Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-649/2025 12.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Şəki rayonu, Sarıca kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də nəzarətçi işləyən, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Qayabaşı ərazi dairəsi, Sarıca kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Nübar qəsəbəsi, Z.Əliyeva küçəsi, döngə 6-da fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 02 dekabr 2024-cü il tarixdə saat 23 radələrində yaşadıqları Abşeron rayonu, Nübar qəsəbəsi, Z.Əliyeva keçəsi, döngə 6-da yerləşən fərdi evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyəsinə qəsdən bir dəfə yumruqla vuraraq ona burununun küt travması, burun nahiyəsinin şişkin fonda qançırı, burun tənəffüsünün çətinləşməsi ilə burunun sola doğru deformasiyası ilə müşayət olunan burun sümüklərinin qapalı yerdəyişən sınıqları, sağ və sol altı göz qapağı nahiyələrinin qançırları xəsarətləri yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 01 dekabr 2024-cü il tarixdə bazar günü günorta evdə olarkən Aynurənin “Tik-Tok” hesabında hər hansı bir istifadəçinin canlı yayımına qoşulduğunu görmüş və Aynurəyə iradını bildirib “Tik-Tok” səhifəsinin ad və kodunu alıb öz telefonu ilə Aynurənin hesabına daxil olmuşdur. 02 dekabr 2024-cü il tarixdə saat 23 radələrində evdə olarkən Aynurənin “Tik-Tok” hesabında silinmiş şəkillər bölümündə şəkillərə baxarkən tanımadığı bir oğlanla birlikdə çəkilmiş şəkillərini görmüş, bu zaman Aynurəni oyadıb qonaq otağına aparmış və şəkli göstərərək açıqlama istəmişdir. Aynurənin şəklin köhnə olduğunun bildirmiş, bu zaman o əsəblərinin cilovluya bilməmiş Aynurəyə bir dəfə yumruq zərbəsi vururaq burnunu sındırıb qanatmış, sonraona kömək etməyi təklif etsədə qəbul etməmişdir. Aynurənin qardaşı Raminə zəng vuraraq hadisə barədə məlumat vermiş, Ramin anası Sədaqətlə birlikdə yaşadıqları evə gəlmiş və Aynurəni xəstəxanaya apramışlar. Hadisədən sonra Aynurə uşaqlarla birlikdə Xırdalan şəhərinin Quşçuluq massivində yaşayan anası gildə qalmışdır. Hadisə təxminən 3-4 dəqiqə çəkmiş və hadisə zamanı yanlarında heç kim olmamış, uşaqlar isə digər otaqda yatılı olmuşdur. Məhkəmədən aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Surətin başqa qadınlarla münasibətlərini bilmiş və boşanmaq istədiyini bildirmişdir. 01 dekabr 2024-cü il tarixdə evdə olarkən Surət onun “tiktok şəbəkəsində bir istifadəçinin canlı yayımına qoşulduğunu görmüş və buna görə ona irad bildirib “tiktok” səhifəsinin ad və giriş kodunu özündə qeyd etdərək mübahisə edib evdən çıxıb getmişdir. 02 dekabr 2024-cü il tarixdə axşam saatlarında təxminən saat 23 radələrində yaşadıqları Abşeron rayonu, Nübar qəsəbəsindəki evdə yatarkən Surət evə gəlib onu oyadıb, digər yataq otağına apararaq telefonda şəkil göstərmiş, yanındakı oğlanın kim olduğunu soruşmuşdur. O, heç cavab verməmiş Surət yumruqla onun burnundan vurmuşdur. Zərbənin təsirindən onun burnu sınıb qanamış, özündən getmişdir. Özünə gəldikdə təcili yardım maşınında olduğunu görmüşdür. Onu xəstəxanaya aparıb ilkin yardım göstərildikdən sonra “Lor Hospital”-da burnunu əməliyyat etmişlər. Hadisə təxminən 3-4 dəqiqə çəkmiş, hadisə zamanı heç kimsə olmamış, uşaqlar digər otaqda yatılı olmuşdurlar. Surətin birgə şəklini gördüyü həmin şəxslə onun yalnız dostluq münasibəti olmuş, sadəcə Surət bunu səf başa düşüb qısqanaraq onu döymüşdür. Şikayətçidir. Məhkəmədən ona cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Aynurə 2104-cü il ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Onun Surətlə münasibəti əvvəllər normal olmişdur. 02 dekabr 2024-cü il tarixdə gecə saat 23:05-də Surət ona zəng edib onların evinə gəlməyini istəmiş, gecə vaxtı narahat olub Surətdən nə baş verdiyini soruşduqda bacısını vurduğunu demişdir. O, dərhal bacısıgilə getmiş, içəri girdikdə Aynurənin burnunun qanadığını görmüş, Surət telefonda başqa oğlanla Aynurənin şəklini görmədiyinə görə də onu vurduğunu demişdir. O, anasına xəbər vermiş, anası gəldikdən sonra Surətlə birgə Aynurəni xəstəxanaya aparmışlar. Məlum olmuşdur ki, Aynurənin burnu sınmışdır. Hazırda Aynurə boşanma üçün məhkəməyə müraciət etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/3041 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin xx.xx.2024-cü il tarixli 2839 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər- burununun küt travması - burun nahiyəsinin şişkin fonda qançırı, burun tənəffüsünün çətinləşməsi ilə burunun sola doğru deformasiyası ilə müşayət olunan burun sümüklərinin qapalı yerdəyişən sınıqları, sağ və sol altı göz qapağı nahiyələrinin qançırları - küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı yumruq zərbələri ilə vurulma nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikaıs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə başlanılmış ********* №-li cinayət işi icraata qəbul edilmişdir. “Zərər çəkmiş şəxs qismində tanınmaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəb edilmiş və qərar ona elan olunmuşdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı iki yetkinlik yaşına çatmayan övladları vardır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 165 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 ( üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə əlavə vəzifə kimi Təqsirləndirilən şəxs üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 165 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №1(012)-649/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-649/2025
12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver