Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-646/2025 01.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-də icraçı direktor işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4cümaddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə «Telegram» sosial şəbəkə tətbiqində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “R.D” adlı profilin naməlum istifadəçi ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək ayrı-ayrı şəxslərin bank kartlarından pulları gizli talamaqla bağlı razılığa gəldikdən sonra şəxsiyyəti istintaqa məlum olmayan “R.D” adlı profilin naməlum istifadəçisi 31 avqust 2024-cü il tarixdə xarici dövlətin mobil telefon nömrəsilə Zərərçəkmiş şəxs zəng vurub istifadəsində olan bank kartına müdaxilə olunmasını yalandan bildirərək, sonuncunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən 4127 2081 2522 7685 nömrəli bank kartının gizli məlumatlarını əldə edib, həmin tarixdə saat 05:26 dəqiqədə informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda olarkən həmin kartından 6000, 700 və 140 manat məbləğində pulu özünün istifadəsində olan tanışı Şahid1 məxsus 5522 0993 6251 3699 nömrəli "xxxx" kartının hesabına köçürməklə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 6840 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə əvvəlcə özünü təqsirli bilməsə də, sonrakı məhkəmə iclasında elan olunan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, “OTP” kodu təsdiqləmə kodudur, belə ki, kartdan pul çıxarıldıqda bank tərəfindən mobil telefon nömrəsinə təsdiqləmə üçün “OTP” kodu göndərilmiş, həmin kodu daxil etdikdən sonra kartından pul çıxarılmışdır. “R.D” adlı istifadəçiyə dair məlumatlar telefonundan silinmişdir. Belə ki, qorxduğu üçün telefonunda həmin şəxslə yazışmağını və danışıqlarını silmiş, “Telegram” proqramını isə lelefonundan ləğv etmişdir. Şahid1 və Şahid2 heç bir məbləğdə pul verməmişdir. Sərxan və Leyla tanışıdır. Onlara heç bir məlumat verməmiş, yalnız kartlarının məlumatlarını istəmiş və özü ilə bağlı olmasını demişdir. Yəni yalandan tanıdığı şəxsin pul köçürəcəyini bildirmişdir. “R.D” adlı istifadəçi ilə arasında konkret olaraq məbləğ barədə danışmamışlar. Ancaq həmin şəxs bildirmişdir ki, yaxşı pul əldə edəcək. Pul köçürüldükdən sonra “R.D” adlı istifadəçiyə OTP kodunu bildirdikdə sonuncu pulun çox hissəsini xarici kartlara köçürmüş, ona isə 357 manat 18 qəpik saxlamışdır. Həmin pulun 300 manatını nağdlaşdırıb öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Qalan pulu isə mağazalarda alış-veriş və taksi şirkətində istifadə etmişdir. 1000, 2000, 317, 70 ABŞ dollarını Sərxanın kartından Özbəkistan Respublikası bankına aid 4778 3200 2596 6077 saylı karta, 503 manat 71 qəpik, 130 manat və 2 manat pulu "xxxx" KB ASC-yə aid 4405 5301 1102 2223 saylı karta“R.D” adlı istifadəçi göndərdiyi OTP kodu əsasında köçürmüş, həmin kartların kimə məxsus olmasını bilməmiş, bu barədə “R.D” adlı istifdəçi bilmişdir. 357 manat 18 qəpik pulu isə Sərxanın kartından Leylanın kartına köçürmüşdür. “R.D” adlı istifadəçinin Zərərçəkmiş şəxs kartından pulları hansı yolla çıxarmasını bilməmişdir.Hazırda zərərçəkənə vurulan ziyanı ödənilib, himayəsində bir azyaşlı uşağı var.Bütün bunları nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yaşayır, əvvəl evli olmuş, hazırda isə subaydır, bir yetkinlik yaşına çatmış oğlu vardır və 2009-cu ildən Analitik Ekspertiza mərkəzində Labarant işləyir. Özünə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4127 2081 2522 7685 nömrəli kartı vardır. 2024-cü ilin avqust ayında 4127 2081 2522 7685 nömrəli kartında 6840 manat pulu olmuşdur. Həmin kartı ilə mobil telefonunda olan proqramda qeydiyyatdan keçmiş və kartını mobil telefonu vasitəsilə idarə etmişdir. 31 avqust 2024-cü il tarixdə yaşadığı evdə olan zaman +***-***-**-**-60 saylı nömrədən istifadəsində olan ***-***-**-** nömrəsinə zəng gəlmişdir. Zəng edən şəxs kişi cinsli olmuşdur. Həmin şəxs özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim etmişdir. Həmin şəxs bildirmişdir ki, kənar şəxs tərəfindən kartına müdaxilə olunur, pul çıxarmaq istəyir və bankın yoxlama şöbəsindən zəng olunacaqdır. Bundan sonra həmin şəxs telefonu söndürmüş və +992-91-555-35-64 saylı nömrədən zəng gəlmişdir. Zəng edən şəxs başqa şəxs olmaqla kişi cinsli olmuş və özünü "xxxx"ın kiber təhlükəsizlik şöbəsinin əməkdaşı kimi təqdim edib digər şəxsin bildirdiklərini, yəni demişdir ki, kartına kənar şəxs tərəfindən müdaxilə olunaraq pul çıxarmaq istəyirlər. İlkin olaraq onlara inanmamış, lakin həmin şəxs kartı haqqında bütün məlumatları, yəni kartının nömrələrini, kartın növünü və içərisində hansı məbləğdə pul olmasını bildirmişdir. Buna görə də onların bank əməkdaşı olmasına inanmışdır. Həmin şəxs kartını bloklayacağını, "xxxx"ın istənilən filialına getməyi, orada kartı blokdan çıxarıb təhlükəsizliyi artırmağını və kartını bloklaşdırmaq üçün telefonuna göndərdiyi kodu deməyini bildirmişdir. Həmin şəxs ilə danışa-danışa mobil telefonuna kod gəlmiş və kodu həmin şəxsə bildirmişdir. Həmin şəxs də təhlükəsizliklə ilə bağlı tədbirlər görüldüyün bildirmiş və telefonu söndürmüşdür. Həmin şəxs ilə danışığı bitikdən dərhal sonra mobil telefonu sönmüşdür. 30 dəqiqədən sonra mobil telefonu açılmışdır. Telefonu açıldıqda "xxxx" ASC-nin mobil tətbiqinə daxil olduqda görmüşdür ki, 4127 2081 2522 7685 nömrəli kartından 6000, 700 və 140 manat pul vəsaiti xaric olunmuşdur. Bundan sonra məlum olmuşdur ki, həmin şəxs onu aldatmış, bankın əməkdaşı deyil, telefonuna gələn kod kartından pulların çıxarılması ilə bağlı olmuşdur. Mobil tətbiqdə kartdan pul çıxarılmasını gördükdə telefonuna pulların çıxarılmasına görə mesajlar gəlmişdir. İlkin olaraq şikayət etməyərək banka getmiş və müraciət etmişdir. Bankdan isə pulların geri qaytarılmasının mümkünsüz olmasını bildirmişlər. 02 sentyabr 2024-cü il tarixdə isə Abşeron RPİ-nə gedərək ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Baş vermiş hadisə nəticəsində ümumilikdə 6840 manat maddi ziyan dəymişdir. Belə ki, kartından 6000, 700 və 140 manat pulu xaric olunmuşdur. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi əməklə məşğul olub ailəsinin dolanışığına kömək etmişdir. Təqsirləndirilən şəxs 10 ildən çoxdur ki, tanımış və aralarında dostluq münasibətləri olmuşdur. Rauf ilə mütəmadi olaraq görüşmüşdür. 5522 0993 6251 3699 nömrəli "xxxx" kartı ona məxsusdur və daima öz istifadəsində olmuşdur. 2024-cü ilin avqust ayının sonlarında Rauf ilə telefonla danışaraq görüşmüşlər. Söhbət zamanı Rauf tanışının pul göndərəcəyini, lakin limiti aşdığı üçün özünə məxsus kartların bank tərəfindən bloklaşdırıldığını bildirib kartı olduğu halda məlumatlarını verməyini xahiş etmişdir. Raufa kartını verib demişdir ki, istifadə etsin və işi qurtardıqda geri qaytarar. Lakin Rauf istəməmiş, belə ki, bildirmişdir ki, kartı ilə telefonunda mobil tətbiqdə öz nömrəsi ilə qeydiyyatdan keçəcək, tanışı kartına pul köçürdükdən sonra həmin pulu “M10” hesabı ilə nağdlaşdıracaq. Heç bir problem olmadığını və Raufun ilə dost olmağını nəzərə alıb xahişi əsasında həmin kartının məlumatlarını vermişdir. Rauf kartının məlumatlarını mobil telefonunda qeyd etmişdir. Rauf ilə bir qədər söhbət etdikdən sonra çıxıb getmişdir. 2024-cü ilin dekabr ayının ortalarında mobil telefonuna zəng gəlmiş və öyrənmişdir ki, Rauf həbs edilmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində daha sonra göstərmişdir ki, yalnız kartının məlumatlarını Raufun xahişi ilə vermişdir. Rauf öz kartlarının limit ilə əlaqədar olaraq bloklaşdırıldığını demişdir. Başqa da məlumat verməmişdir. Rauf tanışının pul göndərəcəyini və kartı ilə mobil telefonunda öz nömrəsi ilə mobil tətbiqdən qeydiyyatdan keçəcəyini bildirmişdir. Başqa da məlumat verməmişdir. Zərərçəkmiş şəxs məxsus kartdan 6000, 700 və 140 manat pulun ona məxsus 5522 0993 6251 3699 nömrəli "xxxx" kartına köçürüldükdən sonra 1000, 2000, 317, 70 ABŞ dolları Özbəkistan Respublikası bankına aid 4778 3200 2596 6077 saylı karta, 503 manat 71 qəpik, 130 manat, 2 manat "xxxx" KB ASC-yə aid 4405 5301 1102 2223 saylı karta, 357 manat 18 qəpik isə Şahid2 kartına köçürülməsindən heç bir məlumatı və xəbəri olmamışdır. Bunu Rauf həbs edildikdən sonra bilmişdir. Rauf kartının məlumatlarını aldıqda sonuncu kart əməliyyatları edəcəyini barədə heç nə deməmişdir. Rauf kartı ilə telefonunda mobil tətbiqdən nömrəsi ilə qeydiyyatdan keçmişdir. Rauf yalnız bildirmişdir ki, tanışı pul köçürəcək və kartı ilə mobil tətbiqdə qeydiyyatdan keçərək pulu “M10” hesabına nağdlaşdıracaq. Raufa inanmış və sonuncunun kartının məlumatlarını cinayət yolu ilə əldə edilmiş pulları nağdlaşdırmaq üçün istifadə edəcəyini bilməmişdir. Adları qeyd olunan şəxsləri tanımamış və göstərilən bank kartlarını da bilməmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, subaydır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs iki olar ki, tanımış və sonuncu ilə arasında tanışılıq münasibətləri vardır. Rauf ilə mütəmadi olaraq telefonla danışaraq Bakı şəhərində görüşüb söhbət etmişdir. 4127 2081 0768 5173 nömrəli “Beynəlxalq Bank” kartı vardır. Həmin kartı daima özündə olmuşdur. 2024-cü ilin avqust ayının sonlarında Rauf zəng edərək görüşmək istədiyini bildirmişdir. İşi olmadığı üçün həmin günü Rauf ilə xatırlamadığı yerdə görüşmüşlər. Söhbət zamanı Rauf tanışının ona pul göndərəcəyini, lakin limiti aşdığı üçün özünə məxsus kartların bank tərəfindən bloklaşdırıldığını deyərək kartı olduğu halda verməyini xahiş etmişdir. Kartını Raufa verib demişdir ki, istifadə etsin, ona lazım deyil və işi qurtardıqda özünə geri qaytarar. Lakin Rauf kartın özünün lazım olmamasını deyərək bildirmişdir ki, kartı ilə telefonunda mobil tətbiqdə öz nömrəsi ilə qeydiyyatdan keçəcək, tanışı kartına pul köçürdükdən sonra həmin pulu “M10” hesabı ilə nağdlaşdıracaq. Bundan sonra özünə məxsus həmin kartımın bütün məlumatlarını Raufa bildirmişdir. Rauf da kartın bütün məlumatlarını mobil telefonunda qeyd etmişdir. Rauf ilə bir qədər söhbət etdikdən sonra sonuncudan ayrılıb çıxıb getmişdir. 2024-cü ilin dekabr ayının ortalarında mobil telefonuna zəng gəlmiş və öyrənmişdir ki, Rauf həbs edilmişdir.Daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxs ilə Zərərçəkmiş şəxs məxsus kartdan 6000, 700 və 140 manat pulu elektron məlumat daşıyıcılarından istifadə etməklə Şahid1 məxsus kart köçürməklə gizli olaraq taladıqdan sonra həmin məbləğin 357 manat 18 qəpik pulu Sərxanın kartından ona məxsus karta köçürməsindən heç bir məlumatı və xəbəri olmamışdır. Bu barədə Rauf həbs edildikdən sonra bilmişdir. Kartına dair bütün məlumatları Raufa bildirdikdən sonra sonuncu kartı ilə öz telefonunda mobil tətbiqdən qeydiyyatdan keçmişdir. Rauf bildirmişdir ki, kartına tanışı pul köçürdükdən sonra həmin pulu öz “M10” hesabına köçürəcəkdir. Yalnız kartına dair məlumatları Raufa bildirmişdir. Raufun kartının məlumatlarını cinayət yolu ilə əldə edilmiş pulları nağdlaşdırmaq üçün istifadə edəcəyini bilməmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi onun özünün ifadəsi,zərərçəkmiş şəxsin ifadəsi,şahid ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Lakin, məhkəmə qeyd edir ki,istintaq orqanı Təqsirləndirilən şəxs bu cinayət əməlini həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə tövsif etsə də, iş materiallarından göründüyü kimi “Telegram” proqramı tətbiqində “R.D” adlı profilin istifadəçisi naməlumdur.Bu halda, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə də tövsif edilməsi əsassız olaraq onun vəziyyətini ağırlaşdırmış olduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilməlidir. 13 dekabr 2024-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, 29 noyabr 2024-cü il tarixdə "xxxx" ASC tərəfindən verilmiş bank məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, bank məlumatları 05 vərəqədən ibarətdir, həmin məlumatlar Zərərçəkmiş şəxs məxsus 4127 2081 2522 7685 nömrəli "xxxx" kartına və həmin kartdan pul köçürmələri olmuş digər kartlara aiddir, 31 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 4127 2081 2522 7685 nömrəli bank kartından 6000, 700 və 140 manat məbləğində pul vəsaitləri Şahid1 məxsus 5522 0993 6251 3699 nömrəli “ABB” kartına köçürmüş, sonuncu kartdan isə eyni tarixdə 1000 ABŞ dolları, 2000 ABŞ dolları, 317 ABŞ dolları, 70 ABŞ dolları Özbəkistan Respublikası bankına aid 4278 3200 2596 6077 saylı bank kartına, 503 manat 71 qəpik, 130 manat, 2 manat "xxxx" KB ASC-yə aid 4405 5301 1102 2223 saylı karta və 357 manat 18 qəpik məbləğində pul vəsaitləri Şahid2 məxsus 4127 2081 0768 5173 nömrəli “ABB” kartına köçürülmüş, sonuncu katdan eyni tarixdə 300 manat "xxxx" MMC-yə aid “M10” mobil tətbiqi üzərindən digər hesaba köçürülmüş, digər məbləğlər “UBER” taksi xidməti və marketlərə nağdsız ödənişlər edilməklə məxaric olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cümaddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini, əməlindən peşiman olmasını nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmişin şikayətçi olmaması, ziyanın ödənilməsi, himayəsində xx.xx.2021-ci il təvəllüdlü Məhəmməd adlı azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildikdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edilənlərəi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2024-cü tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş,14 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, qeyd edilən tarixdə ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 14 dekabr 2024-cü il tarixdə Abşeron rayon məhkəməsinin 4(012)- 846/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 13 dekabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 23 dekabr 2024-cü il tarixdə Abşeron rayon məhkəməsinin 4(012)-864/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərarı eyni müddətə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuş,Abşeron rayon Məhkəməsi tərəfindən “ev dustaqlığı” qətimkan tədbiri 14 may 2025-ci il tarixədək uzadılmış,14 may 2025-ci il tarixdə onun barəsində məhkəmə tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında olduğu cəmi 05 ay müddət bir gün iki günə bərabər hesablanmaqla 10 ay müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanda yaşayış evini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Bakı şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Bakı şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsinə dair ona verilmiş ittihamdan CM-nin 177.2.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü və 68.1.1.-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 05 ay müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə, 10 ay çıxılaraq, üzərində qəti olaraq 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanda yaşayış evini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-646/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-646/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver