Məhkəmə qərarları › İş №1(012)-643/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-643/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-643/2022 16.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 oktyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixə keçən gecə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində qonaq olan zaman Zərərçəkmiş şəxs1 yataq otağında yatmasından istifadə edərək evin qonaq otağında yerləşən mebelin dolabından 80 manat dəyərində gümüş üzüyü, 360 manat dəyərində 3,5 qram olan 583 əyarlı qızıl üzüyü, 270 manat dəyərində 4.2 qram olan 583 əyarlı qızıl sırğanı, 45 manat dəyərində boyunbağını və 350 manat dəyərində “Airpods 2” markalı qulaqlığı gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1105 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldadaraq, sonuncuya ona məxsus “Hyundai Elantra” markalı avtomobili satacağına dair yalandan vəd verib inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs2 09 may 2022-ci il tarixdə saat 18:50 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “At heykəli”-nin qarşısında beh adı ilə 700 (yeddi yüz) manat məbləğində nağd pulunu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib, zərər çəkmiş Zərərçəkmiş şəxs2 700 (yeddi yüz) manat məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs1 əvvəllər Xırdalan şəhərində obyekt icarəyə götürüb işlətdiyi çayxanada tanımışdır. Həmin çayxanaya müştəri kimi gəlmiş və Elnara ilə tanış olandan sonra bir-birilərini bəyəndikləri üçün sevgili olmağa başlamışlar. Sevgili olandan sonra isə Elnaraya çayxananı işlətməyə icazə verməmiş, evdə oturmağını istədiyi üçün Elnara çayxananı işlətməmişdir. Münasibətləri ciddi olduğu üçün də nişanlanmağa qərar vermişlər. Sevgili olduqları ərəfələr də Elnaranın yaşadığı ünvan 4 ünvanında yerləşən evinə tez-tez gedib gəlmişdir. O, hərdən bir Elnaranın yaşadığı evində gecələsə də, lakin uzun müddət həmin evdə yaşamamışdır. Bundan başqa evin açarını heç vaxt Elnara ona verməmişdir. Təxminən bir ay olar ki, onların “həri”si verilmiş və həmin ərəfələrdə isə həm nişanları, həm də nikahları olmalı idi. Buna görə də Elnara onun üçün 360 manata 3,5 qram çəkidə, 583 əyyarlı qızıl nişan üzüyü almış, lakin nişanlanmadıqları üçün o, hələ həmin üzüyü ona verməmiş və evin qonaq otağında olan mebelin şüşəli dolabında saxlamışdır. Bundan başqa həmin qızıl üzüyün yanında mərhum əri Muraddan Elnaraya yadigar qalan 80 manat dəyərində gümüş üzük olmuş, və hər dəfə evə gələndə hər iki üzükləri həmin dolabda görmüşdür. 26 oktyabr 2021-ci il tarixdə Elnaranın qızı xəstə olmuş və qızının yanından ayrıla bilmədiyi üçün ondan qızına dərman alıb yaşadığı mənzilə gətirməyini xahiş etmişdir. 26 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində dərman alıb Elnaranın yaşadığı mənzilə gəlmiş və dərmanı verəndən sonra evin qonaq otağında oturub telefonla oynamışdır. Elnaranın isə başı yataq otağında xəstə yatan qızına qarışmışdır. Elnara qızı ilə məşğul ola-ola elə oradaca yatıb qaldığı üçün həmin vaxt o, Elnaranın 80 manat dəyərində mərhum əri Murad üçün aldığı gümüş üzüyü, 360 manat dəyərində onun üçün aldığı, lakin hələ hədiyyə etmədiyi 3,5 qram olan 583 əyarlı qızıl üzüyü, 270 manat dəyərində 4.2 qram olan 583 əyarlı qızıl sırğanı, 45 manat dəyərində gümüş sepi və 350 manat dəyərində işlək vəziyyətdə olan “Airpods 2” markalı qulaqcığı götürüb evdən çıxmışdır. Bir müddət sonra Elnara ona zəng edib həmin əşyaları götürüb-götürmədiyini soruşmuş və o da Elnaraya həmin əşyaları götürdüyünü demişdir. Elnara ondan həmin əşyaları hansı səbəbdən götürdüyünü soruşanda onu aldadaraq xalasıgilə qonaq getdiyi üçün üzüyü barmağına taxıb xalasıgilə nişanlı olduğunu göstərəcəyini bildirmişdir. Bundan başqa o, Elnaraya Murad üçün aldığı üzüyün xoşuna gəldiyi üçün, qızıl sırğa, sep və qulaqcığı isə lazım olduğu üçün götürdüyünü bildirmiş və guya axşam qaytaracağını demişdir. Bundan sonra Elnara ondan həmin əşyaları tələb etsə də, onları qaytarmamışdır. Daha sonra Elnaranın 80 manat dəyərində mərhum əri Murad üçün aldığı gümüş üzüyü, 360 manat dəyərində Aqşin üçün aldığı, lakin hələ hədiyyə etmədiyi 3,5 qram olan 583 əyarlı qızıl üzüyü, 270 manat dəyərində 4.2 qram olan 583 əyarlı qızıl sırğanı, 45 manat dəyərində gümüş sepi sataraq əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmiş və 350 manat dəyərində olan “Airpods 2” markalı qulaqcığı isə bir müddət işlətdikdən sonra xarab olduğu üçün atmışdır. Bundan başqa, o, təxminən bir ildən artıq müddətdir ki, “tap.az” və digər müxtəlif elan saytlarında avtomobil və evlərin alqı-satqısı, bağ evlərinin kirayə verilməsi ilə bağlı elanlar yerləşdirirmişdir. Həmin elan saytlarında yerləşdirdiyi elanlardakı avtmobillərin və evlərin şəkilləri real olmamış, ev şəkillərini “emlak.az” saytından, avtomobil şəkillərini isə “autopapa.ge” adlı saytdan götürmüşdür. Həmin götürdüyü şəkilləri “tap.az” və “masınlar.az” adlı saytlarda yerləşdirirmiş və həmin evlər və maşınların ona məxsus olduğunu bildirmişdir. Elanla bağlı zəng vuranlara maşının Gürcüstan Respublikasından gətirildiyini və hazırda yolda olduğunu demiş, bağ evlərini isə müxtəlif ərazilərdə təqdim etmişdir. Bağın günlük kirayəsi ilə bağlı ona zəng vuranlara, ismarıc yazanlara evi istəyənin çox olduğunu, ona görə də əvvəlcədən beh verməklərini tələb etmiş, onlar isə onun sözünə inanmışlar. Bu zaman o, tanıdığı müxtəlif şəxslərin adına olan kartların şəklini həmin müraciət edən şəxslərə ataraq behi deyilən karta göndərməklərini istəmişdir. Həmçinin avtomobil elanı ilə bağlı da eyni hərəkətləri etmişdir. Onun elanda yerləşdirdiyi və insanları aldatdığı nömrələr ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı olmuşdur. Həmin qeyd etdiyi nömrələr, həmçinin insanları aldadan zaman istifadə etdiyi bank kartları da öz adına olmamışdır. Onlar “Unibank”-a məxsus X2 aid 4098-5844-6228- 9222 nömrəli, “Unibank”-a məxsus Dostuyeva Şahnaza aid 5243-7544-1009-3510 nömrəli, “ATB”-yə məxsus X2 aid 5213-6751-2834-4752 nömrəli və Leyla Məmmədovaya məxsus kartlar olmuşdur. Onlardan biri də onunla kirayə bir evdə yaşayan X3 məxsus olmuşdur. Həmin şəxslərin onun törətdiyi əməllərdən xəbəri olmamış və onldan pulun haradan gəlməsini soruşduqda həmin şəxslərə borc aldığını demişdir. Mahiyyəti üzrə bildirmişdir ki, ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilir və bununla bağlı göstərirmişdir ki, ümumilikdə xeyli adama maddi ziyan vurmuşdur. Ən az məbləğ 50 manat, ən çox məbləğ isə təxminən 700 manat olmuşdur. 700 manat pulu da o, avtomobilə beh olaraq almış, həmin şəxsin adını təxmini olaraq İlkin kimi xatırlamışdır. Həmin şəxsdən pulu 2022-ci ilin may ayında beh olaraq almış və daha sonra həmin şəxsin nömrəsini qara siyahıya ataraq vədinə əməl etməmişdir. O, elanda həmin vaxt “Chevrolet Cruze” markalı avtomobil satışa qoymuş və bununla bağlı həmin İlkin adlı şəxs onunla əlaqə saxlamış, ona deyilən maşının hal-hazırda satıldığını, lakin yeni bir maşının Gürcüstan Respublikasından gəldiyini bildirmişdir. “Hyundai Elantra” markalı maşının halhazırda yolda olduğunu və 1 günə “Meyvəli” ticarət mərkəzində olacağını demişdir. Müştərilərin maşına baxma ehtimalları olmaması üçüm maşının Bakı şəhərinə çatma saatını isə gecə 03 radələrinə demişdir. Hətta növbəti gün behi verəcəklərini bildirdikdə Aqşin müştəri olduğu halda maşını satacağını bildirmişdir. Belə olduqda müştərilər aldanıb beh vermək istədiklərini, maşını onlar üçün saxlamağını xahiş etmişlər. İlkin adlı şəxslə 2022-ci il may ayında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “At heykəli”-nin qarşısında görüşmüş, orada 700 manat beh verməsini tələb etmiş və İlkin də ona həmin pulu vermişdir. Ondan sonra isə günlük 20 manat olmaqla 60 ay ərzində İlkin ödəniş etməli imiş. O, İlkin adlı şəxsdən sənədləşməni həll etmək adı ilə sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsini də götürmüşdür. Əslində isə hamısı bir oyun olmuş və İlkini aldadaraq verdiyi vədi yerinə yertirməmişdir. Sonda əməlindən peşman olduğunu, bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2017-ci il tarixdə ailə qurmuş, həmin evlilikdən də 3 yaşlı qızı vardır. Təxminən 2 ilə yaxın olar ki, əri yol nəqliyyat hadisəsində aldığı xəsarətdən sonra dünyasını dəyişmiş və ondan sonra dul qalmışdır. Təqsirləndirilən şəxs isə təxminən 2021ci ilin yay aylarından tanımışdır. Belə ki, o, əvvəllər Xırdalan şəhərində obyekt icarəyə götürmüş, həmin obyekti çayxana kimi işlətmişdir. Həmin çayxanaya da Aqşin müştəri kimi gəlmiş və onlar orada tanış olmuşlar. Tanış olandan sonra bir-birilərini bəyəndikləri üçün sevgili olmağa başlamışlar. Sevgili olandan sonra isə Aqşin onu çayxananı işlətməyə icazə verməyib evdə oturmağını istədiyi üçün çayxananı işlətməmişdir. Münasibətləri ciddi olduğu üçün də nişanlanmağa qərar vermişlər. Sevgili olduğuqları ərəfələrdə də Aqşin onun yaşadığı ünvan 4 ünvanında yerləşən evinə tez-tez gedib gəlmiş, Aqşin hərdən bir onun yaşadığı evdə gecələsə də, lakin uzun müddət həmin evdə yaşamamışdır. Bundan başqa Elnara evin açarını heç vaxt ona verməmişdir. Təxminən 1 ay olar ki, “həri”si verilmiş və yaxınlarda isə həm nişan, həm də nikahımız olmalıymış. Buna görə də o, Aqşin üçün 360 manata 3,5 qram çəkidə, 583 əyyarlı qızıl nişan üzüyü almış və həmin nişan üzüyünü də evin qonaq otağında olan mebelin şüşəli dolabında saxlamışdır. Bundan başqa həmin qızıl üzüyün yanında mərhum əri Muraddan ona yadigar qalan 80 manat dəyərində gümüş üzük də olmuşdur. Aqşin də hər dəfə evə gələndə hər iki üzükləri həmin dolabda görmüşdür. Mahiyyəti üzrə bildirmişdir ki, 26 oktyabr 2021-ci il tarixdə onun qızı xəstə olmuş və qızının yanından ayrıla bilmədiyi üçün Aqşindən xahiş etmişdir ki, qızına dərman alıb yaşadığı mənzilə gəlsin. 26 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Aqşin dərman alıb onun yaşadığı mənzilə gəlmiş və dərmanı ona verəndən sonra evin qonaq otağında oturub telefonla oynamışdır. Elnaranın başı yataq otağında xəstə yatan qızına qarışmış və qızı ilə məşğul ola-ola onu da yuxu tutub yatmışdır. Elnara yuxudan oyananda görmüşdür ki, 80 manat dəyərində mərhum əri Murad üçün aldığı gümüş üzük, 360 manat dəyərində Aqşin üçün aldığı 3,5 qram olan 583 əyarlı qızıl üzük, 270 manat dəyərində 4.2 qram olan 583 əyarlı qızıl sırğa, 45 manat dəyərində gümüş sep və 18 may 2021-ci il tarixdə almış olduğu 350 manat dəyərində işlək vəziyyətdə olan “Airpods 2” markalı qulaqcıq evdə yoxdur. O, dərhal Aqşinə zəng edib yuxarıda qeyd etdiyi əşyalarını götürüb-götürmədiyini soruşmuş və Aqşin həmin əşyaları götürdüyünü demişdir. Hansı səbəbdən götürdüyünü soruşanda Aqşin ona xalasıgilə qonaq getdiyi üçün üzüyü götürüb barmağına taxdığını, onun nişanlı olduğunu xalasıgilin görməsi istədiyini bildirmişdir. Bundan başqa Aqşin Murad üçün aldığı üzük xoşuna gəldiyi üçün, qızıl sırğa, sep və qulaqcığı isə lazım olduğu üçün götürdüyünü bildirmişdir. Aqşin ona axşam götürdüyü bütün əşyaları qaytaracağına söz vermiş və Elnara da bu səbəbdən oğurluq barədə Aqşindən şikayət etməmişdir. Həmin günün axşamı olsa da, Aqşin götürdüklərini gətirib çıxarmamışdır. Bir müddət sonra Aqşindən götürdüyü əşyalarını qaytarmağını tələb etmiş, lakin Aqşin isə Elnaranı aldadaraq qaytaracağını söz vermişdir. 01 noyabr 2021-ci il tarixə kimi Aqşin nə üzükləri, nə sırğanı, nə sepi nə də qulaqcığı gətirib çıxarmamış və o da məcbur olub polisə bu barədə şikayət etmişdir. Beləcə 26 oktyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixə keçən gecə Aqşin Elnaranın yaşadığı evdə olan zaman həmin evin qonaq otağındakı dolabında Elnaranın saxladığı 80 manat dəyərində gümüş üzüyü, 360 manat dəyərində qızıl üzüyü, 270 manat dəyərində sırğanı, 45 manat dəyərində gümüş sepi və 350 manat dəyərində qulaqcıqları oğurlamışdır. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş və məhkəmə baxışında ifadəsi elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, öz istifadəsi üçün maşın almaq istəmiş və bu məqsədlə “masınlar.az” saytında daxil olmuşdur. Orada “Zaur” adlı şəxs tərəfindən “Chevrolet Cruze” markalı avtomobilin satışı ilə bağlı elanla tanış olmuş və bundan sonra elanda olan ***-***-**-** nömrəsi ilə “Zaur” adlı şəxs kimi saytdan tanıdığı şəxslə əlaqə saxlamışdır. “Zaur” adlı şəxs bildirmişdir ki, həmin elanda olan maşın satımış, lakin “Hyundai Elantra” markalı avtomobili ona sata bilər. İlkin də onun bu təklifi ilə razılaşmışdır. Təxminən xx.xx.2022-ci il tarixdə İlkin əlaqə saxladığı nömrə ilə saat 18:50 radələrində Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən “At heykəlinin” qarşısında görüşmüş, həmin şəxslə maşın alqı-satqısı barədə bir xeyli söhbət etmişdir. “Zaur” adlı şəxs həmin maşının şəkillərini də ona göndərmiş və o da maşına baxıb bəyənmişdir. “Zaur” adı ilə tanıdığı şəxs ona həmin avtomobil Gürcüstan Respublikasından gəldiyini və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 03 radələrində “Meyvəli” bazarı adlanan yerə çatacağını bildirmişdir. Lakin İlkin həmin gün gələ bilməyəcəyini, işdə növbədə olacağını demişdir. Həmçinin “Zaur” adı ilə tanıdığı şəxs avtomobili istəyənin çox olduğunu və İlkinin növbədən çıxana qədər maşının satıla biləcəyini bildirmişdir. İlkin isə məcbur qalıb ona beh verəcəyini demiş, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən “At heykəlinin” qarşısında “Zaur” adlı şəxs kimi tanıdığı Təqsirləndirilən şəxs inandığı üçün ona 700 manat beh vermişdir. Maşını kreditlə verməli və günü 20 manatdan İlkin ona ödəniş etməli imiş. Bu hal ümumilikdə 60 ay çəkəcək və maşın təxminən ona 36.000 manata gəlib çıxacaqmış. Nağd ödəniş edə bilməyəcəyinə görə bununla razılaşmışdır. İlkin 700 manatı verərkən orada kənar şəxs olmamış, İlkin ödənişin miqdarını özü əvvəlcədən ona demişdir. “Zaur” kimi tanıdığı şəxsin yaşı təxminən 30-35 aralığında olmuşdur. Həmin şəxs İlkinə sənədləşmə üçün ofisə getmək lazım olduğunu demiş və İlkin ona növbədən çıxana qədər bütün sənədləşmə işlərini görməyi tapşırmışdır. Buna görə də sürücülük vəsiqəsini və şəxsiyyət vəsiqəsini o gələnə qədər sənədləşməni özü həll etməyi üçün ona vermişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində işdən çıxmış və özünü “Zaur” kimi təqdim edən şəxsə zəng vurmuşdur. Lakin “Zaur” adı ilə tanıdığı şəxs telefonlarına cavab verməmiş və bu zaman başa düşmüşdür ki, aldadılmışdır. Mesajlarına da cavab verməmiş, həmçinin evdə anasının telefonu ilə də zəng vurmuş, lakin zənglərini açmamışdır. İlkinin anası “Zaur” adlı şəxsə mesaj yazmış və bundan sonra həmin şəxs pulu götürdüyünü səmimi etiraf etmişdir. Ondan sonra yenə də “Zaur” adlı şəxsə zəng çatmamış və həmin vaxtdan sonra onunla əlaqə saxlaya bilməmişdir. Bundan sonra baş vermiş hadisə ilə bağlı xx.xx.2022-ci il tarixdə DİN-in “102” xidmətinə məlumat vermiş və xx.xx.2022-ci il tarixdə isə Abşeron RPİ-yə gələrək ərizə ilə müraciət etmişdir. “Zaur” adlı şəxs kimi tanıdığı Təqsirləndirilən şəxs başqa şəxslərə qarşı belə dələduzluq əməlləri törətdiyi üçün DİN-in BMCMİ tərəfindən saxlanıldıqda İlkinə məxsus sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi onun üzərindən çıxmışdır. O, İlkinə məxsus sənədləri maşın alqı-satqısı üçün ondan aldığını və həmçinin 700 manat pulu da alaraq maşını satacağını vəd edib, öz vədinə əməl etmədiyini DİN-in BMCMİ-nin əməkdaşlarına bildirmişdir. Bu hadisədən sonra xx.xx.2022ci il tarixdə İlkin DİN-in BMCMİ tərəfindan Baş İdarəyə dəvət olunmuş və orada izahatı alınmışdır. Həmin izahatında da hal-hazırda qeyd etdiyi xüsusatları qeyd etmişdir. İlkin ora çağırıldıqdan sonra ona məlum olmuşdur ki, “masinlar.az” saytından “Zaur” adlı şəxs kimi tanıdığı şəxs Təqsirləndirilən şəxsdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi elan edilərək tədqiq edilən Şahid ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 onun xalası qızıdır və 2017-ci ildə ailə həyatı qurmuş, həmin evlilikdən də 3 yaşlı qızı vardır. Təxminən 2 ildir ki, Elnaranın əri Murad yol nəqliyyat hadisəsində aldığı xəsarətdən sonra dünyasını dəyişmişdir. Həmçinin xalası qızı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə 2021-ci ilin yay aylarında tanış olmaları və evlənmək istədiklərindən məlumatı olmuşdur. 2021-ci ilin noyabr ayının 11-də xalası qızı Elnara ona zəng edərək Təqsirləndirilən şəxs yaşadığı evdən 80 manat dəyərində mərhum əri Murad üçün aldığı gümüş üzüyü, 360 manat dəyərində Aqşin üçün aldığı 3,5 qram olan 583 əyarlı qızıl üzüyü, 270 manat dəyərində 4,2 qram olan 583 əyarlı qızıl sırğanı, 45 manat dəyərində gümüş sepini və 350 manat dəyərində işlək vəziyyətdə olan “Airpods-2” markalı qulaqcığı oğurlamışdır.Bundan sonra həmin gün Elnara ilə birlikdə Abşeron RPİ-nə gələrək ərizə yazmışdır. Bildirmişdir ki, polis idarəsinə gəlib məlumat verməmişdən qabaq Aqşinə yazıb götürdüklərini qaytarmasını bildirsə də, Aqşin mesajlara cavab verməmişdir. Polisə şikayət etdikdən təxminən 7-10 gün sonra Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən ona zəng etmiş, götürdüyü əşyaları qaytardığı təqdirdə Elnaranın polisə vermiş olduğu şikayəti geri götürübgötürməyəcəyini soruşmuşdur. O da Aqşinə götürdüklərini qaytaracağı halda şikayəti geri götürəcəklərini bildirmişdir. Daha sonra Aqşin həmin günün axşamı götürdükləri əşyaları görüşüb geri qaytaracağını bildirmiş, lakin nə həmin günün axşamı, nə də sonrakı günlər Aqşindən xəbər çıxmamışdır. Bundan sonra isə Aqşinin nömrəsi bağlı olduğundan onunla əlaqə saxlamaq mümkün olmamışdır. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi və tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etməsi ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci və 178.2.2-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Həmçinin məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurulmuş ziyan və dəymiş ziyanın 25 faizi ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Kapital bankın xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyanın 25 faizi miqdarı 176,0 manat məbləğini dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 09 dekabr 2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 331.1, 62-ci maddələri ilə təqsirli bilinərək 100 manat cərimə cəzasına məhkum edilmişdir. Hal-hazırda məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə vurulmuş ziyanın zərərçəkmiş şəxsə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Məhkəmə hesab edir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə zalından azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətiimkan tədbiri seçilməli, hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) ay 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) ay 08 (səkkiz) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Sabirabad rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sabirabad rayon Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sabirabad rayon Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) ay 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) ay 08 (səkkiz) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qəti imkan tədbiri ləğv edilsin, o, məhkəmə zalından azad edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri seçilsin, hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Sabirabad rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Sabirabad rayonu Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar