Məhkəmə qərarları › İş №1(012)-64/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-64/2021

18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-64/2021 18.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili vəkil Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1981-ci ildə Lənkəran rayonu, Nərimanabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, Lənkəran rayonu, Nərimanabad kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yaşayan, barəsində“həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci və 228.1-ci maddələri, xx.xx.1991-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Qobu qəsəbəsi, Ağamalıoğlu küçəsi, 19-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 10 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı, 7 ədəd bükümdə narkotik vasitə olan heroini, tiryəki və psixotrop maddə metamfetamini əldə etdikdən bir bükümünü qəbul etmiş, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində 10 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 43,868 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı 300 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs1 satmış, bir büküm narkotik vasitə heroini əynindəki şabalıdı rəngli gödəkçənin sol yan cibində saxlamış və üzərində daşımış, 3 bükümdə psixotrop maddə metamfetamini və bir bükümdə narkotik vasitə tiryəki yaşadığı evində saxlamış, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Abşeron RPİ-nin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Qobu Polis Bölməsinə gətirilmiş, polis bölməsinə şəxsi axtarış keçirilən zaman əynində olan şabalıdı rəngli gödəkçənin sol yan cibindən bir ədəd selofona bükülü təmiz çəkisi 0,636 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədəki evinə baxış keçirilərkən qəhvəyi rəngli plastik qapısı olan otaqda saxladığı 5 ədəd bükümdə, yəni bir ədəd təmiz çəkisi 0,046 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi çəkisi 0,652 qram, ayrıayrılıqda təmiz çəkiləri 0,444qr, 0,133 qr və 0,075qr olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış 3 ədəd bükümdə psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 0,971 qram olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryək polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 2019-cu ilin dekabr ayında Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqdan bir ədəd 12 kalibrli olmaqla «İJ 26E» modelli, patronluğun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, İjevsk zavodunda zavod üsulu ilə istehsal edilmiş «M 02253» №li, alət üçün yararlı, saz vəziyyətdə olan, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustur üsulla kəsilmiş qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyini tapmış və özünə məxsus Mercedes Benz markalı avtomobilin salonunda qabaq oturacaqların arasında saxlamaqla gəzdirmiş, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən köhnə hərbi hissənin istifadəsiz sahəsində həmkəndlisi Şahid4 vermiş, sonuncu xx xxxxxx 2020-ci il tarixdə həmin bir ədəd 12 kalibrli olmaqla «İJ 26E» modelli, patronluğun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, İjevsk zavodunda zavod üsulu ilə istehsal edilmiş «M 02253» №li, atəş üçün yararlı, saz vəziyyətdə olan, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyini könüllü surətdə təhvil vermişdir. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə tanışı Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 xx.xx.20220-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu Qobu qəsəbəsində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 10 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 43,868 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı 300 manat pul müqabilində alaraq əldə etmiş və əynindəki gödəkçənin sağ və sol ciblərində daşıyaraq saxlamış, xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindəki evinin qarşısında olan küçədə Abşeron RPİ-nin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Qobu Polis Bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol və sağ yan ciblərinin hərəsində 5 ədəd olmaqla satış məqsədi ilə qanunsuz olaraq saxladığı 10 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 43,868 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə də təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki,təxminən 3-4 il olar ki, narkotik vasitələrdən istifadə edir. 11-xx xxxxxx 2020-ci il tarixdə Lənkəran şəhərində olarkən tanımadığı şəxsdən 110 manata 7 bükümdə narkotik vasitə almış, həmin narkotik vasitələrdən 2 bükümdə narkotik vasitə heroin, 3 bükümdə narkotik vasitə olan metamfetamin və bir bükümdə narkotik vasitə tiryək olmuşdur. Həmin aldığı narkotik vasitələri üzərində daşıyaraq Abşeron rayonu, Qobu qəsəbəsinə gətirmiş, həmin narkotik vasitəni yaşadığı evə gətirmiş və bir büküm narkotik vasitə heroini özü qəbul etmişdir. Həmin narkotik vasitə heroinin bir bükümünü üzərində saxlamış ki, evdən kənarda olduqda istifadə etsin. Qalan 5 bükümü, yəni 3 büküm metamfetamini və bir büküm tiryəki isə evin hamam otağında siqaret qutusunda saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları şübhəli olduğuna görə onu saxlamış və onlarla birlikdə polis bölməsinə getməyi təklif etmişlər. O, həmin polis əməkdaşı ilə birlikdə Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə getmiş və polis bölməsində otaqların birində video çəkiliş vasitəsi ilə polis əməkdaşları üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Ona üzərində qadağan olunmuş hər hansı əşya vardırsa, könüllü təqdim etmək təklif olunmuş, polis bölməsində vəkilinin iştirakı ilə üzərində bir bükümdə olan narkotik vasitə heroini çıxarıb təqdim etmiş, sonra onun razılığı ilə yaşadığı Qobu qəsəbəsindəki yeni məhəllədə olan evinə gedilmişdir. Oradakı ikimərtəbəli evinin birinci mərtəbəsində ona aid olan otaqda saxladığı 5 büküm narkotik vasitəni, yəni 3 büküm metamfetamini, bir büküm heroini və bir büküm tiryəki çıxarıb təqdim etmiş, evində aşkar olunmuş 5 ədəd büküm qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, sonra həm tərtib edilmiş protokol və həm də qablaşdırılmış zərfə imza etmişlər. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanımır və ona hər hansı bir narkotik vasitə satmamış, ümumiyyətlə narkotik vaistələrin satışı ilə məşğul olmur. Bundan başqa göstərmişdir ki, 2020-ci ilin yanvar ayının təxminən 15-də Elçin ona zəng vurub bildirmişdir ki, Qobu qəsəbəsində hərbi hissənin həyətinə gəlsin və demişdir ki, maşının sənədlərini özünə verəcəklər. O, Elçinin dediyi kimi Qobu qəsəbəsinə hərbi hissənin həyətinə gəlmişdir ki, orada Elçinlə görüşüb maşınının sənədlərini onlardan istəsin. Lakin gözləmədiyi anda Elçin onun üstünə hücum etmiş, onu yumruq və təpiklə döyüb bədəninin müxtəlif nahiyələrindən və qabırğalarından xəsarət yetirmişdir. Bu vaxtı Əsgər də onların yanına gəlmiş və sonuncu da əli ilə onun başından bir-iki dəfə zərbə ilə vurmuşdur. Bu anda Elçin yenidən onun bədənindən bir neçə zərbə vurmuş, həmin vaxtı Elçinin əmisi Bəhruz onlara yaxınlaşıb Elçingilə «xalxın balasını niyə döyürsünüz» demiş, sonra onu sonuncuların əlindən almış və maşınının yanına gətirib evə getməsini deyərək çıxıb getmişdir. Onun əynindəki paltarlar toza bulaşıq olduğu üçün üstünü təmizləyən anda Elçin ona yaxınlaşmış, maşanın yanında dayandığı üçün salonda iki oturacağın arasında qoyduğu köhnə qundağı kəsik tüfəngi görmüş və ona «üstümə silahla gəlmisən» demişdir. Elçinə bildirdir ki, «köhnə tüfəngdir, qəbirstanlıqdan tapmışam, evdə uşaq olduğu üçün maşında saxlayıram, onsuz bir işə yaramır, istəyirsən götür, verirəm sənə». Bunu dedikdə Elçin tüfəngi götürüb maşından aralanmış, o ağrıdığı üçün maşını sürüb evinə getmiş, sifətində ciddi zədələr olduğu üçün ev şəraitində qalmış və müalicə olunmuşdur. Təqsirləndirilən şəxs2 ifadəsində əlavə olaraq göstərmişdir ki, silah qundağı kəsilmiş tüfəng olmuş, həmin silahı Elçinə verməzdən bir ay əvvəl qəsəbədəki qəbirstanlıqdan tapmış, qundağı kəsilmiş tüfəng paslı olmuş, xarici görünüşcə yararlı silaha oxşamamış, evdə uşaq olduğu üçün silahı evdə deyil, maşında saxlamışdır. Avtomobilində saxladığı silahdan ümumiyyətlə heç bir yerdə istifadə etməmiş, silahın onda olmasından kimsənin məlumatı olmamışdır. Silahı avtomobilində gəzdirməkdə heç bir məqsədi olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, tutulmamışdan 2 gün əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən 300 manata 10 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana almış və həmin marixuananın hər cibində 5 ədədi olmaqla hər iki cibində gəzdirmişdir. Əldə etdiyi narkotik vasitə marixuananın 5 qutusunu özü istifadə edəcəkdi, qalan 5 ədədini isə 300 manata satmaq istəmişdir ki, narkotikə verdiyi pulu çıxarsın. xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində yaşadığı evin qarşısındakı küçədə olarkən polis əməkdaşları onu şübhəli olduğuna görə saxlamış və onlarla birlikdə polis bölməsinə getməyi təklif etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə getmiş və polis bölməsində otaqların birində video çəkiliş vasitəsi ilə polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Ona üzərində qadağan olunmuş hər hansı əşya vardırsa, könüllü təqdim etmək təklif olunmuş, Polis bölməsində vəkilinin iştirakı ilə əynində olan qara rəngli gödəkçənin sağ və sol yan ciblərinin hərəsində 5 kibrit qutusunda olmaqla ümumi 10 kibrit qutusunda olan narkotik vasitə marixuananı çıxarıb təqdim etmiş, bundan sonra aşkar olunmuş 10 ədəd kibrit qutusunda olan narkotik vasitələr qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, sonra həm tərtib edilmiş protokol və həm də qablaşdırılmış zərfə iştirakçılar la birlikdə imza etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin Qobu PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.1991-ci il təvəllüdlü, Abşeron rayonu, Qobu qəsəbəsində qeydiyyatda olan, Qobu qəsəbəsi, Ağamalıoğlu küçəsi, ev 19-da yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə qəbul etməsində və üzərində gəzdirməsi barədə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq gəzdirilməsində və qəbulunda şübhəli olduğu üçün xx.xx.2020-ci il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılılmış və Abşeron rayon Pİ-nin Qobu PB-nin sahə rəisi Şahid1 ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Qobu qəsəbəsi ərazisində saat 13 radələrində yaşadığı evin qarşısında tərəfindən müəyyən edilərək saxlanılmış, həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinin Qobu PB-nə dəvət edilmiş, polis İdarəsində rəhbərliyə raportla məruzə edildikdən sonra xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs1 həmin vaxtı əynində olan qara rəngli gödəkçənin sağ və sol yan ciblərinin hərəsində 5 kibrit qutusu olmaqla ümumi 10 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı çıxarıb təqdim etmiş və həmin vasitənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, üstündə olan narkotik vasitəni özünün şəxsi istifadəsi üçün bir gün əvvəl tanışı Təqsirləndirilən şəxs2 300 manat pul müqabilində əldə etdiyini və üstündə saxladığını bildirmişdir. Həmin kibrit qutuları açıldıqda içərisində yaşıl kütlə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 10 ədəd kibrit qutusunda olan kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, bundan sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Eyni zamanda xx.xx.1981-ci il təvəllüdlü, Abşeron rayonu, Qobu qəsəbəsi sakini, yeni məhəllədə yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə heroinin satışı ilə məşğul olması və bu məqsədlə də üzərində gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, xx.xx.2020-ci il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılılmış və Abşeron rayon Pİ-nin Qobu PB-nin sahə rəisi Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. xx xxxxxx 2020ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 Qobu qəsəbəsi ərazisində saat 16 radələrində müəyyən edilərək saxlanılmış, həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinin Qobu PB-nə dəvət edilmişdir. Polis İdarəsində rəhbərliyə raportla məruzə edildikdən sonra xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin vaxtı əynində olan şabalıdı rəngli gödəkçənin sol yan cibində saxladığı narkotik vasitə heroinə oxşar kütləni çıxarıb təqdim etmiş və həmin vasitənin narkotik vasitə heroin olduğunu, üstündə olan narkotik vasitəni 3-4 gün əvvəl Lənkəran rayonunda tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün əldə etdiyini və üstündə saxladığını bildirmişdir. Həmin sellofan bükülü açıldıqda içərisində kütlə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlə ağ zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, bundan sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 razılıq ərizəsi əsasında onun yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindəki evinə baxış keçirilmiş, baxış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Evə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olubolmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 evin birinci mərtəbəsində yerləşən qəhvəyi rəngli plastik qapısı olan otaqda narkotik vasitələr saxladığını bildirmiş, həmin otağa baxış keçirilən zamanı otaqda masanın üzərində alışqan, siqaret qutusu və yandırılmış falqa (gümüşü siqaret kağızına oxşar) aşkar edilmiş, Təqsirləndirilən şəxs2 həmin falqada narkotik vasitə hazırlayıb qəbul etdiyini bildirmiş, bundan sonra aşkar edilmiş siqaret qutusunu açdıqda onun içərisində saxladığı 5 ədəd bükümdə narkotik vasitəyə oxşar kütlələr aşkar edilərək götürülmüş, evdən aşkar edilmiş təqdim kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, bundan sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin rəisi, polis leytenantı Şahid2 Abşeron rayon Pİ-nin Qobu PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 dediklərini təsdiq etmiş və istintaqa oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Qobu PB-nin polis sahə rəisi polis kapitanı Şahid1 Abşeron rayon Pİ-nin Qobu PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 dediklərini təsdiq etmiş və istintaqa oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, X5 təxminən bir il yarım əvvəldən tanımış, normal münasibətləri olmuşdur. Samiri narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanımış, narkotik vasitələrin qəbulu ilə məşğul olmur, həmçinin sonuncudan hazırkı vaxtadək narkotik vasitələr almamışdır. Samir qəsəbədə narkotik vasitələr satdığına görə ona mütəmadi olaraq bu kimi hərəkətlərinə son qoymasını bildirmiş, lakin Samir hərəkətlərinə son qoymayaraq narkotik satmaqda davam etmiş, Samirlə dəfələrlə görüşmək istəsə də görüşə gəlməmiş, belə ki, o, söhbət etməkdən yayınmışdır. xx xxxxxx 2020-ci il tarixdə onunla əlaqə saxlamış və yaşadığı Qobu qəsəbəsində hərbi hissənin həyətinə gəlməsini demişdir. Samir gələcəyini dediyi üçün tanışı Əsgərlə oraya getmiş və Samirlə orada görüşmüş, söhbət əsnasında sonuncuya yenə də xəbərdarlıq etmişdir ki, qəsəbədə narkotik vasitələr satmasın, lakin Samir onların iradına məhəl qoymayıb bildirmişdir ki, narkotik satacaqdır. Belə olduqda Samirlə arasında mübahisə düşmüş, sonuncunun ona kobud cavab qaytarmasına görə həm yumruq və təpiklə Samiri döymüş, onun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Həmin vaxtı Əsgər də Samirin başından bir iki sillə vurmuşdur. Hərbi hissənin həyətində Samiri döyən vaxtı əmisi Bəhruzun oraya gəldiyini görmüş, əmisi onu onun əlndən almış və onlardan kənarlaşdırıb maşınının yanına aparıb yola salmış, əmisi Bəhruzun oradan çıxıb getdiyini görüb Samirə tərəf yaxınlaşmışdır ki, ona etdiyi hərəkətlərə görə son xəbərdarlığını etsin. Samir maşının yanında dayanıb üstbaşını təmizləmiş, sonuncunun maşınına yaxınlaşdıqda gözü avtomobilin salona sataşmış və oturacaqların arasında qurdağı kəsilmiş tüfəng görüb ona «üstümə silahla gəlmisən» demiş, lakin Samir ona «köhnə tüfəngdi, qəbirstanlıqdan tapmışam, evdə uşaq var, ona görə maşında saxlayıram, onsuz bir işə yaramır, istəyirsən götür, verirəm sənə» demiş, belə olduqda hər ehtimala qarşı silahı maşınından götürmüş və evinə aparıb gizlətmişdir. Məqsədi silahı könüllü təqdim etmək olmuş, həmin silahdan heç bir yerdə istifadə etməmiş və belə bir məqsədi də olmamışdır, həmin silahı könüllü təqdim etmişdir. Əlavə olaraq göstmişdir ki, Samir kənddə narkotik vasitələrin satışı ilə məşğul olur və mən də onun bu kimi hərəkətlərinə son qoymasını dəfələrlə ondan tələb etmiş, bu məqsədlə də köhnə hərbi hissənin yanına çağırıb hərəkətlərinə son qoymasını tələb etmiş, bundan başqa onun maşınında qundağı kəsilmiş silah da olduğunu görüb çox ehtiyat etmişdir ki, həmin silahdan başqa qanunsuz hərəkət edə bilər, bu səbəbdən də həmin silahı alıb saxlamış ki, polisə təqdim etsin, bu səbəbdən hadisə ilə bağlı polis dəvət edildikdə Samirin ona verdiyi silah barədə özü könüllü istintaqa məlumat vermiş və təqdim etmişdir. O, Samiri döyən zaman Əsgər yanında olsa da, əmisi Bəhruz gəlib ondan uzaqlaşdıran anda hər ikisinə irad bildirmiş və bundan sonra Bəhruz əmisinin iradlarına görə yanından uzaqlaşıb çıxıb getmişdir. O, silahı Samirdən götürən anda artıq Əsgər yanından çıxıb getmiş və sonuncu Samirin maşınında silah olduğunun şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin rəisi, polis leytenantı Şahid2 Abşeron rayon Pİ-nin Qobu PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 dediklərini təsdiq etmiş və istintaqa oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Qobu PB-nin polis sahə rəisi polis kapitanı Şahid1 Abşeron rayon Pİ-nin Qobu PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 dediklərini təsdiq etmiş və istintaqa oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 4071 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş ümumi təmiz çəkisi 43,868 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır.(qalıq 43,668 qram – 0,2 qram marixuana tədqiqata sərf edilmişdir) İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 4072 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş və üzərində «Təqsirləndirilən şəxs2 üzərində aşkar edilən…» sözləri olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,636 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs2 evində keçirilən baxış zamanı…» sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,046 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. 3 ədəd bükümlərdə, ümumi təmiz çəkisi 0,652 qram (ayrı-ayrılıqda təmiz çəkiləri 0,444 qram, 0,133 qram və 0,075 qram) ağ rəngli kristallardan ibarət maddələr, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd bükümdə təmiz çəkisi 0,971 qram tünd qəhvəyi rəngli maddə qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə – tiryəkdir. Həmin zərfdə olan bir ədəd «gümüşü» rəngli kağız parçasının (folqa) üzərində psixotrop maddə olan metamfetaminin izləri vardır, lakin metamfetamin iz şəklində olduğu üçün bükümlərdəki metamfetaminlərlə eyni olub-olmamasını müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs2 üzərindən və evdən götürülmüş heroinin ümumi təmiz çəkisi 0,682 qram və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Heroinin ümumi təmiz çəkisi 0,682 qram, qalıq 0,582 qram – 0,1 qram heroin tədqiqata sərf edilmişdir Metamfetaminin ümumi təmiz çəkisi 0,652 qram, qalıq 0,532 qram – 0,12 qram heroin tədqiqata sərf edilmişdir Tiryəkin ümumi təmiz çəkisi 0,971 qram, qalıq 0,871 qram – 0,1 qram heroin tədqiqata sərf edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli «1092» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli «1241» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş məhkəmə-ballistik və trasoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 3/45 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd silah 12 kalibrli olmaqla «İJ 26E» modelli, patronluğun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, İjevsk zavodunda zavod üsulu ilə istehsal edilmiş «M 02253» №li hamar (yivsiz) qoşa-lüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustur üsulla kəsilmiş qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Silahın üzərində istehsal ilini bildirən rəqəmlər olmadığından, hansı tarixdə istehsal olunmasını müəyyən etmək mümkün olmadı Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə olan material baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmiş, Abşeron Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iş üzrə icaata xitam verilmişdir. Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünürki, Əsədov X7 rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2014-cü il tarixli Salyan rayon Məhkəməsinin qərarı ilə 7 ay 11 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2015-ci ildə şərti sınaq müddəti başa çatmışdır, məhkumluğu olmayan şəxs hesab olunur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilməmiş, sonuncu Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 4(012)-79/2020 Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətmkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs1 barəsində axtarış verilməklə həbs qətimkan tədbiri seçilmiş, iş üzrə icraat dayandırılmış, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu ərazisində tutularaq MSY-nə təhvil verilmişdir. Abşeron rayon Məhkəməsinin hazırlıq iclasının xx xxxxxx 2021-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maddi sübut kimi tanıma hqqında qərardan görünür ki, aşkar olunaraq götürülmüş təmiz çəkiləri 43,868 qram olan marixuana, 0,682 qram heroin, 0,652 qram metamfetamin və 0,971 qram tiryək, bir ədəd 12 kalibrli olmaqla «İJ 26E» modelli, patronluğun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, İjevsk zavodunda zavod üsulu ilə istehsal edilmiş «M 02253» №li, atəş üçün yararlı, saz vəziyyətdə olan, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi proseslərinin köçürüldüyü 2 ədəd CD diski maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış – 43,668 qram olan marixuana, 0,582 qram heroin, 0,532 qram metamfetamin və 0,871 qram tiryək saxlanılması üçün Abşeron RPİnin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 2 ədəd CD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə baxış iclasında xx.xx.2020-ciil tarixdə saat 14:05 radələrindən saat 14:25 radələrindək olan müddət ərzində Abşeron rayon Pİ-nin Qobu PB-də Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd CD diskinə baxış keçirilmişdir. Diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Abşeron RPİ-nin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Qobu Polis Bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol və sağ yan ciblərində saxladığı 10 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs1 bildirdi ki, həqiqətən xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb Qobu Polis Bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol və sağ yan ciblərində saxladığı 10 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında 02 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 02.2020-ci il tarixdə saat 16:30 radələrindən saat 16:50 radələrindək olan müddət ərzində Abşeron rayon Pİ-nin Qobu PB-də Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd CD diskinə baxış keçirilmişdir. Diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Abşeron RPİ-nin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Qobu Polis Bölməsinə gətirilmiş, polis bölməsinə şəxsi axtarış keçirilən zaman əynində olan şabalıdı rəngli gödəkçənin sol yan cibindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs2 bildirdi ki, həqiqətənxx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb Qobu Polis Bölməsinə gətirilmiş, polis bölməsinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sol yan cibindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 marixuana almadığı barədə təqsirləndirilən şəxslərin ifadəsində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitə satdığını inkar etsə də, məhkəmə istintaqında onun ifadəsində göstərilənlər təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 tutulduğu zaman narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Cinayət işində olan əlavə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 10 ədəd kibrit qutusunda marixuana aldığını bildirmişdir. Eyni zamanda ibtidai istintaq zamanı Cavidlə Samirin üzləşdirilməsi zamanı Cavid bir daha ifadəsində göstərilənləri təsdiq etmiş, marixuananı Samirdən aldığını onun üzünə qarşı demişdir. Lakin istintaqı zamanı Təqsirləndirilən şəxs1 istintaqa müraciəti əsasında təkrar ifadəsi alınmış, Təqsirləndirilən şəxs1 təkrar ifadəsində ilkin ifadəsində göstərdiyi bir sıra xüsusatlara təkzib verərək üzərindən aşkar edilmiş 10 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı tanımadığı şəxsdən 300 manat pulun müqabilində özünün şəxsi istifadəsi üçün aldığını göstərmiş, eyni ilə tərəflər arasında keçirilmiş təkrar üzləşdirmə istintaq hərəkəti zamanı da Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi ilkin xüsusatlara təkzib verərək üzərindən aşkar edilmiş 10 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı tanımadığı şəxsdən 300 manat pulun müqabilində özünün şəxsi istifadəsi üçün aldığını göstərmişdir. Məhkəmə istintaqında da Təqsirləndirilən şəxs1 ilkin ibtidai istintaq zamanı verdiyi ifadəsindən imtina etməsini məhkəmə özünü və Samiri müdafiə kimi qiymətləndirir və inandırıcı hesab etmir. Bundan başqa məhkəmə istintaqında tərəflərin həmkəndli olmaları, həmçinin Təqsirləndirilən şəxs2 da Qobu qəsəbəsində bilavasitə narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs1 ilkin araşdırma zamanı və həmçinin istintaqın ilkin mərhələsində bilavasitə narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 aldığını göstərməsi və qeyd olunan xüsusatı üzləşdirmə istintaq hərəkəti zamanı bir daha təsdiq etməsi, lakin istintaqın sonrakı gedişatında Təqsirləndirilən şəxs1 qəsəbə sakinləri tərəfindən qınağa alınacağından ehtiyatlanaraq ilkin göstərdiyi xüsusata təkzib verməsi kimi hallara əsasən, məhkəmə bilavasitə tərəflərin əvvəlcədən münasibətdə olmalarını və narkotik vasitə olan qurudulmuş marixuananın əvvəlcədən razılaşdırılmış qaydada Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 satılması qənaətinə gəlinmişdir. Beləliklə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuana satdığı tam sübuta yetirilmişdir. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 228.1 234.2ci maddələrilə, Təqsirləndirilən şəxs1 törətdiyi əməl isə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 228.1 və 234.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət işi materiallarında olan olan Lənkəran şəhər, Nərimanabad qəsəbə inzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X2 adlı 2 azyaşlı övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 2 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində saxlandığı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi materiallarında olan Abşeron rayon İHB-nın Qobu qəsəbə Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Abşeron rayon İHB-nın Qobu qəsəbə Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X9 adlı 2 azyaşlı övladı vardır. Cinayət işinin materiallarında olan hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2-ci Vətən müharibəsi iştirakçısıdır. O, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2-ci Vətən müharibəsi iştirakçısı olmaqla, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunmasında iştirak etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1 və 62.2-ci maddələrinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, cinayətin məqsədi və motivini, təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini qiymətləndirərək, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2-ci Vətən müharibəsi iştirakçısı olmaqla, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunmasında iştirak etməsini himayəsində 2 (iki) azyaşlı uşağının olmasını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasından başqa alternativ cəza olmadığından, onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmayan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbsdə və ev dustaqlığında saxlandığı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı, narkoloji dispanserdə qeydiyyata alınmalıdr. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə 250 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş qalıq çəkisi 43,668 qram, Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş qalıq çəkisi 0,582 qram heroin, 0,532 qram metamfetamin və 0,871 qram tiryək məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd 12 kalibrli olmaqla «İJ 26E» modelli, patronluğun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, İjevsk zavodunda zavod üsulu ilə istehsal edilmiş «M 02253» №li, atəş üçün yararlı, saz vəziyyətdə olan, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil X3 göstərdiyi 60 saat hüquqi yardıma görə 360 manat məbləğində pul,məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq və məhkəmə zamanı müdafiəçi vəkil Müdafiəçi1 oğlunun göstərdiyi 60 və 20 saat hüquqi yardıma görə 480 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) ilmüddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs2 03(üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, həbsdə və ev dustaqlığında saxlandığı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan 01 (bir) ay 02 (iki) gün müddət olmaqla, cəmi 01 (bir) ay 04 (dörd) gün 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla nəzərə alınsın, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 22 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, narkomaniyadan məcburi müalicə kursu keçmək, Bakı və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. İş üzrə 250 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş qalıq çəkisi 43,668 qram, Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş qalıq çəkisi 0,582 qram heroin, 0,532 qram metamfetamin və 0,871 qram tiryək məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd 12 kalibrli olmaqla «İJ 26E» modelli, patronluğun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, İjevsk zavodunda zavod üsulu ilə istehsal edilmiş «M 02253» №li, atəş üçün yararlı, saz vəziyyətdə olan, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin, iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil X3 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi1 oğlunun göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar