Məhkəmə qərarları › İş №1(012)-639/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-639/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-639/2023 29.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçi Abşeron rayon Vəkil Bürosunun Vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1967-ci il tarixdə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 oktyabr 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinin hasardan keçib həyətinə, sonra isə evin qapısını açmaqla yaşayış sahəsinə evə qanunsuz daxil olaraq, qonaq otağındakı masanın üzərindən bir ədəd içərisində 160 manat nağd pul olan 40 manat dəyərində əl çantasını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 200 manat ziyan vurmaqla oğurluq etmiş, həmçinin əl çantasının içərisindən Zərərçəkmiş şəxs3 adma xx.xx.2020-ci il tarixdə verilmiş, xx.xx.2032-ci ilədək qüvvədə olan AA******* nömrəli şəxsiyət vəsiqəsini, sonuncunun mülkiyyətində olan “Renault Sandora” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin mühüm sənəd hesab edilən AC649173 nömrəli qeydiyyat şəhadətnaməsini, Zərərçəkmiş şəxs3 adına xx.xx.2022-ci ildə verilmiş, xx.xx.2032-ci ilədək qüvvədə olan «Bİ, B» kateqoriyalı sürücülük vəsiqəsini və sonuncunun qızı Zərərçəkmiş şəxs5 adına xx.xx.2022-ci il tarixdə verilmiş, xx.xx.2024-cü ilədək qüvvədə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsini talamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs2 Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində yerləşən fərdi yaşayış evinin hasardan keçib həyətinə, sonra isə evin pəncərəsini açmaqla yaşayış sahəsinə evə qanunsuz daxil olub, evin birinci mərtəbəsində yataq otağında çarpayıda olan döşəklərin arasından 1500 manat pulu, evin ikinci mərtəbəsində zalda dolabın üstündə bankanın içərisində bir ədəd 900 manat dəyərində briliyant qaşlı kişi qızıl üzüyü, bir ədədi 350 manat olan 700 manat dəyərində iki ədəd “Alyans” qızıl üzükləri, bir ədədi 350 manat olan 700 manat dəyərində qadın qızıl üzükləri və 700 manat dəyərində bir ədəd qadın qızıl boyunbağını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 4500 manat ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi 02 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Şamil Əzizbəyov küçəsində yerləşən 46 nömrəli fərdi yaşayış evinin hasardan keçib həyətinə, sonra isə evin pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə gərmə yolu ilə açmaqla yaşayış sahəsinə evə qanunsuz daxil olub həmin evin yataq otağında paltar dolabının içindən iki 500 manat, biri isə 400 manat dəyərində üç ədəd qızıl üzüyü, 500 manat dəyərində qızıl boyunbağını və 600 manat dəyərində bir cüt sırğanı gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 dekabr 2022-ci il tarixdə saat 18 radələrində X4 Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq yaşayış massivində yerləşən fərdi yaşayış evinin hasardan keçib həyətinə, sonra isə evin plastik materialdan olan pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə evə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabda olan ətir qutusunun içərisindən 1 ədəd 1500 manat dəyərində olan 20 qramlıq qadın qızıl boyunbağını, 1 ədəd 270 manat dəyərində olan 5 qramlıq uşaq qızıl boyunbağını, 1 ədəd 150 manat dəyərində olan 3 qramlıq uşaq qızıl boyunbağını, 1 ədəd 30 manat dəyərində olan yaşıl qaşlı qızıl gözmuncuğunu, 1 ədəd 100 manat dəyərində nal formalı qızıl klonu, 1 ədəd 400 manat dəyərində olan 5 qramlıq kişi nişan üzüyünü, 1 ədəd 400 manat dəyərində olan 12 qramlıq qızıl üzük sırğa dəstini, 1 ədəd 250 manat dəyərində olan brilliant qaşlı 5 qramlıq qadın qızıl üzüyünü, 1 ədəd 200 manat dəyərində olan paxlava formalı 4 qramlıq qadın qızıl üzüyünü gizli olaraq talayıb zərərçəkmiş Siyavuş Qəmbərova ümumilikdə 2900 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi 21 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Fizuli küçəsində yerləşən 6 nömrəli fərdi yaşayış evinin hasardan keçib həyətinə, sonra isə plastik pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə evə qanunsuz daxil olub həmin evin yataq otağında paltar dolabının içində olan çantadan 01 ədəd 25 qramlıq 585 əyyarlı 1750 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 10 qramlıq 950 manat dəyərində qızıl qolbağını, 01 ədəd 3 qramlıq 750 əyyalı 725 manat dəyərində üzüyü, 01 ədəd 585 əyyarlı 5 qramlıq 350 manat dəyərində kişi qızıl üzüyünü, 01 ədəd 750 əyyarlı 7 qramlıq 665 manat dəyərində qızıl üzüyü, 01 ədəd 750 əyyarlı 10 qramlıq 950 manat dəyərində komplekt 1 cüt sırğa və 01 ədəd qızıl üzüyü, 01 ədəd 03 qramlıq 585 əyyarlı 210 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 2 qramlıq 585 əyyarlı 140 manat dəyərində qızıl klonu, 01 ədəd 4 qramlıq 585 əyyarlı 280 manat dəyərində uşaq üzüyünü, 01 ədəd 8 qramlıq 585 əyyarlı, brilyant qaşlı 1160 manat dəyərində qızıl üzüyü, 01 ədəd 4 qramlıq 320 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 2 qramlıq 160 manat dəyərində qızıl klonu, 02 ədəd 585 əyyarlı 6 qramlıq 360 manat dəyərində sırğanı, 01 ədəd 5 qramlıq 750 əyyarlı 1250 manat dəyərində qızıl üzüyü, 01 ədəd 3 qramlıq 585 əyyarlı 210 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 585 əyyarlı 5 qramlıq 350 manat dəyərində qızıl üzüyü, 01 ədəd 585 əyyarlı 7 qramlıq 490 manat dəyərində qızıl üzüyü və 01 ədəd 3 qramlıq 750 əyyarlı 300 manat dəyərində qızıl üzüyü, həmçinin həmin dolabın içində pul qabında olan 800 manatı və 170 manat dəyərində 100 ABŞ dollarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 11590 (on bir min beş yüz doxsan) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 dekabr 2022-ci il tarixdə saat 14 radəllərində Zərərçəkmiş şəxs8 Abşeron rayonu Saray qəsəbəsi, Füzuli küçəsi, 12 saylı evinin hasardan keçib həyətinə, sonra isə həyətdən götürdüyü dəmir parçası ilə evin pəncərəsini sıxıb açaraq yaşayış sahəsinə evə qanunsuz daxil olub, yataq otağında dolabda olan bir ədəd 50 manat dəyərində olan ağ qaşlı gümüş üzük, 1-dəd sarı metaldan olan 60 manat dəyərində qolbağı, 1 ədəd sarı metaldan olan 100 manat dəyərində qolbağını, 1-cüt sarı metaldan olan 30 manat dəyərində sırğanı, 1-ədəd qara metaldan olan 50 manat dəyərində qolbağı, 1 ədəd sarı və ağ metal hissələrdən ibarət olan 15 manat dəyərində üzüyü, 1- ədəd sarı metaldan olan 50 manat dəyərində bilərziyi, 1-cüt 40 manat dəyərində gümüş sırğanı, 1-cüt sarı metaldan olan 15 manat dəyərində sırğanı, 1-ədəd 30 manat dəyərində yarpaq formalı aralığı olan gümüş boyunbağı, 1 ədəd ağ qaşları olan 20 manat dəyərində üzüyü, bir ədəd 20 manat dəyərində gümüş üzüyü, 1 ədəd 40 manat dəyərində gümüş qolbağını, bir ədəd 75 manat dəyərində gümüş boyunbağını aralığı ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 595 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, “Yoncalıq” yaşayış massivində yerləşən fərdi yaşayış evinin hasardan keçib həyətinə, sonra evin birinci mərtəbəsində mətbəxin plastik pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə evə qanunsuz daxil olub, həmin evin ikinci mərtəbəsində yataq otağında paltar dolabının içindən 2 ədəd 750 əyyarlı 5 qramlıq hər biri 400 manat olan boyunbağıları, 1 ədəd 585 əyyarlı 5 qramlıq 350 manat dəyərində olan boyunbağını, 1 ədəd 750 əyyarlı tək qaşlı olan, 5 qramlıq, 630 manat dəyərində üzüyü, 1 ədəd 750 əyyarlı 285 manat dəyərində üzüyü, 1 cüt 750 əyyarlı üstündə brilyant qaşı olan 2,3 qram 600 manat dəyərində uşaq sırğasını, 1 ədəd 750 əyyarlı 2 qramlıq 220 manat dəyərində uşaq sırğasını, 1 ədəd “Tommy Hilfıger” markalı 550 dəyərində kişi saatını, 1 ədəd “Tommy Hilfıger markalı 480 manat dəyrində qadın saatını və 3 litrlik içərisində 3000 manat pul olan 7 manat dəyərində dəmir pul qabını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 6922 (altı min doqquz iyirmi iki) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs7 Oktay oğlunun yaşadığı ünvan 3 ünvanında yerləşən evinin hasardan keçib həyətinə, sobra isə evin pəncərəsini açmaqla yaşayış sahəsinə evə qanunsuz daxil olub, evdən 1 ədəd 650 manat dəyərində kişi qızıl üzüyünü, 1 ədəd 550 manat dəyərində qadın qızıl üzüyünü, 1 ədəd 350 manat dəyərində qızıl boyunbağını, 1 ədədi 150 manat olan 2 ədəd 300 manat dəyərində qızıl kulonu, 1 ədəd 150 manat dəyərində uşaq qızıl sırğasını və 550 manat dəyərində büjüteriya məmulatlarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 Oktay oğluna 2550 (iki min beş yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 yanvar 2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs10 Əhmədiyyə oğluna məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Neftçilər küçəsi, ev 6- da yerləşən fərdi yaşayış evinin hasardan keçib həyətinə, sonra isə evin plastik pəncərəsini sıxıb açmaqla, yaşayış sahəsinə evə qanunsuz daxil olub, evdən 01 ədəd 1000 manat dəyərində 27 qram 585 əyar qızıl boyunbağını, 01 ədəd 500 manat dəyərində 10 qram, klounlu boyunbağını, 01 ədəd 500 manat dəyərində, 10 qram 585 əyarlı qızıl bilərziyi, 01 ədəd 500 manat dəyərində 7 qram 585 əyarlı qızıl bilərziyi, 01 ədəd 1000 manat dəyərində 4 qram 785 əyar brilyant qaşlı sırğanı, 01 ədəd 2000 manat dəyərində 7 qram 785 əyar brilyant qaşlı kişi üzüyünü, 01 ədəd 1000 manat dəyərində 5 qram 585 əyar brilyant qaşlı kişi üzüyünü, 01 ədəd 700 manat dəyərində 4 qram 585 əyar qadın üzüyünü və 01 ədəd 800 manat dəyərində 3 qram 584 əyar qadın üzüyünü gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs10 Əhmədiyyə oğluna ümumilikdə 8000 (səkkiz min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özüni qismən, yəni CM-nin 326.2 maddəsində təqsirli bilməmiş, sənədlərin onun tərəfindən götürülmədiyini bildirmiş, digər ittihamda özünü təqsirli bilmiş, ibtidai istintaqda verdiyi ifadəsini qismən təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, məhkumluqdan sonra iş tapa bilməmiş, dolanmaq üçün oğurluq etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixə keçən gecə saat 04 radələrində Masazır qəsəbəsində Nəhayətin evinə daş hasardan daxil olmuşdur. Qapını əli ilə açanda qıfıllanmadığını görüb evə daxil olmuş, evdə adam olduğunu başa düşdüyü üçün evi çox axtarmamış, masanın üzərindən əl çantasını götürüb gəldiyi kimi də hasardan çıxıb getmişdir. Əl çantasının içərisinə baxanda 160 manat pul vəsaiti olduğunu görüb, həmin pulu götürmüş, sonra içərisində olan sənədlər ona əhəmiyyətsiz olduğuna görə əl çantası isə ilə birlikdə səkinin üzərinə qoymuş ki, tapıb sahibinə geri qaytarsınlar. Bundan başqa göstərmişdir ki, 2022-ci ilin oktyabr ayının sonunda bir gün saat təxminən 19 radələrində Abşeron rayonu Maszır qəsəbəsində bir küçə ilə gedərkən bir yaşayış evinin həyətindən bir şəxsin çıxıb getdiyini və qapını bağladığını görmüş, həmin evdə artıq heç kim olmadığına əmin olduğu üçün ətrafda da heç kimin olmadığından istifadə edib, evin qabaq tərəfində hasardan həyətə girmiş və evin qabaq tərəfində olan pəncərəni yerdən tapdığı dəmir parçası ilə açmağa başlamışdır. Dəmir parçası əlimi ağratdığı üçün cibində olan əski ilə dəmir parçasını tutub pəncərəni açmış və həmin evə daxil olmuşdur. Evin birinci mərtəbəsində olan otaqda çarpayıda döşəklərin arasından 1500 manat pulu, evin ikinci mərtəbəsində mebelin üstündə olan bankanın içərisindən bir neçə kimi və qadın üzüklərini götürüb həmin evdən çıxıb oradan uzaqlaşdır. Ondan sonra oğurladığı pulu özünə xərcləmiş, qızılları da sonrakı günlərdə Sumqayıt şəhərində Şərq bazarında tanımadığı şəxsə sataraq aldığı pulları da xərcləmişdir. Bundan başqa göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında oğurluq etmək üçün Abşeron rayonu, Masazır qəsəbəsinə gəldim və sahibsiz ev axtarmağa başlamışdır. Həmin gün saat təxminən 16 radələrində Masazır qəsəbəsi, Şamil Əzizbəyov küçəsində bir evdə heç kimin olmadığını müəyyən etmiş, hasardan evin həyətinə daxil olmuşdur. Evin plastik pəncərələrinin hamısı dəmir barmaqlıqla örtülmüş və o orada yerdən tapdığı dəımir parçası ilə yan pəncərənin dəmir barmaqlığını qoparıb aralamış və oradan evə daxil olub axtarmağa başlamışdır. Evin yataq otağında paltar dolabının içində olan üç ədəd qızıl üzüyü, bir ədəd qızıl boyunbağını və bir cüt sırğanı götürüb evdən çıxıb getmişdir. Səhəri gün qızılları satmaq üçün Sumqayıt şəhərinə getmiş və orada “Karvan” ticarət mərkəzinin qarşısında oğurladığı həmin qızılları tanımadığı bir nəfər şəxsə 500 manata satmış, əldə etdiyi pulları şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəlləyə gedərək oğurluq etməyim üçün münasib bir yer axtaran zaman həmin ərazidə yerləşən evlərdən birinin işıqlarının yanmadığını, həmçinin pəncərəsindən də içəri daxil olmaq üçün münasib şərait olduğunu görmüşdür. Bundan sonra həyətə daxil olub evin pəncərəsini sıxaraq içəri daxil olmuşdur. Evin otaqlarına nəzər yetirdikdən sonra yataq otağındakı dolabda da axtarış apararkən ətir qutusunun içərisində 3 ədəd qadın qızıl boyunbağları, 2 ədəd klon, 4 ədəd qızıl üzüklərin olduğunu görmüş, həmin qızıl-zinət əşyalarını oğurlayaraq həmin evdən uzaqlaşmışdır. Ertəsi gün saat 11 radələrində Sumqayıt şəhərində yerləşən Mərkəzi Univermaq adlanan yerin qarşısına gedərək kimin qızıl-almaq istəməsi ilə maraqlanmış, bu zaman tanımadığı bir nəfər şəxslə (qadın) ona göstərdiyi həmin qızıl zinət əşyalarına baxdıqdan sonra ümumilikdə 600 manata alması barədə razılığa gəlib həmin qızıl zinət əşayalarım həmin şəxsə satmışdır. Oğurluq yolla əldə etdiyi həmin qızıl-zinət əşyalıarmı satmaqla əldə etdityi 600 manat pulu da öz ehtiyaclarıma xərcləmişdir. Bundan başqa göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində oğurluq etmək üçün Abşeron rayonu, Saray qəsəbəsinə gəlmiş və sahibsiz ev axtarmağa başlamışdır. Həmin gün saat təxminən 13 radələrində Saray qəsəbəsi, Fizuli küçəsində bir evdə heç kimin olmadığını müəyyən etmiş və hasardan evin həyətinə daxil olmuşdur. Evin plastik pəncərələrindən yalnız birinin dəmir barmaqlığı olmamış və o barmaqlığı olmayan plastik pəncərəni sıxıb açmaqla evə daxil olub axtarmağa başlamışdır. Evin yataq otağında paltar dolabının içində olan çantanı açmış və çantada olan 01 ədəd kişi qızıl üzüyünü, 01 ədəd qızıl boyunbağını, 01 ədəd qızıl qolbağını, 01 komplekt sırğa və üzüyü, 01 ədəd qızıl üzüyü, 01 ədəd uşağ üzük və sırğasını götürmüşdür. Həmçinin həmin dolabın içində çantanın yanında olan pul qabıdan 100 manat pulu götürüb evdən çıxıb getmişdir. Səhəri gün qızılları satmaq üçün Sumqayıt şəhərinə getmiş və orada “Karvan” ticarət mərkəzinin qarşısında qolbaq və qızıl boyunbağını tanımadığı bir nəfər şəxsə 700 manata satmışdır. Qalan qızılları isə həmin ticarət mərkəzinin qarşısında tanımadığı başqa şəxsə 830 manata satmış,əldə etdiyi pulları şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa göstərmişdir ki, 21 dekabr 2022-ci il tarixdə saat təxminən 14 radələrində Abşeron rayonun Saray qəsəbəsinə gəlmişdir. Füzuli küçəsi ilə gedərkən sonradan adı ona bəlli olan Zərərçəkmiş şəxs8 adlı şəxsin həyət qapısının qıfıl asıldığını görmüşdür. Dərhal başa düşmüş ki, evdə heç kim yoxdur. Ona görədə həyətə girib evin arxa pəncərəsini yerdən tapdığı dəmir parçası ilə sıxıb açıb mənzilə daxil olmuşdur. Evi axtarmağa başlamış, həmin evin yataq otagmda dolabın içərisində zinyət əşyaları görmüş və düşünmüşdür ki, qızıl zinyət əşyalarıdır. Ona görədə həmin əşyaları götürüb tələsik formada cibimə qoyub otağı tərk etmişdir. Yol ilə gedərkən diqqətlə baxdıqda görmüşdür ki, götürdüyü əşyalar gümüş materialıdır bəziləri isə sarı rəngi bijuteryadır və ucuz olan əşyadır. Ona görədə həmin əşyaları yolun kənarına tullamış, lakin dəqiq hara tuladığını xatırlamır. Bundan başqa göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında oğurluq etmək üçün Abşeron rayonu, Masazır qəsəbəsinə gəlmiş və sahibsiz ev axtarmağa başlamışdır. Həmin gün saat təxminən 17 radələrində Masazır qəsəbəsi, yeni məhəllədə bir evdə heç kimin olmadığını yəqin etdikdən sonra evin arxasına keçib hasardan həyətə keçmişdir. Evin plastik pəncərəsini sıxıb açmış və evə daxil olmuşdur. Evin ikinci mərtəbəsinə qalxıb otaqları axtarmağa başlamış və yataq otağında paltar dolabında olan qızıl qabının içərisində olan qızılları, 2 ədəd saatı və şkafda olan dəmir pul qabını götürüb aparmışdır. Dəmir pul qabını sındırmış və içərisində 600 manat pulu götürüb pul qabını hazırda xatırlamdığı ünvanda atmışdır. Səhəri gün qızılları satmaq üçün Sumqayıt şəhərinə getmiş və orada Şərq bazarının qarşısında oğurladığı qızılları müxtəlif adamlara satmışdır. Həmçinin iki ədəd saatıda orada tanımadığı şəxsə satmışdır. Qızıl və saatların satışından 500 manat pul əldə etmiş, əldə etdiyi pulları şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa göstərmişdir ki, 25 yanvar 2023-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsində oğurluq etmək üçün ev axtarmışdır. Həmin vaxtı qeyd olunan küçədə bir fərdi yaşayış evində heç kimin olmadığını yəqin etmiş və hasardan həyətə keçmişdir. Evin arxa tərəfində plastik pəncərəni əli ilə sıxıb açmış və evə daxil olmuşdur. Daxil olduğu otaqda paltar dolabını açmış və orada çantanın içərisində olan bir neçə ədəd qızıl-zinyət əşyalarını və bijuteriyaları oğurlayıb evdən çıxmışdır. Bundan sonra səhəri gün oğurladığı qızlları və bijuteriyaları satmaq üçün Sumqayıt şəhərində Şərq bazarının qarşısına gəlmiş və qızlları və bijuteriyanı tanımadığı şəxsə 600 manata sataraq aldığı pulları öz ehtiyacı üçün xərcləmişdir. Bundan başqa göstərmişdir ki, 26.01 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Nefçilər küçəsində olan zaman evlərdən birinin qapısında kilid olduğunu görmüş və evdə heç kimin olmadığı olna məlum olmuşdur. O. biraz ətrafda hərəkət etdikdən sonra küçənin çox sakit olduğu və ətrafda insan olmadığı üçün həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O, evin divarından keçərən evin həyətyanı sahəsinə daxil olmuş, sonra isə əlində olan dəmir parçası ilə evin plastik pəncərəsini açaraq evə daxil olmuşdur. Evin otaqlarını axtarmağa başlamış, bu zaman evin içərisində pilləkənin altında taxta sandığın olduğunu görmüşdür. Həmin sandığa yaxınlaşmış və sandığın içərisini axtarmağa başlamışdır. Bu zaman sandığın içərisində 1 ədəd kişi üzüyünün, 1 ədəd qadın üzüyünün, 1 ədəd qadın qolbağının, 1 ədəd əlavə olaraq isə qızıl qtusunun içərisində 1 ədəd qolbağ, 1 cüt sırğa, 1 ədəd boyunbağı olduğunu görmüş və şadlanan qızıl zinyət əşyalarını oğurlayaraq evdən çıxmışdır. Həmin gün Sumqayıt şəhərinə getmiş və oğurladığı qızıl zinyət əşyalarını orada tanımadığı şəxsə ümumilikdə 1500(min beş yüz) manat qarşılığında satmış, oğurluq yolu ilə əldə etdiyi pulu isə öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Göstərmişdir ki, qızılları satdığı şəxslərə həmin qızılların özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirmiş, sonuncular qızılların oğurluq olduğunu bilməmişlər. O, oğurluqları tək etmiş və bu barədə heç kimin məlumatı olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 02 radələrində fərdi yaşayış evinin ikinci mərtəbəsinə qalxıb orada olan yataq otağında yatmış, yuxudan oyandıqda masanın üzərində qoyduğu əl çantasına baxanda naməlum şəxs və ya şəslərin mənə məxsus fərdi yaşayış evinə daxil olaraq 160 manat pul vəsaitini, komunnal kartları, şəxsiyyət vəsiqəsini, özünə məxsus “Renault Sandora” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini, sürücülük vəsiqəsinin, qızı Zərərçəkmiş şəxs5 şəxsiyyət vəsiqəsinin oğurlandığını aşkar etmişdir. Həmin şəxsin evə hansı şəkildə daxil olmasını bilmir. Evin pəncərələri o, yatanda bağlı olmuş, yuxudan durduqda naməlum şəxsin hansı şəkildə daxil olmasını bilmir. O, yatmağa getdikdə çantasını yoxlamış, pul vəsatinin və digər sənədlərin əl çantasında olduğunu görmüş, hadisənin törədilməsində şübhələndiyi şəxs yoxdur. Əl çantasının dəyəri 40 manat olmaqla oğurluq nəticəsində ona 200 manat ziyan dəymişdir.Heç olmasa sənədlərinin ona qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, hazırda Saray qəsəbəsində yaşadığı evi 2 il bundan əvvəl almışdır. Evin otaqlarının plastik pəncərələri dəmir barmaqlıqla örtülsədə, yalnız dəhlizin pəncərəsini dəmir barmaqlıqla bağlatdırmamışdır. xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində evdən çıxıb işə getmiş, həmin gün saat 16 radələrində işdən evə qayıtmış və dəmir barmaqlığı olmayan pəncərənin açıq olduğunu görmüşdür. Evə daxil olduqda evdə əşyaların dağınıq halda olduğunu görmüşdür. Yataq otağında paltar dolabının içində olan çantadan 01 ədəd 25 qramlıq 585 əyarlı 1750 manat dəyərində qızıl boyunbağının, 01 ədəd 10 qramlıq 950 manat dəyərində qızıl qolbağın, 01 ədəd 3 qramlıq 750 əyarlı 725 manat dəyərində üzüyün, 01 ədəd 585 əyarlı 5 qramlıq 350 manat dəyərində kişi qızıl üzüyünün, 01 ədəd 750 əyarlı 7 qramlıq 665 manat dəyərində qızıl üzüyün, 01 ədəd 750 əyarlı 10 qramlıq 950 manat dəyərində komplekt cüt sırğa və 01 ədəd üzüyün, 01 ədəd 03 qramlıq 585 əyarlı 210 manat dəyərində qızıl boyunbağının, 01 ədəd 2 qramlıq 585 əyarlı 140 manat dəyərində qızıl klonun, 01 ədəd 4 qramlıq 585 əyarlı 280 manat dəyərində uşaq üzüyünün, 01 ədəd 8 qramlıq 585 əyarlı, brilyant qaşlı 1160 manat dəyərində qızıl üzüyün, 01 ədəd 4 qramlıq 320 manat dəyərində boyunbağının, 01 ədəd 2 qramlıq 160 manat dəyərində qızıl klonun, 02 ədəd 585 əyarlı 6 qramlıq 360 manat dəyərində sırğanın, 01 ədəd 5 qramlıq 750 əyarlı 1250 manat dəyərində qızıl üzüyün, 01 ədəd 3 qramlıq 585 əyarlı 210 manat dəyərində qızıl boyunbağının, 01 ədəd 585 əyarlı 5 qramlıq 350 manat dəyərində üzüyün, 01 ədəd 585 əyarlı 7 qramlıq 490 manat dəyərində qızıl üzüyn və 01 ədəd 3 qramlıq 750 əyarlı 300 manat dəyərində üzüyün, həmçinin həmin dolabın içində pul qabında olan 800 manatın və 100 ABŞ dollarının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir.Heç olmasa nişan üzüyünün qaytarılmasını ondan xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13:00-dan saat 19:55-dək olan müddət ərzində biz evdə olmamışdır. Evə gəldikdə görmüşdür ki, mənzilin arxa pəncərəsi acıqdır. Pəncərə necə açılmışsa, o, bilmir, amma evdən çıxanda pəncərəni bağlamışdır. Mənizli açarla açıb evə daxil olmuş və görmüşdür ki, ev qarışdırılmışdır. Dərhal evdə oğurluq hadisəsinin baş verdiyini düşünüb DİN-nin 102 xidmətinə zəng edib bildirmişdir. Əvəlcə evdən nə oğurlandığını bilməmiş, lakin sonra evi axtarmış, bəlli olmuşdur ki, evdə dolabın içərisinə qoyduğu yataq otağında dolabda olan bir ədəd 50 manat dəyərində olan ağ qaşlı gümüş üzük, 1 ədəd sarı metaldan olan 60 manat dəyərində qolbağı, 1 ədəd sarı metaldan olan 100 manat dəyərində qolbağını, 1-cüt sarı metaldan olan 30 manat dəyərində sırğanı, 1 ədəd qara metaldan olan 50 manat dəyərində qolbağı, 1 ədəd sarı və ağ metal hissələrdən ibarət olan 15 manat dəyərində üzüyü, 1-ədəd sarı metaldan olan 50 manat dəyərində bilərziyi, 1 cüt 40 manat dəyərində gümüş sırğanı, 1-cüt sarı metaldan olan 15 manat dəyərində sırğanı, 1 ədəd 30 manat dəyərində yarpaq formalı aralığı olan gümüş boyunbağı, 1 ədəd ağ qaşları olan 20 manat dəyərində üzüyü, bir ədəd 20 manat dəyərində gümüş üzüyü, 1 ədəd 40 manat dəyərində gümüş qolbağını, bir ədəd 75 manat dəyərində gümüş boyunbağını aralığı ilə birlikdə gizli yolla oğurlamışlar və ona ümumilikdə 595 manat dəyərində maddi ziyan vurulmuşdur.Vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hazırda Masazır qəsəbəsi, “Yoncalıq” yaşayış massivində yaşadığı fərdi evi təxminən 3 ay bundan əvvəl almışdır. xx.xx.2023-cü il tarixdə saat 10:30-da ailəsi ilə birlikdə evdən çıxıb Bakı şəhəri, Yasamal rayonuna anamgilə getmiş, həmin gün saat 18:40 radələrində Masazır qəsəbəsinə evimizə qayıtdıq və həmin vaxtı mətbəxin plastic pəncərəsinin açıq olduğunu görmüş və ikinci mərtəbəyə qalxıb yataq otğana baxmışdır. Yataq otağının dağınıq halda olduğunu, paltar şkafının isə açıq olduğunu aşkar etmişdir. Paltar şkafına baxdıqda orada 3-cü rəfin üstünə qoyduğu 2 ədəd 750 əyarlı 5 qramlıq hər biri 400 manat olan boyunbağıların, 1 ədəd 585 əyarlı 5 qramlıq 350 manat dəyərində olan boyunbağının, 1 ədəd 750 əyarlı tək qaşlı olan, 5 qramlıq, 630 manat dəyərində üzüyün, 1 ədəd 750 əyarlı 285 manat dəyərində üzüyün, 1 cüt 750 əyarlı üstündə brilyant qaşı olan 2,3 qram 600 manat dəyərində uşaq sırğasının, 1 ədəd 750 əyarlı 2 qramlıq 220 manat dəyərində uşaq sırğasının, 1 ədəd “Tommy Hilfıger” markalı 550 dəyərində kişi saatının, 1 ədəd “Tommy Hilfıger markalı 480 manat dəyrində qadın saatının və 3 litrlik içərisində 3000 manat pul olan dəmir pul qabının oğurlandığını aşkar etmiş, belə olduqda hadisə barədə dərhal 102 xidmətinə zəng edib məlumat vermiş, baş vermiş oğurluq nəticəsində ona 6915 manat ziyan dəymişdir.Dəyən ziyanın ödənilməsini xahiş edi. Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs6 ərizə ilə məhkəməyə müraciət edərək işi ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində övladını məktəbə aparmaq məqsədi ilə yaşadığı evdən çıxmışdır. Evdən çıxan zaman evdə hər şey qaydasında olmuş və hər hansı oğurluq əlaməti olmamışdır. Həmin gün evə saat təxminən 20 radələrində qayıtmış, evə daxil olduqdan sonra yataq otağına keçmiş və yataq otağında olan əşyaların dağınıq halda olduğunu görmüşdür. Bundan sonra başa düşmüşdür ki, ona məxsus evə naməlum şəxs və ya şəxslər daxil olmuşdur. Dərhal yaşadığı evdən çölə çıxmış və evin yan pəncərəsinin həyətdə olan manqalın ayaq hissəsindən istifadə etməklə dəmir barmaqlıqların dağıdılaraq həmin pəncərədən naməlum şəxs və ya şəxslər pəncərəni gərmə yolu ilə açıb ona məxsus evə daxil olduğunu görmüşdür. Həmin naməlum şəxs və ya şəxslər mənə məxsus evin yataq otağında olan dolabdan ikisi 500 manat, biri isə 400 manat dəyərində üç ədəd qızıl üzük, 500 manat dəyərində bir ədəd qızıl boyunbağı, 600 manat dəyərində bir cüt sırğanı oğurlamışdır. Baş vermiş oğurluq nəticəsində ona 2500 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, yaşadığı evi iki mərtəbəlidir. Yaşadığı evin yerləşdiyi həyət mişar daşları ilə hasarlanmış və ətrafda da qonşuların evləri vardır. 25 oktyabr 2022-ci il tarixdə saat təxminən 16 radələrində həyat yoldaşı evdən çıxıb toya getmişdir. O isə saat 18:30 radələrində evdən çıxıb başqa toya, Masazır qəsəbəsinə toya getmiş və gedəndə də evin qapısını açarla bağlamışdır. Həmin tarixdə saat 21 radələrində toydan evə gəlmiş və evin qapısını açıb evə girib görmüşdür ki, evin otaqlarında olan əşyalar dağıdılmışdır və ev axtarılmışdır. O, baxıb görmüşdür ki, evin birinci mərtəbəsində zalın plasmas pəncərəsi açılmışdır. Məlum olmuşdur ki, naməlum şəxslər həmin pəncərəni açmaqla içəri girmişlər. Ondan sonra həyat yoldaşı da evə gəlmiş, evə baxdıqda məlum olmuşdur ki, evin birinci mərtəbəsində yataq otağında çarpayıda olan döşəklərin arasından 1500 manat pul, evin ikinci mərtəbəsində zalda mebelin üstündə bankanın içərisində qızıl zinyət əşyaları olan şüşə banka oğurlanmışdır. Həmin bankanın içərisində bir ədəd 900 manat dəyərində briliyaııt qaşlı kişi qızıl üzüyü, iki ədəd “Alyans” qızıl üzükləri bir ədədi 350 manat olan 700 manat dəyərində, bir ədədi 350 manat olan iki ədəd, 700 manat dəyərində qadın qızıl üzükləri. 700 manat dəyərində qadın qızıl boyunbağısı üstündəki klonu ilə birlikdə oğurlanmışdır. Cəmi 3000 manat dəyərində qızıl zinyət əşyaları və 1500 manat pul oğurlanmışdır. Ona görə də DİN-in 102 xidmətinə məlumat vermiş, bankada adma olan Kapital bank tərəfindən qaçqınlara verilən kart da olmuş, kartın balansında pul olsa da, Kapital bank vasitəsi ilə kartı bağlatdırmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, anası X2 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Sabir Əliyev küçəsində fərdi evdə yaşayır. xx.xx.2022-ci il tarixdən, xx/xx/2022-ci il tarixə keçən gecə naməlum şəxs yaşadığı evə daxil olub evdən anasına məxsus əl çantasından 160 amnat pulu, kommunal kartları, anasına məxsus şəxiyyət vəsiqəsini, anasına məxsus avtomobilin qeydiyyat şəhadətnaməsini, sürücülük vəsiqəsini və anasının çantasında olan ona məxsus şəxsiyyət vəsiqəsini oğurlamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs7 Oktay oğlu ifadəsində göstərmişdir ki, yaşadığı ev bir mərtəbəlidir, evin pəncərələri dəmir barmaqlıqlar ilə təhçiz edilməmiş, pəncərələr isə plasmas pəncərələrdir. 25 yanvar 2023-cü il tarixdə, saat təxminən 19 radələrində ailə üzvləri ilə birlikdə Bakı şəhəri Yasamal rayonuna getməli olmuş, ona Bolt taksi şirkətindən taksi sifariş etmiş və sürücünün nömrəsi ***-***-**-** olan avtomobil ünvanına gəlmiş, o ailə üzvləri ilə həmin avtomobilə oturub Bakı şəhəri Yasamal rayonuna bacanağının evinə getmiş və təxminən saat yarım onların evində olandan sonra yenidən başqa taksi sifariş edib evinə qayıtmışlar. Təxminən saat 21:30 radələrində eviə gəlmiş və onlar məhəlləyə girəndə əvvəlki taksi onların məhəlləsindən çıxıb getmişdir. Onlar evə girəndən sonra baxmışlar ki, evin arza tərəfində olan plasmas pəncərə, yəni yataq otağın pəncərəsi açılmış və həmin otaqdan bir ədəd 650 manat dəyərində kişi qızıl üzüyü, bir ədəd 550 manat dəyərində qadın qızıl üzüyü, bir ədəd 350 manat dəyərində qızıl boyunbağı, bir ədədi 150 manat olan iki ədəd 300 manat dəyərində qızıl kolun, bir ədəd 150 manat dəyərində uşaq qızıl sırğası və 550 manat dəyərində büjiteriyalaı* oğurlanmışdır. Ona görə də DİN-in 102 xidmətinə məlumat verilmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2550 manat ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Maszır qəsəbəsi, Yoncalıq yaşayış massivində yerləşən fərdi yaşayış evimdə təxminən 3 ildir ki, ailəsi ilə birlikdə yaşayır. Qonşuluğunda da qardaşı yaşadığı üçün həyat yoldaşı ilə o işə gedərkən azyaşlı qızını qardaşının yoldaşına verib getmişdir. Belə ki, 20.12.22-ci il tarixdə səhər saat 09 radələrində o və arvadı evdən çıxaraq yenə də qızını qardaşıgilə qoyub getmişlər. Axşam saat 19 radələrində evə qayıdan zaman evin plastik pəncərəsinin əyilərək açılmış vəziyyətdə olduğunu görmüş, həmçinin evə daxil olub baxarkən evdən qızıl zinət əşyalarının oğurlandığını görmüşdür. Belə ki, evin yataq otağındakı dolabda olan ətir qutusunun içərisindən 1 ədəd 1500 manat dəyərində olan 20 qramlıq qadın qızıl boyunbağının, 1 ədəd 270 manat dəyərində olan 5 qramlıq uşaq qızıl boyunbağının, 1 ədəd 150 manat dəyərində olan 3 qramlıq uşaq qızıl boyunbağının, 1 ədəd 30 manat dəyərində olan yaşıl qaşlı qızıl gözmuncuğunun, 1 ədəd 100 manat dəyərində nal formalı qızıl kulonun, 1 ədəd 400 manat dəyərində olan 5 qramlıq kişi nişan üzüyünün, 1 ədəd 400 manat dəyərində olan 12 qramlıq qızıl üzük sırğa dəstinin, 1 ədəd 250 manat dəyərində olan brilliant qaşlı 5 qramlıq qadın qızıl üzüyünün, 1 ədəd 200 manat dəyərində olan paxlava formalı 4 qramlıq qadın qızıl üzüyünün naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal DİN- nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3300 manat ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 Əhmədiyyə oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə qohumunun yası ilə əlaqədar ailə üzvüləri ilə birlikdə təxminən saat 08:00 radələrində Qəbələ rayonuna getmişlər. Həmin yas iştirak etdikdən sonra xx.xx.2023-cü il tarixdə saat 15:50 radələrində yaşadığı evə qayıtmışdır. Evə daxil olan zaman evin dağınıq vəziyyətdə olduğunu aşkar etmişdir. Bu zaman evdə olan qızıl-zinyət əşyalarına baxmaq üçün yataq otağına daxil olmuşdur. Yataq otağımda olan sadığın içinə baxan zaman orada olan 01 ədəd 1000 manat dəyərində 27 qram 585 əyar qızıl boyunbağının, 01 ədəd 500 manat dəyərində 10 qram, klounlu boyunbağının, 01 ədəd 500 manat dəyərində, 10 qram 585 əyarlı qızıl bilərziyin, 01 ədəd 500 manat dəyərində 7 qram 585 əyarlı qızıl bilərziyin, 01 ədəd 1000 manat dəyərində 4 qram 785 əyar brilyant qaşlı sırğanın 01 ədəd 2000 manat dəyərində 7 qram 785 əyarbrilyant qaşlı kişi üzüyünün, 01 ədəd 1000 manat dəyərində 5 qram 585 əyar brilyant qaşlı kişi üzüyünün, 01 ədəd 700 manat dəyərində 4 qram 585 əyar qadın üzüyününü və 01 ədəd 800 manat dəyərində 3 qram 584 əyar qadın üzüyünün oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 8000 maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin noyabr ayının əvvəllərində günorta saatlarında bir nəfər sərnişini Sumqayıt şəhərinə “Karvan” ticarət mərkəzinin qarşısına aparmışdır. Həmin vaxtı ticarət mərkəzinin qarşısında bir nəfər orta yaşlı kişinin qızıl-zinyət əşyası satdığını görmüş və qızl-zinyət əşyalarını ucuz satdığı üçün diqqətini çəkmişdir. O, həmin kişiyə yaxınlaşıb satdığı qızıllara baxmış və almaq istədiyini bildirmişdir. Həmin yaşlı kişi üç ədəd qızıl üzüyü, bir ədəd qızıl boyunbağını və bir cüt sırğanı 500 manata satmağa razılaşmış və o, həmin şəxsə 500 manat verib qızılları almışdır. Bundan bir neçə gün sonra aldığı üç ədəd qızıl üzüyü, bir ədəd qızıl boyunbağını və bir cüt sırğanı Bakı şəhəri, Binəqədi rayonu, Ayna Sultanova heykəlinin yanında tanımadığı şəxsə 1000 manata satmışdır. O, qızılları aldığı şəxsin həmin qızlların özünə məxsus olduğunu bildirdiyini və həmin qızılların oğurluq olduğunu bilmədiyini qeyd etmişdir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün qismən etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur.Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi özünü müdafiə xarakteri kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə cəzasını çəkmiş və qeydiyyatdan çıxarılmışdır. AR CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, AR CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayəti məhkumluq dövründə törətdiyindən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə yenidən qəsdən az ağır cinayət törətdiyi üçün Azərbaycan Respublikası CM-nin 76.6.3cü maddəsinə əsasən məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv etməli və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Nəsimi rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan 02 ay, 15(on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1 maddəsinə əsasən ona təyin olunmuş cəzaya qismən birləşdirilməli və ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tarixində şübhəli şəxs qismində tutulmuş, 09 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron şəhər Vəkil Bürosunun vəkili X1 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3 və 177.2.4-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 04 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 10 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Nəsimi rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan 02 ay, 15(on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki cinayət işi üzrə ona təyin olunmuş 04 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli onun həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqları izah edilsin. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun Vəkili Müdafiəçi məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar