Məhkəmə qərarları › İş №1(012)-64/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-64/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-64/2022 24.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1981-ci ildə Masallı rayonu, Köçəkli kəndində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, Masallı rayonu, Köçəkli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Abşeron Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 28.07.2021-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 iyul 2021-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanın qarşısına gələrək, həmin yaşayış sahəsinin qarşısında yerləşən dəmir barmaqlıqlardan ibarət saxlanc yerinin qapısının üzərində qıfılı zor tətbiq etmək yolu ilə sındırıb saxlanc yerinə qanunsuz daxil olaraq, oradan sonuncuya məxsus 500,00 manat dəyərində 01 ədəd «Meiredi» markalı 29 ölçülü velosipedi oğurlayıb, Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 iyul 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi, 37 nömrəli blokda yerləşən 52 nömrəli mənzilin qarşısına gələrək, orada qapının dəstəyinə zəncirlə bağlanmış 600 manat dəyərində 01 ədəd markası istintaqa məlum olmayan 29 ölçülü velosipedi oğurlayıb, Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, İşsiz olduğundan arada-bir qardaşının avtomobıh ilə taksi sürücüsü kimi fəaliyyət göstərir. Əvvəllər bir neçə dəfə velosiped oğurluğuna göıə məhkum olunmuşdur. Hazırda isə Abşeron rayonu məhkəməsi tərəfindən baıəsində 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. 15 iyul 2021-ci il tarixdə təxminən saat 4-5 radələrində yeznəsi Nəcəfgilin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evindən çıxıb, yaşadığı evə gedən zaman, oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Gənclər şəhərciyinin qarşısından keçən zaman, binaların bloklarına daxil olub mərtəbələri pilləkənlə qalxaraq oğurlamaq üçün velosiped axtarmışdır. 18 nömrəli blokun 11-ci mərtəbəsinə qalxdıqda, orada yerləşən dəmir barmaqlıqlardan ibarət saxlanc yerində bir ədəd 29 ölçülü sarı-qara rəngli velosipedin olduğunu görmüş, saxlanc yerinin qapısının üzərində qıfıl da olmuşdur. Həmin dəmir barmaqlığın qapısını əli ilə dartıb aralamış və həmin qapının qıfıl hissəsi qırılmışdır. Bundan sonra oradan velosipedi çıxarıb mərtəbələrlə aşağı düşmüşdür. Həmin velosipedi isə qardaşının yaşadığı evin həyətində gizlətmişdir. Daha sonra qardaşı Şahid2 o, həbsdə olan zaman onunla telefon əlaqəsi saxladıqda Cavidə oğurladığı velosipedi evin həyətində gizlətdiyini bildirmişdir. Həmin velosipedi istintaqa təqdim etməsini xahiş etmişdir. Bundan sonra Fariz həmin velosipedi istintaqa təhvil vermiş, Zərərçəkmiş şəxs1 da həmin velosipedi müstəntiqdən təhvil almışdır. Bundan başqa pulu olmadığı üçün yenidən eyni qayda ilə oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən 27 iyul 2021-ci il tarixdə gecə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Gənclər şəhərciyinin qarşısından keçən zaman, binaların bloklarına daxil olub mərtəbələri pilləkənlə qalxaraq oğurlamaq üçün yenidən velosiped axtarmışdır. 37 nömrəli blokun 11-ci mərtəbəsinə qalxdıqda, 52 nömrəli mənzilin qarşısında velosipedin olduğunu və həmin velosipedin zəncirlə qapının dəstəyinə bağlandığım görmüşdür. Həmin zənciri dartaraq qırmış və oradan velosipedi götürüb mərtəbələrlə aşağı düşmüşdür. Oğurladığı velosipedi həmin günü səhər saatlarında Xııdalan şəhərində yerləşən parkda tanımadığı şəxsə 75 manata satmışdır. Ogurluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Digər zərərçəkmiş olan Zərərçəkmiş şəxs2 məxsus olan velosipedin dəyəri miqdarında ona pul verib zərərçəkmiş şəxsə tam olaraq ödəmişdir. O, oğurluğu tək etmişdir. Yanında heç kim olmamışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 qızı ifadəsində göstərmişdir ki, azyaşlı oğlu Taryel Kərimov üçün təxminən bir ay bundan öncə Bakı şəhərində yerləşən marketdən 1500 manata bir ədəd Meiredi markalı 29 ölçülü velosiped almışdır. Həmin velosipedi oğlu yaşadığı evin blokunda yerləşən dəmir barmaqlıqlardan ibarət qapısı və qapının üzərmdə qıfıl olmuşdur. 20 radərəlində oğlu Tariyel velosipedi həyətdə sürdükdən soma bloka çıxartdaraq saxlanc yerində saxlamışdır. Səhəri gün, yəni 15.07.2021-ci il tarixdə saat 10 radələrmdə bayıra çıxdıqda, blokda yerləşən saxlanc yerinin qapısının üzəıındə olan qııılın sındırıldığını və orada olan velosipedin yerində olmadığını aşkar etmişdir. Başa düşmüşdür ki, onlar evdə yatdığı zaman, naməlum şəxs və ya şəxslər oğluna aldığı velosipedi oğurlamışlar. İlk öncə polisə ərizə yazmasa da, sonradan 28.07.2021 -ci il tarixdə Abşeron RPİ-nə gəlib şikayət ərizəsi yazmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1500 manat məbləğində maddi ziyan dəymişdir. Yaşadığı blokda müşahidə kamerası vardır və həmin video kamera velosipedin oğurlanmasını qeydə almışdır. Həmin video görüntünü görən zaman hansı tarixdə velosipedin oğurlanmasını müəyyən etmişdir. Həmin Velosiped «Meiredi» markalı 29 ölçülü, sarı-qara rəngli velosiped olmuşdur. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, azyaşlı oğlu Zeynəddin üçün, təxminən bir həftə bundan öncə, Balakən rayonundan 600 manata bir ədəd markasını xatırlamadığı 29 ölçülü velosiped almışdır. Həmin velosipedi oğlu blokda, yaşadığı mənzilin qarşısında zəncirlə qapının dəstəyinə bağlayaraq saxlamışdır. 26.07.2021-ci il tarixdə saat 22 radərəlində oğlu Zeynəddin velosipedi həyətdə sürdükdən sonra bloka çıxartmış və yaşadığı mənzilin qarşısında yuxarıda qeyd etdiyi üsulla velosipedi saxlamışdır. Səhəri gün, yəni 27.07.2021-ci il taıixdə saat 09 radələrində işə getdiyi zaman, mənzilin qarşısında velosipedi aşkar etməmişdir. O, evdə yatdığı zaman, naməlum şəxs və ya şəxslərin oğluna aldığı velosipedi oğurlamasını bilmişdir. Bu səbəbdən də 28.07.2021 ci il tarixdə Abşeron RPİ- nə gəlib şikayət ərizəsi yazmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 600 manat məbləğində maddi ziyan dəymişdir. Yaşadığı mənzildə və binada müşahidə kameraları yoxdur, lakin binanın yaxınlığında yerləşən marketdə müşahidə kameraları vardır. Velosipedin markasını deyə bilməmiş, lakin velosipedin özü gümüşü rəngdə olmuşdur. Məhkəmə iclasında üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Samux rayonu, Nəbiağali qəsəbəsində qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhəri, Gənclər şəhərciyi, bina 82, mənzil 6-da azyaşlı oğlu və rəfiqəsi Nüşabə ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə bir neçə ay bundan öncə Xııdalan şəhərində tanış olmuş, belə ki, Cavid bir neçə dəfə onu idarə etdiyi taksi ilə evinə gətınnışdır. Onun evi birinci mərtəbədə yerləşdiyindən, Cavid ona kömək olaraq onun əl yükünü evə qədər gətirmiş və bu səbəbdən evinə daxil olmuşdur. 28 iyul 2021-ci ıl tarixdə Nüşabə səhər işə getmiş və bu səbəbdən mənzilin giriş qapısın, açıq saxlamışdır. 28 iyul 2021-ci il tarixdə saat 11-12 radələrındə dəqiq vaxt yadınca aahnayıb evin giriş qapısı döyülmüş və həmin vaxtı yuxudan oyanmışdı. Qapı açıldıqda isə iki nəfər polis əmkdaşlanmn qapıda durduqlarını görmüşdür, polislər ona evə kənar şəxsin daxil olub-olmadığını soruşmuş, o da cavab olaraq yuxudan indi oyandığını bildirmişdir. Bundan sonra polis əməkdaşlar, onun icazəsi ilə evə daxil olmuş və evin mətbəx otağına keçmişlər. Evin mətbəx otağına daxıl olduqda Təqsirləndirilən şəxs mətbəx otağında onlara məxsus olmayan velosipedin olduğunu gormuşdur. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarına onun yanında etiraf edərək, həmin velosipedi Xırdalan şəhəri ərazisində oğurladığım bildirmişdir. Daha sonra polislər Cavidi Abşeron RPİ-nə aparmışlar. Velosipedin markasını deyə bilməmiş, rənginin qara olmasını qeyd etmişdir. Cavidin oğurluq etməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. nömrəsiz fərdi yaşay sahəsində ailəsi ilə birlikdə yaşayır. X2 onu qardaşıdır. Oğurluq cinayətini törətdiyinə görə bir neçə dəfə məhkum olunmuşdur. Hazırda isə Cavid velosiped oğurluğuna görə 29 iyul 2021-ci il tarixdə Abşeron R tərəfindən həbs olunmuşdur. O, Cavid ilə həbsdə olan zaman telefon əlaqəsi saxlayan Təqsirləndirilən şəxs oğurladığı velosipedlərdən birinin evin qırağında hasarın dibir gizlətdiyim bildirmişdir. Həmin velosiped sarı rəngli velosiped olmuşdur Abşeron rayonu, Masazır qəsəbəsi, Gənclər şəhərciyi, bina 18-də yaşayan Zərərçəkmiş şəxs1 evinin qabağından qabağından oğurladığını bildirmişdir. O da həmin velosipedi evdən tapıb, istintaq şöbəsinə təqdim etmişdir. Ancaq digər velosipedi tanımadığı şəxsə satdığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Zərərçəkmiş şəxs2 17 avqust 2021-ci il tarixdə Abşeron RPİ-nə yazdığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 600 manat dəyərində 1 ədəd 29 ölçülü gümüşü-qara rəngli velosipedin dəyəri miqdarında yəni, 600 manat pul ona ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 22 sentyabr 2021-ci il tarixli 9/6051 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mağazalarda, təzə və köhnə velosiped satışı şəbəkələrində mövcud olan qiymətlərə, eləcə də internet saytlarının məlumatlarına əsasən, tədqiq edilən əvvəllər istifadədə olmuş “Meiredi” adlı velosipedin hazırkı işlənmiş vəziyyətdə, 2021-ci ilin iyul ayına, respublikadaxili orta bazar satış qiyməti təxminən 500,00 manat müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 07.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 03 il 01 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sumqayıt şəhər Probasiya şöbəsinin 21 avqust 2021-ci il tarixli 129479/21 saylı məktubundan görünür ki, Abşeron rayon məhkəməsinin 19 aprel 2021-ci il tarixli hökmü ilə 03 il 01 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 02 il 08 ay 05 gün çəkilməmiş cəzası qalmışdır. Abşeron Rayon Məhkəməsinin 27.01.2022-ci il tarixli 7(012)-41/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 01 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasının çəkilməmiş 02 il 08 ay 05 gün hissəsi 01 il azaldılmışdır. 28.07.2021-ci il tarixli protokoludan görünür ki, Təqsirləndirilən şəxs 28.07.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəlli 28.07.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd sarı rəngli 29 ölçülü “Meiredi” markalı velosiped maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Zərərçəkmiş şəxs1 qızı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, ona görə də Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, ona görə də Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmaması, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu X5 “Vətən müharibəsində” döyüş əməliyyatarında iştirak edərək “Cəsur döyüş” medalı ilə təltif edilməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslər dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 08 ay 05 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28.07.2021-ci il tarixdən 24.02.2022-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilənlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbsdən azad edilməlidir. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Cinayət nəticəsində dəymiş 1100 manat məbləğində maddi ziyan tam ödənilmişdir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Abşeron Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş, 3 il 1 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 08 ay 05 gün cəza hissəsi ilə qismən birləşdirilsin və ona 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28.07.2021-ci il tarixdən 24.02.2022-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 26 (iyirmi altı) gün nəzərə alınsın, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq 2 (iki) il 10 (on) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İbtidai istintaq zamanı maddi sübutkimi tanınmış 1 ədəd sarı rəngli 29 ölçülü “Meiredi” markalı velosiped saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Cinayət nəticəsində dəymiş 1100 manat məbləğində maddi ziyan tam ödənilmişdir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar