Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-64/2025 22.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Qazaxıstan Respublikası Şevçenko şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu ödənilməmiş, işsiz, Bərdə rayonu, Atatürk küçəsi, ev 1, mənzil 124-də qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi ev 8, mənzil 28-də yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, Abşeron Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmiş,14 dekabr 2024-cü il tarixdə tutularaq Bakı istintaq təcridxanasına təhvil verilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 yanvar 2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Abşeron rayonu Qobu qəsəbəsi “Vulkan dağı” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 25 manat müqabilində şəffaf selofana bükülmüş, bir bükümdən ibarət 1,016 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşımış və üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Qobu polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonу Qobu qəsəbəsi ərazisində saxlanılaraq, Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin inzibati binasına gətirilmiş və xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş bir ədəd bükümdə şəkisi, 1,016 qram оlan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstədi ki, psixotrop maddə olan metamfetamin istifadəçisidir. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Abşeron rayonu Qobu qəsəbəsi Vulkan Dağı adlanan ərazidə tanımadığı şəxsdən 01(bir) ədəd bükümdən ibarət psixotrop maddə olan metamfetamini 25 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamış, xx.xx.2023cü il tarixdə, saat 20 radələrində Abşeron rayonu Qobu qəsəbəsində yol ilə hərəkət edərkən üzərində psixotrop maddə olduğu üçün polis əməkdaşlarını görüb uzaqlaşmaq istədikdə, polis əməkdaşları şübhələnərək ona yaxınlaşıb özlərini təqdim etmişdir. Polis əməkdaşları onu saxlayıb Abşeron RPİ-nin Qobu PB-nə gətirmiş, Abşeron Rayon Polis İdarəsinin Qobu PB-də xidməti otaqlardan birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən, ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulduqda, könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan torbaya bükülmüş 01(bir) ədəd bükümdən ibarət psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Həmin maddə0 qablaşdırıldıqdan sonra zərfin üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Hal-hazırda əməlindən səmimi peşmançılıq çəkir və məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Xəqani oğlu ifadəsində göstərdi ki, xx.xx.1984-cü il təvəllüdlü, Qazaxıstan Respublikası Şevçenko şəhərində anadan olmuş, Bərdə rayonu, Atatürk küçəsi, ev 1, mənzil 124də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 8, mənzil 28-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlaması və gəzdirməsi barədə Abşeron RPİ-nin Qobu PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında və gəzdirilməsində şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və Qobu PB-nin polis sahə nəfəri polis serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 07 avqust 2023-cü il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinin Qobu PB-nə dəvət edilmişdir. Polis Bölməsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığı soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofanda olan psixotrop maddə metamfetaminə oxçar madəni çıxarıb təqdim etmiş və həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirərək metamfetamini 06 avqust 2023-cü il tarixdə, Qobu qəsəbəsi Vulkan Dağı adlanan ərazidən tanımadığı şəxsdən 25 manata aldığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Samirin üzərində başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş metamfetaminə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin polis sahə nəfəri polis serjantı Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunda ifadə verdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs axırıncı dəfə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2,66.5,68.2-ci maddələrinə əsasən 07 il azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası təyin edilmiş,Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanmış, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli CM-in 178.3.2-ci maddəsindən 178.2.1, 178.2.2 178.2.4-cü maddəsinə tövsif edilərək,üzərində 03 il 04 ay azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası saxlanılmış, azadlıqdan məhrum etmə cəzasından xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.11-ci bəndinə əsasən təyin edilmiş cərimənin ödənilməmiş 500 manat ödənilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan Amnistiya aktının tətbiq edilməsi barədə 03 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ”8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş xx.xx.2023-cü il tarixdə tərtib edilmiş «şəxsi axtarış və götürmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon Qobu qəsəbəsi ərazisində saxlanılaraq, Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin inzibati binasına gətirilmiş və xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş bir ədəd bükümdə təmiz şəkisi, 1,016 qram kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş xx.xx.2023-cü il tarixdə, saat 20:50 radələrindən saat 21:15 radələrindək olan müddət ərzində Abşeron rayon Pİnin Qobu PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon Qobu qəsəbəsi ərazisində saxlanılaraq, Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin inzibati binasına gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən, şəffaf selofana bükülmüş bir ədəd bükümdə kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirdi ki, həqiqətən xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində pollis əməkdaşları tərəfindən Abşeron rayon Qobu qəsəbəsi ərazisində saxlanılaraq, Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin inzibati binasına gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş bir ədəd bükümdə metamfetamin aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2023-cü il tarixli 3-16- 16/2-6/4227 №li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs(imza)…» yazıları və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,016 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildir. Tədqiqata sərf edildi-0,05 qram,qalıq-0,966 qramdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserini 09 avqust 2023-cü il tarixli 5092 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. İş materiallarında olan şübhəli şəxsin tutlması haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07.08. 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında müstəntiqin vəsatətinin Abşeron rayon prokuroru tərəfindən təmin edilməməsi və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi qərar verilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqında 09.08. 2023cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və təqsirləndirilən şəxsin Abşeron rayon Pİ-in MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron rayon polis idarəsi Qobu polis bölməsi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixdə Abşeron rayon məhkəməsinə daxil olmuş xx.xx.2024-cü il tarixli,59-1/2- 16022 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu rayon ərazisində tutularaq aidiyyəti üzrə Abşeron RPİ-in MSY-yə təhvil verilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanası tərəfindən Abşeron rayon məhkəməsinə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-in əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 1 (091 )-013/2015 saylı xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası və 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə çəkdiyi 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat miqdarında cərimə cəzasından çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Bakı şəhər Xəzər rayon məhkəməsinin 7(003)-623/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünün məzmunundan xaric edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündə onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilib və cəzası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2,4-cü maddələrinin sanksiya hüdudlarında 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası və 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə endirilmiş cəzası ilə qismən toplanmaqla 04 (dörd) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə çəkdiyi 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş 04 (dörd) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat miqdarında cərimə cəzası saxlanılmışdır.Məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının sonu ilə xx.xx.2018-ci il tarixdə azad edilmiş, cərimə məbləğindən 2500 (iki min beş yüz) manat ödənilmiş, ödənilməmiş cərimə məbləği 500 (beş yüz) manat təşkil etmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixi Qərarının 2.11-ci bəndinin təsiri altına düşdüyü üçün Amnistiya aktının tətbiq edilməsi barədə 03 dekabr 2021-ci il tarixli qərarla cəzadan azad edilmişdir.Həmçinin məhkəmədə tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2023-cü il tarixdə törətdiyi müəyyən edildiyindən, məhkumluğun ödənilməsi üçün Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsi ilə müəyyən edilmiş müddət keçmədən yenidən cinayət əməli törətməsi Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun barəsində cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Məhkəmə cəzanın həddi və növü məsələsini müzakirə edib, təqsirləndirilən şəxsin məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini, cinayətin residivini, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəmənin çağırışlarına heç bir üzürlü səbəb olmadan gəlməməsi, barəsində axtarış elan olunmaqla tutularaq məhkəmədə iştirakının təmin olunması kimi halları nəzərə alaraq hesab edir ki, onun şəxsiyyəti çətin islah olunmağa meyilli şəxs kimi qiymətləndirilməli və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür və həmin cəza cinayət qanununun vəzifələri, ədalət prinsipi, cəzanın məqsədlərindən və residivə görə cəzanın təyin edilməsindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məclləsinin 2-ci, 8-ci, 41-ci və 65.2 maddələrinin tələblərinə cavab verir. Azərbaycan Respublikasının CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı,o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 07 avqust 2023-cü il tarixdən, 09 avqust 2023-cü il tarixədək tutulduğu 2 gün, 1 günə 1 gün hesablanmaqla, 2 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən cəza müddətindən çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Abşeron RPİ-in maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,966 qram ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci 80 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN:**********; Hesab:AZ34CTRE**********000 2088501) hesab nömrəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 07 avqust 2023-cü il tarixdən, 09 avqust 2023-cü il tarixədək tutulduğu 2 gün, 1 günə 1 gün hesablanmaqla, 2 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-in maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,966 qram ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci 80 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN:**********; Hesab:AZ34CTRE**********000 2088501) hesab nömrəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №1(012)-64/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-64/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver