Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-642/2024 05.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Gürcüstan Respublikası, Mameuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində Abşeron rayonu Xırdalan şəhəri 6-cı km, piket 5-də yerləşən Xırdalan dəmir yolu stansiyasının ərazisindəki «Ağ göl» kafesinin ümumi müştərilər üçün nəzərdə tutulmuş zalında, tanışı Zərərçəkmiş şəxs ilə həmin kafenin aylıq icarə haqqının ödənişi ilə əlaqədar aralarında yaranmış münaqişə zəminində sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq zərbələri endirməklə ona alın nahiyəsinin, boyun kökünün, sağ çiyin qurşağı nahiyəsinin, sol əlin arxa səthinin sıyrıqları, döş qəfəsinin sağ və sol yarısının arxa səthlərinin, sağ bazu nahiyəsinin, boyun nahiyəsinin qançırları kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri, həmçinin sağ göz qapaqları, sağ gözaltı nahiyənin, sağ almacıq nahiyəsinin dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa qəsdən yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2023-cü ilin yanvar ayında Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dəmir yolu stansiyasının ərazisində yerləşən «Ağ göl» adlı kafeni "xxxx" QSCdən müqavilə əsasında icarəyə götürüb işlətmiş, 2023-cü ilin fevral ayında tanışı Fizuli adlı şəxsin qohumu olan Akif adlı şəxsə 600 (altı yüz) manat müqabilində icarəyə vermişdir. Hər ay 600 (altı yüz) manat omaqla Akif ona icarə haqqını ödəmiş, iyul və avqust aylarının icarə haqqını ödəmədiyinə görə dəfələrlə Akifə kafeni təhvil verməsini bildirmişdir. Lakin, Akif kafenin icarə haqqını ödəməkdən yayınmaqla yanaşı kafeni təhvil vermək istəməmişdir. Kafenin şüşəsi qırıq olduğundan 27 avqust 2023-cü il tarixdə təxminən saat 11:00 radələrində kafenin şüşəsini yenisi ilə əvəz etmək üçün oraya gəlmiş, bu zaman Akif kafeyə gələrək əsəbi halda onu kafenin zalına çağırmış, qapını arxadan bağlayaraq onun boynundan tutub sifətinin sol nahiyəsinə dəfələrlə yumruqla vurmağa başlamışdır. O, Akifi qucaqlayaraq əl qolunu tutmağa çalışmış, daha sonra Akifi itələyərək kafenin arxa qapısından çölə çıxaraq X1 məntəqəsinə tərəf getmişdir. Həmin vaxt məntəqədə heç-kim olmamış, geri qayıdanda Akiflə polis əməkdaşı Şahid1 məntəqəyə gəldiklərini görmüş, polis əməkdaşları onları X2 Şöbəsinə aparmışdır. Bədənində aşkar olunmuş xəsarətlər ona Zərərçəkmiş şəxs tərəfindən yetirilmişdir, ola bilsin ki, dava-dalaş əsnasında özünü müdafiə edərkən Akifi vurmuş və ona xəsarət yetirmişdir. Hadisə zamanı kafedə başqa şəxslər olmamış, dava-dalaş təxminən 1-2 dəqiqə davam etmişdir. Sonda Təqsirləndirilən şəxs onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 2023-cü ilin fevral ayında dayısı oğlu Fizuli Musayevin tanışı olan Təqsirləndirilən şəxs adlı şəxsdən Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dəmir yolu stansiyasının ərazisində yerləşən «Ağ göl» adlı kafeni aylıq 600 (altı yüz) manat müqabilində icarəyə götürmüş və 2023-cü ilin fevral ayının əvvəlində 1 (bir) illik 7200 (yeddi min iki yüz) manat pulu, yəni icarə haqqını Fuadın qardaşı Fəxrəddinə vermişdir. May ayında Fuad ona icarə haqqını 1000 (min) manata qaldıracağını bildirdikdə Fuada alver olmadığına görə 1000 (min) manatı ödəyə bilməyəcəyini bildirmişdir. 27 avqust 2023-cü il tarixdə təxminən saat 11:00 radələrində həmin kafeyə gələn zaman Fuad adlı şəxsin kafedə olduğunu görmüş, Fuad onu kafedən qovmaq istədiyinə görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Fuadla əlbəyaxa olmuş, Fuad yumruq təpiklə onun bədəninin müxtəlif nahiyələrinə, o da öz növbəsində yumruq təpiklə Fuadın bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Həmin vaxt ərazidə xidmət aparan X1 Məntəqəsinin polisi oraya gələrək onları X2 Şöbəsinə aparmışdır. Məhkəmə tibbi ekspertizasının rəyində qeyd olunan xəsarətləri ona Təqsirləndirilən şəxs tərəfindən yetirilmiş, Fuad onu vurduqda o da öz növbəsində yumruq təpiklə Fuadı vurmuş, hadisə zamanı kafedə onlardan başqa şəxs olmamış, hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. Sonda Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan dəmir yolu stansiyasının ərazisində yerləşən «Ağ Göl» kafesini xx.xx.2023-cü il tarixdə aylıq 600 manata "xxxx" QSC-dən icarəyə götürmüş və işlətməsi üçün ona vermişdir. O, kafeni 1 ay işlətsə də, səhhəti ilə əlaqədar işlədə bilmədiyi üçün qardaşı Fuad həmin kafeni tanışları Fizulinin qohumu Akif adlı şəxsə aylıq 600 manata icarəyə vermişdir. Akif kafenin icarə haqqını bir neçə ay versə də, sonradan alverin zəif olduğunu bəhanə gətirərək icarə haqqını verməmiş, özü isə kafedən çıxmaq istəməmişdir. Bu səbəbdən də qardaşı Fuadla onun arasında mübahisə yaranmış, bir neçə dəfə ona kafedən çıxmasını bildirsələr də, Akif təkid edərək kafeni boşaltmamışdır. Sonradan Akiflə qardaşı Fuadın kafedə dalaşdıqlarını eşitmiş, həmin vaxt orada olmamışdır. Akif ona icarə haqqı kimi 7200 (yeddi min iki yüz) manat pul verməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Teleqramma ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o 2019-cu ildən DİO-da, hal hazırda isə Biləcəri st. XPŞnin Xırdalan st. XPM-nin polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. xx.xx.2023cü il tarixdə xidmətdə olarkən saat 11:30 radələrində məntəqənin inzibati ərazisində yerləşən «Ağ göl» adlı kafedən səs-küy gəldiyini eşidərək həmin kafeyə tərəf getmiş, kafeyə çatmamış kafeni icarəyə götürərək işlədən Zərərçəkmiş şəxs kafedən çıxaraq onun yanma gəlmişdir. Həmin vaxt Akifin sifət nahiyəsindən qan axdığını görmüş, Akif ona kafedə Fuadla dalaşdıqlarını, bir- birlərini yumruq, təpiklə vuraraq xəsarət yetirdiklərini bildirmişdir. Kafeyə girsə də orada heç kimin olmadığını görmüş, Akiflə məntəqəyə gələn zaman Fuadla yolda qarşılaşmışlar. Həmin vaxt Fuadın da sifət nahiyəsində xəsarətlərin olduğunu görmüş, Fuad da ona Akiflə kafedə dalaşıb bir-birlərini yumruqla vuraraq xəsarət yetirdiklərini bildirmişdir. Hər iki şəxsin xəsarəti olduğundan bu barədə Biləcəsi st. XPŞ-yə məlumat vermiş, əməliyyat qrupu gələrək həmin şəxsləri şöbəyə aparmışlar. Şahid1 həmçinin ifadəsində bildirmişdir ki, səs- küy eşidib kafeyə getmiş, həmin vaxt kafedə Zərərçəkmiş şəxs tək olmuş, Fuadla isə stansiyada rastlaşmışdır. Hər iki şəxsin ona bir-birləri ilə dalaşdıqlarını bildirmələrinə görə tərtib etdiyi raportda onların əlbəyaxa dalaşdıqlarını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1658 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sağ göz qapaqları, sağ gözaltı nahiyəsinin, sağ almacıq nahiyəsinin dərialtı hematoması, alın nahiyəsinin, boyun kökünün, sağ çiyin qurşağı nahiyəsinin, sol əlin arxa səthinin sıyrıqları, döş qəfəsinin sağ və sol yarısının arxa səthlərinin, sağ bazu nahiyəsinin, boyun nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, yumruq və s) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 12/1658 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sağ göz qapaqları, sağ gözaltı nahiyənin, sağ almacıq nahiyəsinin dərialtı hematoması, alın nahiyəsinin, boyun kökünün, sağ çiyin qurşağı nahiyəsinin, sol əlin arxa səthinin sıyrıqlan, döş qəfəsinin sağ və sol yarısının arxa səthlərinin, sağ bazu nahiyəsinin, boyun nahiyəsinin qançırlan bərk küt əşyanın (əşyalann) təsirindən qərarda göstərilən xx.xx.2023-cü tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən - sağ göz qapaqları, sağ gözaltı nahiyənin, sağ almacıq nahiyəsinin dərialtı hematoması dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir, alın nahiyəsinin, boyun kökünün, sağ çiyin qurşağı nahiyəsinin, sol əlin arxa səthinin sıyrıqları, döş qəfəsinin sağ və sol yarısının arxa səthlərinin, sağ bazu nahiyəsinin, boyun nahiyəsinin qançırları isə həm ümumilikdə və həm də ayrı ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, insan bədəninin hissələri (əl, əl barmaqlannm dırnaqları, yumruq və s) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yetirilmələrinə baxmayaraq, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilmələri üçün xarakterik deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), onun müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasının mümkünlüyünü nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin olunmalı, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablanmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-642/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-642/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver