətbəxş məlumatlar vermiş, bundan sonra Aytacla daha da, ciddi şəkildə danışaraq münasibət qurmağa başlamışdır. Buna baxmayaraq valideynlərinin təkidi ilə əlaqədar olaraq Aysun adlı qızla nişanlanmağa hazırlaşmış, bu səbəbdən Aytaca heç nə demədən onu “Vatsapp” sosial şəbəkəsində qara siyahıya atmışdır. Bundan sonra, Aysunla münasibət qurmağa və görüşməyə başlamışdır. Lakin Aysunun keçmişində bəzi sevgililərinin olması səbəbindən qısqanclıq zəminində sonuncudan ayrılmış və valideynlərinə nişanı qaytarmaq istədiyini bildirmişdir. Valideynləri də, onun istəyini başa düşmüş və xx.xx.2023-cü il tarixdə nişanı qaytarmağı təşkil etmişlər. Bundan sonra Aysunla əlaqəsi təmiz kəsilmiş və heç vaxt yenidən münasibət yaratmamışdır. 5 ay sonra, yəni təxminən xx.xx.2023-cü il tarixdə mobil telefonu ilə internetdə vaxtını keçirən zaman adını xatırlamadığı görüntülü danışıq proqramında Aytac qarşısına çıxmışdır. Orada bir müddət sonuncunu izləmiş və danışmağa başlamışdır. Həmin vaxt Aytacdan onun istifadəsində olan başqa bir mobil nömrəsini almışdır. Bir müddət sonra “Vatsapp” sosial şəbəkəsi ilə danışmağa başlamışdır. Özünü öldürmək istədiyini ona təkidlə bildirməklə, həyatdan bezdiyini demiş, o, isə əvəzində səbirli olmağını demiş və fikrini yayındırmaq üçün guya avtomobil alaraq qəza törətdiyini, bu barədə internet şəkilləri götürərək Aytaca ataraq özünə nəsə eləməsinin qarşısını almağa çalışmışdır. Aytacı fikrindən daşındırdıqdan sonra yenidən danışmağa başlamış, bu müddət ərzində onunla sevgi münasibətini irəlilətmək üçün yazışmış, növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Aytac ona görüntülü zəng etmiş, təxminən günortaya kimi Aytacla görüntülü danışmış, Aytac ona yaşı, ailə vəziyyəti, işlə və s. başqa xüsusatlarla bağlı söhbət etmişlər. Görüntülü danışa-danışa canlı görüşməyi barədə danışaraq fikirləşmiş, görüş yeri kimi Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Əli” marketin qarşısında olan piyada səkisini qərarlaşdırmışlar. Saat 13 radələrində artıq taksi ilə qərarlaşdırdığı ünvana çatmış, göy rəngli “Toyota Prius” markalı taksidə gözləməyə başlamış və Aytac 10 dəqiqə sonra taksiyə minmişdir. Onunla birlikdə ilk öncə Nərimanov rayonunda yerləşən parka getmiş və oranın bağlı olduğunu görmüşlər. Taksidən düşmüş və yeni taksi sifariş edərək, ünvanı dənizkənarı milli bulvarı qeyd etmişdir. Bundan sonra ağ rəngli “Toyota Prius” markalı avtomobil gəlmiş və onları sifarişdə qeyd etdiyi ünvana aparmışdır. Orada müəyyən müddət ərzində gəzmiş və şəkillər çəkdirmişlər. Bundan sonra, orada Aytac ona qoşulub qaçmaq istədiyini bildirmiş, buna səbəb kimi isə ailəsinin onu başqa şəxslə evləndirmək istədikləri olduğunu demişdir. O, Aytaca onu qaçıracağı təqdirdə onun atası Etibarın bu səbəbdən polisə müraciət edə biləcəyini desə də, Aytac özünün artıq 19 yaşında olduğunu, böyük şəxs olduğunu və sərbəst şəkildə həyatı ilə bağlı qərarlar verə biləcəyini ona demişdir. O, bu səbəbdən sonuncu ilə razılaşmış və yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, “Məhəllə” marketin yaxınlığında yerləşən iki mərtəbəli yaşayış evinə taksi sifariş edərək həmin ünvana getmişlər. Saat 17 radələrində yaşadığı evə çatmışlar. Anası Zümrüd evdə olduğundan Aytacı onunla tanış etməyi qərarlaşdırmış, anasına Aytacı qaçırtmağı ilə bağlı məlumat vermişdir. Anası ona Aytacın valideynlərindən icazə almağı bildirsə də, Aytac bununla razılaşmamışdır. Aytacdan atası Etibarın mobil nömrəsini istəmiş və sonuncu nömrəni ona vermiş, həmin mobil nömrənin sahibinə “Vatsapp” sosial şəbəkəsində Aytacın adı ilə qoşulub qaçmağı barədə məlumatlar vermişdir. Həmin nömrənin sahibi Aytacın atası olmadığını ona yazmış və nömrəsini qara siyahıya atmışdır. “Tik-tok” sosial şəbəkəsində Aytacın atası Etibara məxsus olan profilə yazmış, yəni paylaşdığı videonun altına övladı Aytacı qaçırmağı ilə bağlı rəylər yazmağa başlamışdır. Sonuncu da, öz növbəsində ona heç bir cavab yazmamışdır. Daha sonra öz gündəlik fəaliyyəti ilə məşğul olmağa başlamış, həmin gün ayrı-ayrı otaqlarda yatmış və aralarında cinsi əlaqə olmamış, eyni zamanda Aytaca həmin gün boş vərəqədə ona könüllü qaçması barədə məlumatları əks etdirən yazılar yazmağı xahiş etmişdir. Aytaca boş vərəqədə ona könüllü qaçması barədə məlumatları əks etdirən yazılar yazmağı xahiş etmişdir. Aytacda öz növbəsində onun təklifini qəbul etmiş və öz xətti ilə kağızda yazılar yazaraq ona könüllü gəlməsi barədə qeyd etmişdir. Aytacın atası Etibara digər mobil nömrəsi ilə “Vatsapp” sosial şəbəkəsi vasitəsi ilə mesaj yazsa da, yenidən mesajını cavablandırmamışdır. Sonra onun mobil nömrəsinə zəng vurmuş və telefonu naməlum qadın açaraq, ona səhv düşməyi barədə məlumat vermişdir. O da Aytacdan bunun səbəbini soruşduqda Aytac ona əvəzində həmin mobil nömrənin atası Etibara məxsus olduğunu, sadəcə telefonu başqa şəxsə verdiyini, onsuz da ailələrində onu qəbul etməyəcəklərini ona bildirmişdir. Həmin gün saat 20 radələrində çölə çıxdıqdan sonra Aytac üçün telefon almış və “Vatsapp" şəbəkəsindən öz nömrəsi ilə qeydiyyatdan keçdikdən sonra telefonu nömrəsiz formada, yəni yalnız internet vasitəsi ilə mesajlaşmağı üçün Aytaca vermişdir. Aytac ilə gecələr ayrı yatdığından onunla “Vatsapp” vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. Növbəti gün yəni xx.xx.2023-cü il tarixdə saat 08 radələrində yaşadığı fərdi yaşayış evindən Aytac, o və anası ilə birlikdə çölə çıxmışdır. Aytaca müəyyən əşyalar, o cümlədən paltarlar almaq üçün Sədərək Ticarət Mərkəzinə getməyi qərarlaşdırmışlar. X1 öz şəxsi avtomobili olan metallik rəngli “Vaz 2107” markalı maşınla onları Sədərək Ticarət Mərkəzinə aparmışdır. Yarım saat sonra Sədərək Ticarət Mərkəzinə çatmış, orada geyim mağazalarına getmiş və Aytaca paltarlar almağa başlamışlar. Həmin ticarət mərkəzində Aytacla əl-ələ tutaraq mağazaları gəzmişlər. Həmin müddət ərzində Aytac qonşusu olan Amil adlı şəxsi gördükdən sonra narahatçılıq hissi keçirtməyə başlamışdır. Qonşunun atasına zəng vuracağını və atasının onu gəlib aparacağını deyərək qorxduğunu ona bildirmişdir. O isə əvəzində qorxmamağı, onu heç kimə verməyəcini bildirmişdir. Təxminən 1 saat sonra yeznəsi Telman şəxsi avtomobili ilə onları yenidən evə aparmış, saat 12 radələrində evə çatmışlar. Onları ayırmalarından qorxduqları üçün guya aralarında cinsi əlaqə olduğunu və onun Aytacın bakirəliyini pozduğunu, bunları ailələrinə bildirdikdən sonra nə onun ailəsinin, nə də ki, Aytacın ailəsinin onları ayırmayacağlarını, aralarında olan münasibətə müsbət baxacaqlarını fikirləşmişlər. Belə bir görüntü yaratmaq üçün Aytac otaqda olan, 1 gün əvvəl alınaraq otağa yerləşdirilmiş çarpayının üzərində olan yataq üzünün üzərinə hansısa bədən üzvündən az miqdarda qan çıxararaq üzərinə tökmüşdür. Həmin vaxt eyvanda siqaret çəkmək üçün çıxdığından həmin vaxt Aytacın qanı hansı nahiyəsindən çıxardığını görməmişdir. Anası Zümrüdə guya Aytacla cinsi əlaqədə olaraq onun bakirəliyini pozduğumu bildirmək üçün üzərində Aytacın qanı olan yataq üzünün fotoşəkilini çəkərək “Vatsapp” vasitəsi ilə anasına göndərmişdir. Həmin gün axşam saatlarında isə “İnstagram” sosial şəbəkəsində öz profilindən Aytacın bibisi Leylaya, Aytacın adından yazaraq öz mobil nömrəsini göndərməsini bildirmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə isə bibisi Leylaya yenidən yazmış və öz mobil nömrəsini ona göndərmişdir. Həmin gün heç kim geri zəng etməmiş və onun yazdığı mesajlara cavab verməmişlər. Həmin günü Aytac ilə birlikdə evdə keçirmiş, səhəri gün yəni 18 avqust 2023-cü il tarixdə təxminən günorta radələrində qədər sonra polis şöbəsindən ona zəng vurulmuş və şöbəyə gəlməli olduğunu bildirmişlər. Aytaca bu məsələni deyən zaman 13 yaşının olduğunu ona bildirmişdir. Bundan sonra Sabunçu RPİ-nin 12-ci PB-nə getmiş və orada izahat vermişlər. Göstərmişdir ki, Sabunçu rayon prokurorluğunda vermiş olduğu izahatda cinsi əlaqədə olmasını Aytac ilə onu ayırmalarından qorxduğu üçün söyləmiş, əsl həqiqətdə isə Aytac ilə arasında heç bir cinsi əlaqə olmamışdır. Məhkəmə iclasında iş üzrə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə sosial şəbəkə hesab edilən “Eris” platformasında tanımışdır. Həmin sosial şəbəkədən atasına məxsus “Samsung” markalı “Gözəl İsayeva” adı ilə qeydiyyatdan keçmiş və öz yaşını “19” olaraq qeyd etmişdir. Onu heç kim tanımasın deyə belə bir şey etmişdir. Atası və anası işdə olduqları müddətdə həmin sosial şəbəkədə canlı yayım açmışdır. Həmin sosial şəbəkədə canlı yayım açdıqda orada tanıdığı Təqsirləndirilən şəxs yayıma qoşularaq, ona dost olmağı təklif etmişdir. İlk öncə onu tanımadığı üçün Süleymanın bu təklifi ilə razılaşmasa da, sonradan buna razılıq vermiş və atasına məxsus olan, lakin özü işlətdiyi telefonun üzərində olan ***-***-**-** nömrəsini Süleymana vermişdir. Bundan sonra “Vatsapp” sosial şəbəkəsi vasitəsi ilə mesajlaşmağa başlamışlar. Həmin günün səhəri, yəni xx.xx.2023-cü il tarixdə, saat təxminən 07 radələrində atası və anası işə getdikdən sonra qeyd etdiyi mobil telefonla “Vatsap” vasitəsi ilə Süleymanla görüntülü olaraq danışmağa başlamışdır. Həmin vaxtı Süleyman onu anası Zümrüd və adını bilmədiyi bacısı ilə tanış etmişdir. Danışıq zamanı özü namaza getdiyini, birazdan geri qayıdacağını bildirərək onunla danışması üçün telefonu anası Zümrüdə vermişdir. Anası onunla qısa müddətdə danışaraq haralı olduğunu və harada yaşadığını soruşmuşdur. Bundan başqa, evdə ondan başqa neçə uşaq olduğunuda soruşmuş, onlar həmin gün Süleyman ilə mütəmadi olaraq söhbət etmişlər. Süleymanla görüşmək qərarına gəlmiş və bu səbəbdən xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı ünvanın məkanı “Vatsapp” şəbəkəsi vasitəsi ilə Süleymana göndərmişdir. Süleyman həmin gün təxminən saat 14 radələrində onların yaşadığı ünvanın yaxınlığına gəldiyini bildirmişdir. O, evin ətrafında görüşüb hardasa çay içəcəklərini düşündüyü üçün evin qapısını bağlayaraq küçəyə çıxmışdır. Küçədə olarkən Süleymanın tanımadığı bir maşın ilə ora gəldiyini görmüş və o, Süleyman ilə görüşərək həmin avtomobilin arxa oturacağına əyləşmişdir. Həmin avtomobilin taksi olması ona sonradan məlum olmuşdur. O, Süleymandan hara getdiyi barədə soruşduqda sonuncu “Neftçilər metrostansiyasının” yaxınlığında yerləşən parka gedəcəklərini bildirmiş və həmin avtomobil ilə həmin parka getmişlər. Oraya gedib çatdıqdan sonra park bağlı olduğu üçün yenidən taksi sifariş edərək “Bulvar Milli Parkına” getmişlər. Orada bir qədər gəzdikdən sonra bir-birləri ilə yaxından tanış olmağa başlamışlar. Bir qədər gəzdikdən sonra Süleyman onu anası ilə tanış etmək istədiyini bildirmiş və onu evinə dəvət etmişdir. O bununla ilk öncə razılaşmasa da, ona anasının xəstə olduğunu bildirmiş və pis olduğunu gördüyü üçün ona yazığı gəlmişdir. Süleymanın təklifi ilə razılaşmış, lakin onu sonra evə aparmasını, evin açarlarının onda olduğunu, əks təqdirdə anasının işdən gəldikdən sonra qapıda qalacağını demişdir. Süleyman and içərək onu evə aparacağını bildirmiş, bundan sonra ünvan 1 ünvanına getmişlər. Onlar oraya gedib çatdıqdan sonra orada sonuncunun anası, bacısı və bacısı uşaqları olduğunu görmüş, bundan başqa bir nəfər də tanımadığı “yengə” dedikləri şəxsdə orada olmuşdur. Həmin ev həyət evi olmuş və 2 mərtəbədən ibarət olmuşdur. O orada olduğu müddətdə oturub çay içmiş və orada olan şəxslərlə biraz söhbət etmişdir. Orada Süleymanın anası ondan niyə belə zəif olduğunu, 19 yaşı göstərmədiyini bildirdikdə, ona 13 yaşının olduğunu bildirmişdir. Daha sonra gec olduğu üçün Süleymana taksi sifariş etməsini və onu yaşadığı ünvana aparmasını bildirmişdir. Lakin Süleyman onu evə aparmayacağını və orada qalacağını bildirmişdir. Süleymanın anası Zümrüd də “gələn qayıtmaz!” deyə bildirmiş və onun evə qayıtmasına mane olmuşlar. Axşamüstü Süleymanın atası taxt aldığını bildirmiş və həmin taxtı yuxarı mərtəbədəki otağa yerləşdirmişlər. Həmin gün Süleyman öz şəxsi işi ilə əlaqədar olaraq çölə çıxmış və geri qayıtdıqdan sonra-ona telefon aldığını, ayrı yatacağı üçün gecələr telefon vasitəsi ilə mesajlaşacağını bildirmişdir. Öz mobil nömrəsi ilə “Vatsapp” şəbəkəsindən qeydiyyatdan keçmiş və telefonunun üzərində nömrə olmadan yalnız internet vasitəsi ilə mesajlaşacağını bildirərək telefonu ona vermişdir. O, məcbur olaraq orada qalmalı olmuşdur. Həmin gecəni Süleymanın anası və bacısı uşaqları ilə birlikdə yatmışdır. Səhəri gün açıldıqdan sonra, 16 avqust 2023-cü il tarixdə Süleyman, sonuncunun anası Zümrüd, bacısı, bacısının yoldaşı və o, “Sədərək” Ticarət Mərkəzinə getmişlər. Orada olan zaman qonşu Amili də görmüş, lakin ona bu barədə deməyə çəkinmişdir. Daha sonra Süleyman və anası Zümrüdə qonşularını görməyi və sonuncunun da onu görməsi barədə bildirdikdə onlar bunu vecinə almamağı bildirmişlər. Orada olan alış-verişi bitirdikdən sonra saat təxminən 12 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evə geri qayıtmışlar. Evə geri qayıtdıqdan sonra paltarları yerləşdirərkən Süleymanın anası Zümrüd yuxarı mərtəbədə olan yataq otağına təzə aldığı matrası yerləşdirmişdir. Bundan sonra, Zümrüd yaxınlıqdakı marketə getmək üçün evdən çıxmış və o, Süleyman ilə evdə tək qalmışdır. O, otaqda olarkən Süleymandan oraya niyə matras sərildiyini və yerin niyə açıq vəziyyətdə olduğunu soruşduqda sonuncu ona cinsi əlaqədə olacağı bildirmişdir. O, buna etiraz edərək otaqdan çıxmaq istəsə də, onun qolundan tutaraq Süleyman onu yatağa atmışdır. Daha sonra üzərinə gələrək əynində olan göy rəngli idman dəstini zorla çıxarmağa başlamışdır. Daha sonra, əynində olan qırmızı rəngli məmədanı və çəhrayı rəngli trusiki zorla əynindən çıxarmışdır. Onu yatağa uzadaraq üzərinə çıxmış, həmin vaxt sonuncunun əynində boz rəngli cins şalvar və qara rəngli köynək olmuşdur. Həmin paltarları əlaqəyə başlayan zaman Süleyman əynindən çıxarmışdır. Onun sinə nahiyəsinə yaxınlaşaraq döşlərini yalamağa başlamış, o, sonuncuya ona yalvararaq belə hərəkət etməməsini xahiş etsə də, Süleyman buna məhəl qoymamış şalvarının ön hissəsini açaraq cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil etmişdir. Ağrılar hiss etməyə başlamış və cinsiyyət orqanından qan gəlmişdir. O birtəhər hərəkət edərək Süleymanın cinsiyyət orqanını öz cinsiyyət orqanından çıxararaq oradan qaçmağa cəhd etsə də, yerə yıxılmış və dizini əzmişdir. Süleyman onu yerdən qaldırıb yenidən yatağa atmış, kənarda olan nəmləndirici kremi götürərək öz cinsiyyət orqanına sürtməyə başlamışdır. Onun qollarından tutaraq üzü üstə çevirmiş və cinsiyyət orqanını onun anal dəliyinə daxil etmişdir. O, kəskin ağrı hiss etdiyini bildirərək qışqırsa da, Süleyman buna məhəl qoymamışdır. Həmin vaxt anal dəliyindən qan gəlmiş və Süleyman öz cinsiyyət orqanını çıxartmışdır. O, otaqdan çıxmaq istəyərkən, yenidən onun qolundan tutmuş və yatağa gətirərək öz cinsiyyət orqanını onun ağız nahiyəsinə daxil etmişdir. Ağız nahiyəsi ilə bir müddət əlaqədə olduqdan sonra boşalaraq öz spermasnı yerə tökmüşdür. Sonra Süleyman anasının ona yazmış olduğu mesaji ona göstərmişdir. Həmin mesajda anası ona matrasın üzərində olan qan ləkəsinin şəklini çəkərək “Vhatsapp” vasitəsi ilə ona göndərməsini istəmişdir. Süleyman matrasın üzərində olan qan izini çəkərək anasına göndərmişdir. Bundan sonra Süleyman yuyunmağa getmişdir. Həmin vaxt Süleymanın mobil telefonu yanında olduğu üçün bibisi Rahiləyə 6 dəfə zəng etmiş və “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə ona “Salam bibi, mənəm, zəngimi aç” deyə mesaj yazmışdır. Daha sonra əynini geyinərək evin birinci mərtəbəsində olan qonaq otağına gəlmişdir. Orada Süleymanın anası Zümrüd ona şirinçay vermişdir. Orada olarkən Zümrüd ona oğlu Süleyman ilə şəkillər çəkdirməli olduğunu bildirmişdir. Əks təqdirdə oğlunun həbs oluna biləcəyin bildirmişdir. Səhəri gün, yəni 17 avqust 2023-cü il tarixdə ağrılarının olduğunu anası Zümrüdə bildirdikdə onu tanımadığı yerə aparmışlar və ona müxtəlif sistemlər qoşmuşlar. Evdə yaşayan heç kəsin onların cinsi əlaqədə olmasından xəbəri olmamışdır. Həmin gün Süleymanla arasında heç bir cinsi əlaqə olmamışdır. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Süleymanın istifadəsində olan mobil tefelon nömrəsinə zəng gəlmiş və onlar, yəni o, anası Zümrüd, atası Məhəmməd və Süleyman özü Bakı şəhər Baş Polis idarəsinə gəlmişlər. Oraya gedərkən Süleymanın anası Zümrüd onu makiyaj etmiş və orada olarkən oğlunun əlindən bərk tutmağını, guya hər şeyə razı olmağı bildirməsini istəmişdir. Bundan sonra, onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmiş və onun ekspertizadan keçməsi üçün qərar qəbul edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2009cu ildə rəsmi qaydada Qanuni nümayəndə ilə ailə həyatı qurmuş və həmin nigahdan 2010cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs doğulmuşdur. 15 avqust 2023-cü il tarixdə işdə olduğu zaman bacısı Rəhilə Məhərrəmova ona zəng edərək qızı Aytacın evdən çörək almaq adı ilə çıxdığını və bir daha geri qayıtmadığını bildirmişdir. O, oradan çıxaraq yaşadığı evə gəlmiş və evdəkilərdən Aytacın harada olmasını, qonşulardan maraqlanılmasını soruşub bir qədər gözləyib gəlməməsini gördükdən sonra həmin tarixdə saat təxminən 21:40 radələrində DİN-nin 102 xidmətinə qızının itkin düşməsi ilə bağlı məlumat vermiş və bir qədər sonra Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları yaşadığı evə gələrək baxış keçirmiş və ondan ərizə və izahat alınmışdır. 18 avqust 2023-cü il tarixdə saat 16 radələrində 12-ci PŞ-nə çağırılmış və orada qızı Aytacın tapılması ona bildirilmişdir. Daha sonra qızının sonradan adının Süleyman olduğu şəxslə PŞ-də xidməti otağa gətirilməsini görmüşdür. Qızının izahatının alınması zamanı o, polis əməkdaşlarına Süleyman adlı şəxslə dostluq və tanışlıq münasibəti ilə sosial şəbəkədə tanış olmalarını, sonradan Vatsap tətbiqi vasitəsi ilə danışmalarını, daha yaxından tanış olmaq üçün görüşməklərini, oğlanın anası və bacısı ilə tanış etmək niyyəti ilə danışdıqlarını, bir qədər dənizkənarı Milli Parkda gəzdikdən sonra sonuncunun qızını anası və bacısı ilə tanış etmək məqsədi ilə anasının xəstə olmasını bildirmiş və qızın onun anasına rəhmi gələrək onlara getmiş, onu aldadaraq Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evlərinə gətirmiş və qızına onu geri qaytaracağını bildirmişdir. Bir neçə dəqiqə evdə qaldıqdan sonra qızı "evimizə qayıtmaq istəyirəm" xahiş edərək bildirib, lakin oğlanın anası “gələn qayıtmaz” deyərək uşağın azadlığını əlindən məhrum edərək orada saxlamışdır. 16 avqust 2023-cü il tarixdə qızını Sədərək Ticarət Mərkəzində alış veriş etmək məqsədi ilə aparmış,orada qızını aldadaraq hədiyyələr almış, daha sonra yenidən Qobu qəsəbəsində yerləşən öz evlərinə qayıdaraq telefon vasitəsi ilə məcburi fotoşəkillər çəkilərək dilindən məcburi qaydada ifadə alınaraq və oğlu ilə qızını bir otağa salaraq onlara yer açıb və evin qapısını arxadan bağlayaraq çıxıb getmişdir. Daha sonra Süleyman adlı şəxs qızına seksual xarakterli məcburi qaydada hərəkətlər etmiş, qızı buna qarşılıq vermədikdə isə sillə ilə üzünə vurmuş, üstünə qışqırmış və məcburi qaydada onunla cinsi əlaqədə olmuşdur. Süleyman hamama çimmək üçün gedərkən qızı ondan xəbərsiz bibisi Rəhilə Məhərrəmova ilə instaqram sosial şəbəkə vasitəsi ilə “bibi mənəm Aytac, mənə kömək edin” deyə yazmışdır. Daha sonra, Süleyman adlı şəxs onun tik-tok profilinə “qohumam usta nömrəni mənə ver vacibdir” deyə yazmışdır. Qızının başına gələn bu hadisəni qəbul edə bilməməsi səbəbindən 27 avqust 2023-cü il tarixdə yaşadığı evdə olan zaman evdə imkan tapan kimi 6 ədəd ağrıkəsici dərmanı içərək intihara cəhd etmək istəmiş, anası bu barədə məlumat alan kimi onu anasıgildən çağırmış, o, dərhal dərman içdiyini bilərək TTYS-na zəng etmiş, və bir qədər sonra həkimlər gələrək qızının toksikologiya şöbəsinə mədəsini yumaq üçün aparmışlar. Orada ilkin tibbi yardım göstərilib, qızına sistem qoşulub yardım edildikdən sonra evə buraxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hal-hazırda ankoloji xəstədir, heç bir yerdə işləmir. Onun üç övladı vardır. Təqsirləndirilən şəxs kiçik övladıdır. 15 avqust 2023-cü il tarixdə səhər radələrində yaşadığı evdə olarkən oğlu Süleymanın mobil telefonunda görüntü ilə kiminləsə danışdığını görmüşdür. Həmin vaxtı Süleymandan kiminlə danışması barədə maraqlandıqda oğlu ona “gəlinindir” deyə bildirmişdir. Həmin vaxtı görüntüdə olan qız Süleymandan onun barəsində maraqlanmış və mobil telefonu ona tərəf çevirməyi bildirmişdir. O görüntü ilə həmin qızla, adını sonradan bildiyi Aytacla tanış olmuş və ondan əvvəlcə yaşı barədə məlumat almışdır. Aytac ona yaşının 19 olduğunu bildirmiş, sonra ondan oğlu ilə danışması barədə anasının xəbəri olub-olmaması ilə bağlı maraqlanmışdır. Lakin Aytac hələ anasına bu barədə məlumat vermədiyini dedikdə ona irad tutub anasına oğlu ilə danışması barədə məlumat verməsini bildirmişdir. Aytac da anasına bu barədə məlumat verəcəyini bildirmişdir. Sonra oğlu telefonu özünə tərəf çevirib yenidən Aytacla danışmaqda davam etdikdə telefonuna konum gəlmişdir. Belə olduqda oğlundan hara getməsi barədə maraqlanmış, ona demişdir ki, Aytacla görüşməyə gedir. O, xəstə olduğu üçün ev işlərini qızı görür. Həmin vaxtı qızı ona köməklik etmiş və dərmanları qəbul edib yatmağa getmiş, qızı isə ev işləri ilə məşğul olmuşdur. Günortadan sonra təxminən saat 15-16 radələrində oğlu Süleyman ona zəng etmiş və nə etdiyini soruşmuş, yatdığını dedikdə oğlu bildirmişdir ki, qonağı gəlir. Üstündən təxminən 15 dəqiqə keçmiş oğlu Süleyman Aytac adlı qızla birlikdə evə gəlmiş və oğlu Aytacı ailə qurmaq üçün qaçırdığını bildirmişdir. O çox sevinmiş ki, ağır xəstə olsa da, oğlunun bu xeyir işini görə biləcəkdir. Aytacla sevinclə görüşüb hal -əhval tutduqdan sonra yenidən onun yaşı barədə, həmçinin fəaliyyəti barədə üzbəüz maraqlanmışdır. Aytac ona yenə yaşının 19 olduğunu və rəqs müəlliməsi olduğunu, uşaqları fərdi hazırladığını, o cümlədən kursa getdiyini və iynə vurmağı da bacardığını bildirmişdir. Birlikdə stol arxasına əyləşdikdə Aytac özü gedib onlara çay süzmüş və evdə tam sərbəst hərəkətlər etməyə başlamışdır. O, isə sevindiyindən əvvəlcə digər oğluna, daha sonra isə yoldaşına zəng vurub məlumat vermişdir. Bir qədər sonra evə gələn oğlu və yeznəsi eyni ilə Aytacdan yaşı barədə maraqlanmışlar. Aytac onlara da yaşının 19 olması barədə məlumat vermiş, sonra Aytaca ailə qurmaq üçün qaçması barədə anasının xəbərinin olubolmadığını soruşmuş və bildirmişdir ki, anası onu 19 il böyüdüb başa çatdırıb, indi narahatdır və məlumat vermək lazımdır. Aytac isə rəfiqəsinin bu barədə məlumatı olduğunu bildirmiş, belə olduqda Aytaca rəfiqəsinin nömrəsini verməsini bildirmişdir. Lakin Aytac rəfiqəsinin nişanlı olduğunu və nişanlısının nömrəsinin verilməsinə narazı olduğunu demişdir. Bundan sonra Aytacdan atasının nömrəsini almış və Süleyman atasına zəng vurmuş, telefona cavab verən şəxs onlara «mənim Aytac adında qızım yoxdur» demiş, belə olduqda Aytac özü telefonu götürüb atası ilə danışdıqda həmin şəxs ona da eyni cavabı bildirmişdir. Buna görə də, Aytac bildirmişdir ki, «görürsüz atam məni silib, buna görə də mən də atamı silirəm». Sonra ondan anası barədə məlumat almış və ona məlumat verməyi demişdir. Aytac ona anasının tort sexində işlədiyini desə də, bir daha bildirmişdir ki, «mən qaçıb gəlmişəm, anamı, atamı silmişəm, mənim anam da, atam da burdadır». O da öz növbəsində zəng edib bu barədə yoldaşına demiş, yoldaşı isə gəldikdən sonra məsələni həll edəcəyini demişdir. Həmin günü qızı, kürəkəni, Aytac və o birlikdə axşam evdə oturub yemək yemiş və o, nəvəsi və Aytacla birlikdə bir otaqda, oğlu isə kürəkəni ilə digər otaqda yatmışlar. Səhəri günü, yəni 16 avqust 2023-cü il tarixdə kürəkəninin maşını ilə Aytacı da götürüb Sədərək Ticarət Mərkəzinə getmişlər. Orada Aytaca geyim əşyaları alıb saat 13 radələrində evə qayıtmış və həmin günü də bir yerdə olmuşlar. Süleyman diş həkiminə getməli olduğu üçün həkimə zəng edib getmiş və sonra oradan Lökbatan qəsəbəsinə gedib orada Aytac üçün mobil telefon alıb qayıtmışdır. Aytac onunla olduğu saatlarda dəfələrlə ondan yaşı barədə maraqlansa da, o hər dəfə də yaşının 19 olduğuna onu inandırmış və rəqs müəlliməsi işlədiyini israrla bildirmişdir. O da sonuncunun sözlərinə inanmış, həmin ərəfədə Aytacdan əldə etdiyi məlumat əsasında onun xalasına instaqram sosial şəbəkədə yazıb məlumat verilmiş, daha sonra atası ilə yenidən əlaqə saxlanılmasına cəhdlər edilsə də, atası telefonu açmamışdır. Belə olduqda atasının Süleyman “Tik-tok” sosial şəbəkəsində profilinə yazmış və Aytacı ailə qurması üçün qaçırmağı ilə bağlı rəylər yazmağa başlamış, atası da öz növbəsində heç bir cavab yazmamışdır. Aytac evdə hər kəsə qarşı diqqət göstərmiş və evin bir sakini kimi tam sərbəst hərəkətlər etmişdir. Həmin günü gecəni yenə Aytac onunla bir otaqda qalmışdır. Səhəri günü, yəni 17 avqust 2023-cü il tarixdə saat 11 radələrində yoldaşı işdən gəlmiş və Aytacla görüşüb onu ailə üzvləri kimi qəbul etmişdir. Bundan sonra, yoldaşı Məhəmməd də israrla Aytacla birlikdə atasının evinə gedib məlumat verməyi təkid etsə də, Aytac buna imkan verməmiş və Süleymanı sevib gəldiyini bildirərək onun evinin öz evi olduğunu bir daha bildirmişdir. Aytacın valideynləri ilə görüşmək niyyətində olmadığını və sərbəst yaş həddində olması barədə dediyi fikirlərinə görə artıq onların toylarını etməyi qərara almış, bu məqsədlə şadlıq evi danışılmışdır. Həmin gecəni Aytac nəvəsi Aysunla bir otaqda qalmışdır. Səhəri günü, yəni 18 avqust 2023-cü il tarixdə həyətdə iş görərkən polisdən zəng gəlmiş və onları polisə dəvət etmişlər. Belə olduqda Süleymana geyinib getməyi bildirmiş, belə ki, Aytac özü ailə qurmaq üçün qaçdığını bildiyi üçün arxayınlıqla gedib izahat verib qayıdacağını zənn etmişdir. Həmin anda Aytac evin ikinci mərtəbəsinə Süleymanın arxasınca çıxmış, bu vaxtı Süleyman onu yuxarı mərtəbəyə çağırmış, ondan nə baş verməsini soruşmuş və pilləkənləri çıxmaqda əziyyət çəkdiyini bildirib Aytaca demişdir ki, Süleymanın paltarlarının yerini bilir, götürüb versin. Lakin Süleyman onu yenidən təkidlə çağırmış, ikinci mərtəbəyə çıxdıqda Süleyman Aytacın yaşı barədə onlara yalan məlumat verdiyini, onun 2010-cu il təvəllüdlü olduğunu bildirmişdir. Bunu eşitdikdə ona demişdir ki, «mənim başıma daş saldınız» və halı pisləşmişdir. Sonra yoldaşına da bu barədə məlumat vermiş və buna görə də Aytaca demişdir ki, o, da geyinsin və birlikdə polisə getsinlər. Bundan sonra birlikdə polisə gəlmiş və orada Aytacın azyaşlı olduğu barədə tam məlumat almışdır. Aytacdan ilk dəfə evinə gətirildikdə yaşı barədə maraqlanan anda sənədini də istəmiş, lakin Aytac ona şəxsiyyət vəsiqəsini və mobil telefonunu səyahət sumkasına qoyduğunu bildirsə də, həmin sümkanı özü ilə götürmədiyini bildirmişdir. Bundan əlavə xarici görünüşcə də Aytac azyaşlı görünməmiş, belə ki, qızının 26 yaşı var və Aytac evdə qızı ilə bərabər şəkil çəkdirmiş, həmin fotoşəkildə qızı Aytacdan uşaq görünmüşdür. Yaşadığı evdə Aytac onun iştirakı ilə Süleymanla danışmış, onların ikilikdə bir otaqda qalmaları halları baş verməmiş, Aytac evində olduğu müddətdə yalnız onun yanında olub, gecəni də nəvəsi ilə bir otaqda yatmışdır. İş üzrə ibtidai istintaq zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı demiş və istintaqa analoji ifadə verərək onu ifşa etmişdir. İş üzrə ibtidai istintaq zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış, ifadənin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmiş və analoji ifadə vermişdir. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan «Samsunq» markalı, «Galaxy A20» modelli mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin telefonun qalareya hissəsində olan şəkillərdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında çəkilmiş səmimi şəkilləri və yatağın üzərində Zərərçəkmiş şəxs başının Təqsirləndirilən şəxs çiyninə söykəyərək uzanıqlı vəziyyətdə və sonuncunu qucaqlayaraq çəkmiş olduqları fotolar müşahidə edilmişdir. Bundan başqa, mobil telefona quraşdırılmış «Vatsap» proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs ilə olan yazışmalardan sonuncunun «bu gün bizim günümüzdür» deməsi səmimi şəkildə yazışması, evinin ünvanının S.Məmmədliyə göndərməsi və evdəkilərin olmamasından istifadə edərək getməsi müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X9 şəxsinin 387 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 2010-cıı il təvəllüdlü Zərərçəkmiş şəxs sol bazu və sağ baldır nahiyəsinin qançırları bərk küt əşyanın təsirindən törənmişlər, müddəti 5-6 gün əvvəl olmaqla özünün göstərdiyi tarixə və şəraitə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Həmin xəsarət müxtəlif şəraitdə yarana bilərdi. Xəsarətlərin yerləşdiyi nahiyələr əlçatan nahiyə olduğundan şəxsin özü-özünə və ya kənar şəxs tərəfindən yetirilməsi inkar edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. E.Məhərrəmliyə arxa keçəcək qeyri-təbii yola cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Anal dəlik nahiyəsində xəsarət və xəsarət izi aşkar olunmadığı üçün müddət haqqında fikir söyləmək mümkün deyil. İş üzrə Azərbaycan Respublikası Səlıiyyə Nazirliyinin MTE və PA X9 şəxsinin 441 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, cinsi yetkinliyə çatıbçatmamanın təyini məhkəmə tibbi ekspertizasının səlahiyyətlərinə aid deyil. Xəsarətlərin yerləşdiyi nahiyələr əlçatan nahiyə olduğundan şəxsin özü-özünə və ya kənar şəxs tərəfindən yetirilməsi inkar edilmir. Qeyd olunan xəsarətlərin lokalizasiyasını, xarakterini və əmələgəlmə mexanizmini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin fiziki qüvvə tətbiq etməklə cinsi əlaqədə olma zamanı əmələ gəlməsi inandırıcı deyildir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. E.Məhərrəmliyə arxa keçəcək qeyri-təbii yola cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Anal dəlik nahiyəsində xəsarət və xəsarət izi aşkar olunmadığı üçün müddət haqqında fikir söyləmək mümkün deyil. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik Hüquqi şəxsin 97 nömrəli, xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestık məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri aşkar olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs idrak proseslərinin normaya uyğun olması müəyyən edilir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual-mnestik imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs öz hərəkətlərini ölçüb biçmək, onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs hadisə zamanı psixi-emosional halında situasiya ilə əlaqəli qorxu həyəcan yarana bilərdi. Zərərçəkmiş şəxs hadisə zamanı fizoloji affekt vəziyyətində olmamışdır. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Zərərçəkmiş şəxs ünsiyyətçilik, adaptivlik, konflikt və mübahisəyə meylli olmamaq və s. kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə edilmədi. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinin ona qarşı hüquqa zidd hərəkətlər edərkən onun hərəkətinə və emosional vəziyyətinə mühüm təzahürü müəyyən edilmədi. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs psixi vəziyyəti normaya uyğundur. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik aşkar edilmədi. Zərərçəkmiş şəxs Elibar qızının psixi inkişafı nəzərə alınmaqla o, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışın nəticələrini görə bilmək qabiliyyətinə malikdir. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan «Samsunq» markalı, “Galaxy A20” modelli mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun qalereya hissəsində olan şəkillərdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında çəkilmiş səmimi şəkilləri və yatağın üzərində A.Məhərrəmimin başının Təqsirləndirilən şəxs çiyninə söykəyərək izanıqlı vəziyyətdə və sonuncunu qucaqlayaraq çəkmiş olduqları fotoşəkillər müşahidə edilmişdir. Bundan başqa qeyd olunan mobil telefona quraşdırılmış Vatsap proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs ilə olan yazışmalardan sonruncunun «bu gün bizim günümüzdür» deməsi səmimi şəkildə yazışması, evinin ünvanının S.Məmmədliyə göndərməsi və evdəkilərin olmamasından istifadə edərək onunla getməsi müəyyən edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan «Samsunq» markalı, “Galaxy A20” modelli mobil telefon iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləlikllə, istər ibtidai istintaq dövründə, eləcə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın mahiyyəti üzrə özünü təqsirli bilməmiş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə qeyri- təbii yolla cinsi əlaqədə olmadığını, həmçinin sonuncuya qarşı seksual xarakterli digər hərəkətlər etmədiyini göstərmişdir.Lakin iş üzrə şübhəli və təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs, şahid ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolu, ekspert rəyləri, həmçinin əhəmiyyət kəsb edən digər sənədlər iş materialları ilə ziddiyyət yaratmadığından sübut növü kimi qəbul edilmiş, istintaq dövründə toplanmış hər bir sübut təhlil olunmuş və müqayisə edilmiş, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi ilə qiymətləndirilmiş, onların məcmusu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 152.2-ci maddəsi ilə ilə ittihamın irəli sürülməsi üçün kifayət etdiyindən iş materialarından göründüyü kimi, Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Odur ki, Təqsirləndirilən şəxs gətirdiyi dəlillər onun özünü müdəfiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirilməlidir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsinə özünü müdafiə kimi qiymət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 152.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 152.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran və yüngülləşdirən halın olmamasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, məhkəmə CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və saxlanılması üçün Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ilə ittiham elan edilmiş və barəsində Abşeron rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmiş və məhkəmə zalından dərhal azad edilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 02 ay 12 gün müddətində həbsdə saxlanılmışdır. İş üzrə məhkəmənin 01 may 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilmiş və “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan «Samsunq» markalı, “Galaxy A20” modelli mobil telefon iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınanaraq saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 02 (iki) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 03 (üç) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 01 may 2024-cü il tarixdən hesablansın. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan «Samsunq» markalı, “Galaxy A20” modelli mobil telefonun iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınanaraq saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar