Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-65/2020 25.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1973-cü ildə Zəngilan rayonu, Bartaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkumluğu olmayan, Zəngilan rayonu, Bartaz kəndində qeydiyyatda oaln, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2019-cu il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə tanışı Zərərçəkmiş şəxs2 qızı Günay Səmədovanı təhsil aldığı Kooperasiya kollecinin maliyə sığorta fakultəsindən Bakı şəhərində yerləşən M.Ə.Sabir adına kollecin məktəbə-qədər müəllim fakultəsinə dəyişdirəcəyinə dair vəd verərək inandırıb aldatmış və bu məqsədlə 2017-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs2 işlədiyi Abşeron rayonu Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsində yerləşən marketdə 3000 manat nağd pulunu alaraq ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 3000 (üç min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə tanışı X3 oğlu X13 illik 2200 manat olmaqla ödənişli əsasla təhsil aldığı İdman Akademiyasının yüngül atletika fakultəsinin ödənişli təhsil sistemindən ödənişsiz təhsil sisteminə keçirəcəyini vəd verərək inandırıb aldatmış və bu məqsədlə 2017-ci ilin sentyabr ayında yaşadığı ünvan 1 saylı ünvanda yerləşən evində 1700 manat nağd pulunu alaraq ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş Şüküfə Nəbiyevaya 1700 (bir min yeddi yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə tanışı Zərərçəkmiş şəxs3 baldızı qızı X15 Dövlət Universitetinə 5-ci qrup üzrə qabiliyyət imtahanından keçirəcəyini vəd verərək inandırıb aldatmış və bu məqsədlə 2017-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs3 işlədiyi Mehdiabad qəsəbəsində yerləşən 4 saylı orta məktəbdə arvadı Ramilənin vasitəsi ilə 1000 manat, 2 gündən sonra yaşadığı ünvan 1 saylı ünvanda yerləşən evində 3500 manat nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 4500 manat pulunu alaraq ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 4500 (dörd min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə tanışı Zərərçəkmiş şəxs4 oğlu X5 illik 2200 manat olmaqla ödənişli əsasla təhsil aldığı İdman Akademiyasının idman və turizm fakultəsinin ödənişli təhsil sistemindən ödənişsiz təhsil sisteminə keçirəcəyini vəd verərək inandırıb aldatmış və bu məqsədlə 2018-ci ilin sentyabr ayında yaşadığı ünvan 1 saylı ünvanda yerləşən evində Zərərçəkmiş şəxs4 2200 manat nağd pulunu alaraq ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 2200 (iki min iki yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə tanışı Zərərçəkmiş şəxs4 oğlu X5 təhsil aldığı Politexnik Kollecinin avtonəqliyyat fakültəsinə düzəldəcəyini vəd verərək inandırıb aldatmış və bu məqsədlə xx xxxx 2019-cu il tarixdə yaşadığı ünvan 1 saylı ünvanda yerləşən evində Zərərçəkmiş şəxs4 2600 manat nağd pulunu alaraq ələl keçirib vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 2600 (iki min altı yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2010-cu ildən 2014-cü il tarixə qədər olan müddət ərzində Bakı şəhərində yerləşən Kooperasiya Kollecində riyaziyyat müəllimi işləmişdir. 2014-cü ildə işdən çıxdıqdan sonra yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evində məktəbli şagirdlərə riyaziiyat fənni üzrə repetitorluq etmişdir. Zərərçəkmiş şəxs1 oğlu X17, Zərərçəkmiş şəxs2 oğlu Qalib Səmədov və X14 riyaziyyat fənnindən məktəbi qurtarana qədər hazırlığa yanına gəlmişlər. 2017-ci ildə onların hər üçü də Tələbə Qəbulu komisyasının keçirdiyi test imtahanında iştrak etmişlər. Teyyub 1-ci və 5-ci qrup üzrə, Günay nataman orta təhsili başa çatdırıb kollecə, Qalib isə 1-ci qrup üzrə imtahanda iştirak etmişlər. Teyyub Azərbaycan Respublikası İdman Akademiyasına, Günay isə Kooperasiya kollecinin sığorta işi fakültəsinə qəbul olsalar da, Qalib heç yerə qəbul olmamışdır. Buna görə də Qalib 2018-ci ilin yay aylarına qədər təkrar onun yanına hazırlığa gəlmişdir. 2018-ci ildə test imtahanı verib Texniki Üniversitetin mexanika fakültəsinə daxil olmuşdur. 2017-ci ilin iyul ayında Teyyubun anası Şüküfə və Qalibin atası Sabit onun yaşadığı evə gəlmişlər ki, Teyyub və Qalibin qabiliyyət imtahanlarından keçmələrinə köməklik etsin. Sonuncularla danışıb Teyyub və Qalibin qabiliyyət imthanaından keçirməyə hər biri 3500 manat pul verəcəklərini bildirdikdə, Şükufə ilə Sabit onunla razılaşmışlar. 2017-ci ilin iyul ayının ortalarında Şükufə onun yaşadığı evə gəlmiş və ona 3500 manat pul vermişdir. Şükufədən bir neçə gün sonra isə Sabit 3500 manat pul gətirib onun yaşadığı evdə vermişdir. 2017-ci ilin iyul ayında qabiliyyət imtahanından bir neçə gün əvvəl Şükufə ona zəng vurub yaşadığı evinə çağırmışdır. Şüküfənin yaşadığı evə getmiş, Şükufə ona Teyyubun 5-ci qrupa imtahan vermək istəmədiyini, 1-ci qrupa vermək istədiyini buna görə də ona verdiyi 3500 manat pulu geri qaytarmağını demişdir. Səhəri gün isə Şükufənin adını bilmədiyi bacısı ona zəng vurub «Şüküfə qələt edir biz Teyyubun 1-ci qrupa imtahan verməsini istəmirik, biz istəyirik ki, Teyyub 5-ci qrupa imtahan versin» sözlərini demişdir. Şükufənin bacısına demişdir ki, pulu verdiyi adamdan pul geri almışdır. Bundan sonra Şüküfənin qaynı ona zəng vurub onunla görüşmək istədiyini bildirmişdir. Buna görə də İdman Akedemiyasının yanında yerləşən çayxanaya geri qayıtmış və Rəhim adlı şəxsə zəng vurub onunla görüşüb sonuncudan aldığı 3500 manat pulu yenidən ona vermək istədikdə, lakin Rəhim ona demiş ki, o, artıq həmin məbləğə qabiliyyət imtahanından Teyyubu keçirə bilməz və 5000 manat pul istəmişdir. O, Rəhimə danışıb xəbər edəcəyini bildirmişdir. O, geri qayıdan zaman Şükufənin adını xatırlamadığı qaynı ona əzəng vurub harada olduğumu soruşmuşdur. O, Azadlıq prospektində olduğunu və evə getdiyini demişdir. Şükufənin qaynı ona demiş ki, Rəsulzadə qəsəbəsində yerləşən ehtiyyat hissələri satışı mağazasında onu gözlədiyini demişdir. Buna görə də o, həmin yerə getmişdir. O, Şükufənin qaynına demiş ki, Teyyub qabiliyyət imtahanından keçəcəkdir, lakin illik ödəniş etməli olacaqdır. 1 il oxuduqdan sonra isə Teyyubu həmin fakültənin ödənişsiz əsaslarla oxuyacağına və buna görə də 1700 manat pul verməli olacaqmışlar. Şükufənin qaynı etiraz etməmişdir. Həmin gün axşam saatlarında Şükufənin qaynı onun yaşadığım evə gəlmiş və ona 1700 manat pul vermişdir. 2017-ci ilin avqust ayında Teyyub və Qalib qabiliyyət imtahanlarından keçmişlər. Lakin test imtahanlarından Teyyub keçsə də Qalib keçə bilməmişdir. Buna görə də o, Qalibin atasından aldığı 3500 manat pulu özünə qaytarmışdır. Bir müddət keçdikdən sonra 2017-ci ilin avqust ayında Sabit ona qızı Günayı, Sabir adına kollecin məktəbə qədər müəllim fakültəsinə düzəlməsinə köməklik etməsini xahiş etmişdir. O, Sabitə kömək edə biləcəyini deyib buna görə ondan 3000 manat pul istəmiş, Sabit də razılaşmışdır. 2017-ci ilin avqust ayında o, Sabitin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mağazasına getmiş, orada Sabitdən 3000 manat pulu götürmüş və Sabitə qızı Günayın 1 ildən sonra Sabir adına kollecin məktəbə qədər müəllim fakültəsinə dəyişdirəcəyinə söz vermişdir. 2018-ci ilin iyul ayında Şükufənin bacısı Səbinə ona zəng vurub Gəncə şəhərində yaşayan baldızı qızının 5-ci qrup üzrə keçiriləcək qabiliyyət imtahanında keçirməyini xahiş etmişdir. O, Səbinəyə 3500 manat müqabilində keçirəcəyini demiş və Səbinə də razılaşmışdır. 2 gün keçdikdən sonra Səbinə onun yaşadığı evə gəlmiş və 3500 manat pulu evdə ona vermişdir. Səbinə ona pulu verdikdən 1 həftə sonra o, işlə bağlı Dərbənd şəhərinə getmişdir. Orada spirtli içki çox qəbul etdiyindən özündə olmamış və həmin vaxt onun üzərində olan «Nokia» markalı telefon və 9000 manat yaxın pulu ondan oğurlamışlar. O, geri qayıtdıqdan sonra Şükufə Sabit və Səbinəyə verdiyi sözləri yerinə yetirə bilməmişdir. Bundan sonra həmin şəxslər ona verdikləri pullarını geri istəməyə başlamışlar. O, Şükufədən aldığı 1700 manat puldan 200 manatını, Səbinədən aldığı 3500 manat puldan bankla təxminən 600 manat və əlbə-əl 450 manat pul qaytarmış, Sabitdən aldığı 3000 manat puldan isə heçnə qaytarmamışdır. Hazırda zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tam ödəmişdir. Törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs riyaziyyat müəllimi kimi tanımışdır. Bildiyinə görə Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhərində yerləşən Kooperasiya Universitetində riyaziyyat müəllimi işləyirmiş. Oğlu X8 və X1 evinə riyaziyat fənni üzrə hazırlığa gedirmişlər. 2018-ci il tarixdə Tural Bakı şəhərində yerləşən İdman İnistitunun illik 2200 manat ödənişli idman və turizm fakültəsinə daxil olmuşdur. 2018-ci ilin sentyabr ayında Tural İnistituta daxil olduqdan sonra digər oğlu Zakir Abbasov da Təqsirləndirilən şəxs evinə hazırlağa getməyə başlamışdır. O, həmin ərəfədə Habilin yaşadığı evə getmiş və həmin vaxt söhbət əsnasında o, turalın 2200 manat ödəniş ödəməli olduğunu demişdir. Habil ona demiş ki, həmin il üçün o, 2200 manat pulu ödəyəcək, əlavə olaraq 2200 manat pul versə Turalı ödənişli təhsildən ödənişsiz təhsilə keçirəcəkdir. O, Habilin dedikləri ilə razılaşmış və 2019-cu il sentyabr ayında o, Habilin yaşadığı evə getmiş və orada Habilə 2200 manat pul vermiş ki, oğlu Turalı ödəniş əsaslı təhsildən ödənişsiz əsaslı təhsilə keçirsin. Habil ondan pulu alıb birinci simestiredən sonra Turalın ödənişsiz əsaslarla oxuyacağını bildirmişdir. Tural 1-ci simestir imtahanlarında kəsiri olduğuna görə, Habil 2-ci kursda Turalın ödənişsiz təhisl alacağını bildirmişdir. 2019-cu ilin may ayında Habil ona demiş ki, Zakirin zəif oxuduğuna görə sonuncunu Politexnik Kollecinin avtonəqliyyat fakültəsinə düzəldə bilər. Habil ondan Zakiri kollecə düzəltməyə görə 2600 manat pul istəmiş, o, 2019-cu ilin iyun ayının 9-da Habilin yaşadığı evə getmiş və orada 2600 manat pulu Habilə vermişdir. Habil ondan pulu alıb Zakirin bütün sənədləşməsini edəcəyini bildirmişdir. xx xxxx 2019-cu il tarixə qədər Zakirin sənədləşməsi qurtarmalı olduğu halda, Zakirin sənədlərinin verilmədiyini bilib Habili axtarmağa başlamışdır. O, dəfələrlə Habilin evinə zəng vurmuş, lakin cavab verən olmamışdır. Bir neçə zəngdən sonra Habilin arvadı onun zənginə cavab vermiş, o, Habili soruşmuş, Habilin arvadı sonuncunun xəstəxanada olduğunu demişdir. O, həmin vaxtdan sonra dəfələrlə Habilin evin zəng vursa da cavab verən olmamışdır. Sonra o, Habilin tutulduğunu eşidib Abşeron rayon polis idarəsinə gəlib ondan şikayət etmişdir. Ona dəymiş ziyan Təqirləndirilən şəxsin qohumları tərəfdən tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi 4 saylı orta əktəbdə ibtidai sinif müəlliməsi işləyir. Mehdiabad qəsəbə sakini Təqsirləndirilən şəxs təxminən 4 il olar ki, tanıyırmış. Bildiyinə görə Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhərində yerləşən Kooperasiya Universitetində riyaziyat müəllimi işləyirmiş. X28 Habilin evinə riyaziyyat fənni üzrə hazırlığa gedirmiş. 2017-ci il tarixdə arvadının xalası oğlu Teyyub İmanlı, Bakı şəhərində yerləşən İdman İnistitunun illik 2200 manat ödənişli yüngül atletika fakültəsinə daxil olmuşdur. 2017-ci ilin sentyabr ayında Teyyub İnistituta daxil olduqdan sonra o, arvadının xalası Şükufə, Teyyub və oğlu Qalib, Habilin yaşadığı evə getmişlər. Həmin vaxt söhbət əsnasında Şükufə Teyyubun 2200 manat ödəniş ödəməli olduğunu demişdir. Habil qərar olduğunu və atasız uşaqların pulsuz oxuduqlarını demişdir. Habil Teyyubun ödənişlidən ödənişsizə keçirə biləcəyini demiş və Habil Şükufədən nə qədər pulunun olduğunu soruşmuşdur. Şükufə də 1700 manat pulu olduğunu Habilə demişdir. Habil də həmin pul müqabilində Teyyubun məsələsini düzəldə biləcəyini demişdir. Həmin vaxt o, qızının Kooperasiya kollecində maliyyə suğorta fakülətsində oxuduğunu və həmin kollecdən Bakı şəhərində yerləşən Sabir adına kollecin məktəbə qədər müəllim fakültəsinə düzəltməsini istədiyini demişdir. Habil də tanışlarının olduğunu və köməklik edə biləcəyini, buna görə də 3000 manat verməli olduğunu ona demiş və o, razılaşmışdır. Təxminən 2-3 gün keçdikdən sonra 2017-ci ilin avqust ayının sonlarında o, Habilə zəng vurub harada olduğunu görüşmək istədiyini bildirmişdir. Habildə ondan harada olduğunu soruşmuş, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 yanvar küçəsində işlətdiyi mağazada olduğunu bildirmişdir. Habil təxminən saat 20 radələrində mağazaya gəlmiş, mağazada o, 3000 manat pulu pulu sayıb Habilə vermişdir. Habil pulu götürmüş və 1 ildən sonra qızı Günayın 2-ci kursa keçdikdə Sabir adına kollecə gedəcəyinə söz vermişdir. 1 il Günay kooperasiya Kollecində oxumuş və 2018-ci ilin sentyabr ayına bir neçə gün qalmış o, qızı Günayın heç yerə keçirilmədiyini Habilin onu aldatdığını bilib sonuncunun yaşadığı evə getmişdir. O, Habilə Günayın təkrar Kooperasiya Kollecinə getdiyini və Sabir adına kollecə dəyişmədiyini demişdir. Habil isə ona narahat olmamağını işi yoluna qoyacağını demiş və o, Habilin sözünə inanıb getmişdir. Bir neçə vaxtdan sonra o, təkrar Habilin evinə gedib pulu qatyarmasını bildirmiş, Habil ona pulunun olmadığını ondan aldığı pulu borcuna verdiyini bildirmişdir. Həmin vaxtdan sonra Habil hər dəfə ona söz verirmiş ki, ondan aldığı pulu qaytaracaqdır. O, dəfələrlə Habildən pulu qaytarmasını desə də sonuncu, pulunuu qaytarmamışdır. Bundan başqa Habil arvadının xalası Şükufədən 1700 manat pul almış ki, oğlu Teyyubu oxuduğu İdman İnistitunda ödənişli fakıltədən ödənişsiz fakültəyə keçirəcəkmiş, lakin verdiyi vədi əməl etməmişdir. Bundan başqa da Habil Zərərçəkmiş şəxs3 sonuncunun baldızı qızını «Gəncə Dövlət Universitetinə» düzəldəcəyini söz vermişdir. Buna görə Zərərçəkmiş şəxs3 Mehdiabad qəsəbəsində Habilə 4500 manat pul vermişdir. Lakin Habil pulu alsa da heçnə etməmişdir. Ona dəymiş ziyan Təqirləndirilən şəxsin qohumları tərəfdən tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. Mehdiabad qəsəbə sakini Təqsirləndirilən şəxs təxminən 4 il olar ki, tanıyırmış. Bildiyinə görə Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhərində yerləşən Kooperasiya Universitetində riyaziyat müəllimi işləyirmiş. Oğlu X2 evinə riyaziyyat fənni üzrə hazırlığa gedirmiş. 2017-ci il tarixdə Teyyub İmanlı Bakı şəhərində yerləşən İdman İnistitunun illik 2200 manat ödənişli yüngül atletika fakültəsinə daxil olmuşdur. 2017-ci ilin sentyabr ayında Teyyub İnistituta daxil olduqdan sonra o, bacısı qızının əri Sabit, oğlu Teyyub və Sabitin oğlu Qalib, Habilin yaşadığı evə getmişlər. Həmin vaxt söhbət əsnasında o, Teyyubun 2200 manat ödəniş ödəməli olduğunu Habilə demişdir. Habil isə qərar olduğunu və atasız uşaqların pulsuz oxuduqlarını demişdir. Habil Teyyubun ödənişlidən ödənişsizə keçirə biləcəyini demiş və ondan nə qədər pulunun olduğunu soruşmuşdur. O, cəmi 1700 manat pulunun olduğunu Habilə demişdir. Habil də həmin pul müqabilində Teyyubun məsələsini düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt Sabit qızının Kooperasiya kollecində maliyyə sığorta fakülətsində oxuduğunu və həmin kollecdən Bakı şəhərində yerləşən Sabir adına kollecin məktəbə qədər müəllim fakültəsinə düzəltmək istədiyini bildirmişdir. Habil də tanışlarının olduğunu, köməklik edə biləcəyini və buna görə Sabitdən 3000 manat pul istəmiş və onlar hər ikisi Habillə razılaşmışlar. Səhəri gün o, Sabit və Sabitin arvadı Afət Səmədova ilə birlikdə Habilin yaşadığı evə getmişlər və orada o, Habilə 1700 manat pul vermişdir. Habil pulu götürmüş və 1 ildən sonra oğlu Teyyub 2-ci kursa keçdikdə ödənişsiz oxuyacağına söz vermişdir. 2018-ci ilin avqust ayında o, Habillin istifadə etdiyi hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng vurub 2-ci kursun ödənişinin vaxtı çatdığını bildirmişdir. Habil də ona narahat olmamağını demişdir. 2018-ci ilin sentyabr ayında Teyyub 2-ci kursa getmişvə inistitutda ona illik ödənişi ödəməsini tələb etmişlər. Buna görə də o, Habillə əlaqə saxlamaq istəmiş, lakin sonuncuya zəng çatmamışdır. Buna görə də o, bacısı oğlu Fərhadla birlikdə Habilin yaşadığı evə getmişlər. O, Habilən verdiyi 1700 manat pulunu tələb etmiş, Habil isə ona həmin pulu başqa şəxsə olan borcunu qaytardığını bildirmişdir. Habil söz vermiş ki, onun pulunu qaytaracaqdır, lakin dəfələrlə Habildən istəsə də Habil onun pulunu qaytarmamışdır. Bundan başqa Habil bacısnın qızının əri Sabitdən 3000 manat pul alıb ki, qızını X6 adına kollecə keçirəcəkdir, lakin keçirməmişdir. Bundan başqa da Habil onun bacısı Zərərçəkmiş şəxs3 sonuncunun baldızı qızını Gəncə Dövlət Universitetinə düzəldəcəyinə söz vermişdir. Buna görə Zərərçəkmiş şəxs3 Mehdiabad qəsəbəsində Habilə 4500 manat pul vermiş, lakin Habil pulu alsa da heçnə etməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. Mehdiabad qəsəbə sakini Təqsirləndirilən şəxs təxminən 4 il olar ki, tanıyırmış. Bildiyinə görə Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhərində yerləşən Kooperasiya Universitetində riyaziyyat müəllimi işləyirmiş. X23 və oğlu X16 evinə riyaziyyat fənni üzrə hazırlığa gedirmişlər. 2017-ci ildə baldızı qızı Rəqsanə Axundova 5 qrup üzrə test imtahanı veribmiş, lakin keçə bilməmişdir. O, Habilin evinə gedən zaman sonuncuya bu barədə bildirmişdir. Habil də Rəqsanəyə köməklik edə biləcəyini demişdir. Habil ona ilkin olaraq 1000 manat daha sonra isə hansı məbləğdə pulu veriləcəyini deyəcəyini bildirmişdir. Habil həmçinin 2018-ci ilin qabiliyyət imtahanında Rəqsanəyə köməklik edəcəyini də bildirmişdir. O, baldızı ilə danışıb razılığa gəlmişdir. 2017-ci ilin noyabr ayının sonlarında Habilin arvadı Ramilə onun işlədiyi məktəbdə 1000 manat pulu götürmüşdür. xx xxxx 2018-ci tarixdə o, Gəncə şəhərində olan zaman Rəqsanənin imtahanının nəticələri çıxmışdır. Həmin vaxt Habil ona zəng vurub qalan 3500 manat pulu gətirməsini tələb etmişdir. 2 gündən sonra o, oğlu Kənanla birlikdə Habliin yaşadığı evə getmişdir. Orada 3500 manat pulu sayıb Habilə vermişdir. Pulu verdikdən sonra Habil qabiliyyət imtahanında Rəqsanəni keçəcəyini demişdir. Təxminən xx xxxxxx 2018-ci il tarixə qədər imtahanların cavabları çıxmış, lakin o, Rəqsanənin adının çıxmadığını görüb Habillə əlaqə saxlamışdır. Habil Rəqsanənin adının 2-ci yerləşdirmədə çıxacağını demişdir. Onlar 2-ci yerləşdirməni də gözləmişlər, lakin həmin vaxt da Rəqsanənin adı çıxmamışdır. Bundan sonra o, təkrar Habillə əlaqə saxlamış və Rəqsanənin adının çıxmadığını demişdir. Bu dəfə Habil ona Rəqsaənin adının 3-cü yerləşmədə çıxacağını demişdir. Lakin Rəqsanənin adı heç yerdə çıxmamışdır. xx xxxxxxxx 2018-ci il tarixədək Habil onun zənglərinə cavab verirmiş, lakin sonra onun zənglərimə cavab verməmişdir. Bundan sonra o, Habilin arvadı Ramilə ilə əlaqə saxlamış sonuncu da pulu qaytaracağını demişdir. Bir müddət Ramilə ona pulu qaytaracağını desə də sonradan, Habilin Dubaydan mal gətirdiyini və malın gömrükdə batdığını demişdir. Rəqsanə ondan öz pulunu istədiyinə görə o, bankdan 4800 manat kredit götürüb Rəqsanənin pulunu qaytarmışdır. Bundan sonra Habilin adını bilmədiyi bacsı ona zəng vurub Habilə vaxt verməyini pulu qaytaracağını deyirmiş, lakin Habil pulu qaytarmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, SüleymanovaSəbinəMustafaqız, SəmədovSabitCəmiloğlu və AbbasovFəxrəddinZakiroğlu tərəfindən Abşeron Rayon Məhkəməsinə məhkəməyə verilmiş notariat qaydasında təsdiqlənmiş ərizələrdən görünür ki, onlara dəymiş ziyan təqsirləndirilən şəxs tərifindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2019-cu il tarixli tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Abşeron rayonu ərazisində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.20219-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsi və iş materiallarına əlavə edilmiş sənədlər, digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxx 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alındıqda belə halların yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyini zamanı törətdiyi əməldən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın tam ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cinayət törətdikdən sonra davranışını, zərərçəkmiş şəxslərin xahişini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 il 03 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun vəkili X11 göstərdiyi 20 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğdə pul köçürülməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 il 03 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs məhkəmə zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir seçilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Xırdalan şəhər vəkil bürosunun vəkili X21 ibtidai istintaq zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-65/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-65/2020
25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver