Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-64/2023 27.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi vəkil X3, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, оrtа təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Şuraabad qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yаşаyаn, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə sааt 14 rаdələrində alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda etibarnamə əsasında idаrə еtdiyi X5 məxsus qara metallik rəngli «VAZ 21015» mаrkаlı **-BU-*** dövlət геydiyyаt nişаnlı аvtоmоbillə Masazır-Novxanı yolunda Masazır qəsəbəsi istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən «Yоl hərəkəti hаггındа» Аzərbаycаn Rеspublikаsı Гаnununun 36-cı mаddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə əsasən müxaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, eləcə də qeyd edilən Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə edərək Qanunun həmin tələblərini pоzub, avtomobili yorğun vəziyyətdə idarə edərkən idarəetməni itirib yolun sağ kənarında torpaq yolda olan işıq dirəyinə vurmuş, nəticədə ehtiyatsızlıqdan avtomobildə arxa oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 sağ dirsək sümüyünün qapalı, yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır-şişkinliyi, alın, qaşarası, burun, sağ dirsək oynağı, sağ diz oynağı, hər iki baldır nahiyələrinin sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulması ilə sağlamlığına az ağır zərər vurulmasına və Zərərçəkmiş şəxs2 sol said sümüklərinin tipik yerinin və sağ incik sümüyünün proksimal ucunun qapalı yerdəyişməyən sınıqları kimi sağlamlığın uzun müddətə pozulması ilə sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. xx.xx.2022-ci il tarixdə qara rəngli “Vaz 21015” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili etibarnamə ilə idarə edir. O, avtomobili ilə “Omega” taksi şirkətinə qoşulub taksi fəaliyyəti ilə məşğul olurmuş. Adətən həm yaşadığı Xızı rayonu, Şuraabad kəndinə yaxın olduğu, həm də Bakı şəhərinin ərazisini yaxşı tanımadığı üçün taksi fəaliyyəti ilə Sumqayıt şəhərində fəaliyyət göstərirmiş. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə səhərədək Sumqayıt şəhərində taksi kimi işləmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində Sumqayıt şəhərində olan zaman 1 saylı məktəbin yaxınlığından şirkət tərəfindən ona gəlmiş sifariş əsasında bir nəfər yaşlı kişi və yanında azyaşlı bir uşağı müştəri qismində avtomobilinə götürmüşdür. O, həmin müştərini Abşeron rayonu, Masazır qəsəbəsi ərazisinə aparırmış. Masazır-Novxanı yolu ilə Masazır qəsəbəsi istiqamətində Duz gölünün yaxınlığında təxminən 70-80 km sürətlə yolun sağ hərəkət zolağı ilə öz yolunda hərəkət edirmiş. Həmin vaxt o, çox yorğun olmuşdur. O, hərəkətdə olan zaman idarə etdiyi “VAZ 21015” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən həmin vaxt yorğun olduğu üçün idarəetməni hansı şəkildə itirdiyini və yolun sağ kənarında olan işıq dirəyinə avtomobilinin necə çırpılmağını xatırlamadığını bildirmişdir. O, artıq ayılanda xəstəxanada olduğunu bilmişdir. Bundan sonra o, başa düşmüş ki, idarə etdiyi avtomobil ilə qəza törətmişdir. O, hadisə vaxtı başı və sifətindən xəsarət almışdır. Onun avtomobilində hadisə baş verən zaman sərnişin qismində olmuş sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 və onun nəvəsi Zərərçəkmiş şəxs2 da xəsarət almışdırlar. Əlavə olaraq bildirmişdir ki, o, hadisə baş verən gün, yəni xx.xx.2022-ci il tarixdə saat 14 radələrində “Vaz 21015” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman spirtli içki qəbul etməmiş, spirtli içkini təxminən 2 gün əvvəl qəbul etmişdir. Avtomobili idarə edən zaman avtomobildə heç bir nasazlıq olmamış, texniki vəziyyəti saz olmuş, avtomobildə heç bir yük olmamış, avtomobili idarə edən zaman avtomobildə sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 və onun nəvəsi Zərərçəkmiş şəxs2 sərnişin qismində olmuşdur. Törətmiş olduğu həmin yol-nəqliyyat hadisəsi özünün ehtiyyatsızlığı üzündən baş vermişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifаdəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Qız nəvəsi Zərərçəkmiş şəxs2 Sumqayıt şəhərində yerləşən 1 saylı tam orta məktəbdə 1-ci sinifdə oxuyur. Arada Zərifənin valideynlərinin işi olduqda o, nəvəsi Zərifəni gedib məktəbdən evə gətirir. xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində nəvəsi Zərifəni evə gətirmək üçün oxuduğu məktəbə getmişdir. Nəvəsi Zərifə məktəbdən çıxdıqdan sonra o, saat 14:10 dəqiqədə “Omega” taksi xidmətinə zəng edərək taksi sifariş etmişdir. Bir neçə dəqiqədən sonra qara rəngli “VAZ 21015” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil onlara yaxınlaşmışdır. O, və nəvəsi həmin avtomobilin arxa oturacağına əyləşmişlər. Onlar Masazır qəsəbəsi Yeni Bakı yaşayış massivinə getməli olmuşdur. O, avtomobilin arxa sağ, nəvəsi Zərifə isə sürücünün arxasında yanında oturmuşdur. Onlar avtomobil ilə Masazır- Novxanı yolu ilə Masazır qəsəbəsi istiqamətində Duz gölünün yaxınlığında hərəkətdə olarkən o, sonradan adını bildiyi sürücü Təqsirləndirilən şəxs diqqətli sürməsini, həmin yolda sürət ölçən müşahidə kameralarının olduğunu demişdir. Onun həmin vaxt arxada başı nəvəsi Zərifəyə qarışmış. Bir qədər getdikdən sonra avtomobilin yoldan sağ tərəfə torpaq sahəyə çıxdığını görmüşdür. O, qışqıraraq sürücü Orxana ehtiyyatlı sürməsini desə də, həmin vaxt avtomobil təxminən torpaq yol ilə 20-25 metr məsafə getdikdən sonra avtomobilin ön hissəsi yolun sağ kənarında torpaq sahədə olan işıq dirəyinə çırpılmışdır. Həmin vaxt o, aldığı xəsarətlərdən huşunu itirmişdir. O, ayılanda onu və sürücü Orxanı təcili tibbi yardım maşınına mindirdiklərini görmüşdür. O, hadisə vaxtı sağ qolu, sağ və sol ayağı və sifət nahiyələrindən xəsarət almışdır. Hadisə vaxtı yanında olan nəvəsi Zərifə də ayağı və qolundan xəsarət almışdır. O, və nəvəsi Zərifə sərnişin qismində avtomobilda olan zaman sürücü Təqsirləndirilən şəxs avtomobili təxminən 70-80 km sürətlə idarə etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 və psixoloq Aynur Əliyevanın iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 ifаdəsində göstərmişdir ki, ünvan 2 ünvanda valideynləri ilə birlikdə yaşayır. Səkkiz yaşı vardır. Hazırda Sumqayıt şəhərində yerləşən 1 saylı tam orta məktəbdə 1-ci sinifi bitirib 2-ci sinifə keçmişdir. Həmişə valideynləri onu məktəbdən götürür, arada babası Möhsün də gəlib onu məktəbdən çıxarkən götürür. xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində o, məktəbdən çıxmışdır. Babası Möhsün onu götürməyə gəlmişdir. Babası onu götürdükdən sonra zəng edərək taksi sifariş etmişdir. Bir az keçdikdən sonra qara rəngli avtomobil onlara yaxınlaşmışdır. O, və babası həmin avtomobilin arxa oturacağına əyləşmişlər. Onlar Masazır qəsəbəsi Yeni Bakı yaşayış massivinə getməli imiş. O, avtomobilin arxa sol, babası Möhsün isə yanında sağ tərəfdə oturmuşdur. Onlar avtomobil ilə Masazır-Novxanı yolu ilə Masazır qəsəbəsi istiqamətində Duz gölünün yaxınlığında hərəkətdə olarkən babası sürücüyə diqqətli sürməsini, həmin yolda sürət ölçən kameraların olduğunu demişdir. Bir az getdikdən sonra maşın torpaq yola çıxmışdır. Babası qışqıraraq sürücüyə ehtiyyatlı sürməsini desə də, həmin vaxt avtomobil bir az gedib yolun sağ kənarında torpaq sahədə olan işıq dirəyinə çırpılmışdır. Həmin vaxt o, və babası Möhsün xəsarət almışlar. O, hadisə vaxtı sol qolu və sağ ayağından xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi qaydada reklam işləri ilə məşğul olur. Qızı Zərərçəkmiş şəxs2 Sumqayıt şəhərində yerləşən 1 saylı tam orta məktəbdə 1-ci sinifdə oxuyur. Arada işi olanda Zərifəni məktəbdən ana babası Möhsün evə gətirir. xx.xx.2022-ci il tarixdə yenə də qayınatası Möhsün Zərifəni evə gətirmək üçün oxuduğu məktəbə Sumqayıt şəhərinə getmişdir. Həmin gün saat təxminən 14 radələrində həyat yoldaşı Aygün ona zəng edərək atası Möhsünün və qızı Zərifənin məktəbdən evə gələrkən yolda taksidə olarkən qəzaya düşdüklərini və hazırda Bakı şəhərində yerləşən 1 X2qlarını demişdir. O, xəbəri eşidən kimi dərhal deyilən xəstəxanaya getmişdir. Xəstəxanada baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qızı Zərifə və qayınatası Möhsünün xəsarət almaları ona məlum olmuşdur. Sonradan qayınatası Möhsün Zərifəni həmin gün məktəbdən götürdükdən sonra sifariş etdiyi qara rəngli “VAZ 21015” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı taksi ilə evə aparan zaman, Masazır- Novxanı yolunda Duz gölünün yaxınlığında Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən sonradan adını bildiyi sürücü Təqsirləndirilən şəxs idarəetməni itirərək avtomobili yolun sağ kənarında torpaq sahədə olan işıq dirəyinə çırpdığını və nəticədə Möhsün və qızı Zərifənin xəsarət aldıqlarını bilmişdir. Bundan sonra bu barədə polisə ərizə yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada maşın alqı-satqısı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə anası X4 adına olan ona məxsus qara rəngli “Vaz 21015” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs 7700 manat müqabilində satmağa razılaşmışdır. Orxan ilkin olaraq ona 2000 manat pul verməklə, qalan məbləği isə taksi kimi işləyərək hər ay olmaqla 300 manat ödəməli olmuşdur. Həmin avtomobili o, etibarnamə ilə Təqsirləndirilən şəxs versə də, avtomobil ona məxsusdur. Razılaşmalarına görə Orxan ödənişi tam ödədikdən sonra sözügedən avtomobili onun adına sənədləşdirəcəkmişlər. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində Orxan ona zəng edərək idarə etdiyi ona məxsus avtomobil ilə yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Sonradan ona məlum olmuş ki, Orxan xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Vaz 21015” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masazır-Novxanı yolu ilə Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən Duz gölünün yaxınlığında yorğun olduğu üçün idarəetməni itirərək yolun sağ kənarında olan işıq dirəyinə avtomobil dəymiş və nəticədə avtomobildə arxa oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 və onun nəvəsi Zərərçəkmiş şəxs2 da xəsarət almışlar. Əlavə olaraq bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona məxsus qara rəngli “Vaz 21015” markalı **-BU- *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində ona ümumilikdə 3000 (üç min) manat maddi ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tаriхli 1011 nömrəli rəyində göstərilmişdir ki, 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ dirsək sümüyünün qapalı, yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır-şişkinliyi, alın, qaşarası, burun, sağ dirsək oynağı, sağ diz oynağı, hər iki baldır nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə onun salonunda olduğu avtomaşının maneəyə dəyməsi nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tаriхli 1067 nömrəli rəyində göstərilmişdir ki, 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədənində tibbi yardım üçün Unikal Klinika MMC-yə müraciət etdiyi xx.xx.2022-ci il tarixdə bədənində qeyd olunmuş xəsarətlər – sol said sümüklərinin tipik yerinin və sağ incik sümüyünün proksimal ucunun qapalı yerdəyişməyən sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə onun salonunda olduğu avtomaşının maneəyə dəyməsi nəticəsində əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1384 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən VAZ 21015 markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 1687/K nömrəli rəyində göstərilişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edildi. Etil spirtinin qatılılığı – 0,5 %-dir. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmamışdır. DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2022-ci il tarixli, ********* nömrəli arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin mərkəzləşdirilmiş bazasının məlumatına əsasən 1990cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “BC” kateqoriyalı BC 016763 nömrəli sürücülük vəsiqəsi verilmiş və bu günədək sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi X5 məxsus qara metallik rəngli «VAZ 21015» markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və avtomobil sahibi Şahid2 qaytarılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə ehtyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməmişdir. Hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirsədə onun hərəkətləri nəticəsində zərərçəkmiş şəxslər həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almış, həmçinin onlara maddi zərər də dəymişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyun 2013-cü il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq - şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «VAZ 21015» mаrkаlı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılması nəzərə alınmalıdır. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış «VAZ 21015» mаrkаlı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-64/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-64/2023
27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver