Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-65/2023 01.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 2001-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Şəhadət Qarabağlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdə saat 21 radələrində qohumu Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yolun kənarında yerləşən “Vulkan” kafesinin qarşısına dəvət edərək, orada sonuncu ilə görüşdükdən sonra mobil telefonda söyüş söyməsini bəhanə gətirərək, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edərək, öz şəxsiyyətini digərlərinin şəxsiyyətlərinin fövqündə qoymaqla cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normaları və qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək ictimai yerdə ucadan nalayiq ifadələr işlədib, Zərərçəkmiş şəxslə dalaşaraq üzərində olan silah qismində istifadə olunan bıçaqla sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq döş qəfəsinin sol yarısının 3 (üç) ədəd daxilə nüfuz etməyən cərrahi tikilmiş deşilmiş- kəsilmiş yaraları, döş qəfəsinin sol yarısının 2 (iki) ədəd daxilə nüfuz etməyən və cərrahi tikişləri olmayan deşilmiş-kəsilmiş yaraları, sol gicgah nahiyəsinin 1 (bir) ədəd cərrahi tikilmiş kəsilmiş yarası və sol said nahiyyəsiııin 1 (bir) ədəd səthi kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə, ictimai qaydanın kobud surətdə pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Göyçay rayonu. Şəhadət Qarabağlı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. O, hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs xalası Samirənin kürəkənidir. X2 Yusifova ilə Zərərçəkmiş şəxs arasında münasibətlər korlandığı üçün hazırda boşanmışdılar. O, 13 yanvar 2022-ci il tarixdə Ramin və daha 7-8 nəfər şəxs tərəfindən döyülməyi barədə DİN-nin 102 xidmətinə məlumatı və 14 yanvar 2022-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nə Zərərçəkmiş şəxs tərəfindən döyülməyi barədə məlumatı vermişdir. Bildirmişdir ki, onun Zərərçəkmiş şəxslə münasibəti bir qohum kimi həmişə yaxşı olmuşdur. 13 yanvar 2022-ci il tarixdə Raminin xalası Samirənin «whatsap» sosial şəbəkəsi vasitəsi ilə onun ünvanına nalayiq sözlər yazdığını eşitmişdir. Bundan sonra Raminin istifadəsində olan mobil telefon nömrəsinə zəng edib onu söyməsinin səbəbini soruşmuşdur. Ramin də ona gah Yasamal rayonu, gah da Nəsimi rayonu ərazisinə gəlməyini, orada onu söydüyünün səbəbini bildirəcəyini demişdir. O, Ramini Xalasının yaşadığı ünvana dəvət etmişdir. Lakin, Ramin ona ora gəlməyəcəyini bildirmişdir. Sonra Ramin ona Qobu qəsəbəsində yerləşən “Vulkan” kafesinin qarşısına gəlməyini və orada görüşməyi təklif etmişdir. O da Ramindən qormadığı üçün etiraz etməmiş və Raminlə görüşməyi qəbul etmişdir. 13 yanvar 2022-ci il tarixdə saat 20 radələrində evdən çıxarkən xalasının əri Şahid3 ondan hara gedəcəyini soruşmuş, O da İlqara Raminlə görüşəcəyini bildirmişdir. İlqar ondan Raminlə görüşməyinin səbəbini soruşduqda İlqara onu söydüyü üçün səbəbini aydınlaşdıracağını demişdir. O, evdən çıxarkən İlqar və qardaşı Vüqarla birlikdə Vulkan kafesinin yanına gəlmişdilər. O, Vulkan kafesinin qarşısında Raminlə görüşmüş, söhbət zamanı Ramindən nə səbəbə ünvanına söyüş yazdığını soruşmuşdur. Lakin, Ramin ona “əcəb edirəm söyürəm” demişdir. Bu səbəbdən onunla Ramin arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Ramin təxminən bir-iki dəfə yumruqla onun baş nahiyəsinə, çiyninə, bir dəfə təpiklə isə ayağına vurmuşdur. Nəticədə bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Bundan sonra İlqar onu oradan uzaqlaşdırmışdır. O da Raminin bədəninin müxtəlif nahiyyələrindən vurub xəsarət yetirmişdir. Bundan sonra onunla gələn şəxslərdən Vüqar ilə İlqar onların davasını ayırmışdılar. O, hadisə yerindən uzaqlaşıb evə getmişdir. O, dava vaxtı əlində heç nə olmadığını, Zərərçəkmiş şəxs bıçaqla yetirilən bədən xəsarətlərinin hansı şəraitdə alması barədə məlumatı olmadığını və Ramini əli ilə vurduğunu bildirmişdir. Həmin hadisə təxminən 4-5 dəqiqə ərzində baş vermişdir. Onlardan başqa ətrafda kənar şəxslər olmamışdır. Ancaq özləri olmuşdur. Kənar şəxslərdən onların dava dalaşım görən olmamışdır. Orada ancaq Raminlə dalaşmışdır. Hadisə zamanı Ramin də onu vurmuşdur. Onu Ramindən başqa heç kim vurmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şamaxı rayonu, Məlikçobanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllədə ailə üzvləri ilə birlikdə yaşayır. Abşeron rayonu, Qobu-Hökməli avtomobil yolunun yaxınlığında avtomobil təmiri sexində usta kimi işləyir. Təqsirləndirilən şəxs tanıyıram, onun həyat yoldaşı X3 xalası oğludur, onunla münasibəti yaxşı olmamışdır. Təxminən 2 ildir ki. ailə həyatı qurmuş və həmin ailə həyatından onun bir qız övladı vardır. O, 13 yanvar 2022-ci il tarixdə Mehdi adlı şəxs tərəfindən döyülməyi barədə DİN-nin 102 xidmətinə məlumatı və 14 yanvar 2022-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nə Mehdi adlı şəxsin onu bıçaqlaması barədə məlumatı vermişdir. Bildirmişdir ki, baş vermiş hadisədən təxminən 1 ay əvvəl həyat yoldaşı Fatimə ilə aralarında olan mübahisəyə görə Fatimə çıxıb anasıgilə getmişdir. Buna görə də Fatimə ilə boşanmışdır. Ona görə də hər iki ailə arasında narazılıqlar yaranmışdır. Fatimənin ailəsi ona arada bir sataşmışdılar. Hadisədən isə bir gün əvvəl qaynanası Samirənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ona təhqir və söyüşlərdən ibarət məktub göndərildiyini görmüşdür. Həmin məktubda Fatimənin xalası oğlu Mehdinin onu söyüb, təhqir etdiyini görmüşdür. O da bu məktubdan sonra Mehdini söyüb təhqir etmişdir. Buna görə də 13 yanvar 2022-ci il tarixdə təxminən 20 radələrində Bakı şəhərində atası İbadət, qardaşı Məbud ilə birlikdə olan zaman tanımadığı mobil nömrədən ona zəng gəlmişdir. O, telefonu götürən zaman Təqsirləndirilən şəxs onun ünvanına nalayiq söyüşlər söydüyünü eşitmişdir. Ona görə də o, Mehdini söymüşdür. Bundan sonra Mehdi onu yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsinə çağırmışdır. O isə Mehdiyə Qobu qəsəbəsində yolun kənarında yerləşən “Vulkan” kafesinin qarşısına gəlməsini bildirmişdir. Bundan sonra maşına əyləşib, dediyi ünvana yəni, həmin kafenin qarşı tərəfmə gəlmişdir. Təxminən 21-22 radələrində həmin ünvanın qarşısına çatmışdır. Maşında əyləşib Mehdini gözləmişdir. Bir neçə dəqiqədən sonra Mehdinin yanında əmiləri Samirin, Vüqarın və xalası əri İlqarın gəldiklərini görmüşdür. O. maşından düşüb Mehdiyə yaxınlaşmışdır. Ancaq atası İbadət ilə qardaşı Məbud onun maşınında gözləmişdilər. O, Mehdiyə yaxınlaşan kimi aralarında mübnahisə baş vermiş və mübahisə əsnasında Mehdi ilə dalaşmışdılar. Mehdinin baş hissəsi onun qarın nahiyəsinə yaxın olduğuna görə Mehdinin bel nahiyəsindən yumruqla zərbələr endirmişdir. Mehdinin isə onun bədəninin sol hissəsinə və baş nahiyəsinin sol tərəfmə vurduğunu hiss etmişdir. Ancaq Mehdinin əlində hər hansı alət və vasitənin olduğunu bilməmişdir. Mehdi onu vurduqdan sonra ondan aralanıb qaçmış, mən isə maşına qaçıb maşından təkər açarı götürüb Mehdinin arxasınca atmışdır. Həmin açar isə Mehdinin arxadan ayaq nahiyəsinə dəymişdir. Bundan sonra Mehdinin yanında olan şəxslərin də hadisə yerindən uzaqlaşdıqlarını görmüşdür. O, maşına minib evinə gəlmiş, evə gələn zaman bədəninin sol tərəfindən deşilmiş izlər görmüşdür. Başının sol tərəfindən isə qan gəldiyini görmüşdür. Bundan sonra Mehdinin əlində hər hansı bir alət və vasitə ilə vurub xəsarət yetirdiyini bilmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. O, həmin hadisənin təxminən 4-5 dəqiqə ərzində baş verməsini, onlardan başqa ətrafda kənar şəxslərin olmadığını, kənar şəxslərdən onların dava dalaşı görən olmadığını bildirmişdir. O. həmin dava dalaş zamanı Mehdinin onu bıçaqla və ya başqa alət və vasitə ilə vurub vurmamasını görə bilməmiş, onu vurduqdan sonra qaçıb getmişdir. Əlində heçnə görməmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvlərim ilə birlikdə Göyçay şəhəri. R.Rza küçəsi ev 2-də qeydiyyatda olmaqla Abşeron rayonu, Qobıı qəsəbəsi, Yeni Məhəllədə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. X5 onun qohumudur, onunla münasibəti normaldır. Həmçinin, Zərərçəkmiş şəxs da tanıyır, onun qardaşı İlqarın kürəkənidir. Ramin ilə qardaşı İlqarın qızı Fatimə arasında münaqişələrə olduğuna görə boşanmışdılar. Buna görə həmin ərəfələrdə Ramin ilə Mehdinin arasında mübahisə baş vermişdir. Mübahisə əsasında Ramin ilə Mehdi 13 yanvar 2022-ci il tarixdə görüşməli idilər. Ancaq o. Ramin ilə Mehdi arasında nə mübahisə olduğunu bilməmişdir. Həmin günü təxminən axşam saat 20-21 radələrində evdə olan zaman qardaşı İlqarın həyat yoldaşı Samirə zəng vuraraq, Ramin ilə Mehdinin görəcəklərini deyib, aralarında dava dalaş olmaması üçün İlqar ilə birlikdə Mehdinin yanında getməyini xahiş etmişdir. O da razılaşmışdır. İlqarla Mehdinin yanında Ramin ilə görüşəcəkləri Qobu qəsəbəsində yerləşən “Vulkan" kafesinin qarşısına gəlmişdilər. Ramin öz maşını ilə gəlmişdir. Ramin maşından düşüb Mehdi ilə yolun kənarında görüşmüşdür. Aralarında olan mübahisəni həll etməyə başlamışdılar. Sonradan Mehdi ilə Ramin arasında olan mübahisə dava dalaşla yekunlaşmış, ona görə də Vüqarla birlikdə həmin şəxslərin davasını ayırmışdılar. Sonra Mehdiyə oradan uzaqlaşmağı bildirmişdir. Mehdi hadisə yerindən uzaqlaşıb ev istiqamətində getmişdir. Həmin dava dalaş təxminən 2-3 dəqiqə ərzində davam etmiş, onlar aralaşdırdıqdan sonra yekunlaşmış, həmin dava zamanı onlardan başqa kənar şəxslər olmamış, ətraf qaranlıq olmuşdur. Onlardan başqa həmin hadisəni heç kim görməmişdir. Ramin ilə Mehdinin dalaşmasını görsə də lakin. Mehdinin əlində hər hansı alət və vasitə görməmiş, Mehdi evdən çıxan zaman əlində hansısa alət götürməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göyçay rayonu, Çələki kəndində yaşayır. Rəsmi olaraq heç işləmir. Zərərçəkmiş şəxs ilə bir yerdə 2020-ci il tarixdə qızı Fatimə ilə qeyri rəsmi ailə ailə həyatı qurmuş və Abşeron rayonu, Qobu qəsəbəsində yaşamışdılar. 2021-ci ildən isə birgə nikahdan qız övladı dünyaya gəlmişdir. Təxminən 2 aydır ki, aralarında olan münasibət pisləşdiyindən boşanmışdılar. Hazırda qızı Fatimə yanında yaşayır. Hadisədən bir gün əvvəl qızı Fatimə Raminin istifadəsində olan telefon nömrəsinə söyüş yazmışdır. Əvəzində isə Ramin qızı Fatiməyə və Mehdinin ünvanına nalayiq ifadələr yazmışdır. 13 yanvar 2022-ci il tarixdə Mehdi onların evinə qonaq gəlmişdir. Onlar isə telefonda söyüş səslərinə qulaq asan vaxtı Mehdi də həmin söyüşlərini eşitmişdir. Mehdi ona ünvanlanan söyüşləri eşitdikdən sonra Raminə zəng vurmuşdur. Raminlə telefonda danışaraq ünvanına hansı səbəbə söyüş söydüyünü soruşaraq, onunla görüşüb məsələni aydınlaşdırmaq istədiyini bildirmişdir. Ramin isə gəlmək istəmədiyini, Mehdini yanma çağıraraq görüşə dəvət etmişdir. Mehdi razılaşmışdır. Mehdi evdən çıxan zaman Raminlə Mehdi arasında dava dalaş olacağından ehtiyyatlanıb əri İlqarı və qaynı Vüqarı Mehdinin arxası ilə göndərmişdir. O. evdə qalmışdır. Sonradan ona məlum olmuşdur ki, Mehdi ilə İlqar dalaşmışdılar. Mehdinin Ramini bıçaqla vurması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstəmişdir ki, Şamaxı rayonu, Məlikçobanı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Məhəllədə ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və təqaüdçüdür. Zərərçəkmiş şəxs onun oğludur, X4 isə gəlinidir. Ramin ilə Fatimə arasında mübahisələr olduğuna görə ayrılmışdılar. O, Fatimə ilə Raminin arasında olan münaqişənin yaranmasına səbəb Fatimənin xalası oğlu Mehdi ilə münasibətinin olmasını düşünmüşdür. Ona görə də Fatimə oğlundan ayrılıb öz evlərinə getmişdir. 13 yanvar 2022ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs oğlunun istifadəsində olan mobil nömrəyə zəng vuraraq, görüşmək istəmişdir. Oğlu Ramin isə harada görüşmək istədiyini soruşmuşdur. X8 rayonu, Qobu qəsəbəsi, “Vulkan” kafesinin qarşısına gəlməyi təklif etmişdir. X10 ilə görüşməyi razılaşdıqdan sonra o da Ramin ilə gedəcəyini bildirmişdir. Ona görə də digər oğlu Məbucl ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yolun sağ kənarında yerləşən “Vulkan” kafesinin qarşısına gəlmişdilər. Ramin idarə etdiyi avtobildən düşmüşdür. Məbud ilə maşında qalmışdılar. O, Ramin ilə getmək istəsə də Ramin ona maşında gözləməyi bildirmişdir. Ramin ilə Mehdi görüşüb danışdıqdan sonra ani vaxtda Ramin ilə Mehdi arasında dava düşdüyünü görmüşdür. Maşından düşüb Ramin ilə Mehdini aralamaq istədikdə Mehdi Ramindən aralanıb qaçmaq istəmişdir. Bu vaxt Mehdinin əlində olan bıçaq yerə düşmüşdür. Yenidən bıçağı yerdən götürüb qaçıb getmişdir. Sonra Ramini maşına mindirib evə gəlmişdir. Evdə Raminin baş və bədən nahiyələrindən xəsarət aldığını görmüşdür. Həmin dava dalaş təxminən 2-3 dəqiqə ərzində davam etmiş, onlar aralaşdırdıqdan sonra yekunlaşmışdır. Həmin dava zamanı onlardan başqa kənar şəxs yox olmamışdır. Ətraf qaranlıq olmuş, onlardan başqa həmin hadisəni heç kim görməmişdir. O, Mehdinin qaçan zaman əlində olan bıçağın yerə düşdüyünü görmüşdür. Həmin bıçaq mətbəx bıçağı olmuş, mətbəx bıçağının qulp hissəsi açıq qəhvəyi rəngdə olmuşdur. Məhkəmə iclasında şahid qismində Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində Şahid5 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertizanın 12 fevral 2022-ci il tarixli 86 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində döş qəfəsinin sol yarısının 3 (üç) ədəd daxilə nüfuz etməyən cərrahi tikilmiş deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin sol yarısının 2 (iki) ədəd daxilə nüfuz etməyən və cərrahi tikişləri olmayan deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın təsirindən, sol gicgah nahiyyəsinin 1 (bir) ədəd cərrahı tikilmiş kəsilmiş yarası və sol said nahiyyəsinin 1 (bir) ədəd səthi kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərər alaraq demək olar ki, həmin xəsarətlərin qərarda göstərilən şəraitdə yəni, bıçağın tiyəsinin deşici-kəsici və lcəsici təsirindən əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası 1-17881 nömrəli medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına” görə medal ilə təltif edilmişdir. Travma haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Partlayış travması. Sol bazunun, sol baldırın və döş qəfəsinin sol yarısının kor qəlpə yaralanması” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Belə ki, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N1 2004-cü il 23 mart tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmçinin Qərarın 8 və 9-cu bəndlərində qeyd olunur ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, cəza təyini Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması, o cümlədən Vətən Müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Belə ki, Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların 1.2-ci maddəsinə uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən, məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayətin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi, ictimai təhlükəliliyi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Məhkəmə işin hallarını, qanunvericiliyin tələblərini və Plenum qərarlarında qeyd olunan xüsusatları nəzərə alaraq, təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmalı və onun üzərinə davranışı ilə islah olunmaq və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini, onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilsin. Davranışı üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-65/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-65/2023
01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver