Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-635/2025 18.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, “fərdi sahibkarlıqla məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 yanvar 2025-ci il saat 17 radələrində onun fərdi sahibkarlıqla məşğul olduğu Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən “Lemon Pub” kafesinə gələn əvvəllər qeyri rəsmi ər-arvad münasibətində olduğu tanışı Zərərçəkmiş şəxs ondan əvvəl borca vermiş olduğu 350 ( üç yüz əlli) manat pulu geri tələb etməsi zamanı həmin pulla bağlı tərəflər arasında yaranmış fikir ayrılığı səbəbindən şəxsi münasibətlər zəmnində aralarındakı narazılıqla əlaqədar mübahisə baş verərkən həmin mübahisə əsnasında əsəbiləşərək həmin məkanda Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən sonuncunun sifət, göz, baş, boyun, qol və bədəninin müxtəlif nahiyyələrinə əl, yumruq zərbələri ilə vuraraq Zərərçəkmiş şəxs sol gözün ağlı qişasına qansızına ilə müşayiət olunan sol gözün üst və alt göz qapaqlarının, sol gözaltı, burun, boyun, sağ çiyin qurşağı nahiyələrinin qançırları, sağ dirsək oynağı, sağ said nahiyələrinin sıyrıqları ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2007-ci il tarixdə X2 ilə ailə həyatı qurmuş, bu nikahdan 2 övladı, 2008-ci il təvəllüdlü X5 və 2013-cü il təvəllüdlü X6 var. 2019-cu ildə X4 rayon Məhkəməsinin qərarı ilə boşanmışdır. Zərərçəkmiş şəxs 2023-cü ildən tanımaqla təqribən 1 il onunla qeyr-rəsmi ər-arvad münasibətində yaşamış və sonradan ondan ayrı yaşamağa başlamışdır. Nigarla olan münasibətindən övladı yoxdur. xx.xx.2025-ci il tarixdə saat 17 raddələrində Nigar onun Xırdalan şəhəri, Nizami küçəsində yerləşən təxminən iki aydır ki, qeyri rəsmi olaraq icarə əsasında işlətdiyi “Lemon Pub”a gəlmiş və söhbət əsnasında, ondan borca 350 manat pul istəmişdir. O. isə Nigara pulu sonra verəcəyini bildirdikdə Nigar onu təhqir etməyə başlamış, o da Nigarın bu hərəkətindən əsəbiləşib Nigara yaxınlaşmış və əlləri ilə onun sifət və bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Bundan sonra mübahisələri başa çatmışdır. Nigar ondan ayrılıb çıxıb getmişdir. Mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxt kafedə başqa kənar şəxsin olmadığını, mübahisə edən zaman Zərərçəkmiş şəxs onu vurduğunu və heç bir xəsarət yetirmədiyini, icarə əsasında işlətdiyi “Lemon Pub'un sahibi ilə aralarında hər hansı bir müqavilə və ya razılaşma sənədi olmadığını, kafeni təxminən iki ay olar ki, qeyri rəsmi olaraq icarə əsasında işlətdiyini, həmin kafeni tanışları vasitəsi ilə icarəyə götürdyü üçün sahibini tanımadığını göstərmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi Zərərçəkmiş şəxs əvvəlki məhkəmə iclasında ifadəsində Təqsirləndirilən şəxs barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 152 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözün üst və alt göz qapaqlarının, sol gözaltı, burun, boyun, sağ çiyin qurşağı nahiyələrinin qançırları, sağ dirsək oynağı, sağ said nahiyələrinin sıyrıqları küt əşya (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2025-ci il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəlllər məhkum olunmamışdır. Şikayətçi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisə xoş barışıqla bitmişdir. Təqsirləndirilən şəxs ilə bağlı heç bir şikayəti yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə aralarında olan anlaşılmazlıq aradan qalxmış, onlar tam barışmışlar. İşə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 09 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 54 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məhkəmə iclasları zamanı 09 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 54 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №1(012)-635/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-635/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver