Məhkəmə qərarları › İş №1(012)-637/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-637/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-637/2023 07.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, 28 avqust 1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdə saat 20:38-də oğlu X1 ilə əlbir olan bir qrup halında olmaqla Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" MMC-yə məxsus 23 saylı mağazanın yaxınlığında Hüseyn Haqverdiyevlə birlikdə həmin yerdə olan Zərərçəkmiş şəxs arvadı Şahid1 baxmasını bəhanə kimi gətirib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, cəmiyyətin üzvlərinin mənafelərinə toxunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə öz şəxsiyyətlərini zərərçəkmişin və oraya toplaşmış digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub ictimai yerdə ucadan səs-küy yaradıb Zərərçəkmiş şəxsla dalaşaraq X5 Həşimova yumruqla sifət nahiyəsindən bir dəfə zərbə endirib sonuncuya sol gözətrafı yumşaq toxumaların - sol üst və alt göz qapaqlarının sol gözaltı almacıq nahiyəsi də əhatə olunmaqla, eləcə də sağ gözaltı nahiyənin qançırı, alt dodağın selikli qişasının əzilmiş yarası, alt çənədə İ dişin tac hissəsinin travmatik qopması, diş ətinə qansızma xəsarətləri yetirməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmasından sonra sonuncu sifətini tutub aşağı əyildikdə o da təpiklə bir neçə dəfə Zərərçəkmiş şəxs sifətinə və başına vuraraq qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, burun sümüyünün qapalı kompression yerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi xəsarətləri yetirməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyətilə qəsdən sağlamlığına az ağır zərər vurmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə deyil, 127.2.3-cü maddəsi ilə, yəni qismən təqsirli bilərək, ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Təxminən 1 il 6 ay əvvəl arvadı Şahid1 və oğlu X1 ilə birlikdə Bakı şəhəri Yasamal rayonundan ünvan 2 ünvanında yerləşən evə köçmüşlər. Əvvəllər icarə əsasında idarə etdiyi qara rəngli “Toyota Prius” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, oğlu Hüseyn isə 2022-ci ilin oktyabr ayının ortalarında yaşadıqları bina ilə üzbəüz yolun digər tərəfində yerləşən Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbin yaxınlığındakı "xxxx" MMC-yə məxsus mağazada satıcı işləməyə başlamışdır. 30 oktyabr 2022-ci il tarixdə saat 20:00 radələrində arvadı Ayseli işlədiyi Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən gözəllik salonundan evə aparmaq üçün avtomobillə oraya getmiş və iş yerindən götürdükdən sonra birlikdə evə doğru hərəkət etmişlər. Yolda olarkən arvadı lazımi ərzaqları almaq, həmçinin yemək vermək üçün Hüseynin işlədiyi mağazaya getmək istədiyini bildirmişdir. Buna görə də saat 20:30 radələrində yaşadıqları binanın yaxınlığına çatıb avtomobili mağazadan təxminən 10 metr irəlidə yolun kənarında saxlamış və Aysellə birlikdə avtomobildən düşmüşdür. Mağazaya doğru gedəndə Hüseynin mağazanın qarşısındakı dirəyin yanında dayandığını görmüşdür. Əvvəlcə, özü, bir neçə saniyə sonra isə Aysel və Hüseyn mağazaya daxil olmuşlar. Ancaq oğlu arvadını mağazaya daxil edərək özü dərhal çölə çıxmışdır. Təxminən 1 dəqiqə sonra Aysel ona mağazanın qarşısında Hüseynin kiminləsə mübahisə etdiyini demişdir. Mağazadan çölə çıxıb Hüseynin, sonradan adının Raqub olmasını bildiyi 28-30 yaşlı şəxslə yolun əks tərəfində mübahisə etdiyini görmüşdür. Oraya yaxınlaşanda eşitmişdir ki, Hüseyn həmin şəxsdən nə üçün pis gözlə anasının arxasınca baxdığını soruşmuş, həmin şəxs isə anasına deyil, Ayselin əlindəki sellofan torbaya baxdığını bildirmişdir. Ardınca Raqub adlı şəxsdən nəyə görə oğlu ilə mübahisə etdiyini soruşmuşdur. Raqubun Hüseynə verdiyi cavabı təkrarlaması oğlunun xoşuna gəlmədiyindən bir dəfə yumruqla Raqubun sifət nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən Raqub yerə yıxılanda Hüseyn təpiklə sifət nahiyəsindən zərbə endirmişdir. Bundan sonra özü və ətrafda dayanıb baş verənləri izləyən şəxslər Hüseyni tutub mağazanın qarşısına doğru aparmağa çalışmışlar. Hüseyn çox əsəbiləşdiyi üçün söyüş söysə də, hazırda həmin söyüşün nədən ibarət olduğunu xatırlamır. Təxminən 1 dəqiqə sonra Aysel də mağazanın qarşısından Hüseynə yaxınlaşıb kənara çəkməyə çalışmış, Ayselə baş verənlərə müdaxilə etməməsini dedikdən sonra Aysel mağazanın qarşısına qayıtmışdır. Daha sonra oraya toplaşan tanımadığı şəxslərin köməyi ilə Hüseyni mağazanın qarşısına aparmış, Raqub isə yolun digər tərəfində dayanmış yük avtomobilinə əyləşib idarə edərək çıxıb getmişdir. Sonda o, barəsində barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunmuş ifadəsindən görünür ki, o, özünə məxsus olan “Mercedes” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə fərdi qaydada yükdaşıma fəaliyyəti ilə məşğul olur. Abşeron rayonu və Bakı şəhəri ərazisində müxtəlif ünvanlara zənglər əsasında yük daşınmasını həyata keçirməklə ailəsini dolandırır. X1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. 30 oktyabr 2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Top Market” adlı mağazanın sahibinin sifarişi ilə həmin mağazadakı malları avtomobilinə yükləyib Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsində yerləşən anbara aparmalı olmuşdur. Həmin gün saat 20:30 radələrində avtomobilini adı çəkilən mağazanın arxasında saxladıqdan sonra mağazanın fəhlələri malları avtomobilə yükləməyə başlamışlar. Bu zaman avtomobilini saxladığı yerin sol tərəfində yerləşən "xxxx" MMC-yə məxsus mağazadan təxminən 15-20 metr aralıda qara rəngli “Toyota Prius” markalı dövlət qeydiyyat nişanı “173” ilə bitən avtomobil dayanmışdır. Həmin avtomobilin sürücüsü avtomobildən düşəndə onun haraya getdiyini bilmək üçün sürücüyə baxmışdır. Çünki sürücü avtomobili elə yerdə saxlamışdır ki, digər avtomobillərin oradan rahat keçib getmələrinə azacıq maneə yaranmışdır. "xxxx" MMC-yə məxsus mağazanın qarşısında dayanmış, əynində həmin mağazaya məxsus gödəkçə olan, siqaret çəkən oğlan ona salam vermiş və niyə tərs-tərs baxdığını soruşmuşdur. Bu zaman o, “Toyota Prius” markalı avtomobilin sürücüsünün avtomobili yaxşı formada saxlamadığını, getdiyi yeri bilmək üçün arxasınca baxdığını izah etməyə çalışmışdır. Sonradan adının Hüseyn olmasını bildiyi həmin şəxslə mağazadan təxminən 10 metr aralıya çəkilib ikilikdə söhbət edərkən orta yaşlı şəxs yaxınlaşıb heç bir əsaslı səbəb olmadan və heç bir şey demədən qəflətən yumruqla burun nahiyəsinə vurmuşdur. Zərbədən sonra gözlərini yumaraq əlləri ilə burnunu tutub əyilmiş, bu zaman həmin oğlan və orta yaşlı şəxs təpiklə sifət nahiyəsindən vurmuşlar. Bundan sonra o, yerə yıxılmış, su və dəsmal götürmək məqsədilə yavaş-yavaş avtomobilinə doğru getməyə başlamışdır. Həmin vaxt ətrafda olan tanımadığı şəxslər cavan oğlanı və orta yaşlı kişini kənarlaşdıraraq daha onu vurmalarına imkan verməmişlər. Sifət nahiyəsindən sınıq və əzik xəsarətləri aldığı üçün mobil telefon vasitəsilə Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə müraciət edib 2 nəfər şəxs tərəfindən döyüldüyünü bildirmiş və avtomobilinə əyləşərək birbaşa Abşeron rayon Polis İdarəsinə getmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs və X1 tərəfindən ona dəymiş ziyan tam qarşılandığını və onlara qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs arvadıdır. Ceyhunu uzun müddətdir tanımasına və aralarında münasibət olmasına baxmayaraq, 08 oktyabr 2010-cu il tarixdə Ceyhunla rəsmi şəkildə ailə qurmuşlar. X1 böyük oğludur. Hüseyn atası Rəsulun himayəsindədir. Bundan başqa Yusiflə münasibətindən 2011-ci ildə Həsən adlı oğlu dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, həmin şəxslə nə özü, nə də ailə üzvləri arasında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Təxminən 1 il 6 ay əvvəl əri Ceyhun, oğulları Hüseyn və Həsən və qayınanası Səriyyə ilə birlikdə Bakı şəhəri Yasamal rayonundan ünvan 2 ünvanında yerləşən evə köçüb orada yaşamağa başlamışlar. Ceyhun əvvəllər icarə əsasında idarə etdiyi qara rəngli, “Toyota Prius” markalı Az **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, eyni zamanda mebel ustası işləyərək ailəsini dolandırmış, özü isə hal-hazırda da Bakı şəhəri Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Madmazel” gözəllik salonunda işləyir. Hüseyn 2022-ci ilin oktyabr ayının ortalarında yaşadıqları bina ilə üzbəüz istiqamətdə yolun digər tərəfində – Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbin yaxınlığında fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus mağazada satıcı işləməyə başlamışdır. 30 oktyabr 2022-ci il tarixdə saat 18:00 radələrində Ceyhun onu evə aparmaq üçün iş yerinə gəlmiş və o, avtomobilə əyləşdikdən sonra birlikdə Abşeron rayonu istiqamətində hərəkətə başlamışlar. Yolda olarkən Hüseynə yemək alıb vermək üçün Ceyhundan avtomobili “Memar Əcəmi” metro stansiyasının yaxınlığında fəaliyyət göstərən “McDonalds” restoranının qarşısında saxlamasını istəmişdir. Avtomobildən düşərək həmin restorandan yemək aldıqdan sonra hərəkətlərini davam etdirmişlər. Bundan başqa yolda olarkən Hüseynin işlədiyi mağazaya daxil olub alış-veriş etməyi də planlaşdırmışlar. Hüseynin işlədiyi mağazaya çatdıqda Ceyhun avtomobili yolun kənarında saxlamışdır. Daha sonra aldığı yeməyi özü ilə götürmədən avtomobildən düşüb Ceyhunla birlikdə mağazaya daxil olmuşdur. Mağazada müştərilərin sayının az olduğunu görüb Hüseynə yaxınlaşaraq yemək aldığını demiş, birlikdə gedib avtomobildən götürməyi təklif etmişdir. Ardınca Hüseynlə birgə mağazadan çıxmışdır. Hüseyn mağazanın qarşısında dayanaraq onu gözləmiş, o isə təkbaşına gedib avtomobildən yeməyi götürmüşdür. Geri qayıdarkən yolun əks tərəfində yerləşən “Top Market” adlı mağazanın arxa tərəfində dayanmış şəxslərdən birinin arxasınca “Belə gözəl xanıma baxmamaq mümkün deyil” sözlərini dediyini eşitmişdir. Həmin sözə heç bir əhəmiyyət vermədən mağazaya doğru gedib əlindəki yemək paketini Hüseynə vermişdir. Hüseyn “Top Market” adlı mağazanın arxa tərəfində dayanmış şəxslərdən birinə müraciətlə “Nolub, qaqaş?” sualını vermişdir. Mübahisə yaranmasın deyə Hüseyni mağazaya daxil etmişdir. Heç bir dəqiqə keçməmiş Hüseyn əlindəki yeməyi mağazaya qoyub çölə çıxmışdır. Hüseyn hərbi xidmətdən yeni qayıtması ilə əlaqədar çox əsəbi olduğundan arxasınca söz atan şəxslə dalaşacağını güman edib Ceyhuna oğlunun çöldə kiminləsə dalaşdığını bildirmiş və təcili mağazadan çölə çıxmasını demişdir. Ceyhun mağazadan çölə çıxdıqdan bir neçə saniyə sonra mağazanın qapısı qarşısına çıxaraq Hüseyn və Ceyhunun “Top Market” adlı mağazanın arxa tərəfində bir qədər əvvəl ona söz atmış şəxslərlə dalaşdıqlarını görmüşdür. Mağazanın qapısı qarşısında dayanıb oradan mağazada işləyən adını bilmədiyi qadın satıcı ilə birlikdə baş verənləri izləmişdir. Bu zaman Ceyhunun yerə yıxılmış vəziyyətdə olan şəxsi təpiklə vurduğunu görmüşdür. Hüseynə yaxınlaşıb kənara çəkməyə çalışsa da, Ceyhun baş verənlərə müdaxilə etməməsini dediyi üçün mağazanın qarşısına qayıdaraq orada dayanmışdır. Daha sonra oraya toplaşmış şəxslər Hüseynlə mübahisə yaratsalar da, Ceyhun və digərləri Hüseyni mağazanın qarşısına gətirib içəri salmışlar. İnsanlar çıxıb getdikdən sonra o, Ceyhun və Hüseynlə birlikdə avtomobilə əyləşərək yaşadığı evə getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 16 fevral 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsi əsasında "xxxx" MMC-nin Abşeron rayonu Xırdalan şəhərində yerləşən ərzaq mağazasında administrator işləyir. Onun vəzifəsi mağazanın ümumi işinə rəhbərliyi həyata keçirməkdən, daxil olan malları qəbul edib hesabatını aparmaqdan ibarətdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslərlə arasında heç bir münasibət olmamışdır. X1 isə 25 oktyabr 2022-ci il tarixdə administratoru olduğu mağazada satıcıkassir vəzifəsində işə başlamışdır. İşlədiyi 5-6 gün ərzində Hüseynin mağazada işləyən hər hansı işçi və ya mağazaya gələn müştərilərlə mübahisə yaratdığını görməmişdir. 30 oktyabr 2022-ci il tarixdə saat 08:00-da hər gün olduğu kimi mağazaya gəlib işə başlamış, saat 18:00-da iş vaxtı başa çatdığı üçün yaşadığı evə getmişdir. Həmin gün saat 20:00 radələrində mağazada işləyən işçilərdən biri mobil telefonuna zəng edərək Hüseynin mağazanın qarşısında bir nəfər şəxslə dalaşdığını bildirmişdir. Bu səbəbdən təcili evdən çıxıb mağazaya yollanmışdır. Mağazanın qarşısına çatanda artıq dava-dalaşın başa çatdığını öyrənmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları mağazaya gələrək baş vermiş dava-dalaşla bağlı şifahi şəkildə onu və digər işçiləri şifahi qaydada sorğu-sual etmişlər. Həmin vaxt o, polis əməkdaşlarına özünün hadisə barəsində yenicə məlumat aldığını, məlumat alan kimi dərhal mağazaya gəldiyini bildirmişdir. Daha sonra polis əməkdaşları ondan mağazanın qarşısında təhlükəsizlik kamerasının quraşdırılıbquraşdırılmadığını soruşmuşlar. O, adını bilmədiyi polis əməkdaşına təhlükəsizlik kamerasının quraşdırıldığını bildirib birlikdə qeydə alınmış videogörüntüyə baxmağı təklif etmişdir. Ardınca polis əməkdaşlarını iş otağına dəvət edib onlarla birlikdə videogörüntüləri izləmişdir. Bu zaman 30 oktyabr 2022-ci il tarixdə saat 20:38-də Hüseynin və sonradan atası olmasını bildiyi Ceyhunun mağazadan bir qədər kənarda, yəni yolun digər tərəfində yerləşən, hazırda fəaliyyət göstərməyən “Top Market” adlı mağazanın arxa tərəfinə getdiklərini, bir neçə saniyə sonra ətrafa çoxsaylı insanların toplaşdıqlarını, ardınca Hüseyn və atasının insanların müdaxiləsi ilə mağazanın qarşısına gətirildiklərini görmüşdür. Ancaq hadisənin hansı səbəbdən baş verdiyini, hadisə vaxtı Hüseyn və atası Ceyhunun nə üçün mübahisə yaratdıqlarını bilməmişdir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında şahid qisminə dindirilmiş X1 bildirdi ki, Təqsirləndirilən şəxs onun atası və Şahid1 isə onun anasıdır. O, "xxxx"də işləyir. Atası və anası işdən gələndə mağazadan çölə çıxmış, bu zaman tanımadığı şəxs onun anasına söz atmışdır. Bunu eşidən zaman o, həmin şəxsi itələmişdir, bundan sonra ətrafdakı insanlar onu ayırmışdır.Daha sonra atası gələrək ona təpik vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X2” X6 Abşeron rayon şöbəsinin 23 noyabr 2022-ci il tarixli 2592 nömrəli ekspert rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və adına olan tibbi sənəddə qeyd olunanlara əsasən, hadisə haqqında göstərilən məlumatları nəzərə alaraq onun bədənində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, burun sümüyünün qapalı kompression yerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi, sol gözətrafı yumşaq toxumaların – sol üst və alt göz qapaqlarının sol gözaltı almacıq nahiyəsi də əhatə olunmaqla, eləcə də sağ gözaltı nahiyənin qançırı, alt dodağın selikli qişasının əzilmiş yarası, alt çənədə İ dişin tac hissəsinin travmatik qopması, diş ətinə qansızma bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir; 30 oktyabr 2022-ci il tarixdə insan bədəninin hissələrinin (əl, baş, ayaq və s.) təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs barəsində təyin еdilmiş əlavə məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 Abşeron rayon şöbəsinin 03 mart 2023-cü il tarixli 07Ə nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və adına olan tibbi sənədlərdə qeyd olunanlara əsasən bədənində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin tarvması, baş-beyin silkələnməsi, burun sümüyünün qapalı kompression yerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi, sol gözətrafı yumşaq toxumaların – sol üst və alt göz qapaqlarının sol gözaltı almacıq nahiyəsi də əhatə olunmaqla, eləcə də sağ gözaltı nahiyənin qançırı, alt dodağın selikli qişasının əzilmiş yarası, alt çənədə soldan İ dişin tac hissəsinin travmatik qopması, diş ətinə qansızma bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 30 oktyabr 2022-ci il tarixdə döyülmə zamanı insan bədəninin hissələrinin (əl, baş, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, burun sümüyünün qapalı kompression yerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi, sol gözətrafı yumşaq toxumaların – sol üst və alt göz qapaqlarının sol gözaltı almacıq nahiyəsi də əhatə olunmaqla, eləcə də sağ gözaltı almacıq nahiyənin qançırı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, alt dodağın selikli qişasının əzilmiş yarası, alt çənədə soldan İ dişin tac hissəsinin travmatik qopması, diş ətinə qansızma isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü, 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü, 221.2.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməməsini, məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş və müdafiə xarakteri daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan CMS AZEMİS çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı-xx.xx.2011-ci il təvəllüdlü X3 adlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə törədilmiş cinayət əməllərinin hər birinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci, 127.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci, 127.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı həbsdə saxlanıldığı 08 (səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 16 (on altı) gün nəzərə alınaraq azadlığın məhdudlaşdırılması növündə təyin ediləcək qəti cəzasından çıxılmalı və üzərində qəti cəza müddəti saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək öz qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 16 (on altı) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar