Məhkəmə qərarları › İş №1(012)-65/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-65/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-65/2025 19.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi –atası Qanuni nümayəndə və vəkili Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.2005-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Saatlı şəhəri, H.Əliyev prospekti, döngə 6, ev 10-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, valideyn himayəsində yaşayan, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 09 iyun 2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “İmişli şərab evi” mağazasına plastik qapının üzərindəki qıfılı sındırmaqla Təqsirləndirilən şəxs2 ilə birlikdə qanunsuz daxil olub, mağazanın vitrinində satışa qoyulmuş hər bloku 39 manat olan ümumi 117 manat dəyərində 3 blok «Kent 4» markalı siqareti, hər bloku 40 manat olan ümumi 160 manat dəyərində 4 blok göy rəngli «Sobranie» markalı siqareti, hər bloku 40 manat olan ümumi 80 manat dəyərində 2 blok ağ rəngli «Sobranie» markalı siqareti, hər bloku 21,5 manat olan ümumi 43 manat dəyərində 2 blok «Keno» markalı siqareti, hər bloku 25 manat olan ümumi 50 manat dəyərində 2 blok ağ rəngli «Keno» markalı siqareti, hər biri 20 manat olan ümumi 100 manat dəyərində 5 ədəd elektron siqareti, hər birinin dəyəri 25 manat olan ümumi 75 manat dəyərində 3 ədəd «Jack Daniels» markalı viskiləri, hər birinin dəyəri 10 manat olan ümumi 20 manat dəyərində 2 ədəd «Ekton» markalı araqları, bir ədəd 5 manat dəyərində «İvanovka» markalı çaxırı, hər birinin dəyəri 4 manat olan ümumi 40 manat dəyərində 4 ədəd «Redd Bull» markalı sərinləşdirici içkiləri, hər birinin dəyəri 1 manat olan ümumi 30 manat dəyərində 30 ədəd «Bizon» markalı sərinləşdirici içkiləri, hər birinin dəyəri 2,5 manat olan ümumi 17,5 manat dəyərində 7 ədəd 2 litrlik «Coca Cola» markalı sərinləşdirici içkiləri, hər birinin dəyəri 2,5 manat olan ümumi 12,5 manat dəyərində 5 ədəd «Fanta» markalı sərinləşdirici içkiləri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 09 iyun 2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “İmişli şərab evi” mağazasına plastik qapının üzərindəki qıfılı sındırmaqla Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz daxil olub, mağazanın vitrinində sağışa qoyulmuş hər bloku 39 manat olan ümumi 117 manat dəyərində 3 blok «Kent 4» markalı siqareti, hər bloku 40 manat olan ümumi 160 manat dəyərində 4 blok göy rəngli «Sobranie» markalı siqareti, hər bloku 40 manat olan ümumi 80 manat dəyərində 2 blok ağ rəngli «Sobranie» markalı siqareti, hər bloku 21,5 manat olan ümumi 43 manat dəyərində 2 blok «Keno» markalı siqareti, hər bloku 25 manat olan ümumi 50 manat dəyərində 2 blok ağ rəngli «Keno» markalı siqareti, hər biri 20 manat olan ümumi 100 manat dəyərində 5 ədəd elektron siqareti, hər birinin dəyəri 25 manat olan ümumi 75 manat dəyərində 3 ədəd «Jack Daniels» markalı viskiləri, hər birinin dəyəri 10 manat olan ümumi 20 manat dəyərində 2 ədəd «Ekton» markalı araqları, bir ədəd 5 manat dəyərində «İvanovka» markalı çaxırı, hər birinin dəyəri 4 manat olan ümumi 40 manat dəyərində 4 ədəd «Redd Bull» markalı sərinləşdirici içkiləri, hər birinin dəyəri 1 manat olan ümumi 30 manat dəyərində 30 ədəd «Bizon» markalı sərinləşdirici içkiləri, hər birinin dəyəri 2,5 manat olan ümumi 17,5 manat dəyərində 7 ədəd 2 litrlik «Coca Cola» markalı sərinləşdirici içkiləri, hər birinin dəyəri 2,5 manat olan ümumi 12,5 manat dəyərində 5 ədəd «Fanta» markalı sərinləşdirici içkiləri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, əvvəllər “Tac Dönər” adlı dönərxanada işləmişdir. 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs2 da onunla birlikdə orada dönərçi işləmiş, lakin həmin dönərxananın kassasından pul oğurladığına görə işdən çıxarılmışdır. Buna baxmayaraq aralarında dostluq münasibətləri davam etmişdir. İlkin axşamlar işdən çıxan ərəfələrdə yanına gəlmiş və birlikdə Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev adına parka gedib gəzirmişlər. 2022-ci ilin iyun ayının 8-də gecə saat 11-12 radələrində tanışı İlkin onun işlədiyi Xırdalan şəhərində yerləşən dönərxanaya gəlmişdir. Təxminən 10-15 dəqiqə ərzində onunla söhbət edərkən Xırdalan şəhəri, H.Əliyev prospektində parkın qarşında yerləşən “İmişli” şərab evinə girmək istədiyini ona demişdir. Bu zaman ona Xırdalan şəhərində yerləşən parkda oturub gözləməyi və özünün işdən çıxandan sonra oraya gələcəyini demişdir. İlkin parka gedib orada onu gözləmə başlamış, 10-15 dəqiqə keçəndən sonra işdən çıxıb həmin parka gəlmişdir. Bundan sonra İlkin yaşadığı AAAF parka gələrək evdən qapını sındırmaq üçün lazım olan vintaçanı götürmüş, təxminən 1 saat parkda gəzdikdən sonra şərab evi istiqamətində getməyə başlamışlar. xx.xx.2022-ci il tarixdə təxminən saat 03 radələrində oraya çatmış, lkin ona qapıda gözləməyi bildirib vintaçanla qapını sındırmağa başlamışdır. Lakin sonuncunun götürdüyü vintaçan işə yaramadığı üçün İlkin şərab evinin arxasında yerləşən çayxanaya tərəf gedib oradan dəmir boru götürərək gəlmiş və həmin metal alətlə şərab evinin qapısını sındırıb içəri daxil olmuşdur. 5-10 dəqiqə sonra isə İlkin əlində iki ədəd böyük selofan torbalarla bayıra çıxıb onu köməyə çağırmış, o, selofanlardan birini götürüb parkın çıxışına getmiş, orada İlkin ona torbaların içərisindən çıxardığı 4 ədəd “Kent-4” markalı siqaret, 5 ədəd alışqan və bir neçə ədəd saqqızlar verib qalanlarını sabah, yəni növbəti gün böləcəklərini bildirmişdir. Növbəti gün isə yanına gəlib həmin əşyaları 49 manata satdığını və pulu da uşaqlarla birlikdə xərclədiyini bildirmiş, həmin hadisədən sonra isə Təqsirləndirilən şəxs2 ilə bir daha görüşməmişdir. Göstərmişdir ki, oğurladıqları əşyalardan Təqsirləndirilən şəxs2 ona 4 ədəd “Kent-4” markalı siqaret, 5 ədəd alışqan və bir neçə ədəd saqqız verib qalanlarını səhəri günü böləcəkərini bildirmişdir. Növbəti gün isə yanına gəlib həmin əşyaları 49 manata satdığını və pulu da uşaqlarla birlikdə xərclədiyini bildirmişdir. Hazırda zərərçəkənə dəyən ziyanı ödəmişlər.Əməlindən peşimandır.Bunun cəza təyinində nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Pünhan adlı şəxsi təxminən 1 il müddədində tanıyır, onunla yaşadığı Xırdalan şəhəri ərazisində tanış olmuş, mütəmadi olaraq Xırdalan şəhərində yerləşən çayxanada və parklarda vaxt keçirmişlər. Daha sonra Xırdalan şəhərində“ Köhnə bazar” adlanan ərazidə dönərxanada işləməyə başlamış, bir müddət sonra işlədiyi yerdən də işdən çıxdıqdan sonra heç bir yerdə iş tapmamışdır. 2022-ci ilin təxminən İyun ayının 8-də gecə saat 11-12 radələrində tanışı Pünhanın işlədiyi Xırdalan şəhərində yerləşən dönərxanaya gəlmişdir. Təxminən 10-15 dəqiqə ərzində söhbət edərkən Xırdalan şəhəri, H.Əliyev prospektində parkın qarşında yerləşən “İmişli” şərab evinə girmək istədiyini Pünhana demişdir. Bu zaman Pünhan ona Xırdalan şəhərində yerləşən parkda oturub gözləməyi və özünün işdən çıxandan sonra oraya gələcəyini demişdir. O sonuncunun dediyi parkda oturub Pünhanı gözləmə başlamışdır. 10-15 dəqiqə keçəndən sonra Pünhan dediyi kimi həmin parka gəlmiş, Pünhanla birlikdə yaşadığı AAAF parka gələrək evdən qapını sındırmaq üçün lazım olan vintaçanı götürmüş, təxminən 1 saat parkda gəzdikdən sonra şərab evi istiqamətində getməyə başlamışlar. Oraya çatdıqda Pünhana qapıda gözləməsini bildirib vintaçanla qapını sındırmağa başlamışdır. Lakin bunun işə yaramayacağını görüb Pünhana orada gözləməsini tapşırmış və parkın içinə gedərək oradan tapdığı dəmir turba ilə birlikdə geri qayıdıb qapını sındırmışdır. Onlar birlikdə içəri daxil olaraq mağazada kassaya yaxınlaşmış lakin kassanı aça bilmədiyi üçün bir salafan tapıb vitrində olan müxtəlif markalardan ibarət siqaretləri və şirinləşdirici içkiləri və 1 ədəd viskini əlində olan salafana yığmışdır. 2 salafan düzəldərək birini Pünhana vermiş, birini də özü götürmüşdür. Mağazadan çıxdıqdan sonra parkın içərisinə qaranlığa doğru qaçmağa başlamışlar. Orada əllərində olan malları bölüşdürmüş və satmağı planlaşdırmışlar. O, əlində olan malların yarısını Pünhana vermiş, o, əlində olan malları parkın içərində gizlətdikdən sonra evə gəlmişdir. Səhəri gün həmin malları gizlətdiyi yerdən götürərək Xırdalan şəhərində “Köhnə Bazar” ın içərisində yerləşən adını bilmədiyi mağazaya 50 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmiş, daha sonra Pünhanda bir daha görüşməmişdir. Hazırda zərərçəkənə dəyən ziyanı ödəmişlər.Əməlindən peşimandır.Bunun cəza təyinində nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri, H.Əliyev prospektində «İmişli şərab evi» adlı mağazanı icarəyə götürüb həmin mağazanı işlətməyə başlamışdır. Mağazada Elxan adlı şəxs satıcı kimi işləmiş, mağaza hər gün saat 09 radələrində açılmış, saat 24 radələrində bağlanmışdır. Mağazanın içərisində kamera yerləşdirmiş, özü həmin kamera ilə mağazanı müşahidə etmişdir. 08 iyun 2022-ci il tarixdə Elxan adlı işçi mağazadan getmiş, toya gedəcəyini bildirmiş, bu səbəbdən də mağazada qaynı Elvin qalmış, sonuncu mağazanı 09 iyun 2022-ci il tarixdə bağlayıb getmişdir. 09 iyun 2022-ci il tarixdə saat 08:25 radələrində mağazada olan kameraya baxdıqda qapının açıq olduğunu görmüş, Elxandan bu barədə maraqlandıqda sonuncu mağazaya hələ gəlmədiyini bildirmişdir. Bundan sonra Elxan mağazaya getmiş və mağazadan 550 manat dəyərində müxtəlif növ siqaretlərin, 100 manat dəyərində içkilərin və 100 manat dəyərində adi içkilərin oğurlandığının şahidi olmuşdur. Göstərmişdir ki, mağazaya quraşdırılmış kameranın yaddaşı xx.xx.2023-cü il tarixdə saat 23 radələrində silindiyi üçün oradan oğurluğun kim tərəfindən törədildiyini görə bilməmişdir. Həmin oğurluq hadisəsi zamanı mağazadan hər bloku 39 manat olan 3 blok “Kent-4” markalı siqaretlər (117 manat), hər bloku 40 manat olan 4 blok göy rəngli “Sabiranie” markalı nəzik siqaretlər (160 manat), hər bloku 40 manat olan 2 blok ağ rəngli “Sabiranie” markalı nəzik siqaretlər (80 manat), hər bloku 21 manat 50 qəpik olan 2 blok “Keno” markalı siqaretlər (43 manat), hər bloku 25 manat olan 2 blok “Keno” markalı siqaretlər (50 manat), hər biri 20 manat olan 5 ədəd elektron siqaretlər (100 manat), hər biri 25 manat dəyərində olan 3 ədəd “Jack Daniels” markalı viskilər (75 manat), hər biri 10 manat dəyərində olan 2 ədəd “Ekaton” markalı araqlar (20 manat), 1 ədəd 5 manat dəyərində olan “İvanovka” markalı çaxır, hər biri 4 manat dəyərində olan 10 ədəd “Redd Bull” markalı sərinləşdirici içkilər (40 manat), hər biri 1 manat dəyərində olan 30 ədəd “Bizon” markalı sərinləşdirici içkilər (30 manat) və hər biri 2 manat 50 qəpik dəyərində olan 7 ədəd 2 litrlik “Coca cola” markalı sərinləşdirici içkilər (17 manat 50 qəpik) və hər biri 2 manat 50 qəpik dəyərində olan 5 ədəd 2 litrlik “Fanta” markalı sərinləşdirici içkilər (12 manat 50 qəpik) oğurlanmış və ona ümumilikdə 750 manat məbləğində ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəyən ziyan tam olaraq ödənilmişdir. Oduq ki, təqsirləndirilən şəxslərə yüngün cəza verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda zərərçəkən bu barədə ərizəsini də məhkəməyə təqdim etdi. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində Zərərçəkmiş şəxs dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. İş üzrə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs1 09 iyun 2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “İmişli şərab evi” mağazasına plastik qapının üzərindəki qıfılı sındırmaqla içəri girib mağazanın vitrinində satışa qoyulmuş müxtəlif növ siqaretləri, müxtəlif adda spirtli içkiləri və adi içkiləri gizli olaraq taladığını hadisə yerində əyani olaraq göstərmiş və analoji ifadə vermişdir. İş üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 09 iyun 2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “İmişli şərab evi” mağazasına plastik qapının üzərindəki qıfılı sındırmaqla içəri girib mağazanın vitrinində satışa qoyulmuş müxtəlif növ siqaretləri, müxtəlif adda spirtli içkiləri və adi içkiləri gizli olaraq taladığını hadisə yerində əyani olaraq göstərmiş və analoji ifadə vermişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddələrdə nəzərdə tutulan cinayət əməli törətmələri özlərinin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi,şahid ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də onlar həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etdikləri cinayət əməlləri üzrə özlərini təqsirli bilmələrini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisinin cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətmələrini və zərərçəkmişə dəyən ziyanın ödənilməsini, zərərçəkənin şikayətçi olmamasını onların cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisinin cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini,cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını,təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini,cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisinə təqsirli olduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildikdə təmin edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisinə təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər nəticəsində yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 yeri müəyyən edilərək saxlanılmış və Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmiş və saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilərək barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023cü il tarixdə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 18 yaşı tamam olduğu üçün barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilərək «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir.Həmin qətimkan tədbiri məhkəmə hazırlıq iclasında qüvvədə saxlanılmışdır. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarına gəlmədiyindən məhkəmənin qərarı ilə barəsində axtarış elan edilmiş “həbs” qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Pİ-nin 04 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 03 fevral 2025-ci il tarixdə saxlanılaraq Pİnin MSY-ə təhvil verilmişdir. Toplanmış sübutlar əsasında xx.xx.2023-cü il tarixdə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş,məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs1 təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından onun şübhəli şəxs qismində tutulduğu 01 gün və barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı həbsdə olduğu 16 gün, cəmi 17 gün , bir günə iki gün hesabı ilə 01 ay 04 gün müddət təyin edilmiş cəza müddətindən çııxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş olan “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Cəzanı təqsirləndirilən şəxslərin yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq hər birinə 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün və müddət və barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı həbsdə olduğu 16 gün, cəmi 17 gün, bir günə iki gün hesabı ilə 01 ay 04 gün müddət təyin edilmiş cəza müddətindən çııxılsın, üzərində qəti olaraq 01 il 04 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalından həbsdən azad edilsin və barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş olan “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Cəzanın icrası müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq hər birinə 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar