Məhkəmə qərarları › İş №1(012)-644/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-644/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-644/2025 07.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində "polsiin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının 45 manat müqabilində xx.xx.2024-cü il tarixdə saat 03:18 radələrində ünvan 3 ünvanında ağacın dibinə qoyduğu bir ədəd şəffaf selofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan 1,580 qram çəkidə, xeyli miqdarda kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədi olmadan qanunsuz əldə edərək, Abşeron rayonu, Masazır qəsəsinə daşıyaraq üzərində saxlamış, 24 may 2024-ci il tarixdə saat 20:15-də Bakı şəhər, Nərimanov RPİ-nin 16-cı polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanında 4 nəfər şəxsin şübhəli hərəkətlər etmələri barədə daxil olmuş məlumat əsasında şübhəli bilindiyi üçün ünvan 5 ünvanın qarşısında saxlanılaraq Nərimanov RPİnin 16-cı polis şöbəsinə gətirilib orada videoçəkilişdən istifadə olunmaqla həmin tarixdə saat 22:05-dən saat 22:25-ə kimi üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli idman şalvarının sol cibindən həmin bir ədəd şəffaf selofan bükümdə 1,580 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, o, həmin vaxtlar narkotik vasitə istifadəçisi olmuşdur. Lakin saxlanıldığı gün onun üzərində narkotik vasitə və ya digər qanunsuz əşya və ya predmet olmamış, ondan götürüldüyü qeyd edilən maddə həqiqətən də ona məxsus olmuş, lakin üzərində deyil yaşadığı mənzildə olmuşdur. Belə ki, ittiham aktında onun 24 noyabr 2024cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində küçədə saxlanıldığı qeyd olunsa da, hadisə ittiham aktında qeyd edildiyi kimi baş verməmişdir. Belə ki, o. 24 noyabr 2024-cü il tarixdə dəqiq xatırlamadığı saatda 3 dostu ilə birlikdə yaşadığı mənzildə olarkən qapı döyülmüş, 6 nəfər polis əməkdaşları yaşadığı ünvana daxil olaraq, şəxsi axtarış aparmışlar. Hadisə baş verən günü onun üzərində qanunsuz vasitə olmasa da gələcəkdə istifadə etmək üçün əldə edərək, evində saxladığı çəkisi təxminən 0.5 qr olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq, götrülmüşdür. Bildirir ki, baş vermiş hadisədən 01-02 gün əvvəl çəkisi 0.5 qram olan psixotrop maddəni xatırlamadığı məbləğ qarşılığında əldə edərək, şəxsi istifadəsi üçün yaşadığı evə gətirib gizlətmişdir. Bundan sonra mülkü geyimli polis əməkdaşları onu digər şəxslərlə birlikdə bölməyə aparmış, orada hüquq və vəzifələri ona izah olunaraq, videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmiş və evdə saxladığı psixotrop maddənin onun üzərindən aşkar olunması barədə ifadə verməsini tələb etmişdirlər. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki zor və ya psixoloji təsir göstərilməsə də ona hədə-qorxu gəldiklərinə görə məcbur qalaraq, ona deyilənləri boynuna almalı olmuşdur. O, saxlanılan zaman psixotrop maddələrin istifadəsi ilə məşğul olsa da, lakin hazırda aldığı müalicənin nəticəsi olaraq sağalmış, zərərli vərdişlərdən uzaqlaşmışdır. Sonda etdiyi əməldən peşman olmasını, himayəsində 02 azyaşlı övladının və epilepsiya xəstəliyindən əziyyət çəkən arvadının olmasını bildirməklə barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini iş materialları və digər sübutlarla müqaisəli tədqiq edərək hesab edir ki, onun özünü qismən təqsirli bilməsi özünü müdafiə xarakteri daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki, hadisənin üzərindən çox müddət keçdiyindən təfərrüatı ilə dəqiq xatırlamır. Yadında qalanlara əsasən o, 24 may 2024-cü il tarixdə digər polis əməkdaşı Şahid2la birlikdə xidmətdə olarkən 2 gün əvvəl gecə saatlarinda ünvan 7 ünvaninda BMW markalı avtomobildən düşən 4 nəfər şəxsin şübhəli hərəkətlər etmələri barədə daxil olmuş məlumata əsasən şübhəli şəxsi müəyyən edilməsi istiqamətində tərəflərindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 20:15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 188 ünvanın qarşısında dayanmış şəxs şübhələr doğurduğundan həmin şəxsə yaxınlaşmış və onun dayanmasının səbəbi ilə maraqlanarkən Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs özünü təqdim edərkən onlarda şübhə yaratdığından polis şöbəsinə dəvət edlmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə hər hansı qanunsuz əşya və ya maddənin olması, həmin əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunduqda orada olan şəxslərin iştirakı ilə sonuncu geyindiyi idman şalvarının yan cibindən «iPhone 7» markalı mobil telefonunu, sol cibindən 1 ədəd şəffaf selafona bükülmüş şəffaf rəngli, kristal şəkilli «Patı» adlanan psixotrop maddə metamfetamini təqdim edərək, həmin maddəni 3 gün əvvəl «İnstaqram» sosial şəbəkədə tanımadığı, İran vətəndaşı olduğunu bildirdiyi şəxsdən onlayn ödəmə vasitəsi ilə 45 manata əldə etməsini, bundan sonra İran vətəndaşının ünvan 8 ünvanda ağacın dibinə qoyulduğu yerdən xx.xx.2024-cü il tarixdə saat 03.18 radələrində götürməsini etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar psixotrop maddə olan metamfetamin onların iştirakı ilə qabllaşdırılmışdır. Bundan əlavə Şahid1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən heç bir təzyiq və təsir olunmamışdır. Fərid yaşadığı mənzildə saxlanılması ilə bağlı vermiş olduğu ifadə yalan xarakterlidir, cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 digər şahid Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 24 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 24 may 2024-cü il tarixdən saat 20:15dən hesablanmışdır;

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 25 may 2024-cü il tarixli, 3-16-16/2-6/2961 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 218” möhür əksi, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,580 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 1,580 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 1,480 qramdır. Aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat təşkil edir;

3. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 25 may 2024cü il tarixli qərardan görünür ki, fakta göə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi başlanaraq, icraata qəbul edilmiş və istintaqı aparılmışdır;

4. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 26 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

5. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi” haqqında 26 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Eldar Babayevin 26.05.204-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilmiş, o, Nərimanov RPİ-nin MSY-dən azad edilməklə, barəsində "polsiin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir;

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 tərəfindən 05 iyun 2024-cü il tarixli, 7089 saylı məktuba əsasən Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır;

7. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X3 Xəstəxanası” tərəfindən 06 iyun 2024-cü il tarixli, 1/2577 saylı məktuba əsasən xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 X3 Xəstəxanasına müraciət edilməmişdir;

8. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)-574/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı ilə 03 (üç) ay 03 (üç) gün şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəza müddəti bitdiyi üçün idarənin qeydiyyatından çıxarılmışdır;

9. “Azərbaycan Respublikası Səhiyyə Respublika Narkoloji Mərkəzi” X6 tərəfindən 12 iyun 2024-cü il tarixli, xx/xx-6967 saylı məktuba əsasən xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur;

10. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 27 may 2024-cü il tarixli, 1547 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddənin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur;

11. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 haqqında 27 may 2024-cü il tarixli, 3731 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

12. “Təqsirləndirilən şəxsin qətimkan təbdirlərinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməsi və cinayət işinin icraatının dayandırılması” haqqında 25 iyul 202-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməklə, cinayət işinin icraatı dayandırılmışdır;

13. “Təqsirləndirilən şəxsin könüllü gəlməsi” barədə 06 yanvar 2025-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs İbrahimov X2 RPİ-nin İstintaq Şöbəsinə gələrək, özünü təqdim etmiş və istintaqa çağrılmasından xəbərsiz olmasını bildirmişdir;

14. “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi” barədə 06 yanvar 2025-ci il tarixli qərarına əsaəsn Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ərazi aidiyyatı üzrə Bakı şəhər Prokurorluğu vasitəsi ilə Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir;

15. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Abşeron RPİ-nin müstəntiqi tərəfindən icraata qəbul edilməklə, istintaqı aparılmışdır;

16. “Cinayət işi üzrə icraatının dayandırılması” haqqında 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməklə, cinayət işinin icraatı dayandırılmışdır;

17. “Cinayət işi üzrə icraatının təzələnməsi” haqqında 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, 06 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaq şöbəsinə gəldiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir;

18. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş və ekspertizadan sonra 01 ədəd kağız zərfdə qablaşdırılmış, təmiz çəkisi 1,480 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmaqla, saxlanılmasından ötrü Abşeron rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi, Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videoçəkiliş görüntüləri olan 01 (bir) ədəd ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinə əlavə edilməsi və iş üzrə məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmişdir

Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə 24 may 2024cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən hər hansı qanunsuz əşya və maddənin olması, həmin əşyanın könüllü təqdim edilməsi təklif edildikdə o, əynindəki qara rəngli idman şalvarının sağ cibindən “İphone 7” markalı mobil telefonu, sol cibindən 01 (bir) ədəd şəffaf selofana bükülmüş şəffaf rəngli, kristalşəkilli “Patı” adlanan təqdim edərək, həmin maddəni 21 may 2024-cü il tarixdə saat 23:30 radələrində “İnstagram” sosial şəbəkəsində tanımadığı İran İslam Respublikasının vətəndaşını olduğunu bildirmiş şəxsdən 45 manata əldə edərək, pulu “Miliön” ödəmə terminalından həmin şəxsin göndərdiyi kart hesabına köçürtdüyü, həmin şəxs tərəfindən ünvan 3 ünvanında ağacın dibinə qoyulduğu yerdən 22 may 2024-cü il tarixdə, saat 03:18 radələrində götürüb yaşadığı ünvana gedənədək üzərində saxlamışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin barəsində irəli sürülmüş ittiham əməlinin ona qarşı qurulmuş oyundan ibarət olması ilə bağlı dediklərini qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçinin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişlə həyata keçirilməsi, vəkillə konfidensial görüşünün təmin edilməsi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarında verdiyi ifadəsinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. İş üzrə şahidlərin verdiyi ifadələr dolayısı ilə təqsirləndirilən şəxsin özünün ifadəsi ilə də təsdiq olunur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirləndirildiyi cinayət əməlinin predmeti olan psixotrop maddə hesab edilən metamfetaminin çəkisinin 0,5 qram olmasını və şəxsi istfiadəsi üçün əldə edərək, yaşadığı mənzildə saxlaması ilə bağlı qeyd etdiyi ifadə heç bir sübuta əsaslanmayan, müdafiə xarakterli olmaqla yanaşı, o cümlədən cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. O, həmin psixotrop maddənin özünə məxsus olmasını, lakin üzərindən deyil yaşadığı mənzildən aşkar edilməsini və çəkisinin düzgün qeyd edilmədiyini bildirməklə araşdırılmanın obyektivliyini şübhə altına almağa çalışsa da iş materialları və digər sübutlarla onun dedikləri təkzib olunmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin məhkəmənin 08 fevral 2022-ci il tarixli, 7(003)-574/2022 saylı qərarına əsasən 3 (üç) ay 03 (üç) gün şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəza müddəti bitdiyi üçün idarənin qeydiyyatından çıxarıılmışdır. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı vaxtdan iki il keçməsini nəzərə alaraq, məhkəmə qeyd edir ki, sonuncunun əməlində həmin hökm üzrə cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, psixotrop maddənin miqdarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini, yüngülləşdirici və ya ağırlaşdırıcı halların müəyyən edilməməsini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.

Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 07 aprel 2025ci il tarixdən hesablanmalıdır. Həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 Ekspert komissiyasının 27 may 2024-cü il tarixli, 3731 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 1,480 qram psixotrop maddə - metamfetamin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 110 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyimi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 07 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polsiin nəzarəti altına vermə" qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,480 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 110 (bir yüz on) manat məbləğdə pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar