Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-65/2024 11.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi Novruz oğlunun iştirakı ilə xx.xx.1998-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu Tumbul kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, əvvəllər məhkum olunmayan, Naxçıvan Muxtar Respublikası, Babək rayonu Tumbul kəndində qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri, Kristal Abşeron-1 yaşayış kompleksi, bina-7, mənzil- 164-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 dekabr 2020-ci il tarixdə, saat 08 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Yasamal bazarı”-nın yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı» na (Siyahı1) daxil edilmiş bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, çəkisi 0,273 qram olan narkotik vasitə heroini qanunsuz olaraq 15 manat müqabilində əldə edib üzərində Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksinə daşıyaraq üzərində saxlamış, 26 dekabr 2020-ci il tarixdə, saat 23 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksi ərazisində narkotik vasitə heroini daşıma, saxlama və istifadə etməkdə şübhəli bilinərək saxlanılıb Abşeron rayon polis idarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən həmin 0,273 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələriin siyahısı» na (Siyahı2) daxil edilmiş bir ədəd bükümdə çəkisi 0,456 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq 20 manat müqabilində əldə edib Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksi yaxınlığına daşıyaraq üzərində saxlamış, 01 fevral 2023-cü il tarixdə saat 17 radələrində Abşeron RPİ-nin narkotiklərlə mübarizə qrupunun və cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksi yaxınlığında psixotrop maddə metamfetamini qanunsuz olaraq daşıma, saxlama və istifadə etməkdə şübhəli bilinərək saxlanılıb Abşeron rayon polis idarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli idman şalvarının sol yan cibindən həmin 0,456 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 5 ilə yaxındır ki, psixotrop maddə olan metamfetamin istifadə edir. Öz istifadəsi üçün psixotrop maddələri və narkotik vasitələri müxtəlif yerlərdən və tanımadığı şəxslərdən alır. 25 dekabr 2020-ci il tarixdə, təxminən saat 23 radələrində Xırdalan şəhərində H.Əliyev prospektində yerləşən yaşadığı“Kristal Abşeron 1” yaşayış kompleksinin qarşısından markasını və qeydiyyat nömrəsini bilmədiyi və taksi fəaliyyəti ilə məşğul olan avtomobilə oturub Bakı şəhərinə getmək istəmişdir. Həmin taksi sürücüsü ona narkotik vasitə olan heroin təklif etmişdir. O da elə həmin avtomobilin içərisində və həmin sürücüyə 15 manat pul vermiş, sürücü də ona bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroin vermişdir. O, həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə əynində olan göy rəngli cins şalvarının sağ cibinə qoyub üzərində saxlamışdır. 26 dekabr 2020-ci il tarixdə saat 07:45 radələrində yaşadığı evin qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını, narkotik vasitə istifadə etməkdə və üzərində qanunsuz olaraq saxlamaqda şübhəli olduğunu bildirərək bu barədə onlarda əməliyyat məlumatlarının olduğunu, həmin səbəbdən də onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğumu demişlər. O da etriraz etməyib, onların avtomobilinə əyləşərək Abşeron RPİ-nə gəlmişlər. Polis idarəsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəururiliyi izah edilmişdir. Ərizəsi əsasında vəkil dəvət edilmiş, vəkili gəldikdən sonra onunla arasında konfidensial görüş polis əməkdaşları tərəfindən təmin edilmişdir. Daha sonra videoçəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O da etirazı olmadığını bildirmiş, ilk öncə ona hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o da əynində olan göy rəngli cins şalvarının sağ cibindən 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitənin olduğunu bildirmiş,həmin büküm açıldıqdan sonra içərisinə baxış keçirilmişdir. Həmin narkotik vasitənin haradan və nə vaxt aldığı ondan soruşulmuş, o da həmin narkotik vasitəni 25 dekabr 2020-ci il tarixdə tanımadığı taksi sürücüsündən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş həmin narkotik vasitə zərfə qoyulmuş, zərf möhürlənmiş, axtarış və götürmədə iştirak edən digər polis əməkdaşları və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanaraq qablaşdırılmış,tərtib olunmuş protokol imzalarla təsdiq edilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə səhər saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 20 (iyirmi) manat qarşılığında 1(bir) bükümdən ibarət psixotrop maddə metamfetamin almışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu Xırdalan şəhəri, Kristal Abşeron-1 yaşayış kompleksində iti yerişlərlə piyada gedərkən qarşıdan iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışlar. Polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını, psixotrop maddə istifadə etməkdə və üzərində qanunsuz olaraq saxlamaqda şübhəli olduğunu bildirərək bu barədə onlarda əməliyyat məlumatlarının olduğunu, bu məqsədlə onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğunu demişlər. O, isə polis əməkdaşlarına psixotrop maddə istifadəçisi olduğunu etiraf edib heç bir etiraz etməmiş, onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəururiliyi izah edilmiş, ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra onunla arasında konfidensial görüş polis əməkdaşları tərəfindən təmin edilmişdir. Daha sonra videoçəkiliş ilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O da etirazı olmadığını bildirmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. O da əynində olan göy rəngli idman şalvarının sol yan cibində olan bir ədəd bükülünü təqdim etmişdir. Həmin bükülü 1 ədəd siqaretin kağızına bükülmüş vəziyyətdə olmuş, bükülü polis əməkdaşları tərəfindən açılaraq baxış keçirilmiş və həmin bükümdə şüşə kimi tanınan psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsdən Abşeron rayonu Xırdalan şəhəri ərazisində 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər ondan təqdim etdiyi, içərisində metamfetamin olan bükülü bir ədəd kağız zərfə qoyub qablaşdırmış, üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və imzarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Polis İdarəsinin CAŞ-nin kiçik əməliyyat müvəkkili kimi xidmət göstərir. 12 sentyabr 2020-ci il tarixdə məxfi mənbədən ona Xırdalan şəhəri Kristal 1 yaşayış kompleksində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin qəbulu ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılmasıüçün tərəfindən Polis İdarəsinin rəisinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün ətrafında müvafiq əməliyyat tədbirlərin keçirilməsi barədə qərar qəbul edilmiş və Polis İdarəsinin rəisi tərəfindən həmin qərar təsdiq edilmişdir. Polis İdarəsinin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və birgə Xırdalan şəhəri Kristal 1 yaşayış kompleksinə həmin gün saat 08 radələrində Təqsirləndirilən şəxs tərəfindən müəyyən edilərək ona yaxınlaşaraq özlərini təqdim edərək, heroindən qəbul etməklə məşğul olmasında şübhəli olduğunu bildirib, onu Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da bundan etiraz etməyərək onlarla Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxslə bağlı təhqiqatçı Cavanşir Mansirov tərəfindən araşdırma aparılmağa başlanmış, müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sol yan cibində bir ədəd siqaretin gümüşü kağızı bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu və həmin gün Xırdalan şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Həmin büküm açılmış və içərisində heroinə oxşar maddə olmuşdur. Həmin heroin olan büküm zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və bu barədə tərtib edilmiş protokolu iştirakçılarla imza etmişlər. 01 fevral 2023-cü il tarixdə etibarlı mənbədən Xırdalan şəhəri Kristal 1 yaşayış kompleksində yaşayan Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin qəbulu ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılmasıüçün Polis İdarəsinin rəisinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün ətrafında müvafiq əməliyyat tədbirlərin keçirilməsi barədə qərar qəbul etmiş və Polis İdarəsinin rəisi tərəfindən həmin qərar təsdiq edilmişdir. Bundan sonra Abşeron rayonu Polis İdarəsinin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və birgə Xırdalan şəhəri Ə.Vahid küçəsində Xırdalan şəhəri Kristal 1 yaşayış kompleksində xidmət apararkən həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs müəyyən edilmişdir. Onlar sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş, ona narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində, qanunsuz olaraq əldə edərək üzərində saxlamsında şübhəli olduğunu bildirib, onu Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxslə bağlı təhqiqatçı tərəfindən araşdırma aparılmağa başlanmışdır. Müdafiəçi və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibində bir ədəd siqaretin qara rəngli kağızında bükülünü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu və həmin gün, yəni 31 yanvar 2023-cü il tarixdə Xırdalan şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Həmin büküm açılmış və içərisində heroinə oxşar maddə olduğu müəyyən edilmişdir. Həmin heroin olan büküm zərfə qoyularaq qablaşdırılmış və zərf möhürlənmiş, sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol imzalarla təsdiq edilmişdir. Hazırda Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2020-ci il tarixli, 6/2792 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN zərflər üçün №56” dairəvi möhür əksi, “4 Təqsirləndirilən şəxs..” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,273 qram qəhvəyi rəngli maddə kütləsi kustarüsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,223 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 02 fevral 2023-cü il tarixli, 6/646 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “imza Təqsirləndirilən şəxs..” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,456 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir (qalıq 0,406 qram - 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin 03 mart 2021-ci il tarixli,633 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin 14 fevral 2023-cü il tarixli, 617 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,223 qram narkotik vasitə heroin və 0,406 qram psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 02 ədəd DVD diskə baxış keçirlmiş, xx.xx.2020-ci il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən narkotik vasitə heroin və xx.xx.2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli idman şalvarının sol yan cibindən psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cinayətlərin təkrar törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 03 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu iki ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,223 qram narkotik vasitə heroin və 0,406 qram psixotrop maddə metamfetamin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Novruz oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 164 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,223 qram narkotik vasitə heroin və 0,406 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Novruz oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-65/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-65/2024
11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver