Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-649/2022 23.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.2000-ci ildə Rusiya Federasiyasında anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı şəhəri, İstiqlal küçəsi, ev 16-da qeydiyyatda olan və Sumqayıt şəhərində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində ünvan 1 ünvanında, giriş qapısının qarşısında Zərərçəkmiş şəxs ilə onun əvvəllər qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs arasında, sonuncunun zərərçəkmişin evinə gələrək ev sahibinin iradəsi ziddinə evə daxil olmaq istəməsi səbəbindən mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs burun nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmaqla ona burunla tənəffüsün kəskin pozulması ilə müşayiət olunan burnun cərrahi repozisiyaya ehtiyacı olan burun sümüyünün yerdəyişən sınığından ibarət, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa Az Ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs ilə 2022-ci ilin iyun ayının əvvəllərində Abşeron rayonu, Masazır qəsəbəsi, «Abşeron Gənclər Şəhərciyi» y/k-nin ərazisində yerləşən «Abşeron» restoranında tanış olmuş və həmin vaxtdan onlar qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başlamışlar. Təxminən 10 gün əvvəl isə aralarında yaranmış narazılıqlarla bağlı o, Sevildən ayrılmışdır. Birgə yaşadıqları müddətdə Sevil ondan 200 manata yaxın borc pul aldığından o, xx.xx.2022-ci il tarixdən 14. 10. 2022-ci il tarixə keçən gecə saat 00:30 radələrində Sevilin yaşadığı ünvana gedərək onu dəhlizə çağırmış və borcunu istəmişdir. Sevil isə borcunu qaytarmaqdan imtina edərək ünvanına nalayiq ifadələr işlətmiş və ona əl-qol atmağa başlamışdır. Bu zaman o, Sevilin onu vurmaq istədiyini görüb onun qolundan tutmuş və kənara itələmişdir. Həmin vaxt onun əlinin arxa hissəsi Sevilin burun nahiyəsinə dəymiş və onun burnundan qan açılmışdır. Bundan sonra Sevil DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermiş və təhqiramiz ifadələrlə ondan gözləməsini tələb etmişdir. O isə bir saata yaxın orada gözləsə də polis əməkdaşlarının gəlmədiklərini görüb çıxıb getmişdir. Sonda o, Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alıb cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2022-ci ilin iyun ayında yaşadığı komlpeksin ərazisində yerləşən və işlədiyi «Abşeron» restoranında tanış olmuş və həmin vaxtdan etibarən onlar qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başlamışdır. Bir müddət əvvəl isə aralarında yaranmış narazılıqlar səbəbindən ondan ayrılmış və bir daha ünvanına gəlməməsini tapşırmışdır.Buna baxmayaraq xx.xx.2022-ci il tarixdən 14.10. 2022-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində Şafiq ünvanına gələrək qapını döymüş, o isə qapının arxasından səslənərək qonağının olduğunu demiş və çıxıb getməsini xahiş etmişdir. Lakin Şafiq çıxıb getmədiyindən o, dəhlizə çıxaraq bir daha Şafiqdən çıxıb getməsini və bir daha onu narahat etməməsini tələb etmişdir. Həmin vaxt Şafiq evə daxil olmaq istədiyindən o, buna mane olmağa çalışmış və bu səbəbdən onlar arasında mübahisə yaranmışdır.Baş vermiş mübahisə zamanı Şafiq qəflətən onun burun nahiyəsinə yumruqla bir dəfə zərbə vurmuş və zərbənin təsirindən onun burnundan qan açılmışdır. Bundan sonra o, DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermiş, bunu görən Şafiq isə oradan çıxıb getmişdir. O, əlavə olaraq sözügedən hadisənin yaşadığı mənzilin qapısı qarşısında, təxminən 5-7 dəqiqə davam etdiyini, həmin vaxt orada başqa şəxslərin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alıb işin icraatına xitam verilməsini və onu cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. İş materiallialında olan MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 2438 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət–burunla tənəffüsün kəskin pozulması ilə müşayiət olunan burnun cərrahi repozisiyaya ehtiyacı olan burun sümüyünün yerdəyişən sınığı küt əşyanın təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallında olan Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi arayışa və xasiyyətnaməyə əsasən Ömərov X4 şəhəri, İstiqlal küçəsi, ev 16-da yaşamaqla müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və məhkəməyədək sadələşdirilmiş icraat işində olan digər materiallarla tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraa işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 120 manat məbləğind, məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 120 manat məbləğind, məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-649/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-649/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver