Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-653/2025 21.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə 22 fevral 1980-ci ildə Beyləqan rayonu, Aşqallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Beyləqan rayonu, Aşqallar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək, dələduzluq etmişdir. Təqsirləndirilən şəxsə münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət hadisəsinin olması sübuta yetirilməmişdir. İşin halları İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham ona görə elan edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək, sonuncuya Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən özünə məxsus olan torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə birlikdə satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə ondan 07 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında yerləşən 14 saylı notariat ofisində 5000 manat, 07 oktyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla 3000 manat, 2024-cü ilin mart ayında Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs işlədiyi ofisdə 2350 manat və 2023-cü ilin dekabr ayından 2024-cü ilin aprel ayınadək olan müddət ərzində aylıq 1000 manat olmaqla hissə-hissə sonuncu dəfə Abşeron rayonu, Nübar qəsəbəsi, Qobu yolunda yerləşən “Yurd” marketdə quraşdırılan ödəniş terminalı vasitəsi ilə göndərdiyi ümumilikdə 5000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib həmin torpaq sahəsini və evi «TikTok» sosial şəbəkəsində yerləşdirdiyi elana əsasən Şahid1 satmaqla zərər çəkmiş Zərərçəkmiş şəxs 15350 (on beş min üç yüz əlli) manat məbləğdə, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı tərəfindən ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyi, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməsi müdafiə edilmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun Zərərçəkmiş şəxs ilə əvvəldən tanışlığı olmamış, onu yalnız satışa qoyduğu evin alıcısı qismində tanımışdır. Belə ki, o, pula ehtiyacı yarandığından Abşeron rayonu, Hökməli qəsəbəsində olan evin satılmasında köməklik etməsi üçün əmlak satışı üzrə vasitəçi kimi tanıdığı Şahid4 müraciət etmiş, bir neçə gün müddət keçdikdən sonra sonuncu ona evin satışı ilə maraqlanan şəxsin olmasını və ona məxsus ofisdə alıcı ilə görüşdürməyi təklif etmiş, o, da təkliflə razılaşmışdır. Hazırda dəqiq xatırlamadığı günlərdən birində Teymurun ofisində sonuncunun təşəbbüsü nəticəsində Zərərçəkmiş şəxs adlı qadınla görüşmüş və aralarında olan danışıqlar əsasında evin dəyəri 35000 manat qiymətləndirməklə, sonuncu tərəfindən ilkin ödəniş olaraq 5000 manat, ayda isə 1000 manat ödənilməsi, yaxın zamanlarda isə imkanı olduqca 3000 və 8000 manat pul verməsi ilə bağlı razılığa gəlmişlər. Bundan sonra 07 oktyabr 2023-cü il tarixdə oğlu Vüsal Nəsirov və Günelin anası Şahid3 arasında Bakı şəhəri 14 saylı Notariusda bağlanmış ilkin alqı-satqı müqaviləsi əsasında ona 4000 manat pul verilmişdir. Günel tərəfindən ona ümumilikdə 9800 manat məbləğində ödəniş edilmiş, 200 manat kommunal xərclər ödənilmişdir. Lakin Zərərçəkmiş şəxs yanvar ayından etibarən ödənişləri edə bilməmişdir. Bununla bağlı o, Günelə narazılığını ifadə etmiş, ödənişləri həmçinin əlavə ödənişləri etməsini ondan tələb etmişdir. Onun tərəfindən bir neçə dəfə ödənişlərin vaxtı-vaxtında ödənilməsi ilə bağlı Günelə xəbərdarlıq olunmuş, davamlı olaraq bu hal baş verərsə razılaşmanın pozulacağını, evi başqa şəxsə satmaqla onun pulunun qaytarılacağını xatırlatmışdır. Sonuncu onun təklifi ilə əvvəl razılaşmamış, ödənişləri vaxtında həyata keçirəcəyini bildirmiş, lakin sonradan ödənişləri edə bilmədiyi üçün onun təklifi ilə razılaşaraq, könüllü halda evin açarlarını Teymura təqdim edərək, evin təcili satmasını və 1-2 günə onun pulunun qaytarmasını istəmişdir. O isə evin bu qədər qısa müddətə satılmayacağını, satıldıqdan sonra pulu aralarında razılığa uyğun olaraq geri verəcəyini bildirmişdir. Bundan sonra Teymur evə alıcı tapmış, aralarındakı razılığa əsasən ilkin ödəniş 17000 manat, aylıq məbləğ isə 500 manat olmaqla evin satış qiyməti 33000 manat müəyyən edilmiş və Rüfət adlı şəxslə müqavilə bağlamış, ordan çıxdıqdan dərhal sonra Günellə ofisdə görüş təşkil edərək, sonuncunun dayısının, onun oğullarının və əmlak satışı üzrə vasitəçinin iştirakı ilə 9000 manat pulu nağd şəkildə olmaqla Günelə geri qaytarmışdır. Günelə onun tərəfindən verilmiş həmin pulun sonuncunun əlindəki paktedə olmasını təstiq edən videogörüntülər sübut kimi disk formatında məhkəməyə təqdim edilmişdir. Günelə qaytarılacaq 1000 manat pul isə Rüfət Teymurun kart hesabına 2000 manat pul göndərdikdən sonra sonuncu tərəfindən zərərçəkmiş şəxsin kart hesabına göndərilmişdir. Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında verilmiş suallara cavab olaraq bildirmişdir ki, evin satış qiyməti 35.000 manat olmaqla, ilkin ödənişi 4000 manat növbəti aylar isə 1000 olmaqla, daha sonra isə 3000 və 8000 manat verməsi ilə bağlı aralarında razılığa gəlmişlər. Evi aldıqdan 3 ay sonra ödəmələrlə bağlı aralarında narazılıq yaranmışdır. Belə ki, Günel yanvar ayından başlayaraq müqavilə üzrə ödənişləri gecikdirməyə başlamış, buna səbəb olaraq isə təmir üçün çəkdiyi xərcləri göstərmişdir. O, aylıq ödənişləri həm nağd, həm də kart vasitəsi ilə ödəmişdir. O, Günel tərəfindən ödənişlərin həyata keçirilməsində gecikmələrə əmin olduqdan sonra əmlak satışı üzrə vasitəçini dəvət etmiş və ona Günelin ödəniş etmək imkanının olmamasını bildirərək evi satmaq lazım olduğunu Günel tərəfindən ödənilmiş məbləğlərin qaytarılacağını və bu işləri özünün edəcəyini bildirmişdir. Günellə bu barədə razılıq əldə etmiş, bundan sora sonuncu açarları gətirib Teymura vermişdir. Teymur evə yeni müştəri tapmış və aralarında razılığa gələrək, yeni müqavilə bağlamışdır. Günelə 9000 manat nağd olmaqla, 1000 manat kart hesabına ödəməklə, ümumilikdə 10000 manat nağd pul qaytarmış, sonuncu təmir xərcləri ilə bağlı 7000 manat pul xərcləməsini bildirərək həmin məbləği də tələb etmişdir. O, isə təmir xərclərinin şişirdildiyini, Günelin vəziyyətdən sui-istifadə etdiyini bildirməkə hər ay 1000 manat olmaqla cəmi 3000 manat ödəyəcəyini bildirmişdir. Məhkəmə dövründə evin təmir xərcləri ilə əlaqədar tərəfindən Günelə 600 manat pul ödənilmişdir. Zərərçəkmiş şəxs tərəfindən 9800 manat özünə, 200 manat isə kommunal xərc olaraq işıq pulu üçün ümumilikdə ona 10000 manat pul ödənilmişdir. Əmlak satışı üzrə vasitəçi Teymurun və Günelin dayısı Nurullanın və onun oğullarının iştirakı ilə evin Rüfətə satıldığı gün Günel ofisə çağrılaraq, ona 9000 manat pul nağd olaraq verilmiş, 1000 manat pulu isə Teymurun vasitəsi ilə kart hesabına köçürmüş, təmir xərcindən isə 600 manat ödənilmişdir. Günelin narazılığı evin satılması ilə bağlı olmamışdır. Onların arasında narazılıq Günelin təmirlə bağlı ağlabatan məbləğdən qat-qat yüksək məbləğ tələb etməsi olmuşdur. Onun Güneli aldatmaq niyyəti olmamış, ev Günelin razılığı ilə satılmış, Günel evin yeni alıcısı ilə həmin yerə gedərək görüşmüş, hətta özünə məxsus qapıları oradan götürməyərək həmin şəxsə saxlamışdır. O, Günelin etibarindan istifadə edərək ona zərər vurmamışdır. Hətta Günellə aralarında olan razılığın pozulması onu zərərə salmışdır. Belə ki, o nəticədə evi 2000 manat ucuza, yəni 33000 manata satmış, təmir xərci qaytarmalı olmuş və əlavə olaraq vasitəçi haqqı ödəmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilərkən həmin izahat və ifadələrin təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadələrlə demək olar ki, eyniməzmunlu olduğu müəyyən olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslə ona məxsus mənzili alarkən tanış olmuşdur. Belə ki, 2023-cü ilin oktyabr ayında «TikTok» sosial şəbəkəsində kredit şərtləri ilə özünə ev axtararkən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ilkin ödənişi 15000 manat, qalan pulun isə aylıq 500 manat müəyyən edilən satış qiyməti 35000 manat dəyərində fərdi yaşayış evinin satılması barədə paylaşılmış elanı görmüş, elanda olan nömrə ilə əlaqə saxladıqda həmin şəxs özünü Şahid4 kimi təqdim etmiş, əmlak satışı üzrə vasitəçi ilə bir qədər danışdıqdan sonra sonuncunun təklifi ilə ona məxsus ofisdə danışmaqları barədə qərara gəlmişlər. Səhəri gün Teymura məxsus alqısatqı ofisində elanda gördüyü evlə bağlı ilkin ödəniş olaraq 5000 manat, qalan pulun da ayda 1000 manat verilməsi ilə bağlı təklif etmiş, sonuncu ev sahibi ilə danışıb, xəbər edəcəyini demişdir.Təxminən 2-3 gün keçdikdən sonra Teynur zəng edərək, onu ofisə dəvət etmiş, o, ofisə gəldikdə evin sahibi sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs, onun oğulları Vüsal və Vüqar da orada olmuşdur. Ceyhun ona ilkin ödəniş kimi 5000 manatdan artıq pul verib-verə bilməyəcəyi ilə maraqlanmış, o, da nağd olaraq yalnız 5000 manat verə biləcəyini, lakin aylıq ödənişi 500 manat yox, 1000 manat ödəyəcəyini bildirmiş, sonuncu da bu təkliflə razılaşmışdır. O, sosial yardım aldığı üçün adına daşınmaz əmlakın olmasını istəməmiş, buna görə də, 07 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs oğlu Vüsal Nəsirov və anası Şahid3 arasında Bakı şəhəri 14 saylı Notariusda ilkin alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə əsasən Ceyhuna ilkin olaraq 5000 manat pul verməklə, 30000 manat pulu isə ayda 1000 manat olmaqla ödəməyi böynuna götürmüş, hətta pulu olduqca aylıq ödənişdən əlavə də pul verməsinə dair söz vermişdir. Müqavilə imzalandıqdan sonra o, həmin evə köçmüş, lakin ev təmirsiz olduğu üçün dayısı Şahid2 köməkliyi ilə ona məxsus evi orada gecədən-gecəyə yaşamağa davam etməklə təmir etmişdir. Gündüz anasına məxsus evdə, gecələr isə orda yaşamaqla evin təmirinə nəzarət etmişdir. O, ilk ay üzrə ödəməli məbləğin müddəti çatanadək bir aylıq ödəniş daxil olmaqla 3000 manat pulu Ceyhunun hazırda nömrəsini xatırlamadığı bank kart hesabına göndərmiş, beləliklə Ceyhuna ümumilikdə 8000 manat pul vermişdir. O, ümumilikdə Ceyhuna 15350 manat pul vermiş, bundan əlavə də evin təmirinə 11000 manat pul xərcləmişdir. 2024-cü ilin aprel ayında Ceyhun onu Teymurun ofisinə çağırmaqla pula ehtiyacı olmasını, oğlunun yaranmış problemləri ilə əlaqədar mənzil üçün razılığa gəldikləri məbləğdən artıq məbləğdə ödəniş etməsini və aylıq məbləğlərin az olmasını bildirmiş, lakin o, edilən təklifə maddi imkanının çatmadığını, aralarında müqavilə imzaladıqlarını və evin ona məxsus olmasını desə də, sonuncu evin hələki onun sahibliyində olduğunu, yalnız ödənişləri həyata keçirdikdən sonra adına keçirəcəyini demiş, evin satışı üçün sosial şəbəkədə paylaşım etməsini və satışdan əldə olunacaq pulla onun verdiyi ödənişləri və təmirə çəkdiyi xərcləri geri qaytaracağına dair vədlərlə onu inandırmağa çalışmışdır. O, buna baxmayaraq yenədə razılıq verməmiş və şəxsi işləri ilə əlaqədar bir neçə günlük rayona getmiş, həmin mənzildə olmamışdır. Bir neçə gün sonra evinə baş çəkdikdə həyətin giriş qapısının kilidinin dəyişdirildiyini görmüş, Teymura zəng edib nə baş verdiyini soruşduqda sonuncu Ceyhunun həmin evi başqa şəxsə satmasını demiş və onlar üçün ofisdə görüş təşkil edəcəyini bildirmişdir. Bir neçə gün sonra Teymur ofisdə Ceyhunla görüş təşkil etmiş, oğlunun problemləri olduğu üçün vacib pul lazım olmasını, bu səbəbdən də evi başqasına satmasını bildirdikdə o, ödədiyi və evin təmirinə xərclədiyi ümumilikdə 26350 manat pulunu tələb etmişdir. Ceyhun 01 may 2024-cü il tarixədək pulunu tam qaytaracağına söz vermiş, çarəsiz qalaraq onun təklifi ilə razılaşmış, lakin sonuncu vədini əməl etməyərək, pulu qaytarmamışdır. Ofisdə olarkən Ceyhun ona 9000 manat pul təqdim etmiş, həmin məbləğ az olduğu üçün o pulu götürməmiş, 26350 manatı tam şəkildə tələb etmiş yalnız o, halda götürəcəyini demişdir. Zərərçəkmiş şəxs məhkəmənin sonrakı iclaslarında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ceyhunla onun arasında yaranan mübahisəyədək tərəfindən hər ay müntəzəm olaraq ödənişlər edilmiş, aylıq ödənişlərdən də başqa 3000 və 6000 manat olmaqla əlavə pul təqsirləndirilən şəxsin kart hesabına ödənilmişdir. O, Ceyhunun oğullarının evə tez-tez gəlib-getməyindən, ondan pul tələb etmələrindən narahat olduğu üçün evin satılması ilə razılaşmış, açarları Teymura vermişdir ki, onun nəzarəti ilə ev satılsın ödədiyi və çəkdiyi xərclər ona geri qaytarılsın. Bir neçə gün sonra Teymur onu ofisə dəvət etmiş, evin satıldığını bildirmişdir. Təqsirləndirilən şəxs ofisdə ona içi pul dolu zərf təqdim etmişdir. O, zərfi açdıqda pulun az olmasını hiss etmiş, məbləğin qədəri ilə maraqlandıqda ona içərisində 9000 manat pul olması deyilmiş və 1000 manat pulun da əlavə olaraq ödəniləcəyi deyilmişdir. Təmirə çəkdiyi xərcləri tələb edərkən Ceyhun ona demişdir ki, təmir üçün ona yalnız 3000 manat, həmin pulu isə aylıq 1000 manat olmaqla verə bilər. O, zərfi sonuncuların üzərinə atmaqla çəkdiyi təmir xərclərinin də ödənilməsini tələb etmiş, bundan sonra Teymur ona Ceyhundan həmin pulları hər ay alıb qaytarması ilə bağlı söz vermiş, lakin o, razılaşmamış, pulunu tam tələb etmişdir. Oradan çıxdıqdan sonra DİN-nin 102 zəng xidmətinə zəng edərək, şikayətini bildirmişdir. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq daha sonra göstərmişdir ki, o, Təqsirləndirilən şəxs evin alqı-satqısı ilə bağlı 18000 manat, təmiri ilə birlikdə isə 27.000 manat pul ödəmişdir. O, ödənişləri ofisdə Teymura nağd formada, bəzən kart hesabına, bəzən də Ceyhunun özünə vermişdir. Hansı tarixə hansı məbləğdə pul ödəməsini dəqiq xatırlamır, bu barədə qeyd aparmamışdır. Lakin onu bilir ki, ümumilikdə təmirlə birlikdə təxminən 27000 xərci çıxmışdır. Tərəfindən son ayadək ödəniş edilsə də, hazırda məbləğin miqdarını tam olaraq xatırlamır və ödənişlərin bir hissəsini əlbəəl Ceyhunun özünə, bir hissəsini isə kart hesabına həm əmlak satışı üzrə vasitəçinin şahidliyi, həm də təqsirləndirilən şəxsin oğlanlarının iştirakı ilə köçürmüşdür. Ofisə çağırlarkən pulun ona tam qaytarılacağına dair söz verilsə də, lakin aralarında olan danışıq əsasında deyilən pul ona verilmədiyindən o, içi pul dolu zərfi götürməkdən imtina etmişdir. O, Ceyhunun oğlunun evinə müxtəlif bəhanələrlə tez-tez gələrək, işıq çəkmək və sair işlər adı ilə ondan istədiyi pullardan və ya hərəkətlərindən narahatçılıq keçirtdiyi üçün şikayət ərizəsi ilə Qobu PB-yə şikayət etmişdir. Onun evin satılmasına etiraz etməməsinə və açarları Teymura verməsinə səbəb Ceyhunun artıq ödəniş tələb etməsi və oğlanlarının müxtəlif bəhanələrlə onu narahat etməsi olmuşdur. Belə ki, o, evin satışının tez bir zamanda həyata keçirilməsini və ödənilən xərclərin tam olaraq geri qaytarımasını tələb etmişdir. O, Ceyhuna müqavilə üzrə 4000 manat, əlbəəl olaraq 1000 manat, əmlak satışı üzrə vasitəçiyə isə 1000 manat pul olmaqla ödəniş etmişdir. Mənzilin alqı-satqısını həyata keçirən Teymur ilkin ödənişin məbləğini 5000 manat müəyyən etməsi üçün Ceyhuna razılığa gətirdiyi üçün ona 1000 manat pul vermiş, baş verənlərdən sonra həmin pul ona qaytarılmışdır. Mənzilin təmir xərcləri ilə əlaqədar məhkəmə dövründə ona 600 manat məbləğ ödənilmişdir. Onun mənzil üçün ödədiyi pullar və çəkdiyi təmir xərcləri ona geri qaytarılmadığı üçün Təqsirləndirilən şəxs şikayətçi olmasını bildirdi. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilərkən həmin izahat və ifadələrdə ziddiyətlər müəyyən edilmişdir.. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirdi ki, o, evlərin alqı-satqısında vasitəçiliklə məşğul olur. 2023-cü ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq reklam etmiş olduğu evlərdən biri ilə maraqlandığını və almaq istədiyini bildirdikdə ona Təqsirləndirilən şəxs Vüsal oğluna məxsus Abşeron rayonu, Qobu qəsəbəsində olan 6 sot torpaq sahəsində yerləşən fərdi yaşayış sahəsini göstərmiş, Günel evi bəyənərək ev sahibi ilə razılaşmışdır. Aralarında olan razılığa görə Günel ilkin ödəniş olaraq 5000 manat ödəyib qalan pulu da 1000 manat olmaqla ödəyəcəkdi. Ev sahibi Təqsirləndirilən şəxs da razılaşmış notarial qaydada müqavilə bağlamışlar. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs notariusda olarkən 5000 manat verib hər ay da ödənişləri etmişdir. Günel bir neçə ay ödəniş etmiş, ümumi olaraq 12.000 ödəniş etdikdən sonra ödəniş edə bilməmişdir. Buna görə də Ceyhun Günel ilə birlikdə onlara yaxılaşmış, sonuncu ödəniş edə bilmədiyinə görə evin başqasına satılmalı olduğunu bildirmiş və mənzil yenidən satışa çıxarılmışdır. Elan paylaşıldıqdan bir neçə ay sonra Rüfət həmin evlə əlaqədar maraqlanmaq üçün onlara yaxınlaşmış, hazırda dəqiq xatırlamadığı qədəri ilə ya 18.000 və ya 20.000 ilkin ödənişlə ev sonuncuya satılmışdır. Ceyhun Günelə ümumilikdə 17.000 manat məbləğində pul verməli idi. Onun 12.000 manatı evin ödənişi, 5000 isə təmiri ilə əlaqədar. Həmin məbləğdən ayrı-ayrılıqda 9000 və 1000 manat məbləğində pul Günelə təqdim edilmişdir. Şahid qismində dindirilmiş Şahid4 verilmiş suallara cavab olaraq daha sonra göstərmişdir ki, Ceyhun tərəfindən Günelə 9000 manat, onun tərəfindən isə 1000 manat məbləğində olmaqla, ümumilikdə 10000 manat pul qaytarılmış, həmin məbləğlər qaytarılarkən o, baş verənlərin şahidi olmuş, ofisdə onunla yanaşı iş yoldaşı, Günel, onun dayısı, Ceyhun və onun böyük oğlu da iştirak etmişdir. Onun 1000 manat məbləğində pulu ödəməsinə səbəb evin ikinci dəfə satışını həyata keçirərkən Rüfətin 2000 manatı onun kartına göndərməsi olmuşdur. Həmin puldan 1000 manat Günelin kart hesaına, 1000 manat isə Ceyhunun kart hesabına göndərmişdir. Nəticədə Günelə 10.000 manat məbləğində pul qaytarılmasının şahidi olmuşdur. Təmirlə bağlı xərclərin ödənilib ödənilməməsindən xəbəri yoxdur. Şahid4 verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, Günelə evi göstərən zaman ev təmirsiz olmuş, lakin sonradan ona sonuncu tərəfindən evin təmir ilə bağlı müəyyən məbləğdə xərclər çəkilməsi məlum olsa da, lakin məbləğin nə qədər olması ilə bağlı onda hər hansı məlumat yoxdur. Günelin əşyalarını evə daşımağından, evi təmir etməyindən məlumatı olsa da lakin onun həmin evdə yaşadığını bilməmişdir. Günel təmirlə əlaqədar aylıq ödənişləri çatdıra bilmədiyi üçün Ceyhunla birlikdə ofisə gəlmiş, könüllü olaraq açarı təqdim etmiş və evin satılmasına razı olduğunu bildirmişdir. Günelin razılığı olmadığı halda o, evin satışında vasitəçilik etməzdi. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, o, 2024-cü ilin aprel ayının əvvəllərində özünə ev almaq üçün «TikTok» sosial şəbəkəsində ucuz evlər axtarmış, elanda Abşeron rayonu, Hökməli qəsəbəsində ilkin ödəniş olaraq 18000 manat qalan 15000 manatı isə 30 aya hər ay 500 manat olmaqla mətbəxlə birlikdə 3 otaqlı evin 33000 manata satılması barədə elanı görüb bu şərtlərin büdcəsinə uyğun olduğu üçün elanda göstərilən nömrəyə zəng etmiş, adı və mobil nömrəsi yadında qalmayan bir əmlak satışı üzrə vasitəçi ilə telefonla danışıb şərtləri bir də dəqiqləşdirmiş, evin əsl sahibi Təqsirləndirilən şəxsla görüşüb evə də baxmış, bəyəndiyi üçün almaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs evə aid yalnız “Bağçılığın üzvlük kitabçası” olmuşdur. Həmin kitabçaya əsasən də 16 fevral 2004-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi ərazisində yerləşən Bakı Mebel hissələri kombinatı, “Nübar” bağçılıq cəmiyyətinin bağ sahəsindən Təqsirləndirilən şəxs daimi istifadəsinə 800 kv.m. yer verildiyi göstərilmişdir. Həmin torpaq sahəsini və torpaq sahəsində tikilmiş olan mətbəxli ilə birlikdə 3 otaqlı evi Təqsirləndirilən şəxs ona 33000 manata satmış, şifahi olaraq razılaşdıqdan sonra 22 aprel 2024-cü il tarixdə Abşeron rayonu, 2 saylı Notariat ofisində Təqsirləndirilən şəxsla podrat müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən ilkin ödəniş olaraq Təqsirləndirilən şəxs 18000 manat vermiş, qalan 15000 manatı da 30 ay olmaqla ayda 500 manat ödəməyə razılaşmışlar. Hər ayın 22-si Təqsirləndirilən şəxs adına olan «Unibank»a məxsus sonu ***-****-4077-3081 nömrələrlə bitən bank kartı hesabına hər ay 500 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs evin əvvəlki sahibi olub olmaması barədə soruşmuş, Təqsirləndirilən şəxs da evi ondan əvvəl bir qadına satdığını, həmin qadın aylıq ödənişləri edə bilmədiyi üçün həmin şəxsi evdən çıxardığını demişdir. Həmin xanım bir dəfə həmin evə gəlmiş, və “Ceyhun mənim pulumu vermir” demişdir, o, da məsələnin ona aid olmadığını bildirmişdir. Hətta xanım ondan tələb etmişdir ki, aylıq ödənişləri Ceyhuna deyil, ona etsin. O, isə buna razı olmamış, xanıma yalnız ödəniş etdiyi vaxtlar barədə məlumat verə biləcəyini demişdir. Bir neçə ay sonra Abşeron RPİ-yə çağırılmış, ifadsi alınmışdır. Həmin xanım da Ceyhun da orada olmuşdur. Ceyhunla həmin xanım arasında olan pul ilə əlaqədar mübahisə ilə bağlı başqa bir məlumatı yoxdur. Evi alarkən evdə heç bir mebel və ya kiminsə şəxsi əşyası olmamışdır. Təqsirləndirilən şəxs evin Günelin pulunu tam qaytarıb qaytarmadığını bilmir. Təqsirləndirilən şəxsla hər hansı bir problemi yoxdur, aylıq ödənişlərini vaxtı vaxtında ödəyir. Şahid qismində dindirilmiş Şahid1 verilmiş suallara cavab olaraq daha sonra göstərmişdir ki, ona Abşeron rayonu, Hökməli qəsəbəsindəki evi ilk dəfə Teymur göstərmiş, ilk dəfə evə baxdığı vaxt ev yeni təmir olunmuş kimi olmaqla, evdə yaşayış olmamışdır. Onun evə köçməyi təxminən 2-3 ay çəkmişdir. O, Teymurla birlikdə evə şənbə günü baxmış, bazar ertəsi isə müqavilə bağlamış, bundan təxminən 6-7 ay sonra isə adını sonradan bildiyi Günel adlı qadın onun evinə gəlmişdir. Günel xanım onun evinə gələrkən evin ona satılması, onun evdə yaşaması barədə narazılıq ifadə etməmişdir. Hətta onu da bildirmişdir ki, təmir işləri onun tərəfindən aparılıb qapıları o, alıb. Sonra isə bildirmişdir ki, qapıları istəsə götürə bilər, lakin ona bağışlayır. Şahid1 onu da əlavə etmişdir ki, onun Ceyhunla Günel arasında olan problemdən məlumatı olmamış, “pulu Ceyhuna yox, birbaşa ona göndərmək barədə” Günelin təklifini qəbul etməmişdir. Belə ki, Günel ona bildirmişdir ki, Ceyhunun ona borcu var ona görə aylıq ödənişləri borc qurtarana qədər ona ödəsin. Qeyd etdiyi kimi o, təklifi qəbul etməmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, o, həmin gün, yəni Günelə pulunun qaytarılacağı gün sonuncunun aldadılmaması üçün onunla birlikdə ofisə gəlmişdir. Günelə müəyyən məbləğdə pul qaytarılsa da, lakin sonuncu həmin məbləğin razılaşdırılmış məbləğ olmadığını deyərək pulu götürməmişdir. Həmçinin Günel “evi alan şəxs niyə burda yoxdur, bu necə müştəridir, pulu qaytarmasanız 102 xidmətinə zəng edəcəyəm” kimi ifadələr də işlətmişdir. Günelə 10000 manat təklif edilmiş, Günel isə bunun çəkilmiş xərcdən qat-qat aşağı olduğunu bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 verilmiş suallara cavab olaraq daha sonra göstərmişdir ki, evin alqı-satqısı ilə əlaqədar müqavilə bağlanan zaman orda iştirak etməsə də, lakin müqaviləni görmüşdür. O, evin təmirində də usta ilə birlikdə iştirak etmişdir. Əmlak ofisi Xırdalanda yerləmişdir, Günel və o, pulu geri almaq üçün birlikdə getmişlər. Ofisdə bir neçə əmlak satışı üzrə vasitəçi və ev sahibi olmuşdur. Günelin nə qədər məbləğdə pul geri almalı olduğunu o bilmirdi, lakin ona ofisdə verilən məbləğ az idi. Günel onlara “siz məni aldadırsınız, mənə qaytarılmalı məbləğ bu qədər deyil” kimi ifadələr işlətmişdir. O, Günelə nə qədər pul təqdim edildiyini dəqiq bilmir. Pul bağlı zərfdə olmuşdur. Günel həmin məbləğlə razılaşmamış və onlar həmin pulu qaytararaq evə qayıtmışlar. Şahid2 verilmiş suallara cavab olaraq həmçinin onu da bildirmişdir ki, Günel onun bacısı qızıdır. Güneldən eşitmişdir ki, evi satan şəxs ondan artıq ödənişlər tələb edir. Elə ona görə də o, evin satılmasını və xərclərinin qaytarılmasını tələb edir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirdi ki, qızı Zərərçəkmiş şəxs 2023-cü ilin oktyabr ayının əvvəllərində özünə ev almaq qərarına gəlmiş və sosial şəbəkə vasitəsi ilə kreditlə evlər axtarmağa başlamışdır. O, işdə olan zaman qızı onun mobil nömrəsinə zəng edərək ev işin həll etməsini, müqavilə bağlanmalı olduğunu evin onun adına olmasını buna görə də ofisə gəlməli olduğu ona bildirilmiş və o, həmin gün Notariat Ofisinə getmişdir. Belə ki, ilk dəfə 07 oktyabr 2023-cü il tarixdə ev sahibi Təqsirləndirilən şəxs 14 saylı notariusda görmş və ona məluim olmuşdur ki, evin sahibi həmin şəxsdir. Təqsirləndirilən şəxs oğlu Vüsal Nəsirovla onun arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən aylıq ödəniş etməklə sonda Abşeron rayonu Hökməli qəsəbəsində olan fərdi yaşayış evi onun mülkiyyətinə keçiriləcəkdi. Bundan sonra qızı mütəmadi olaraq ödənişlərini etməyə davam etsədə, lakin sonuncunun deməsinə görə evin sahibi Təqsirləndirilən şəxs Güneli ofisə çağırmaqla, aylıq ödənişləri artıracağını, əks hada evi satışa qoyacağını bildirmiş, lakin qızı haqlı olaraq alıcının dediklərinə etiraz etmiş və onun təklifinin maddi imkanına uyğun olmadığını bildirmiş, lakin sonuncu onun təklifinə məhəl qoymararaq, evi satışa çıxarmış və bir neçə gün sonra evinə getdikdə mənzilin giriş qapısının kilidinin dəyişməsini şahidi olmuşdur. Şahid qismində dindirilmiş Şahid3 verilmiş suallara cavab olaraq daha sonra göstərmişdir ki, onun alqı-satqı müqaviləsnə əsas olan evin hansı dəyərdə olmasından xəbəri olmamış, müqavilədə yazılan məbləği görməmiş, pul ilə əlaqədar məsələləri qızı həll etdiyindən, yalnız evin sənədləşdirilməsində iştirak etmişdir. Qızı tərəfindən ev üçün nə qədər ilkin ödəniş etdiyini və ya hər ay nə qədər ödədiyini bilməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə evin alqı-satqısı həyata keçirilən gün görmüş, lakin evin qiyməti ilə bağlı danışıqlarda iştirak etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan:
1. Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanmış 07 oktyabr 2023-cü il tarixli, “ilkin alqı-satqı” müqaviləsinə əsasən satıcı adlanan X1 rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 55 kv metr olan 2 otaqlı fərdi yaşayış evini 35000 manat olmaqla satmağa, satıcı Şahid3 isə həmin mənzili ilkin ödəniş 4000 manat, qalan 31000 manat pulu isə aylıq ödəniş üzrə 1000 manat olmaqla almağı öhdəsinə götürmüşdür;
2. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması” haqqında 05 noyabr 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00da şübhəli şəxs qismində tutulmuşdur;
3. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 06 noyabr 2024cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmiş, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;
4. İstintaq hərəkəti olaraq keçirilmiş 06 noyabr 2024-cü il tarixli üzləşmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirilmə aparılmışdır;
5. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır;
6. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;
7. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi” barədə 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məcid Məcidlinin 07 noyabr 2024-cü il tarixli vəsatəti təmin edilməmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir;
8. Abşeron rayonu 02 saylı Notariat Ofisində bağlanmış 22 aprel 2024-cü il tarixli, “Podrat” müqaviləsinə əsasən satıcı adlanan X1 rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 80 kv metr olan 3 otaqlı yaşayış evini 33000 manat olmaqla satmağa, satıcı Şahid1 isə həmin mənzili ilkin ödəniş 18000 manat, qalan 15000 manat pulu isə aylıq ödəniş üzrə 500 manat olmaqla almağı öhdəsinə götürmüşdür;
9. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi” haqqında dekabr 01 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasına Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir;
10. “Cinayət işinin icraatının dayandırılması” haqqında 01 dekabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edildiyindən ********* saylı cinayət işinin icraatı dayandırılmışdır;
11. “Axtarışda olan şəxsin tutulması” barədə 08 yanvar 2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir;
12. “Cinayət işi üzrə dayandırılmış icraat təzələnməsi” haqqında 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq, Abşeron RPİ-nin MSYnə təhvil verildiyindən ********* saylı cinayət işinin icraatı təzələnmişdir;
13. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi” barədə 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məcid Məcidlinin 10 yanvar 2025-ci il tarixli vəsatəti təmin edilməmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri təstiq edilməklə, saxlanıldığı Abşeron RPİnin MSY-dən azad edilmişdir;
14. İstintaq hərəkəti olaraq keçirilmiş 09 yanvar 2025-ci il tarixli üzləşmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirilmə aparılmışdır;
15. İstintaq hərəkəti olaraq keçirilmiş 10 yanvar 2025-ci il tarixli üzləşmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirilmə aparılmışdır;
16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 yanvar 2025-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayətlər 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, bundan sonra Bakı şəhəri Nizami rayon məhkəməsinin 19 mart 2018-ci il tarixli qərarına əsasən 181.3.2-ci maddəsindən181.2.1 və 181.2.4-cü maddələrinə tövsif edilərək cəzası 10 ilə endirilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı «ƏFV» sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir;
17. “Sübutların qiymətləndirilməsi” haqqında 22 fevral 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 07 noyabr 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin qismən etiraf ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, üzləşmə-dindirmə protokolları və digər istintaq materialları sübut növü kimi qiymətləndirilmişdir.
Hüquqi məsələlər:
Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam və hərtərəfli baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin mövcudluğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, onun tərəfindən həmin cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin arasındakı hadisə mülki xarakter daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmayaraq və cinayət işində olan materialları nəzərdən keçirərək, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə irəli sürdüyü ittihamın təqdim etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair ittihamın əsasını mötəbər olmayan, ziddiyyətli və bir-biri ilə uzlaşmayan sübutlar, təhrif edilmiş ifadələr təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar müəyyən edilmədiyindən sonuncuya ittham olunduğu əməl üzrə bəraət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilməsi qənaətinə gəlməsinə səbəb olan əsasları və hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmünün çıxarılması üçün müəyyən etdiyi əsasları şərh etməmişdən öncə qeyd etməyi zəruri hesab edir ki, cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 8-36-cı maddələrində nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri– təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-nin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o, hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynalxalq-hüquqi aktlarda (xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı, “Mülki və siyasi hüquqlar haqqında Beynalxalq Pakt”ın 14-cü, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddələrində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində nəzərdə tutulması əhəmiyyətlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdiyi bir çox qərarlarında məhkəmə araşdırmasının mahiyyəti, məhkəmənin gəldiyi yekun qənaətlə bağlı əsas götürülməli şərtlər və prinsiplərlə əlaqədar göstərilmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə, istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli- məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi– hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər bir məhkəmə araşdırması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. İttihama əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncuya Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən özünə məxsus olan torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə birlikdə satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, 15350 (on beş min üç yüz əlli) manat məbləğdə pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib həmin torpaq sahəsini və evi «TikTok» sosial şəbəkəsində yerləşdirdiyi elana əsasən Şahid1 satmaqla Zərərçəkmiş şəxs, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Halbu ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qarşılaşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında nisiyə alqı-satqı müqaviləsinin şərtlərini özündə ehtiva edən razılaşma olmuş, həmin razılaşmaya əsasən ilkin ödəniş edilmiş, qalan məbləğin hissələrlə ödənilməsi müəyyənləşdirilmişdir. Sonradan tərəflər arasında razılaşma şərtəri pozulmuş, səbəbindən asılı olmayaraq Zərərçəkmiş şəxs iradə azadlığı çərçivəsində həmin əmlakın satılmasına etiraz etməmiş, ödədiyi və çəkdiyi xərclərin qaytarılmasını tələb etmişdir. Əmlak satıldıqdan sonra satışdan əldə olunmuş vəsaitdən 10000 manat Zərərçəkmiş şəxs təklif edilmiş (bu onun özü və digər şəxslər tərəfindən təsdiq edilir) lakin o, razılaşmadığı üçün məbləği qəbul etmədiyini bildirmişdir. Pulun təklif edilməsi 2024-cü ilin aprel ayında olmasına baxmayaraq, Zərərçəkmiş şəxs 01 noyabr 2024-cü il tarixdə Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, evinin onun məlumatı olmadan satıldığını bildirmiş, nəticədə ona 26350 manat ziyan dəydiyini qeyd etmişdir. Evin satıldığı vaxtdan keçən təxminən yeddi ay ərzində Təqsirləndirilən şəxs şikayətinin olmaması, həmçinin nağd verilmiş 9000 pulu dediyinə görə qəbul etmədiyi halda, kart hesabına göndərilmiş vəsaitdən, əlavə olaraq təmir xərci kimi verilmiş 600 manat məbləğdən imtina etməməsini əsaslandıra bilməmişdir. Bütün qeyd edilənlər Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmasını istisna edən hal kimi qiymətləndirilməlidir. Belə ki “dələduzluq” cinayət əməli təqsirin qəsd formasında olmaqla əvvəlcədən formalaşmış niyyətin təzahürü kimi özünü əks etdirə bilər. Lakin Təqsirləndirilən şəxs tərəfindən evin ilkin ödənişdən sonra təhvil verilməsi, yalnız aylıq ödənişlərlə əlaqədar yaranmış mübahisədən sonra Zərərçəkmiş şəxs razılığı ilə satılması və pulun onun özünün də bildirdiyi kimi ona təqdim edilməsi (onun məbləğlə razılaşmayıb, götürüb-götürməməsindən asılı olmayaraq) Təqsirləndirilən şəxs təqsirini istisna edir. Buradan da görünür ki, əməldə etibardan sui-istifadə və aldatma elementi yoxdur. Məhkəmə araşdırılması zamanı iş materialları öyrənilərkən müəyyən edildi ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə arasında müqavilə öhdəliyindən irəli gələn mülki xarakterli münasibətlər mövcud olmuş, sonuncunun zərərçəkmiş şəxsi aldatmasına və ya etibarından sui-istifadə etməsinə, əmlakını ələ keçirənədək belə niyyətinin olmasına dəlalət edən mötəbər sübutlara rast gəlinməmişdir. Beləki, ittiham tərəfinin təqdim etdiyi sübutlar Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın həlli üçün kifayət etmir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham sadəcə zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə əsaslandığından, təqsirləndirilən şəxsin dələduzluq cinayətini törətməsi, yəni sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməsini sübut edən heç bir digər sübut əldə edilmədiyindən ona irəli sürülmüş ittiham əsaslı hesab edilə bilməz. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. Belə ki, məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlil edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, təqsirləndirilən şəxs səmimidir, ifadəsi inandırıcıdır, istintaq orqanının topladığı sübutlarla onun ifadəsinin həqiqi olması da öz təsdiqini tapır. Belə ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı verdiyi ifadəsində birmənalı olaraq bildirmişdir ki, ona məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini müəyyən şərtlər daxilində Zərərçəkmiş şəxs satmaq barədə aralarında razılığa gəldikdən sonra Şahid3 Sərxan qızı ilə X4 arasında 07 oktyabr 2023-cü il tarixdə notarial qayada alqı-satqı müqaviləsi bağlanılmış, müqaviləyə əsasən X1 rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 55 kv metr olan 2 otaqlı fərdi yaşayış evini 35000 manat olmaqla satmağa, satıcı Şahid3 isə həmin mənzili ilkin ödəniş 4000 manat, qalan 31000 manat pulu isə aylıq ödəniş üzrə 1000 manat olmaqla almağı öhdəsinə götürmüşdür. Borc müqaviləsi bağlanıldıqdan sonra tərəflər üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istiqamətində hərəkətlər etmiş, yəni evo alıcıya təqdim etmiş, alıcı tərəfindən müəyyən müddət ərzində davamlı olaraq ödənişlər edilməklə həmin mənzildə təmir işlərinə başlanılmaqla müəyyən işlər görmüşdür. Qeyd edilən xüsusatlar zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə də öz təsdiqini tapır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittiham ilk əvvəl Zərərçəkmiş şəxs qismində verdiyi ifadəyə və sübutların qiymətləndirilməsinə dair qərarda qeyd olunmuş təqsirləndirilən şəxsin qismən etirafına əsaslanmış, lakin iş materialları tədqiq edilərkən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri arasında ziddiyyətlər aşkar edilmiş, təqsirləndirilən şəxsin isə qismən etirafına dair hər hansı ifadəsi müəyyən edilməmişdir. Belə ki, Şahid4 ifadəsində Günelin evin satılmasınıa razılığını həm onun, həm dayısının iştirakı ilə 9000 manat pul verilməsini, 1000 manat pulun isə onun tərəfindın sonuncunun kart hesabına köçürülməsini qeyd etmiş, həmin hal zərərçəkmiş şəxsin özü və dayısı tərəfindən də qismən təstiq olunmuşdur. Belə ki, pulun verildiyini lakin Günelin götürməkdən imtina etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs həm məhkəmə iclasında verdiyi ifadəsində həm də proses iştirakçıalrı tərəfindən verilən suallara cavabda gah mübahisəli mənzilin satışına razılıq verməsinə, gah da razılıq verməməsinə dair fərqli ifadələr verməklə, çaşqınlıq yaratmış, lakin məhkəmə iclasında sonuncunun zərərçəkmiş şəxsin evin satılmasından məlumatlı olması, hətta könllü olaraq açarı Teymura verməsi özünün ifadələri və digər möəbər sübutlarla müəyyən olunmuşur. Göründüyü kimi yuxarıda göstərilən ziddiyətlər, uyğunsuzluqlar ittihamın sübut kimi təqdim etdiyi zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin həqiqiliyini əsaslı şübhə altına alır, qanunvericiliyin tələbinə görə isə bütün şübhələr Təqsirləndirilən şəxs xeyrinə şərh olunmalıdır. Yuxarıda sadalananlara əsasən Təqsirləndirilən şəxs ümumiyyətlə cinayət hadisəsini törətməsi sübuta yetirilmir, belə ki irəli sürülmüş ittihama əsasən əməldə cinayət tərkibinin əlamətləri mövcud deyildir. Beləliklə də, cinayət işinin yuxarıda bütün şərh edilən halları, zərərçəkmiş şəxsin ifadəsinin mötəbər və etibarlı olmadığı, həmçinin başqa da hər hansı mötəbər sübutlar müəyyən edilmədiyi nəzərə alınaraq ittihamda göstərilən hərəkətlərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təsdiq edilmir. Hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən başqa müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, təqsirləndirilən şəxs barəsində elan edilmiş ittiham üzrə onun təqsirli olmasını təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə iş materialları ittiham olunan şəxsin təqsirsizliyini təsdiq etmişdir “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəldilməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsə elan edilmiş ittihama əsasən, zərərçəkmiş şəxsdən pul alarkən onun dələduzluq niyyətində olması, zərərçəkmiş şəxsə hər hansı vəd verməsi, aldatma üsulundan istifadə edilməsi iş materiallarında olan sübutlara əsasən öz təsdiqini tapmır, onların arasında yaranmış mübahisələr konkret mülki-hüquqi münasibətlərlə əlaqədar olmuş və bununla bağlı Təqsirləndirilən şəxs əməlində hər hansı dələduzluq və cinayətin tərkib əlamətlərinin olması müəyyən edilməmişdir. Beləliklə də Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında razılaşmadan əvvəl onun həmin zərərçəkmiş şəxsin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilməmişdir. Belə ki, iş üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə müəyyən məbləğdə ödənişlər edilmiş, lakin sonuncu təklif olunmuş məbləğin onun tərəfindən çəkilən xərcləri əvəz etmədiyi üçün qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu konstruksiyaya görə aldatmadan, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (sahibkarı əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Odur ki, əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı bir səbəbdən mülkiyyətçiyə qaytarılmadıqda şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin subyektindən dələduza çevirmir. Beləliklə, dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması, həm də həqiqət haqqında susma başa düşülür. Etibardan sui-istifadə etmə zamanı isə təqsirkar onunla əmlakın sahibi və ya mülkiyyətçisi arasında yaranan müəyyən etibar, inam münasibətlərindən istifadə edir. Məhkəmə istintaqında araşdırılmış sübutlarla dələduzluq cinayətinin qeyd edilən törədilmə üsulları olan aldatma və ya etibardan sui-istifadə etmənin Təqsirləndirilən şəxs hərəkətlərində olması, yəni onun zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olması müəyyən olunmur. Bundan əlavə müəyyən edildi ki, Təqsirləndirilən şəxs zərərçəkən şəxs kimi göstərilən Zərərçəkmiş şəxs etibarından sui istifadə etməmiş, ona hər hansısa bir vəd verməmiş, onu aldatmamışdır. Bununla da Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətini xarakterizə edən əlamətlərin, ümumiyyətlə cinayət tərkibinin mövcud olmamasına baxmayaraq, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, sonuncuya əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 14.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılmış sübutlara cinayət-prosesual qanunverciliyin tələbləri baxımından hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mülki hüquq münasibətləri mövcud olmuş və onlar arasında mübahisə məhz mülki qanunvericiliklə tənzimlənən öhdəliyin icrası ilə bağlı yaranmışdır. Məhkəmə iclasında dələduzluq cinayətini xarakterizə edən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi əlamətlərin sonuncunun hərəkətlərində olmasını təsdiq edən sübutlar müəyyən edilmədi. Əksinə, araşdırılmış sübutlar onunla Zərərçəkmiş şəxs arasında məhz mülki münasibətlərin mövcud olmasını birbaşa təsdiq edir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs niyyəti öhdəliyi icra etməməklə zərərçəkmiş şəxsə məxsus pul vəsaitini əvəzsiz və qanunsuz əldə etmək deyil, alqı-satqı müqaviləsi bağlamaqla mülki münasibətlərinə girib həmin öhdəliyi yerinə yetirmək olmuşdur. Onlar arasında ödənişlərlə bağlı yaranmış mübahisənin nəticəsi olaraq razılaşma əsasında evin başqa şəxsə satışı həyata keçirilmiş, bundan sonra təmir xərclərinə görə narazılıq yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata kecirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 42-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.1.4-cü maddəsinə əsasən, şəxsin təqsirliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır; 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.4-cü maddəsinə əsasən, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin (Təqsirsizlik prezumpsiyası) İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxstəqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməldə cinayət tərkibi olmadığından bəraət verilməli, Cinayət-Prosessual Məcəlləsinin 357-ci maddəsinə əsasən barəsində seçilmiş polsin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Odur ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs izah edilməlidir ki, barəsində bəraət hökmü çıxarıldığından onun pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə əlaqədar olaraq, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 182.1 ci maddəsində mülki iddia vermək hüququ olan şəxslər sadalanmışdır. Həmin maddəyə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda ziyan vurulduğunu iddia edən şəxslər cinayət mühakimə icraatında mülki iddia ilə müraciət edə bilər. Məhkəmə bildirir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs bəraət verildiyindən Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs hazırda göstərdiyi hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 30 saatın hər iş saatının 6 manatdan, digər 10 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 290 manat (30 saat x 6 AZN + 10 x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə edilməli əmlak və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 42.1.4, 346, 347, 350, 352, 353, 356, 357.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilsin və əməlində cinayət tərkibi olmadığına görə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vemə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Cinayət işi üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə edilməli əmlak və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saatın hər iş saatının 6 manatdan, digər 10 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, cəmi 290 (30 saat x 6 AZN + 10 x 11 AZN) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov