Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-65/2022 09.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, X6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil Bürosunun vəkili X15 iştirakları ilə xx.xx.1970-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 203, mənzil 39da qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, S.Xəzirov küçəsi 22-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 həmin vaxt laborotoriya müdiri işlədiyi Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində işə düzəlməsində köməklik göstərəcəyini vəd verərək aldadıb 14.01.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində 8000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X9 onun arvadı X25 rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində 5500 manat müqabilində işə düzəlməsində köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə 2019-cu ilin avqust ayının ortalarında Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində 3400 manat ekvovalentində 2000 ABŞ dolları pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Etibar oğlunu Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində təsərrüfat müdiri vəzifəsinə işə düzəlməsində köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə 2019-cu ilin noyabr ayının ortalarında Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində 5500 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 Etibar oğluna xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 onun arvadı Şəlalə Həsənovanı laboratoriya müdiri işlədiyi Abşeron rayonu Xırdalan şəhərində yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində direktor işləyən bacısı Rüxsarə Əliyevanın köməkliyi ilə həmin kollecə müəllimə kimi işə düzəlməsinə köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə həmin kollecin azərbaycan dili fənni üzrə müəlliməsi işləyən X4 vasitəsilə 12.03.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinin inzibati binasında 6500 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 onun qardaşı qızı X10 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində müəllimə kimi işə düzəlməsinə köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə tanışı Şahid4 vasitəsi ilə 10.08.2020-ci il tarixdə ondan 5500 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 onun bacısı qızı Pərini Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində müəllimə kimi işə düzəlməsinə köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə tanışı Şahid4 vasitəsi ilə 10.08.2020-ci il tarixdə ondan 5000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs5 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 onun qızı X11 işlədiyi Cəbrayıl rayon tam orta məktəbindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən istənilən məktəblərin birinə müəllimə kimi iş yerini dəyişməsində köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə 2020-ci ilin sentyabr ayının ortalarında tanışı X2 vasitəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində 7000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 onun arvadı X16 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən məktəblərdən birinə müəllimə kimi işə düzəlməsinə köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə 20 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Günəş Petrol” adlı yanacaq doldurma məntəqəsinin qarşısında görüşüb sonuncudan 10000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 onun qızı Lalə Nağıyevanı həmin vaxt laborotoriya müdiri işlədiyi Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində laborant kimi işə düzəlməsinə köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə 04.12.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində 3500 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs7 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 22-də kirayədə yaşayır. 2013-cü il noyabr ayından 23 dekabr 2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Humanitar və İqtisadiyyat kollecində laboratoriya müdiri vəzifəsində işləmişdir. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Həmin kollecin direktoru X27 onun bacısıdır. Onun işlədiyi kollecdə müəllimə işləyən Kəmalə xanım Zərərçəkmiş şəxs1 ona təqdim edərək hazırda işsiz olduğunu və özünə münasib iş axtardığını deyəndə Qafura kollecdə münasib iş düzəltməkdə köməklik edəcəyini, lakin işə düzəlmək üçün 8000 manat pul lazım olduğunu bildirdikdə Qafur onunla razılaşmışdır. 14.01.2019-cu ildə Qafur onun yanına gəlmiş və iş otağında ona 8000 manat pul verdikdə bir həftədən sonra işə başlayacağını Qafura demişdir. Sonra ondan aldığı 8000 manat pulu borclarına ödəmişdir. Müəyyən müddət keçdikdən sonra Qafurun işi düzəlmədiyindən pulunu tələb etməyə başladıqda o, aldığı 8000 manat puldan 4000 manat məbləğini Qafura qaytarmışdır. Bundan başqa 2019-cu ilin avqust ayında işlədiyi kollecdə monitorinq şöbəsinin müdiri Afaq xanım ondan qardaşı Hüseynin həyat yoldaşını kollecdə biologiya müəlliməsi kimi işə düzəltməyi xahiş etdikdə o, Afaq xanıma boş yer olsa həmin xanımı işə götürülməsinə söz verib səhəri günü öz otağında ondan 2000 ABŞ dolları pul almış və əgər kollecdə ekologiya fənni üzrə müəllimə yeri boşalarsa onun qardaşının həyat yoldaşını həmin vəzifəyə götüzdürəcəyini bildirmişdir. Bundan başqa 2020-ci ilin fevral ayının axırlarında Afaq xanım ona qardaşı Nəsimini də işlədiyi kollecdə təsərrüfat müdiri kimi işə götürməsini xahiş etdikdə o, Afaq xanıma “əgər yer boşalarsa bu barədə söhbət edərik”-deyə bildirmiş, lakin o, Afaqla pul barəsində heç bir söz etməmişdir. 2020-ci ilin mart ayının əvvəllərində o, Afaq xanımdan sələmə pul götürmək üçün müraciət edərkən o, bir nəfər tanışınının 10 faizdən pul verdiyini, lakin buna görə girova qızıl vermək lazım olduğunu bildirdikdə o, şəxsə girov kimi qoyub həmin şəxsdən pul götürmək üçün özünə məxsus bir ədəd 3000 ABŞ dolları dəyərində ağ qızıldan olan üzüyünü, ümumilikdə 2500 manat dəyərində kolye, sırğa və qolbaqdan ibarət briliyant dəstini Afaq xanıma vermişdir. Afaq xanım da qardaşı Nəsiminin vasitəsi ilə ona məxsus qızılları həmin şəxsə verib 4000 manat pulu götürərək ona vermiş, lakin onun imkanı olmadığı üçün həmin 4000 manat pulu ödəyə bilmədiyindən indiki vaxta kimi hər ay həmin pulun faizini ödəyir. Bundan başqa 2020-ci ci ilin mart ayının axırlarında kollecdə İlhamə ilə söhbət edərkən onun maddi vəziyyətinin ağır olduğunu, ona pul cəhətdən kömək edə biləcəyini soruşarkən İlhamə xanım bir nəfər xanımın onların işlədiyi kollecə müəllim kimi işə düzəlmək istədiyini ona bildirdikdə 2020-ci ilin sentyabr ayında işlədiyi kollecdə ətraf mühitin qorunması fənni üzrə müəllim ştatının alınacağını ona deyərkən əgər onu işə düzəltməkdə köməklik edərsə ondan pul alıb verəcəyini bildirmişdir. O, İlhamədən həmin xanımın nə qədər pul verəcəyin soruşduqda işinin düzəlməsi üçün ona 5500 manat pul verəcəyini demişdir. O, İlhaməyə həmin xanımdan 5500 manat pulu almasını, həmin pulu isə ondan borc kimi götürəcəyini, əgər xanımın işi düzəlməsə 5.500 manat pulu ona qaytaracağını bildirdikdə İlhamə xanım onunla razılaşmışdır. Təxminən 2-3 gündən sonra İlhamə xanım kollecə gəlmiş və ona 5500 manat nəqd pulu, Şəlalə adlı xanımın Neft Sənaye Universiteti tərəfindən verilmiş diplomunun və şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Bundan sonra dərs saatı düzəlmədiyi üçün Şəlalə xanımı işə götürə bilməmişlər. İlhamə xanım iş düzəlmədiyinə görə Şəlalə xanımın 5500 manat pulunnu geri istədikdə o, həmin müddətə pulu düzəldib ona qaytara bilməmişdir. Bundan başqa 2020-ci ilin avqust ayında Şahid4 onunla əlaqə saxlayaraq qonşuluqda yaşayan Cəmilə adlı şəxsi onun işlədiyi kollecə biologiya müəlliməsi kimi düzəltməyə köməklik etməsini xahiş etdikdə o da Gülşadla razılaşaraq onun işə düzəlməsinə kömək edəcəyini bildirmişdir. O, 10 avqust 2020-ci il tarixdə Şahid4 yaşadığı Binəqədi rayonunda yerləşən Zəngəzur restoranının yaxınlığında olan evinə gələrək Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş 5500 (beş min beş yüz) manat puldan özünə 4000 (dörd min) manat götürmüş, Şahid4 borcu olduğundan 1500 (bir min beş yüz) manatı isə Gülşada vermişdir. O, Cəmilə Hüseynovaya və Zərərçəkmiş şəxs5 işlədiyi kollecdə analıq məzuniyyətində olan bir şəxsin yeri boş olduğunu bildirmişdir. Aralarında olan razılaşmaya əsasən o, sentyabr-noyabr aylarında Cəmilə Hüseynovanı işə düzəldəcəyin vəd etmiş, 2020-ci ilin sentyabr ayının əvvəli Zərərçəkmiş şəxs5 zəng edərək onunla görüşmək istədiyini bildirdikdə onlar Bakı şəhəri, Xətai metrosunun qarşısında görüşərkən Adil müəllim bacısı qızı Pərini də həmin kollecə işə düzəltmək istədiyini ona bildirmişdir. O Adilə “öyrənim sizinlə danışaram” sözlərini deyərək aralanmışdır. Səhəri gün saat 09 radələrində işdə olduğu zaman onun mobil telefonuna Adil müəllimdən zəng gəlmiş, Adil hal-hazırda onun yaşadığı evin yanında olduğunu və onunla görüşərək bacısı qızının sənədlərini təqdim etmək istədiyini bildirmişdir. Təxminən 10-15 dəqiqədən sonra o, Adillə yaşadığı evə yaxın olan Xətai metrosunda görüşmüş, Adil müəllim ona bacısı qızı Pərinin diplomunun və şəxsiyyət vəsiqəsinin surətlərini təqdim etmişdir. O, Adilə kollecdə yer olubolmadığı barədə məlumatı olmadığını demişdir. Aralarında səmimi söhbət yarandığından o, çətin vəziyyətdə olduğunu Adilə bildirmiş və Adildən 5000 (beş min) manat borca pul istəmişdir. Təxminən 2020-ci ilin sentyabr ayının 20-si axşam tərəfi yenə Xətai metrosunun yanında onunla görüşərkən ona 1000 (min) manat pul verib təcili işi olduğuna görə getmişdir. İki-üç gündən sonra Adil müəllim ona zəng edərək Xətai metrosunun yanında olduğunu və onunla görüşmək istədiyini bildirmiş, axşam tərəfi onlar düz Xətai metrosunun qarşısında görüşərkən Zərərçəkmiş şəxs5 ona 4000 (dörd min) manat pul vermiş və bu pulu sizə borca verirəm, görün bacım qızının işini nə edə bilərsiniz sözlərini demişdir. O, çalışıb kömək edəcəyini ona bildirmiş və ara-sıra həm Adil müəllimlə, həm də Cəmilə ilə telefonda danışıraq çalışıb işlərini yoluna qoyulacağını bildirmişdir. Həmin kollecdə biologiya müəlliməsi kimi işləyən Fidan adlı biologiya müəlliməsi analıq məzuniyyətində geri gəldiyindən o, Şahid4 aldığı pulların geri qaytarılmasını bildirdikdə Şahid4 Cəmilə Hüseynova ilə danışan zaman onun pulunu geri istəmədiyini sadəcə həmin kollecdə müəllimə kimi işləmək istədiyini demişdir. Gülşad bu barədə ona məlumat verdikdə o Gülşada gözləməyi xahiş etmişdir. Bir necə müddət sonra Zərərçəkmiş şəxs5 onunla telefonla əlaqə saxlayaraq verdiyi pulları geri istəmiş, lakin onun maddi sıxıntısı olduğundan Adilə pulu qaytara bilməmişdir. Bu barədə aralarında səs yazıları da olmuşdur. O, Adillə və Cəmilə Hüseynova ilə telefon vasitəsi ilə danışan zaman onlara pulların geri qaytaracağı barədə söyləmişdir. Bundan başqa 2020-ci ilin sentyabr ayında həmkəndlisi Şahid6 telefon vasitəsilə istifadəsində olan mobil telefona zəng edərək ona bir nəfər tanışının qızının işlədiyi kollecdə müəllimə kimi işə düzəlmək istədiyini bildirdikdə həmin vaxtı onun pula ehtiyacı olduğu üçün onu 7000 manat müqabilində işə düzəldə biləcəyini dedikdə razılaşmiş, səhəri günü işlədiyi kollecdə Məhiyəddinlə görüşmüşlər. Mahiyəddin taqda ona 7000 manat pul vermişdir. Sonra Mahiyəddin otaqdan çıxmış, az sonra adını sonradan bildiyi Fazil, bir nəfər yaşlı kişi və cavan oğlanla otağına daxil olmuşlar. O, Məhyəddingilə qızın işini 10 gün müddətinə həll edəcəyini bildirmiş, Fazildən işə düzəldəcəyi qızın sənədlərini istəmiş, onlar çıxıb getmiş, təxminən üç gündən sonra Fazil onun yanına gələrək qızının sənədlərinin surətini ona vermişdir. O, 7000 manat pulu borcu olduğu üçün xərcləmişdir. Təxminən 10 gündən sonra Fazil işlədiyi yerə gəlmiş və işin düzəlib-düzəlməməsi barədə soruşduqda o, Fazilə hələlik işin alınmadığını, qızın işini başqa şəxsin vasitəsi ilə düzəldəcəyini bildirmişdir. Sonradan Fazil adlı şəxs onun istifadəsində olan telefon nömrəsinə zəng etsə də o, Fazilin telefon zənginə cavab verməmişdir. Bundan başqa Sabirabad rayonunda yaşayan Mustafayeva Diləfruz dələduzluq yolu ilə etibarından sui-istifadə edərək 197.000 manat pulunu ələ keçirmişdir. O, həmin pulları işə düzəltmək adı ilə üç nəfər ayrı-ayrı şəxslərdən alıb Diləfruza vermişdir. Sonradan Diləfruzun dələduzluq etdiyini başa düşüb bu barədə Bakı şəhər BPİ- nə müraciət etsə də heç bir nəticə olmamışdır. Hazırda onda olan məlumata görə Diləfruz barəsində Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılaraq iki il şərti sınaq müddəti müəyyən edilmişdir. Onun pul aldığı şəxslər isə ondan verdikləri pulu tələb etdiklərindən o, başqa şəxslərdən pul axtarmağa başlamış, və kollecin tarix müəllimi Şəfiqə xanımdan kömək istədikdə Şəfiqə xanım onun qohumu Zərərçəkmiş şəxs6 həyat yoldaşının Yasamal rayonunda yerləşən nömrəsini xatırlamadığı məktəbə müəllim vəzifəsinə düzəlmək istədyini və bunu edə biləcəyi təqdirdə ona pul verəcəyini bildirmişdir. O da bununla bağlı Diləfruzla əlaqə saxlamış və Diləfruz həmin işin düzəldilməsi üçün 10.000 manat pul lazim olduğunu bildirmişdir. O da bu barədə Şəfiqəyə məlumat verdikdə 2020-ci ilin oktyabr ayının ortalarında Aqil öz həyat yoldaşı ilə «Günəş» petrolun yaxınlığında onunla görüşərək 10.000 manat pulu ona vermiş, O isə həmin pulu götürərək borclu olduğu şəxslərə vermiş, ona borcu olduğu üçün Diləfruza həmin işi düzəltməyi və ona olan borcundan 10.000 manat çıxmağı bildirmişdir. Diləfruz bu işi görəcəyinə onu tam əmin etsə də, heç bir iş görməmişdir. Onun Aqili aldatmaq və pulunu ələ keçirmək niyyəti olmamışdır. Bundan başqa 2020-ci ilin təxminən noyabr ayında Xəyyam müəllimlə söhbət edərkən maddi vəziyyəti ağır olduğundan ona pul cəhətdən kömək edib-edə bilməyəcəyini Xəyyam müəllimdən soruşarkən borc verə bilməyəcəyini, lakin bir nəfər tanışının qızını kollecə müəllimə kimi işə düzəltmək istədiyini bildirdikdə işlədiyi laboratoriyada laborant kimi vakant yer olduğundan o, Xəyyamdan tanışının nə qədər pul vermək istədiyini soruşduqda tanışını gətirəndə iş barəsində ozünün söhbət edəcəyini ona bildirmişdir. Bir neçə gündən sonra Xəyyam müəllim tanışı Orxan və Sevindik adlı şəxslə birgə yanına gəlmiş, Orxan işə düzələn qızın əri, digəri isə atası olduğunu bildirib arvadı ilə bağlı lazım olan sənədləri ona təqdim etmişdir. O, Orxana işin düzəlməsi üçün 4000 manat pul lazım olduğunu bildirdikdə qızın atası ona 3500 manat pulu olduğunu demişdir. 04.12.2020-ci cil tarixdə işlədiyi kollecin inzibati buinasında otaqların birində Sevindik adlı şəxs ona 3500 manat pul vermiş, lakin dərs saatı düzəlmədiyi üçün Sevindik adlı şəxsin qızını işə götüzdürə bilməmişdir. Sonda törətdiyi cinayət əməlinə görə peşman olduğunu, vurulmuş ziyanı qismən ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o,ailəsi ilə bir yerdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, Dövlət İqtisadiyyat və Humanitar kollecinin 2 saylı yataqxanasında yaşayır. 2019-cu ilin yanvar ayında işsiz olduğundan özünə iş axtarmışdır. Yaşadığı 2 saylı yataqxana Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinin nəzdində olduğundan o, və yataqxanada yaşayanlar arayışla bağlı tez-tez kollecə müraciət etmişlər. Bununla bağlı kollecə getdikdə orada işləyən Təqsirləndirilən şəxs ilə tanışlığı yaranmışdır. Söhbət əsnasında o, işsiz olduğunu və iş axtardığını dedikdə Səadət onu kollecdə işə düzəltməkdə köməklik edə biləcəyini bildirmişdir. O da Səadətlə razılaşmışdır. Bundan sonra kollecin direktoru X17 yanında olmuşdur. Görüş zamanı Ruxsarə də kollecdə işə düzəltməkdə ona köməklik edəcəyini bildirmişdir. Kollecin direktoru Ruxsarə ilə görüş başa çatdıqdan sonra Səadət onu öz otağına aparmış və işə düzəlmək üçün 8000 manat pul verməli olıduğunu bildirmişdir. O, da etiraz etməyərək 14.01.2019-cu il tarixdə Səadətin iş otağında Səadətə 8000 manat pul vermiş, Səadət isə bir həftədən sonra onun işə başlayacağını demiş, lakin Səadətin dediyindən müəyyən müddət keçməsinə baxmayaraq Səadət öz vədinə əməl etməmiş və müxtəlif bəhanələr gətirməyə başlamışdır. Səadətin onu aldatdığını başa düşüb ondan verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Səadət həmin məbləğdən ona 4000 manat pulunu qaytarmış, lakin qalan məbləği qaytarmamışdır. Buna görə də o, Səadətdən şikayət etmək qərarına gəlmişdir. Hazırda qalan 4000 manat pulunu tələb edir, ondan şikayətçidir, ona qanuni cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X20 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsi, ev 88 A-da yaşayır. O, Bakı Dövlət Universitetinin nəzdində olan İqtisadiyyat və Humanitar Kollecinin direktoru X18 və həmin kollecdə laboratoriya müdiri işləmiş bacısı Təqsirləndirilən şəxs tanıyır. X35 həmin kollecdə şöbə müdiri işləyir. 2019-cu ilin avqust ayının əvvəlində kollecdə boş iş yerlərinin olduğunu öyrənmiş, bu barədə məlumat almaq üçün Təqsirləndirilən şəxs ilə görüşmüş və arvadı Müşərrəf Qədirlini işə düzəltmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona bacısı Ruxsarə Əliyeva ilə danışacağını və tezliklə ona xəbər verəcəyini, yəni arvadını biologiya müəllimi kimi içə düzəldəcəyini bildirmişdir. Bir gündən sonra Təqsirləndirilən şəxs onu yanına çağıraraq bacısı Ruxsarə Əliyeva ilə danışdığını və 5500 manat pul istədiyini demişdir. 2019-cu ilin avqust ayının sonlarında o, 2000 ABŞ dolları pul düzəldərək Səadət xanımın işlədiyi kollecə getmiş, onun otağında 2000 ABŞ dolları pulu ona vermişdir. Həmin vaxtı otaqda heç kim olmamışdır. Qalan pulu isə işi düzəltdikdən sonra verəcəyini bildirmişdir. Səadət xanım ona arvadı M.Qədirlinin 2019-cu ilin sentyabr ayının 15-də işə çıxacağını bildirmiş, lakin müəyyən müddət keçməsinə baxmayaraq Səadət xanım arvadını işə düzəltməmiş və pulunu qaytarmamışdır. O, Təqsirləndirilən şəxs ilə bu barədə çox görüşüb danışsada ona səbrli olmağı, arvadını işə düzəldəcəyini, alınmasa pulu geri qaytaracağını bildirmişdir. O, dəfələrlə otağında bu barədə Ruxsarə Əliyeva ilə görüşüb danışmış, Ruxsarə Əliyeva da ona səbrli olmağını bildirmiş, lakin sonradan Ruxsarə və Təqsirləndirilən şəxs bacılarının onu aldadaraq pulunu ələ keçirdiyi ona aydın olmuşdur. Hazırda ondan 2000 ABŞ dolları pulunu tələb edir, ondan şikayətçidir, ona qanuni cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsi, ev 88 A-da yaşayır. O, Bakı Dövlət Universitetinin nəzdində olan İqtisadiyyat və Humanitar Kollecinin direktoru X18 və həmin kollecdə laboratoriya müdiri işləmiş bacısı Təqsirləndirilən şəxs tanıyır. Bacısı Afaq həmin kollecdə işləyir. Kollecin direktoru və laboratoriya müdiri bacısı Səadət xanım ondan kollecə təsərrüfat müdiri kimi işə düzəltmək adı ilə 5500 manat pulu 2019-cu ilin noyabr ayının 10-20 aralığında almışdır. O, həmin pulu kollecdə Səadətin iş otağında ona vermişdir. Otaqda ikisindən başqa adam olmamışdır. O, dəfələrlə Ruxsarə və Səadət xanımla danışıb pulunu istəmiş, lakin onlar verdikləri vədə əməl etməmişlər. Sonradan həmin bacıların işə düzəltmək adı ilə bir çox şəxslərdən pul alıb qaytarmadıqlarını eşitmişdir. O, Səadət xanıma şikayət edəcəyini bildirdikdə “şikayət etməməyi, problemlərini həll edib tezliklə pulunu qaytaracağını bildirmişdir. Hazırda ondan 5500 manat pulunu tələb edir, ondan şikayətçidir, ona qanuni cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsi H.Əliyev ev 120-də yaşayır. Bildirmişdir ki, barəsində şikayət etdiyi şəxs Bakı Dövlət Humanitar və İqtisadiyyat kollecinin müəlliməsi İlhamə adlı şəxs və kollecin direktorudur. O, bir il bundan əvvəl həyat yoldaşını Abşeron rayonu, Xırdalan şəhərində yerləşən kollecə işə düzəltmək istəyən zaman bacanağı Elbrus Allahverdiyevin vasitəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Bakı Dövlət Humanitar və İqtisadiyyat kollecinin müəlliməsi İlhamə adlı şəxslə tanış olmuş və ona həyat yoldaşına dair olan bütün məlumatları ona bildirmişdir. Bundan sonra 12.03.2020-ci il tarixdə saat 14 radələrində bacanağı Elbrusla birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Bakı Dövlət Humanitar və İqtisadiyyat kollecinin qarşısında İlhamə adlı müəllimə ilə görüşdükdə İlhamə direktorlu Rüxsara xanımla danışdığını və razılıq aldığı üçün həyat yoldaşını öz kolleclərinə müəllimə vəzifəsinə işə düzəltmək müqabilində 6500 manat pul verməli olduğunu ona bildirmişdir. O, həmin vaxt İlhamə ilə razılaşmış və bacanağı Elbrusun yanında həyat yoldaşını işə düzəlmək məqəsədi ilə üzərində olan 6500 manat pulu İlhamə adlı müəlliməyə vermişdir. İlhamə ona 10 gün ərzində həmin kollecə həyat yoldaşını işə düzələcəyinə söz vermiş, lakin İlhamə söz verdiyi vaxtda vədinə əməl etməmiş, həyat yoldaşını kollecə işə düzəltməmiş və İlhaməyə verdiyi 6500 manat pulu geri qaytarmamışdır. O, dəfələrlə İlhamədən 6500 manat pulunu geri istəsə də, İlhamə həmin pulu kollecin direktorunun orada işləyən bacısı Səadət adlı şəxsə verdiyini ona bildirmişdir. Səadət özü də həmin pulu aldığını ona etiraf etmiş, lakin Səadət müxtəlif bəhanələr gətirib bu günədək pulunu geri qaytarmamışdır. Buna görədə o, aldadıldığını görüb 07.01.2021-ci il tarixdə bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Hazırda onun 6000 manat pulu qaytarılmış, qalan 500 manat pulunu tələb edir, ondan şikayətçidir, ona qanuni cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi 29, mənzil 175də yaşayır. Bildirmişdir ki, 2020-ci il iyul ayının əvvəllərində Bakı şəhərində yaşayan qardaşı qızı Cəmilə Hüseynova onu öz evinə dəvət edərək tanışı Təranə adlı şəxsin əvvəllər tanıdığı Şahid4 vasitəsi ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İqtisad və Humanitar kollecə müəllim kimi işə qəbul olunmağa köməklik göstərə biləcəyini bildirmişdir. Bacısı qızı X30 İsmayılova ilə əlaqə qurub telefon vasitəsi ilə bu barədə danışıq aparmış, ona kollecin direktoru Rüxsarənin bacısı Səadətin vasitəsi ilə 5500 manat pul müqabilində kollecə işə düzəldə biləcəyini bildirmişdir. 10 avqust 2020-ci il tarixdə Cəmilə ona zəng edərək Gülşadla danışdığını, Gülşadın onu yaşadığı evə dəvət etdiyini, gələndə 5500 manat puluda özü ilə gətirməsini, həmin pulu Səadətə çatdırmalı olduğunu bildirmişdir. Bunu Cəmilə mənə bildirdikdə onun maddi cəhətdən çox çətinlik çəkdiyini görüb qardaşı qızı olduğu üçün onun əvəzinə pulu ona vermək qərarına gəlmişdir. Həmin gün təxminən saat 15 radələrində o, Cəmilə və oğlu Sabirlə birlikdə Şahid4 yaşadığı evə getmək qərarına gəlmişdir. Cəmilə mobil telefonla Şahid4 istifadəsində olan 051 *** ** ** nömrəli telefonla əlaqə saxlamış, Gülşad ona ünvanı başa salmış, onlar birlikdə Şahid4 Bakı şəhəri, Binəqədi şosesi, Zəngəzur restoranının əks tərəfində yerləşən fərdi yaşayış evinə getmişlər. Gülşadın evində həmin vaxt əri Nadir İsmayılov da olmuşdur. Gülşad ona Cəmiləni kollecə müəllimə düzəldən şəxsin kollecin direktorunun bacısı Səadət olduğunu, Səadətin həmin kollecin laboratoriya müdiri işlədiyini bildirmişdir. O, Cəmiləni işə düzəltmək üçün 5500 manat pul istəmişdir. Gülşad 15 gün ərzində Cəmiləni işə düzəldəcəyinə dair vədlər vermiş, o da Gülşadın bu sözlərinin həqiqət kimi qəbul edib, ona inanaraq Cəmilənin, Sabirin, Gülşadın əri Nadir İsmayılovun yanında Gülşada 3200 ABŞ dolları və 60 manat pulu (5500 manat dəyərində) vermişdir. O, həmin pulu ondan almağına dair sənədi hamının iştirakı ilə imzalamışdır. Bundan bir neçə gün sonra bacısı qızı Kəmalə qızı Pərini də həmin kollecə işə düzəltməyə köməklik etməyi ona dedikdə o, Kəmaləğilə köməklik göstərmək məqsədi ilə Səadət ilə özünün görüşüb söhbət etməyi qərara almışdır. 2020-cu ilin avqust ayının sonlarına yaxın İqtisad və Humanitar kollecinə getmiş və orada Səadətlə tanış olduqda Səadət ona çatdırmaq üçün Cəmilənin işi ilə bağlı Gülşada 3200 ABŞ dolları və 60 manat pul verdiyini bildirmiş, həmin puldan 500 manat Gülşada çatdığını, 5000 manatın isə onda olduğunu, bacısı kollecin direktoru işlədiyini, onun vasitəsi ilə Cəmiləni qısa müddətdə kollecdə işlə təmin etdirəcəyinə dair onu inandırmışdır. Səadətin orada işlədiyini, həmçinin bacısının direktor olduğunu bildikdən sonra Səadətin bu işi düzəldəcəyinə tam əmin olub bacısı qızını da kollecə müəllim düzəltməsini ondan xahiş etdikdə Səadət heç bir problem yoxdur, 5000 manata bu işi həll edə bilər, ancaq Gülşadın bundan xəbəri olmamasını ona deyərkən Səadətlə razılaşmışdır. Bundan bir necə gün sonra o, Cəmilə ilə birlikdə Səadətin xidməti iş otağına gəlmiş, Cəmilənin iştirakı ilə Pərini də kollecə müəllimə işinə təyin etdirmək üçün Səadətə 5000 manat pul vermişdir. Bundan bir müddət keçdikdən sonra o, dəfələrlə Səadətlə, həmçinin Gülşadla telefon vasitəsi ilə əlaqə saxlamış, lakin Gülşad və Səadət hər dəfə onu aldadaraq müxtəlif bəhanələr edərək pulunu qaytarmaqdan imtina etmişlər. Sonradan ona verdiyi 10500 manat puldan 2000 manat pulunu qaytarmış, onda qalan 8500 manat pulunu tələb edir, ondan şikayətçidir, ona qanuni cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivi, Əsəd Əhmədov küçəsi, ev 7, mənzil 181-də yaşayır. Onun həyat yoldaşı X28 tarix ixtisası üzrə ali təhsil alsa da müəllim vəzifəsində işə düzələ bilməmişdir. Bu səbəbdən o, keçmiş tanışı olan və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində olan Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində təlim-tərbiyyə işləri üzrə direktor müavini vəzifəsində çalışan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə saxlayaraq bu barədə maraqlanarkən Səadət görüşüb bu barədə ətraflı danışıb razılığa gəlməyin vacib olduğunu bildirmişdir. 18.09.2020-ci il tarixdə o, həmin kollecə getmiş və Səadətin xidməti otağında Səadətlə görüşmüşdür. Həmin zaman Səadət yenidən sözü gedən ünvanda təlim-tərbiyyə işləri üzrə direktor müavini vəzifəsində, bacısı X12 həmin kollecdə direktor vəzifəsində çalışdığını və bundan əlavə Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının da olduğunu, əlaqələrinin geniş olmağına baxmayaraq çox adamla iş görmədiyini, ona etibar etdiyi üçün həyat yoldaşını işə düzəldəcəyini öz öhdəsinə götürdüyünü bildirərək onunla olan telefon danışıqlarının səs qeydini aparmamasını xahiş etmişdir. Onlar ilkin razılıq əldə etdikdən sonra o, oranı tərk etmiş və 20.09.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Günəş petrol” adlı yanacaq doldurma məntəqəsinin yaxınlığında X21 ilə Səadətlə görüşmüşdür. Görüş zamanı Səadət Bakı Dövlət Universitetinin nəzdində olan Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində direktor vəzifəsində çalışan bacısı X12 həyat yoldaşı Sevinc Bədəlovanı 2020-ci ilin oktyabr ayının sonlarına qədər yaşadığı ünvanın yaxınlığında yerləşən 3 məktəbdən birinə müəllimə vəzifəsinə işə düzəldəcəyinə vəd verərək bu məqsədlə ondan 10000 manat pul almış və Sevincin Təhsil Nazirliyində imtahan bölməsində olan şəxsi səhifəsini ondan alaraq çıxıb getmişdir. Təxminən 10 gün sonra Səadət ilə əlaqə saxladıqda oktyabr ayının sonlarında qədər bütün işlərin yekunlaşacağını və Sevincin işlə təmin olunacağını bildirmişdir. Lakin oktyabr ayının sonlarında Sevincin işlə təmin olunmadığını görüb Səadət ilə yenidən əlaqə saxladıqda Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində çalışan tanışının vəzifəsindər azad olunduğu üçün Sevinci həmin vaxta qədər işə düzəldə bilmədiyini bildirib ona bu məqsədlə bir qədər vaxt verməyini xahiş etmişdir. Noyabr ayında isə Səadət telefon danışığı zamanı onların istədiyi məktəblərdən birində müəllimə vəzifəsində çalışan bir nəfər şəxsin 65 yaşında olduğunu və yaş həddi ilə bağlı təqaüdə çıxarılacağını bildirərək yaxın müddət ərzində həmin müəllimənin əvəzinə Sevincin sözü gedən vəzifəyə təyin olunacağını demişdir. Buna baxmayaraq Sevincin işlərinin alınmamasını görüb Səadət ilə görüşmək istəsə də Səadət görüşməkdən boyun qaçıraraq “Korona” virusa yoluxduğunu və bununla bağlı ambulator qaydada evdə müalicə aldığını bildirmiş, lakin Səadət sonradan övladının səhhətində yaranmış problemlərlə bağlı onların işi ilə məşğul ola bilmədiyini və yaxın müddət ərzində Sevinci işlə təmin edəcəyini vəd vermişdir. O, söhbət zamanı bu barədə şikayət edəcəyini ona bildirdikdə Səadət qızının aliə üzvlərinin yüksək vəzifələrdə çalışdığını və onların bu barədə məlumatları olacağı halda, biabır olacağını, bu səbəbdən onun şikayət etməyərək bir qədər də gözləməyini xahiş etmişdir. 2021-ci ilin yanvar ayında Səadət ilə əlaqə saxlayaraq bir neçə gün ərzində 5000 manat pulu geri qaytaracağını, ayın sonuna qədər isə qalan 5000 manat pulu ödəyəcəyini vəd vermiş, bundan sonra onun əri Ceyhun ***-***-**-** saylı mobil nömrəsi ilə onunla əlaqə saxlayaraq ilk öncə 5000 manat pulu ödəyəcəyini bildirsə də sonradan Lənkəran şəhərində olması səbəbindən geri qayıdacağı vaxt pulu ona verəcəyini demişdir. Beləliklə, Səadət və Ceyhunun onu aldatdıqlarını başa düşərək Səadətə şikayət edəcəyini bildirdikdə Səadət Bakı şəhəri, Yasamal rayonunda onunla görüşərək bu barədə danışmağı təklif etmişdir. Onlar 01.03.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Cafe Park” adlı restoranda Səadət ilə görüşmüş, həmin zaman Səadət maddi durumunun aşağı olmasını, mart ayının 10-a qədər 5000 manat, həmin ayın sonunadək isə qalan 5000 manat pulu hissə-hissə verəcəyini demişdir. O, Səadətin 25.12.2020-ci il tarixdə tutduğu vəzifədən azad olunduğunu öyrəndiyindən Səadətin bu dəfə də onu aldatdığını başa düşüb onun barəsində şikayət etmək qərarına gəlmişdir. Hazırda ondan 10000 manat pulunu tələb edir, ondan şikayətçidir, ona qanuni cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, qızı X22 üçün iş axtarmış, bununla bağlı bir neçə yerə müraciət etsə də müsbət nəticə əldə edə bilməmişdir. 2020-ci ilin dekabr ayında Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində işləyən Səadət adlı qadının kollecə işə adam düzəltməsini eşitmiş, bununla bağlı o, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinə gedib Səadət adlı qadınla xidməti otağında görüşmüşdür. Səadət adlı şəxs qızını kompyuterlə əlaqəli işə düzəldəcəyinə söz vermiş, o, qızının işə düzəlməsindən ötrü ondan 4000 manat pul istəmişdir. O, Səadətə 4000 manat pulunun olmadığını 3500 manat tapa biləcəyini demişdir. 04.12.2021-ci il tarixdə o, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinin binasında otaqların birində Səadət xanımla görüşüb Səadətə 3500 manat pul vermişdir. Həmin vaxt onun yanında qızının əri Şahid1 və həmin kollecdə işləyən Şahid2 da olmuşdur. Səadət 3- 4 gün ərzində qızı Laləni işə düzəldəcəyinə ona söz vermişdir. Səadətin söz verdiyi vaxtın tamam olmasına baxmayaraq qızının işini düzəltməmişdir. O, Səadətə zəng edib qızının işi ilə bağlı soruşduqda Səadət ona ona verdiyim pulu başqa adama verdiyini, həmin adam öldüyündən pulu özünün düzəldib geri qaytaracağını bildirmiş, lakin Səadət onun verdiyi pulu qaytarmamış və qızının işinidə düzəltməmişdir. Hazırda o, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 3500 manat ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs8 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Cəbrayıl şəhəri, A.Pəri küçəsi ev 80-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 21ci məhəllə, ev 3, mənzil 56-da yaşayır. Hazırda təqaüdçüdür və heç bir yerdə işləmir. X3 ölən qardaşının hesabına tanımış, Məhyəddinlə münasibəti normal olmuşdur. X5 təxminən 10 il olar ki, Cəbrayıl rayon tam orta məktəbində ibtidai sinif müəllimi işləyir. Həmin məktəb Biləsuvar rayonunda yerləşir. Onun qızının ailəsi Abşeron rayonu ərazisində özü üçün fərdi yaşayış sahəsi tikdirdikləri və eyni zamanda qızının ailəsinin rayonda yaşamamaları üçün onun iş yerini Bakı və Abşeron rayonu ərazisində olan məktəblərin birinə dəyişmək qərarında gəlmişdir. Bu məqsədlə tanıdığı Mahiyyədin Hüseynov ilə təxminən 7-8 ay bundan əvvəl qızının iş yerinin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən məktəblərin birinə dəyişdirmək qərarına gəldiyini bildirərkən Mahiyyədin isə ona tanıdığı bir nəfər şəxsin olduğunu deyib, həmin şəxsin vasitəsi ilə qızını Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən məktəblərin birinə dəyişdirə biləcəyini bildirəndə onun təklifi ilə razılaşmışdır. Bir neçə gün sonra Məhyəddin ona zəng vurub işə düzəldə bilən adamla danışdığını, həmin adamın razılığını aldığını və 7000 manat pul istədiyini bildirmişdir. O da 7000 manat pul verə biləcəyini deyib, bir gün ərzində pulu düzəldib, təxminən 2020-ci ilin sentyabr ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev parkında Mahiyyədinlə görüşmüşdür. O, Mahiyyədinlə görüşə qudası Sevindik Sadıqov ilə birlikdə gəlmişdir. Onlar birlikdə qudası Sevindikin avtomobili ilə adı çəkilən peşə liseyinin yanına getmiş, Mahiyyədin qudanın yanında pulu ondan almış, İşə düzəldə biləcək adamın Peşə liseyində olmasını deyib, pulu vermək üçün içəri keçməli olduğunu demişdir. Mahiyyəddin içəri keçib pulu verdikdən sonra onların yanına qayıdıb gəlmiş, bundan sonra hər üçü içəri daxil olmuşlar. Mahiyyədin həmin şəxslə onları tanış etmişdir. O, sonradan həmin şəxsin adının Sədaqət olduğunu bilmişdir. Qadının liseydə birinci mərtəbədə əyləşdiyini, lakin orada nə işləməsini bilməmişdir. Həmin qadın onlara qızın işini on gün ərzində həll edəcəyini, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən istənilən məktəblərin birinə düzəldəcəyinə söz vermişdir. Ondan qızının bəzi sənədlərini istədikdə 3 gün ərzində həmin sənədləri toplayıb Səadətə vermişdir. Pulu verdikdən 10 gün sonra isə qızının işi ilə əlaqədar Sədaqətin yanına yenidən gedərkən Sədaqət işin alınmadığını və başqa adamın vasitəsi ilə düzəldəcəyini bildirmişdir. Təxminən 7-8 ay olar ki, Səadət nə onun pulunu qaytarmış, nədə qızının işini düzəltməmişdir. Səadət onun pulunu ələ keçirib hazıra qədər də qaytarmamışdır. O, həmin şəxsin istifadəsində olan ***-***-**-**, ***-***-**-** və bacısının istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrə zəng vursa da onun zənginə cavab verilməmişdir. Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs8 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 7000 manat ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi ev 41, mənzil 28-də yaşayır. 2020-ci axırlarında arvadı X13 labarant və və operator kimi bir işə düzəltmək istəmiş, qaynatası Zərərçəkmiş şəxs7 vasitəsi ilə həmin kollecdə işləyən Xəyyam müəllimə müraciət edərkən o, Təqsirləndirilən şəxs köməkliyi ilə arvadı X1 kompyuter-operator vəzifəsinə işə düzəltməyin mümkün olduğunu, ilkin olaraq Təqsirləndirilən şəxs ondan 5000 manat sonra isə 3500 manat alacağını bildirmişdir. 24 noyabr 2020-ci il tarixdə Bakı Dövlət İqtisad və X19 müəlimlə görüşərkən Xəyyam müəllim onları Təqsirləndirilən şəxs yanına aparmışdır. 24 noyabr 2020-ci il tarixdə qaynatası Sevindik onun yanında Təqsirləndirilən şəxs arvadı X7 Bakı Dövlət İqtisad və Humanitar Kollecində kompyuter-operator vəzifəsinə düzəlməsi üçün 3500 manat pul vermiş, Təqsirləndirilən şəxs işi bir həftəyə düzəldəcəyinə söz verərək 3500 manat pulu onlardan götürmüşdür. 24 noyabr 2020-ci il tarixdən bu günə kimi Səadət onları aldadaraq nə işlərini düzəltmiş nə də pullarını geri qaytarmışdır. Hər dəfə pulu geri istəyən zaman müxtəlif bəhanələrlə onları aldadaraq verdikləri pulu onlara qaytarmaqdan yayınmışdır. Hətta onları özünə xəsarət yetirməklə hədələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, ailəsi lə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, M.Hüseynzadə küçəsi ev 2, mənzil 15də yaşayır. Bakı Dövlət İqtisad və Humanitar Kollecində müəllimə vəzifəsində işləyir. Zərərçəkmiş şəxs6 baldızının əridir. Aqillə münasibətləri bir qohum ki, hər zaman yaxşı olmuşdur. 2020-ci ilin yay aylarında baldızı Sevinc Bədəlova müəllimlik işinə qəbul üçün test imtahanı vermiş və keçid balını toplamış, lakin təyinatının verilməsi Bakı şəhərinə mümkün olmamış, təyinatını ətraf şəhərlərə və rayonlara veriləcəyi bildirilmişdir. Baldızı Sevinc də bununla razılaşmamış, bu səbəbdən təyinat üzrə təyin olunmamışdır. Bundan bir neçə gün sonra çalışdığı kollecdə onunla birlikdə işləyən Təqsirləndirilən şəxs bununla bağlı söhbət əsnasında məlumat vermiş, Səadət işlədiyi kollecin direktorunun bacısı olduğundan, həm də direktor müavini işlədiyindən Səadət onu bu işdə onlara köməklik edə biləcəyinə inandırmışdır. O, baldızı Sevinclə əlaqə saxlayıb bu barədə Sevincə bildirmiş və bu işdə Səadətin ona kömək edəcəyini deyəndə Sevinc də onunla razılaşmışdır. O, bu barədə Səadətə bildirdikdə Səadət ona 10000 manat müqabilində baldızı Sevincin təyinatını Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən məktəblərin birinə təyinat ala biləcəyini bildirmişdir. O, Səadətin sözlərinə inanıb bir-biriləri ilə əlaqə saxlamaq üçün Aqilin istafadə etdiyi ***-***-**-** sim mobil telefon nömrəsini Səadətə vermişdir. Bundan sonra eşitmişdir ki, Aqil Səadətə işi düzəltmək üçün 20 sentyabr 2020-ci il tarixdə 10000 manat pul verib və Səadət ona işi oktyabr ayının sonunadək düzəldəcəyinə söz vermişdir. Səadət söz verdiyi vaxt işi düzəltməmiş və bu gün-sabah edərək işi düzəltməkdən yayınmışdır. Bir müddət gözləmiş, sonra Səadətdən pulu tələb edərkən Səadət pulu qaytarmaqdan yayınmışdır. Son dəfə verdiyi sözünə əməl etmədiyi üçün Aqil şikayət ərizəsi ilə polisə müraciət etməyi qərara almışdır. Səadətlə danışıqlar zamanı heç vaxt borca pul almaq söhbəti olmamaışdır. Aqil 10000 manat pulu Səadətə baldızı Sevinci işə düzəltmək məqsədi ilə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri təzə bazarın yaxınlığında yerləşən fərdi evdə yaşayır. Təxminn on il olar ki, Təqsirləndirilən şəxs tanımaqla onun Abşeron rayon humanitar kollecində işlədiyini bilmişdir. O, Zərərçəkmiş şəxs8 vəfat etmiş qardaşı Elçin Bəhrəmovla dost olmuşdur. 2020-ci ilin sentyabr ayında Elçin qardaşı qızını onun yerlilərinin yanında müəllimə işi tapmasını ondan xahiş edəndə O, Səadət xanıma zəng edərək bir nəfər tanışının qızının onun işlədiyi məktəbdə müəllimə işləmək istədiyini bildirəndə o, qızı məktəblərində işə düzəltmək üçün 7000 manat düzəldib sabah məktəbdə yanına gəlməyi tapşıranda o, bu barədə Elçinə demiş, Elçin də qardaşı Fazil ilə danışdıqdan sonra ona razı olduğunu bildirmişdi. Səhəri günü o, Elçinin qardaşı Fazil, Fazilin qızının qaynatası və kürəkəni ilə birlikdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən humanitar kollecə getmiş, Səadət xanımın iş otağında onunla görüşmüşlər. Söhbət zamanı Sədatə xanım Fazilgilə də işi 7000 manata düzəldəcəyini bildirmişdir. Bundan sonra onlar kollecdən çölə çıxmış, kollecin qarşısında Fazil kişi Səadət xanıma vermək üçün 7000 manat pulu ona vermiş, o, həmin pulu götürübb kollecə daxil olub otağında Səadət xanımla görüşmüş və 7000 manat pulu Səadət xanıma vermişdir. Sonra Fazilgilin yanına qayıtmışdır. Sonradan ona məlum olmuşdur ki, Səadət xanım Fazilin qızını işə düzəltməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 2 saylı yataqxanada məskunlaşaraq yaşayır. Zərərçəkmiş şəxs7 və onun kürəkəni Şahid1 tanıyır, lakin Şahid1lə heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs7 isə mərhum atasının vasitəsi ilə tanımışdır. Atası ilə Zərərçəkmiş şəxs7 uzun müddət bir yerdə işləmişlər və aralarında ailəvi dostluq münasibətləri olmuşdur. O, üç ilə yaxındır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Mehdi Hüseynzadə küçəsində yerləşən Bakı Dövlət İqtisad və Humanitar Kollecində hərbi təlim müəllimi vəzifəsində işləyir. Bildirmişdir ki, təxminən 2020-ci ilin noyabr ayında o, kollecdən işdən çıxıb evə gedərkən Zərərçəkmiş şəxs7 ilə görüşüb söhbət edən zaman Sevindik müəllim ona demişdir ki, “qızım bura yaxın olduğuna görə bura işə düzəltmək istəyirəm” və ondan dönə-dönə xahiş etmişdir ki, “maraqlan gör kollecdə vakansiya varsa mənə denən”. O da həmin günü olmasa da başqa gün Sevindik müəllimi görmüş və Sevindik müəllimə demişdir ki, “öyrəndim işlədiyim kollecdə vakansiya yeri var, gəl Səadət müəlimə ilə danışarsan”. Başqa bir gün Sevindik müəllim onun mobil telefonuna zəng edərək ona demişdir ki, “kürəkəni Orxanla müəllimlə onun yanına gəlir”. O, Sevindik müəllim və onun kürəkəni Orxanla kollecdə görüşmüşlər və söhbət zaman Sevindik müəllim ona qızının orta təhsilli olmasını bildirmişdir. O da Sevindik müəllimə demişdir ki, “Sədadət xanımla görüşəndə özünüz danışarsınız”. O, Sevindik müəllimi və onun kürəkəni Orxanı Təqsirləndirilən şəxs ilə görüşdürmüşdür. Söhbət zamanı hansı sənədlər lazım olmuşdursa Orxan həmin sənədləri Səadət xanıma təqdim etmişdir. Axırda Səadət xanım öz mobil telefonunun nömrəsini Orxana vermişdir. Sonra onlar Səadət xanımın otağından çıxmış və o, Sevindik müəllimdən ayrılmışdır. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs Orxanın arvadı X13 Bakı Dövlət İqtisad və Humanitar Kollecində kompyuter-operator vəzifəsinə düzəlməsi üçün Sevindik müəllimlə Orxandan 5000 manat pul alıb onları aldadaraq işlərini görməmiş və verdikıləri pulu ələ keçirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə bir yerdə Bakı şəhəri, Binəqədi rayonu, “Zəngəzur” şadlıq evinin yaxınlığında həyət evində yaşayır. Təranə adlı şəxsi təxminən 6-7 il olar ki tanımış, ailəvi gediş-gəlişi olmuşdur. Təxminən bir il olar ki, Təqsirləndirilən şəxs tanımaqla aralarında normal münasibətlər olmuşdur, söhbət əsnasında Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Bakı Humanitar və İqtisadiyyat kollecinin direktoru Rüxsarə müəllimənin bacısı olması ona məlum olmuşdur. Səadətin də həmin kollecdə işlədiyini bilmişdir. 2020-ci ilin iyul aylarında Təranə xanımla söhbət zamanı ona tanışı Cəmilə adlı qadının onun yaşadığı ərazidə qonşu binada kirayədə yaşadığını bildirmiş, arabir marketlərdə Cəmilə ilə görüşürmüş, onunla söhbət edərkən biologoya müəlliməsi kimi işə düzəlmək istədiyini demişdir. O, Cəmiləyə müəllimə olmaq üçün imtahanların çətin olduğunu bildirmiş, Cəmiləyə əgər adam olsa kollecə imtahansız qəbul olmaq imkanı olmasını demişdir. O, telefon vasitəsilə Səadət xanımla danışmış bir nəfər yaxın tanışını kollecdə biologiya müəlliməsi kimi işə düzəldə biləcəyini soruşarkən Səadət xanım həmin fənn üzrə müəllimənin bu yaxında analıq məzuniyyətinə gedəcəyini, onun yerinə tanışını işə düzəltmək imkanını olacağını bildirəndə o, Səadət xanımdan həmin müəllimə analıq məzuniyyətindən qayıtdıqdan sonra necə olacağını soruşmuş, Səadət xanım əgər həmin müəllimə analıq məzuniyyətindən qayıdarsa ona əlavə saat veriləcəyini bildirmişdir. Sonra ona Cəmilə xanımı yanına göndərməyi tapşıranda o, Cəmilə xanıma bu barədə bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Cəmilə xanım əmisi Zərərçəkmiş şəxs5la birlikdə Səadət xanımın yanına gedib onunla görüşmüş, aralarında razılaşmışlar. Bundan sonra Səadət xanım telefon vasitəsi ilə ona Cəmilə Hüseynovanı 5500 manat müqabilində işlədiyi kollecdə biologiya fənni üzrə müəllimə kimi işə götürəcəyini, lakin hazırda onun vaxtı olmadığından pulu Cəmiləgildən götürməyi, gəlib evində ondan həmin pulu alacağını bildirində o, razılaşmışdır. 2020-ci ilin avqust ayının əvvəllərində Cəmilə Hüseynova, əmisi Zərərçəkmiş şəxs5, oğlu Sabirlə birgə onun yaşadığı Bakı şəhəri Binəqədi rayonunda yerləşən Zəngəzur restoranının yaxınlığındakı evinə gəlmişlər. Həmin vaxtı əri Nadir İsmayılov da evdə olmuşdur. Cəmilənin əmisi həkim işləyən Adil 3200 ABŞ dolları və 60 manat pulu ona vermiş, o, 3200 ABŞ dolları və 60 manat, cəmi 5500 manat pulu alıb dilindən iltizamnamə yazmış və onu imzalamışlar. O, Cəmiləgilə işinin sentyabr ayında düzələcəyini, əlavə nə kimi sualları olarsa Səadət xanımla görüşüb ondan soruşmasını bildirmişdir. Həmin günün axşamı Səadət xanım yaşadığı ünvana gəlmiş, Zərərçəkmiş şəxs5 ona verdiyi 3200 ABŞ dolları və 60 manat pulu sayıb Səadət xanıma vermişdir. Həmin vaxtı evdə əri Nadir də olmuşdur. Səadət xanımın ona olan 2100 manat borcundan 1500 manat borcunu qaytarmış, lakin Səadətin ona 600 manat borcu qalmış və vəziyyəti çətin olduğundan qalan borcunu sonra ödəyəcəyini bildirmişdir. Səadət xanım çıxıb getmişdir. Arada o, telefon vasitəsilə Səadət xanımdan işin nə yerdə olduğunu soruşduqda ona bu işə qarışmamasını bildirirmişdir. Sonradan ona məlum olmuşdur ki, Səadət xanım Cəmilə Hüseynovanın işini düzəltməmiş, onu aldadaraq pulunu ələ keçirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən X4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Qasımov küçəsi, ev 23-də yaşayır. Zərərçəkmiş şəxs4 bir il bundan əvvəl ailəvi tanışı Elbrus Allahverdiyevin vasitəsi ilə tanımışdır. Bir il bundan əvvəl yəni, 2020-ci ilin fevral ayında Elbrus Allahverdiyev ondan baldızı Şəlaləni Xırdalan şəhərində yerləşən onun işlədiyi Bakı Dövlət Humanitar və İqtisadiyyat kollecinə müəllimə düzəltməyinə köməklik göstərməsini xahiş etmiş, o da Elbrusa etiraz etməyib sənədləri gətirdikdən sonra kollecdə laboratoriya müdiri olan direktorun bacısı Təqsirləndirilən şəxs həmin sənədləri göstərəcəyini və sonra cavab verəcəyini bildirmişdir. Bundan sonra Elbrus və qohumu Zərərçəkmiş şəxs4 görüşüb onlardan Şəlalənin sənədlərini alıb Təqsirləndirilən şəxs göstərmişdir. Təqsirləndirilən şəxs razılıq verdikdən sonra o, 12.03.2020ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Bakı Dövlət Humanitar və İqtisadiyyat kollecinin qarşısında Zərərçəkmiş şəxs4la və Elbrus ilə görüşmüşdür. Görüş zamanı o, Muradgilə direktorun bacısı Səadətlə danışdığını və rəhbərliyin ona vakant yer olduğunu bildirib razılıq verdikləri üçün Zərərçəkmiş şəxs4 arvadı Şəlaləni öz işlədiyi kollecə müəllimə vəzifəsinə işə düzəldə biləcəyini bildirib bunun müqabilində 6500 manat pulu Zərərçəkmiş şəxs4 almışdır. O, Zərərçəkmiş şəxs4 30 gün ərzində həmin kollecə Muradın həyat yoldaşını işə düzələcəyinə söz vermişdir. O, elə həmin gün işlədiyi kollecdə Zərərçəkmiş şəxs4 arvadını işə düzəltmək məqsədi ilə aldığı puldan 5500 manatı Təqsirləndirilən şəxs vermişdir. Qalan 1000 manat pul isə ona çatası olmuşdur. Lakin o, və Səaədət Əliyeva söz verdiyi vaxtda vədinə əməl etməmiş, Zərərçəkmiş şəxs4 həyat yoldaşını kollecə işə düzəltməmişlər. O, Zərərçəkmiş şəxs4 verməli olduğu puldan 1000 manat ona çatmış pulu Elbrus vasitəsi ilə Muarada qaytarsa da, Təqsirləndirilən şəxs bu günədək aldığı 5500 manat pulu Murada geri qaytarmamışdır. Buna görədə Zərərçəkmiş şəxs4 onların barəsində polisə şikayət etmişdir. O, həmin pulu Səadətə vermiş, direktor Rüxsarəyə işə düzələcək Şəlalə adlı şəxsin sənədlərini göstərmişdir, Rüxsarə özü də buna razılıq vermişdir. Bundan başqa onların arasında heç nə olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilən X14 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyatzadə küçəsi, 17, mənzil 91-də yaşadığını, Təqsirləndirilən şəxs onun bacısı olduğunu bildirmişdir. O, işlədiyi kollecdə 7 il müddətdir ki, direktor vəzifəsində işləyir və işlədiyi müddətdə heç kəsdən pul alıb məktəbə müəllimə düzəltməmiş və bunu orada işləyən müəllimələr də təsdiq edə bilərlər. Rzayeva İlhamənin onun barəsində şər və böhtan xarakterli ifadə verməsinə səbəb ola bilsin ki, İlhamənin onun tutduğu vəzifəyə keçmək istəməsi olmuşdur. 2016-cı ildən bacısı Səadət onun direktor olduğu kollecin labortaoriya müdiri vəzifəsində işləmişdir. 2020-ci il dekabr ayında Təqsirləndirilən şəxs öz ərizəsi ilə işdən çıxmışdır.Bacısı Təqsirləndirilən şəxs başqa şəxslərdən onun işlədiyi kollecə müəllimə kimi işə düzəltmək adı ilə pul almasını o, bilməmiş və həmin puldan Səadət ona bir manat belə verməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair məhkəmədə göstərdiyi xüsusatlar işin halları ilə təkzib olunduğundan onun özünü müdafiə xarakter daşıyan qeyri-səmimi ifadəsi kimi qiymətləndirilməlidir. Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs8 ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini və Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 7000 manat ziyanın tam ödənildiyini bildirmişdir. Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs7 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 3500 manat ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs tərəfindən zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs4 dəymiş 5500 manat maddi ziyanın tam, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs7 dəymiş 3500 manat maddi ziyan tam, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs5 dəymiş 10500 manat maddi ziyanın 2000 manatı, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş 8000 manat maddi ziyanın 4000 manatı, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs8 dəymiş 7000 manat maddi ziyan tam ödənilmişdir. Beləliklə, məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə cəmi 59 400 manat dəyən maddi ziyandan 21 500 manat maddi ziyan ödənilmiş, 37 900 manat maddi ziyan isə ödənilməmiş qalmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli 7 №-li Qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vazifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq barədə 03.05.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 144.1.2.1, 144.1.2.5 maddələri ilə təqsirləndirilməsinə dair ACDİÜM-nin 17.04.2007-ci il tarixli hökmü ilə 2 il 3 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 04.04.2009-cu ildə AR Milli Məclisinin 17.03.2009-cu il tarixli amnistiya qərarının 1.3 bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20.02.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon prokurorunun 22.02.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş, 22.02.2021-ci il tarixdə o, MSY-dən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs istintaq orqanının çağırışlarına gəlmədiyi üçün barəsində 15.07.2021-ci il tarixdə axtarış elan edilmiş və işin icraatı dayandırılmış, 07.09.2021-ci il tarixdə onun könüllü gəlməsi haqqında protokol tərtib edilmiş, icraat təzələnmişdir. Müstəntiqin 07.09.2021-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmış və həmin qətimkan tədbiri məhkəmədə də öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli 09.03.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri, Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul və məhkəmə zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X24 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs iki gün həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanmaqla ona qəti 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri, Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul və məhkəmə zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X24 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-65/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-65/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver