Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-649/2024 23.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1998-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Tumbul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Babək rayonu Tumbul kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, hazırda Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-65/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xalası Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən evindən oğurluq etmək qərarına gəlib, 23 sentyabr 2023-cü il tarixdə saat 01 radələrində sonuncunun yaşadığı evin yanına gəlib, xalası evdə olmadığı zaman evə daxil olmaq üçün heç bir icazəsi və hüququ olmamasına baxmayaraq, evin plastik pəncərəsini açmaqla, yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən Zərərçəkmiş şəxs məxsus 01 ədəd 80 manat dəyərində su nasosunu gizli taladıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini davam etdirib, 24 sentyabr 2023-cü il tarixdə saat 02 radələrində taksi kimi fəaliyyət göstərən və oğurluqda iştirakı olmayan tanışı Şahid2 idarə etdiyi «Toyota Prius» markalı avtomobillə Zərərçəkmiş şəxs evinin yanına gələrək, xalası evdə olmadığı zaman evə daxil olmaq üçün heç bir icazəsi və hüququ olmamasına baxmayaraq, evin plastik pəncərəsini açmaqla, yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən Zərərçəkmiş şəxs məxsus 01 ədəd 200 manat dəyərində çılçırağ gizli talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 280 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, pula ehtiyacı olduğu üçün xalası Arzuya məxsus Abşeron rayonu, Masazır kəndindəki yaşayış olmayan fərdi evində gördüyü 01 ədəd su nasosunu və çılçırağı götürmək qərarına gəlmiş, 23 sentyabr 2023-cü il tarixdə həmin ünvana tək gedərək su nasosunu götürmüş, növbəti gün saat 02 radələrində tanışı Simranla “Toyota- Prius” markalı avomobillə həmin ünvana getmiş və öz anası tərəfindən xalaına hədiyyə edilmiş çılçırağı mənzildən götürərək çıxmışdır. Su nasosunu “Evrohome”də taksi sürücüsünə, çılçırağı isə Bakı şəhəri, “Şamaxinka” adlanan yerdəki metal qəbulu məntəqəsinə satmışdır. Bundan sonra onlar Simranın avtomobilinə minmiş, sonuncuya 50 manatın yol xərci kimi ödəniş etmişdir. Bundan sonra onlar Xırdalan şəhərinə qayıdaraq, ayrılmışlar. Oğurluqdan əldə etdiyi pulu 1-2 gün müddətində şəxsi ehtiyaclarına xərcləmişdir. Simranın onun xalasının evindən əşyaları oğurlamasından məlumatı olmamış, sonuncunun həmin əşyanı ona xalasının verdiyini düşünmüşdür. O, bundan başqa oğurluq əməlləri törətməmiş, hadisə zamanı isə onu kənardan görən olmamışdır. Sonda törətdiyi əməldən peşman olduğunu, həmin vaxt işsiz olduğundan maddi çətinlikləri olduğu üçün bu əməli törətdiyini və hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri tam ödəyərək, barışıq əldə etməsini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Zərərçəkmiş şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, hazırda ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, S.Rüstəm küçəsində yeni aldığı iki mərtəbəli fərdi evində yaşayır. Həmin evə 15 gün olar ki, köçmüşdür. Əvvəllər Xırdalan şəhərində “Kristal Abşeron 2” yaşayış kompleksində bacısına məxsus mənzildə yaşamışdır. Buna görə də bəzi ev əşyalarını və pal-paltarlarını 2 ay əvvəl aldığı həmin evlərinə yığmışdır. Evi aldıqdan sonra orada xırda təmir işləri aparılması üçün usta işləmişdir. O da demək olar ki, hər gün evinə baş çəkmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində həmin evində olarkən orada quraşdırmaq üçün qoyduğu 5000 manat dəyərində olan çilçirağın, 300 manat dəyərində olan su nasosunun yerində olmadığını və evin 1-ci mərtəbəsində olan mətbəxlə qonaq otağının plastik pəncərələrinin kilidlərinin sındırılaraq açıq vəziyyətdə olduğunu görüb, həmin əşyalarının oğurlandığını yəqin edib bu barədə DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. Həmin vaxtı əşyalarını kimin oğurladığını bilməsə də hadisədən az sonra həmin əşyalarını bacısı oğlu Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasından şübhələnmiş və onu tapıb bu barədə soruşmuşdur. Nəriman əvvəl əşyalarını oğurladığını etiraf etməsə də o, polisə şikayət edəcəyini dedikdən sonra əşyalarını oğurlayıb, çılçırağ Bakı şəhəri 20 Yanvar dairəsindəki metal qəbulu məntəqəsinə, su nasosunu isə “Evrohome” ticarət mərkəzində dayanan taksi sürücüsünə 100 manata satdığını etiraf etmişdir. Bundan sonra o, onunla gedib həmin su nasosunu taksi sürücüsündən pulunu verib geri almışdır. Bundan sonra çilçirağı satdığı yerə getmişlər. Lakin pulunu verə bilmədiyinə görə çılçırağ geri ala bilməmişdir. Həmin çılçırağ 2008-ci ildə Naxçıvan şəhərində yaşadıqları müddətdə almışdır. Həmin vaxtdan da istifadə etmişdir. Əlavə olaraq ifadəsində də göstərmişdir ki, ona təqdim olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olmuş, ekspertiza rəyində göstərilən qiymətlərə etirazı yoxdur, həmin qiymətlərlə razıdır. Həqiqətən də Nərimana evinə əşyalar daşınan zaman açarını vermiş, lakin sonradan Nərimandan açarını istədikdə, sonuncu ona açarı itirdiyini demişdir. Həmçinin hadisə yerinə baxış zamanı da onun evinə daxil olmuş şəxsin plastik pəncərəni açmaqla daxil olduğu müəyyən edilmişdir. Bundan başqa, o, Nərimana evdə olmadığı zaman evinə daxil olmaq üçün hər hansı bir hüquq və ya icazə verməmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğu vaxtlar tanımışır, belə ki, Nəriman və anası onun müşdərisi olmuşdur. 24 sentyabr 2023-cü il tarixdə saat təxminən 01 radələrində kirayədə yaşadığı evdə olduğu zaman Nəriman ona zəng edərək, onu Masazır qəsəbəsinə aparmağını xahiş etmişdir. Yolda olduqları vaxtı Nəriman xalasının həyətində köhnə istifadə olunmayan mis metaldan olan çilçıraq olduğunu demişdir. Həmin çılçırağı Nəriman onun maşınına qoymuş, səhəri gün onlar birlikdə həmin çılçırağı satmaq üçün Bakı şəhərinə gedərək, metal qəbulu məntəqəsinə Nərimanın şəxsiyyət vəsiqəsi olmadığı üçün onun şəxsiyyət vəsiqəsi ilə satmışdırlar. Qeyd etdi ki, həmin əşyanın oğurluq oduğunu bilməmiş, biləsə idi öz sənədi ilə satılmasına razılıq verməzdi. Nəriman ona əvvəlki borcu ilə birlikdə ümumilikdə 50 manat yol xərci vermişdir. Bundan sonra onlar qayıtmaq üçün yola çıxmış, Xırdalan dairəsinə çatdıqda kimsə Nərimana zəng etmiş, sonuncu onunla danışaraq, nəyisə qaytaracağını deyib, telefonu söndürmüş və ondan mağazadan su almaq üçün avtomobili saxlamağını xahiş etmişdir. O, avtomobili saxlamış, Nəriman mağazaya getmiş, lakin geri qayıtmamışdır. Bundan sonra Nərimanın xalası anasının mobil telefonu ilə ona zəng edərək, sonuncunun onun evindən çılçırağ oğurladığını deyərək, onun harada olduğunu soruşmuş, o isə onun avtomobildən düşüb getdiyini söyləmişdir. Bundan sonra o, Nərimanın anası və xalası ilə Xırdalan şəhərində görüşərək, sonuncunun həmin çılçırağı oğurladığını bilmədiyini söyləmiş, onları çılçırağ satdıqları metal qəbulu məntəqəsinə aparmışdır. Çılçırağı alan şəxs verdiyi pulu qaytardıqdan sonra onu geri qaytaracağını bildirdikdə Nərimanın xalası əsəbiləşərək, mobil telefonu ilə polisə şikayət etmişdir. O, Nərimanın həmin çılçırağı oğurladığını bilməmiş, bu barədə məlumatlı olan kimidə xalası ilə anasını metal qəbulu məntəqəsinə apararaq, çılçırağı onlara göstərmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunmamış, özü metal qəbulu yerində işləyir. 24 sentyabr 2023-cü il tarixdə günorta saatlarında iş yerinə 2 nəfər oğlan yaxınlaşaraq ona çılçıraq satmaq istədiklərini demişlər. O, çılçırağa baxdıqda onun işlənmiş vəziyyətdə latun materialından olduğunu görmüşdür. Onlardan qiyməti soruşduqda çılçırağı 150 manata satdıqlarını demişlər. O, qiymətdə razılaşmayaraq çılçırağı 132 manata alacağını demiş, onlar onunla razılaşmışlar. Bundan sonra həmin şəxslərdən çılçırağın oğurluq olub-olmadığını maraqlanmışdır. Həmin şəxslər ona çılçırağın oğurluq olmadığını bildirmişlər. Bundan sonra həmin şəxslərdən boynunda döymə olan oğlandan şəxsiyyət vəsiqəsi istədikdə ona üzərində şəxsiyyət vəsiqəsi olmadığını demişdir. Digər şəxs isə şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin şəklini mobil telefonu ilə çəkmişdir. Bundan sonra həmin şəxsə əgər satdığı mal oğurluq olsa onun cavabdeh olacağını bildirmişdir. Şəxsiyyət vəsiqəsinin şəklini çəkdiyi şəxs onunla razılaşmışdır. Çılçırağı tərəzidə çəkdikdə 22 kiloqram gəlmişdir. Bundan sonra o, 132 manat ödəyib çılçırağı almışdır. Sonradan polis əməkdaşları gəldikdə çılçırağı könüllü olaraq təhvil vermişdir. Çılçırağın oğurluq olmasını bilməmişdir. Göstərdiyi kimi çılçırağı ona satan şəxslərdən onun oğurluq olub-olmadığını soruşduqda, oğurluq olmadığını demişlər. Həmin şəxslər ona əvvəllər hər hansı bir əşya satmamışlar. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlama və icraata götürülməsi” barədə 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, istintaqı aparılmışdır; - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; - “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 06 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur; - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur; - Abşeron rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 4(012)-15/2024 saylı, qərarı ilə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş, o, dərhal məhkəmə iclas zalından azad edilmişdir; - “Qətimkan tədbirinin seçilməsi” barədə 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 18 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - «X2» MMC-nin 18 yanvar 2024-cü il tarixli, 08 saylı əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, təqdim olunan 01 ədəd «çilçırağın» 2023-cü ilin sentyabr ayına olan pərakəndə satış qiyməti 200,00 manat, 01 ədəd su nasosunun qiyməti 80,00 manat olmaqla, həmin əşyaların ümumilikdə dəyəri 280,00 manat məbləğində müəyyən edilir. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmiş, iş üzrə 1 (bir) ədəd çilçıraq və 1 (bir) ədəd su nasosu xüsusiyyətinə və əlamətlərinə görə maddi sübutt kimi tanınmışdır. - Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 22 yanvar 2024-cü il tarixli, ərizədən görünür ki, Təqsirləndirilən şəxs 1 (bir) ədəd çilçıraq və 1 (bir) ədəd su nasosu ona qaytarılmış, dəymiş maddi ziyan tam ödənilmişdir. - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 10 iyun 2024-cü il tarixli, ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. - Abşeron rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 1(012)-65/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 29 may 2024-ci il tarixli, 1(105)-365/2024 saylı qərarı ilə Abşeron rayon Məhkəməsinin 1(012)-65/2024 nömrəli, 11 mart 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir (20-ci bənd); oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir (21-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, o ifadəsində yaşayış evinə xalasının ona verdiyi açarla daxil olduğunu bildirsə də, hadisə yerindən çəkilmiş foto şəkillərdən, həmçinin xalası Arzunun verdiyi ifadədən müəyyən olunur ki, evə daxil olmaq üçün pəncərə kənar müdaxilə nəticəsində açılmış, həmçinin xalasının mənzilinə onun ümumiyyətlə daxil olmağa icazəsi olmamışdır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün təyin edilməsini ədalətli hesab edir. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işinin materiallarında olan hökmə əsasən Quliyev X3 rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli hökmü ilə məhkum olunsa da, o, hazırki iş üzrə oğurluq əməllərini həmin hökm üzrə törədilmiş əməldən əvvəl yəni, 23 sentyabr 2023-cü il və 24 senyabr 2023-cü il tarixlərdə törətmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona cinayətlərin məcmusu üzrə təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-65/2024 saylı cinayət işi üzrə tutulduğu 03 (üç) gün müddət, o cümlədən, hazırki cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı saxlandığı 02 gün müddət, ümumilikdə 05 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilərək, “həbs” qətimkan tədbiri seçilməli, cəza çəkmə müddətinin əvvəli isə Abşeron Rayon Məhkəməsinin 1(012)-65/2024 sayl, 11 mart 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş müddətdən hesanlanmalı, həmçinin sonuncunun hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək, hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus “01 ədəd çilçıraq” və “01 ədəd su nasosu”aparatının sahibinə qaytarılması nəzərə alınmaldır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 1(012)- 65/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Quliyev X3 Rayon Məhkəməsinin 1(012)-65/2024 saylı cinayət işi üzrə tutulduğu 03 (üç) gün müddət, o cümlədən, hazırki cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı saxlandığı 02 gün müddət, cəmi 05 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hazırki cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 11 mart 2024-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və Abşeron Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 1(012)-65/2024 saylı hökmünə əsasən onun həbsdə olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd çilçıraq və 01 ədəd su nasosu zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-649/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-649/2024
23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver