Məhkəmə qərarları › İş №1(012)-655/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-655/2023

15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-655/2023 15.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Bayram oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Bakı şəhəri 16 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1970-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması və əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Belə ki, o, Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq edilən cinayət işi üzrə zərərçəkmiş şəxslərdən kürəkəni X6 vasitəsilə alınan pul vəsaitlərinin məbləği ilə bağlı yaranmış anlaşılmazlığı aradan qaldırmaq məqsədilə 22 mart 2023-cü il tarixdə saat 17:00 radələrində həmin iş üzrə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Heydər parkı’-nın ərazisində fəaliyyət göstərən “Palma” çay evinə dəvət edib qeyd olunan məsələ ilə əlaqədar söhbət edərkən aralarında yaranmış mübahisə zamanı sonuncunu çay evindən təxminən 10-12 metr məsafədə yerləşən şam ağaclarının olduğu yerə aparıb özünü ətrafda olan başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozub cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunmaqla ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib və şəxslər üzərində zor tətbiq edərək, heç bir əsaslı səbəb olmadan, ictimai yerdə insanların gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlədib sonuncunun yumruqla sifət nahiyəsinə, təpiklə isə əl və ayaq nahiyələrinə qəsdən zərbələr vuraraq sağ budun yuxarı 1/3-nin iç səthinin qançırı və sağ əlin İİ barmağının hərəkət məhdudluğu ilə müşayiət olunan xəsarətlər yetirib Zərərçəkmiş şəxs əynində olan qara rəngli dəri gödəkçədən tutub dartmaqla gödəkçənin ön hissəsində solda, üst qatı və astarı əhatə etməklə sökülmüş zədə, ön hissəsində sağda, üst qatı və astarı əhatə etməklə cırılmış zədələr yetirib gödəkçənin yan cibindən yerə düşmüş “Blackview” markalı mobil telefonu yerdən götürüb silah qismində istifadə edib Zərərçəkmiş şəxs sol qulaq seyvanı nahiyəsinə qəsdən vuraraq sol qulaq seyvanının şişkinlik halında qançırı, qığırdaq hissəsinin yaralanması, qulaq seyvanının əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə və gödəkçəsini zədələyərək 130 manat məbləğində ziyan vurmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. İşin məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Zərərçəkmiş şəxs təxminən 1 ildən çoxdur tanıyır. Əvvəllər Ömərlə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Ömərlə kürəkəni X6 vasitəsilə tanış olmuşdur. Kürəkəni Orxan 2021 -ci ilin sonlarından 2023-cü ilin mart ayınadək müxtəlif tanışlarına məxsus ümumilikdə 50.000 manatdan çox pul vəsaitini Ömərə vermiş, Ömər isə Orxanın tanışlarını işə düzəltmək adı ilə pullarını ələ keçirməklə dələduzluq etmişdir. Həmin cinayət işinin istintaqı ilə əlaqədar 22 mart 2023-cü il tarixdə saat 12:00 radələrindən saat 14:00 radələrinədək həm o, həm də Ömər müstəntiq Ayaz Kazımovun xidməti otağında olmuş, həmin vaxt müstəntiq iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsini məsləhət görmüş, Ömərdən vurduğu maddi ziyanı ödəməsini tələb etsə də, aralarında heç bir mübahisə baş verməmişdir. Həmin gün saat 15:00 radələrində yaşadığı evdə olan zaman Ömər onunla mobil telefon əlaqəsi saxlayıb Abşeron rayonu Xırdalan şəhəri ərazisində görüşmək istədiyini bildirmişdir. Ömərdən görüşmək istəməsinin səbəbini soruşduqda Ömər sözügedən cinayət işinin istintaqı ilə bağlı bəzi məsələləri aydınlaşdırmaq və ortaq məxrəcə gəlmək üçün görüşmək istədiyini demişdir. Əvvəlcə, görüşməkdən imtina edib məsələnin polis tərəfindən araşdırıldığını bildirməsinə baxmayaraq, Ömər yenidən mobil telefonuna zəng etmişdir. Həmin zəngi cavablandırmamış, bununla görüşmək istəmədiyini bildirmək istəmişdir. Bir neçə dəqiqə sonra oğlunun tanışı Rövşən mobil telefonuna zəng edib onu Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Heydər parkı”-nın ərazisindəki kafelərdən birinə çay içməyə və Ömərin əməlləri barədə söhbət etməyə dəvət etmişdir. Rövşənin zəngindən təxminən 25-30 dəqiqə sonra “Heydər parkı”-nın ərazisindəki “Palma” çay evinin qarşısında Rövşənlə görüşüb masalardan birində əyləşmiş və çay sifariş etmişlər. Söhbət zamanı Rövşən məsələni aydınlaşdırmaq məqsədilə Öməri oraya çağırmaq istəmiş, buna razılıq verməsə də, sonradan razılaşdığı üçün Rövşən mobil telefon vasitəsilə Ömərə zəng edib “Palma” çay evinə çağırmışdır. Saat 17:00 radələrində Ömər təkbaşına çay evinə gəlib onlarla eyni masada əyləşmişdir. Ömərin iştirakı ilə apardıqları söhbət zamanı Rövşənə dəymiş maddi ziyanın məbləğinin 18.000 manat olduğunu bildirməsinə və sonuncunun özünün də bunu təsdiq etməsinə baxmayaraq Ömər bununla razılaşmadan 19000 manat pul qaytardığını söyləmişdir. Bununla bağlı aralarında mübahisə yarandığı üçün Ömər ona hədə-qorxu gəlmiş, onu tanışlarının çağırıb “başa salacaqlarını” demişdir. Ömərə danışmaq istəmədiyini və bir daha məsələnin daxili işlər orqanları tərəfindən araşdırıldığını demişdir. Bundan sonra ikilikdə çay evinin yan tərəfinə çəkilib ayaq üstündə mübahisəni davam etdirmişlər. Mübahisə zamanı Ömərlə əlbəyaxa olsa da, Ömərə heç bir xəsarət yetirməmiş, sadəcə əynindəki paltarın yaxasından tutmuşdur. Həmin vaxt dartışdıqlarına görə Ömərə məxsus qara rəngli mobil telefonun yerə düşdüyünü görmüşdür. Bu zaman Rövşən telefonun ona məxsus olduğunu zənn edib telefonu yerdən götürərək vermişdir. O isə telefonun özünə məxsus olmadığını görüb Ömərin üzərinə atmışdır, ancaq Ömərə qəsdən heç bir xəsarət yetirməmiş, hadisə zamanı Öməri söyüb təhqir etməmiş, Rövşən onunla Ömər arasında baş vermiş mübahisənin birbaşa şahidi olsa da, onun Ömərlə bir-birilərinə yumruqla xəsarətlər yetirməsi ilə bağlı düzgün olmayan məzmunda ifadə verdiyini, məhkəmə-tibbi ekspertizası zamanı Ömərin bədəni üzərində aşkar edilmiş xəsarətlərin hansı şəraitdə və kim tərəfindən yetirilməsi barədə heç bir məlumatı olmadığını, Ömərin hansı şəraitdə xəsarət almasını bilmədiyini, öz bədəni üzərində aşkar edilmiş xəsarətlərin 22 mart 2023-cü il tarixdə baş vermiş hadisə zamanı Ömərlə aramda baş vermiş mübahisə zamanı yarandığını, mübahisə zamanı səsküy yaranmadığını, söyüş söyülmədiyini və nalayiq ifadələr işlədilmədiyini, hadisə çay evinin yaxınlığında baş versə də, onların istirahətinə hər hansı narahatlıq olmadığını, ətrafa heç bir ziyan dəymədiyini, istintaq zamanı təyin edilmiş məhkəmə-trasoloji ekspertizasının rəyində göstərilmiş Zərərçəkmiş şəxs məxsus qara rəngli gödəkçənin üzərindəki zədələrin hadisə zamanı Ömərin paltarının yaxasından tutması, qarşılıqlı dartışmaları nəticəsində əmələ gələ biləcəyini göstərmişdir. Ömərə xəsarəti ehtiyatsızlıqdan yetirmişdir. Onların mübahisələri öz aralarında, adamların olmadığı yerdə parkın içindəki ağacların altında olmuşdu. Orada ictimai qayda pozulmamış, cəmiyyətə hörmətsizlik olmamışdır. Onun heç vaxt cəmiyyətə hörmətsizlik etmək fikri olmamışdır, Ömərdən tələbi isə kürəki Orxandan aldığı pulların geri qaytarılması ilə bağlı olmuşdur, hansı ki, bu səbəblərdən kürəkəni Orxanla qızı boşanmışdır. Müstəntiqin ittiham aktında yazdıqları ilə razı deyil, ittihamı qəbul etmir. Onun əməlinin qanun normaları ilə düzgün tövsif edilməsini məhkəmədən xahiş etdi. Sonda özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini zərərçəkənlə barışdıqlarını və bu əsasda işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 1 ildən uzun müddətdir tanısa da, təxminən 2022-ci ilin avqust ayında ünsiyyət saxlamağa başlamışlar. Əvvəllər Nağı ilə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 2021-ci ilin yanvar ayında Nağının kürəkəni Orxanla işlədiyi Abşeron rayonu Xırdalan şəhərində yerləşən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin inzibati binasında tanış olmuşdur. Həmin vaxt Orxanın tanışlarını işə düzəlmə məsələləri ilə əlaqədar İlqar adlı şəxslə tanış etmiş, sonradan Orxan tanışlarından aldığı müxtəlif məbləğlərdə pul vəsaitlərini hissə-hissə ona, o isə öz növbəsində İlqar adlı şəxsə vermişdir. Həmin dövrdə Orxanın qayınatası Nağı dəfələrlə onunla mobil telefon əlaqəsi saxlayaraq kürəkəninin aldığı pul məbləğləri ilə bağlı söhbət etmək üçün görüşmək istədiyini bildirmiş və onlar üçlükdə Bakı şəhərində yerləşən “Gənclik” metro stansiyasının yaxınlığında görüşmüşlər. Həmin görüşdən əvvəl Orxan ondan əməlləri barəsində qayınatasına məlumat verməməsini xahiş etmiş, işləri özünün qaydasına salacağını bildirmişdir. Ancaq Orxan tanışlarından aldığı pulların qarşılığında məsələləri həll edə bilmədiyindən barəsində 2022-ci ilin payız aylarında şikayət ərizəsi ilə Abşeron rayon Polis İdarəsinə müraciət edilmiş, o, həmin müraciət əsasında toplanmış material üzrə fakta görə Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin sabiq baş müstəntiqi Ayaz Kazımov tərəfindən Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə cinayət işi başlanmış və həmin iş üzrə şahid qismində dindirilmişdir. Hətta istintaq zamanı müxtəlif şəxslərdən alınaraq İlqara verilmiş pul vəsaitlərinin bir qismini sahiblərinə qaytarmışdır. Bundan sonra, bir neçə dəfə Nağı ilə Bakı şəhərində görüşmüş, Nağı hər dəfə ona hədə-qorxu gələrək işdən çıxartdıracağını bildirmişdir. 22 mart 2023-cü il tarixdə saat 16:00 radələrində Nağı istifadəsində olan mobil telefona zəng edərək tanışı X3 ilə arasında olan pul haqqhesabını yoluna qoyduğunu, Rövşənin ağlı başında biri olduğunu və lazım gələrsə, özünün hüquqlarını tələb etmək iqtidarında olduğunu demişdir. Telefon danışığı zamanı Nağı onunla görüşməyəcəyini, ancaq Rövşənə görüşmək istəməsi barədə məlumat verməsini istəmişdir. Bundan sonra o, Rövşənlə əlaqə yaradıb Nağının görüşüb söhbət etmək istəməsi barədə məlumat vermişdir. Saat 17:00 radələrində Xırdalan şəhərindən yaşadığı evə doğru yolda olarkən Rövşən mobil telefonuna zəng etmiş, zəngi cavabladıqda telefonun “səsucaldan” rejimini aktivləşdirməklə danışan Nağı onu Xırdalan şəhərində yerləşən “Heydər parkı”-nın ərazisindəki “Palma” çay evinə çağırmışdır. Telefon zəngindən təxminən 25-30 dəqiqə sonra o, həmin çay evinə getmişdir. Bu zaman Nağı və Rövşənin masalardan birində əyləşib söhbət etdiklərini görmüşdür. Yaxınlaşıb salamlaşdıqdan sonra masa arxasında əyləşmişdir. Söhbət zamanı Nağı Rövşənə dəymiş maddi ziyanın məbləğinin 17000 manat olduğunu bildirməsinə baxmayaraq sonuncu bununla razılaşmamışdır. Bu səbəbdən aralarında mübahisə yaranmış, Nağı ünvanına təhqiramiz ifadələr işlətməyə başlamışdır. Nağının təhqirlərindən təngə gəlib cavab qaytardığı üçün Nağı kiməsə zəng edib haraya isə getməyi bildirmiş və masadan qalxmışdır. Bundan sonra onlar əyləşdikləri masadan qalxıb ikilikdə təxminən 10-12 metr məsafədə çay evinin yan tərəfinə çəkilərək ayaq üstündə mübahisəni davam etdirmişlər. Mübahisə zamanı Nağı ilə əlbəyaxa olmuş və Nağı əynindəki paltarın yaxasından tutaraq yumruqla sifətinin sol tərəfindən bir dəfə vurmuşdur. Bu zaman o, Nağını itələsə də, Nağı üzərinə gəlib hər iki ayağına təpiklə zərbələr endirmişdir. Rövşən Nağını və onu aralaşdırmış, Nağı yaxınlaşıb əynində olan qara rəngli uzunqol gödəkçəni dartıb cırmış və gödəkçənin sol yan cibindəki “Blackview” markalı mobil telefon və qoluna taxdığı “Apple” markalı saat yerə düşmüşdür. Bu zaman Nağı sağ əlinin iki barmağını tutub qatlamış və nəticədə barmağı şişmişdir. Nağı yaxınlaşıb yenidən onu vurmağa çalışanda özünü müdafiə etmək məqsədilə yumruqla Nağının qarın nahiyəsinə vurub kənara itələmişdir. Nağı yerdə olan mobil telefonu götürərək sol qulaq seyvanı nahiyəsinə bir dəfə möhkəm zərbə vurmuşdur. Nağının ona telefonla vurması nəticəsində sol qulaq, bundan başqa sağ bud və sağ əl nahiyələrindən xəsarətlər almışdır. Bundan başqa, 22 mart 2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı Nağıya heç bir xəsarət yetirmədiyini, sadəcə özünü müdafiə etmək məqsədilə bir dəfə yumruqla qarın nahiyəsindən vurub itələdiyini, hadisənin həmin tarixdə saat 12:00 radələrindən saat 14:00 radələrinədək Abşeron rayon Polis İdarəsində qəbulda olan zaman Nağının kürəkəni Orxanın müxtəlif tanışlarından alıb qaytarmadığı pul məbləğləri ilə bağlı yaranmış mübahisə səbəbindən baş verdiyini, Nağını qəsdən xəsarət yetirmək məqsədilə vurmadığını, özündən kənarlaşdırmaq üçün yumruqla qarın nahiyəsinə vurub itələdiyini, hadisənin təxminən 5-10 dəqiqə ərzində davam edib başa çatdığını, gödəkçəsinin cırılması nəticəsində ona 130 manat məbləğində ziyan dəydiyini, məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlərin 22 mart 2023-cü il tarixdə hadisə zamanı Nağı tərəfindən yumruq və təpiklə, həmçinin yerdən götürdüyü, ona məxsus “Blackview” markalı mobil telefonla yetirildiyini, hətta zərbələrin təsirindən telefonun ekranının sındığını, sonradan həmin telefonu təmir etdirdiyini, onlar arasında olan dava-dalaş zamanı kənar şəxslərin istirahətinin, ictimai qaydanın pozulmadığını, hazırda təqsirləndirilən şəxslə barışıb razılaşmaları, ondan heç bir şikayəti, tələbi olmadığını bildirərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2022-ci ilin may ayında qardaşı Ruslan vasitəsilə tanımış, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Nə Ömər, nə də Nağı ilə arasında heç bir düşmənçilik və ya ədavət yoxdur. 2022-ci ilin may ayınadək Nağının kürəkəni Orxan və sonuncunun İlqar adlı tanışı qardaşı Ruslandan digər qardaşı Elçini və İsmayıllı rayonunda yaşayan qonşusu Əhliyyəti aldadaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə işə düzəltmək adı ilə ümumilikdə 19.000 manat pul almış, lakin vədlərinə əməl etməyərək dələduzluq etmişlər. Orxanın qayınatası Nağı bir neçə dəfə qardaşı Ruslanla əlaqə saxlayıb bu məsələnin kürəkəninə heç bir aidiyyəti olmadığını dilə gətirmişdir. Buna görə də yaranmış pul məsələsini aydınlaşdırmaq məqsədilə 22 mart 2023-cü il tarixdə saat 14:00 radələrində istifadəsində olan mobil nömrədən Nağının istifadəsində olan mobil nömrəyə zəng edib görüşmək istədiyini bildirmişdir. Telefon danışığı zamanı Nağı ikilikdə söhbət etmək üçün onu Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Heydər parkı”-nın ərazisindəki “Palma” çay evinə dəvət etmişdir. Həmin gün saat 15:00 radələrində adı çəkilən çay evində Nağı ilə görüşmüşlər. Salamlaşdıqdan sonra masalardan birində əyləşərək çay sifariş etmiş və söhbət etməyə başlamışlar. Söhbətə başladıqdan təxminən 15-20 dəqiqə sonra dostu Ruslan mobil telefonuna zəng edib harada olduğunu soruşmuşdur. O, “Palma” çay evində olduğunu deyərək Ruslanı görüşmək üçün oraya dəvət etmişdir. Ruslan bir neçə dəqiqə sonra gəlib onlarla eyni masa arxasında əyləşmiş və təxminən 25-30 dəqiqə oturub çay içdikdən sonra xudahafizləşib getmişdir. Ruslanın masa arxasında əyləşdiyi müddətdə o və Nağı qardaşının Orxana verdiyi pullarla, həmçinin pulların alınmasında Ömərin rolu ilə bağlı söhbət etmişlər. Ruslan getdikdən sonra Nağı ondan Ömərə zəng edib məsələni aydınlaşdırmaq üçün çay evinə dəvət etməsini istəmişdir. Bu səbəbdən mobil telefon vasitəsilə Ömərə zəng edib telefonu “səsucaldan” rejiminə keçirmiş, bu zaman Nağı danışmağa başlayaraq Öməri çay evinə çağırmışdır. Telefon zəngindən təxminən 25-30 dəqiqə sonra, yəni saat 17:00 radələrində Ömər “Palma” çay evinə gəlib masa arxasında əyləşmişdir. Ömərin iştirakı ilə baş tutan söhbət əsnasında onlar Nağıya kürəkəni Orxanın və İlqar adlı tanışının əməlləri nəticəsində ona və qardaşı Ruslana dəymiş ziyanın məbləğinin 19000 manat olduğunu bildirsələr də, Nağı bununla razılaşmayıb onlara ümumilikdə 17000 manat ziyan dəydiyini demişdir. Bununla bağlı Nağı və Ömər arasında sözlə mübahisə yaranmış, onlar masadan qalxıb çay evindən təxminən 10-12 metr kənarlaşmış və şam ağaclarının altındakı torpaq sahədə ayaq üstündə mübahisəni davam etdirmişlər. Mübahisə zamanı Nağı və Ömər bir- biriləri ilə əlbəyaxa olmuş, Nağı özündən çıxdığı üçün Ömərin əynindəki paltarın yaxasından tutub dartmış, Öməri hər iki ayağı ilə təpik zərbələri endirmişdir. O, Nağı və Öməri bir-birindən kənarlaşdırmağa çalışmış, Nağı Ömərin əynində olan qara rəngli uzunqol gödəkçəni cırmışdır. Bu zaman kiməsə məxsus mobil telefonun yerə düşdüyünü görmüşdür. Nağı həmin mobil telefonu yerdən götürərək telefonla Ömərin sol qulaq nahiyəsinə bir dəfə zərbə endirmişdir. Zərbədən sonra Nağının əlindəki telefon yerə düşdüyü üçün telefonu götürüb Nağıya uzatmışdır. Ancaq Nağı telefonun özünə deyil, Ömərə məxsus olduğunu bildirmişdir. Buna görə də yaxınlaşıb telefonu Ömərə uzatmış və mübahisənin baş verdiyi yerdən bir qədər uzaqlaşdırmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti üzrə şahid qismində dindirilmiş X4 bildirdi ki, Xırdalan şəhərində “Palma” çay evində işləyir. Nağını daimi müştəri kimi, mərifətli bir adam kimi tanıyır. Həmin gün Nağı başqa bir şəxslə çayxanada oturub çay içmiş, nə isə aralarında danışmış, çayxanadan çıxıb parka getmişdir. Həmin vaxt müştərilər də elə çayxananın həyətində çay içmişlər. Nağı və digər şəxs öz aralarında nə isə mübahisə etmişdir. Onların arasında mübahisə elə anidən olmuş, sonra da sakitləşmişlər. Nağı yenidən çayxanaya qayıtmış, o, mübahisə zamanı hər hansı söyüştəhqir eşitməmiş, ətrafda insanların toplaşmasının şahid olmamışdır, çayxanada olan müştərilər də həmin hadisədən hər hansı bir narahatlıq keçirməmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti üzrə şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, tez-tez “Palma” çay evinə gəlir. Hadisə günü də orada olmuşdur. Nağı ilə üzdən bir-birini tanıyırlar, çayxanada Naği bir şəxslə mübahisə etmiş, sonra oradan uzaqlaşmışlar, Nağı ilə digər şəxsin arasında elə bir ciddi mübahisə olmamış, çayxanada hər kəs öz istirahətində olmuş, hər hansı bir narahatlıq baş verməmiş, ətrafda kimlərinsə toplanmasının şahidi olmamışdır. Nağı digər şəxslə çayxanadan uzaqlaşmış və bir az sonra geri qayıtmışdır. İstintaq zamanı Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 Abşeron rayon şöbəsinin 25 mart 2023-cü il tarixli 540 nömrəli rəyindən görünür ki, 1991 -ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol qulaq seyvanının şişkinlik halında qançırı, qığırdaq hissəsinin yaralanması, qulaq seyvanının əzilmiş- cırılmış yarası, sağ budun yuxarı 1/3-nin iç səthinin qançırı, sağ əlin İİ barmağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir; 22 mart 2023-cü il tarixdə dava-dalaş zamanı bərk küt əşyanın (əşyaların) zərbəsindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İstintaq zamanı Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə- tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 Abşeron rayon şöbəsinin 04 aprel 2023-cü il tarixli 563 nömrəli rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol göz yuvasının bayır səthinin bir ədəd, sol qulaq arxası nahiyənin iki ədəd sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir; 22 mart 2023-cü il tarixdə dava-dalaş zamanı əl zərbələrinin zərbəsindən əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İstintaq zamanı təyin edilmiş məhkəmə-trasoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 20 iyun 2023-cü il tarixli 249/2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön hissəsində solda, gödəkçənin üst qatını və astarını əhatə etməklə sökülmüş zədə, gödəkçənin ön hissəsində sağda, gödəkçənin üst qatını və astarını əhatə etməklə cırılmış zədə aşkar edilmişdir. Göstərilən zədələrin forma, xarakter və morfoloji əlamətlərinə əsasən demək olar ki, bu zədələr gödəkçənin müvafiq nahiyələrinə fiziki güc tətbiq etməklə gərilib dartılma nəticəsində əmələ gəlmişlər, həmçinin əlbəyaxa olarkən dartılıb cırılma nəticəsində əmələ gəlmələri inkar olunmur. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Heydər parkı”-nın ərazisində fəaliyyət göstərən “Palma” çay evinin yaxınlığındakı, torpaq örtüklü, şam ağacları ilə əhatələnmiş sahədir. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, 22 mart 2023-cü il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs ilə aralarında olan pul məsələsi ilə bağlı mübahisə həmin yerdə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs onun baş, qulaq və ayaq nahiyələrinə zərbələr vuraraq ona xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yeri və şəraiti göstərmiş, bununla da hadisə yerinə baxış keçirilməsi başa çatdırılmışdır. Hadisə yerindən sübut əhəmiyyəti kəsb edə biləcək heç bir əşya, predmet, sənəd və sair götürülməmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş götürmə aparılması haqqında 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa ərizə ilə müraciət edərək könüllü surətdə təqdim etmək istədiyi, hadisə zamanı əynində olmuş 1 (bir) ədəd qara rəngli gödəkçəni və özünə məxsus 1 (bir) ədəd “Blackview” markalı mobil telefon götürülüb müvafiq qaydada qablaşdırılmışdır. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 20 aprel 2023-cü il tarixdə verilmiş əməliyyat tapşırığına Abşeron rayon polis şöbəsinin Cinayət axtarışı şöbəsinin 20 may 2023-cü il tarixli cavab məktubundan görünür ki, 22 mart 2023-cü il tarixdə saat 17:00 radələrində Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Heydər parkı’-nın ərazisində fəaliyyət göstərən “Palma” çay evinin yaxınlığında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında sonuncunun kürəkəni X6 vasitəsilə müxtəlif şəxslərdən işə düzəltmək adı ilə pul vəsaitlərinin alınaraq onlara qarşı dələduzluq edilməsi ilə bağlı Abşeron rayon Polis İdarəsinin İsitntaq şöbəsində istintaq edilən cinayət işi üzrə dəymiş ziyanın məbləği ilə bağlı yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əvvəlcə yumruq və təpik zərbələri ilə, mübahisənin gedişatında isə yerə düşmüş mobil telefondan istifadə etməklə Zərərçəkmiş şəxs xəsarətlər yetirmiş, həmin vaxt ətrafda onların tanışları Şahid və parkda istirahət edən və çay evində müştəri kimi əyləşən qeyri-müəyyən sayda şəxslər olmuş, həmin şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilsə də, onları müəyyən edərək istintaqa təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 25 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. İş materiallarından görünür ki, iş üzrə xx.xx.2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış,xx.xx.2023-cü il tarixdə iş üzrə əməl CM-nin 128-ci maddəsindən CM-nin 221.3-cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. Həmin qətimkan tədbiri məhkəmədə də öz qüvvəsində salxanılmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına əməl etməsi kimi hallar işin məhkəmə baxışında sübut edilməmişdir. Əksinə toplanmış sübutlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, məhkəmə istintaqı zamanı verilən ifadələrdən və işin faktiki vəziyyətindən bir daha müəyyən edilir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxs arasında münaqişənin səbəbi zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kürəkəni Orxan adlı şəxsdən aldığı pulların geri qaytarlmaması ilə bağlı olmuşdur, hansıkı tərəflərin ifadələrindən də göründüyü kimi Orxan adlı şəxsin barəsində olan dələduzluq işi ilə bağlı hər iki tərəf hadisəyədək Abşeron rayon Pİ-də olmuşlar. Hadisə vaxtı görüşün də məqsədi məhz mübahisənin həlli ilə başlı tərəflərin danışıq aparmaları olub. Hadisə olan yer ictimai yer olsa da, ictimai qaydanın kobud surətdə pozulması cəmiyyətə açıqca hörmətsizlik ifadə edən ictimai qaydanın pozulması işin məhkəmə baxışında təsdiqini tapmamışdır. Həmçinin iş üzrə ibtidai istintaq zamanı hadisəni kənardan görmüş, hadisə yerinə gəlmiş bir nəfərin belə olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi qeyd olunan Plenumun qərarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Belə ki, mübahisə hər hansı şəxsi narahat etməmiş, mübahisədən narahatlıq keçirən şəxslər müəyyən edilməmiş, bir nəfər belə kənar şəxs istintaq tərəfindən müəyyən edilib dindirilməmişdir. İş materiallarına əlavə edilmiş 20 aprel 2023-cü il tarixdə verilmiş əməliyyat tapşırığına Abşeron rayon polis şöbəsinin Cinayət axtarışı şöbəsinin 20 may 2023-cü il tarixli cavab məktubundan görünür ki, 22 mart 2023-cü il tarixdə saat 17:00 radələrində Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Heydər parkı’-nın ərazisində fəaliyyət göstərən “Palma” çay evinin yaxınlığında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında sonuncunun kürəkəni X6 vasitəsilə müxtəlif şəxslərdən işə düzəltmək adı ilə pul vəsaitlərinin alınaraq onlara qarşı dələduzluq edilməsi ilə bağlı Abşeron rayon Polis İdarəsinin İsitntaq şöbəsində istintaq edilən cinayət işi üzrə dəymiş ziyanın məbləği ilə bağlı yaranmış mübahisə zamanı çay evində müştəri kimi əyləşən qeyri-müəyyən sayda şəxslər olmuş, həmin şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilsə də, onları müəyyən edərək istintaqa təqdim etmək mümkün olmamışdır. Bundan başqa, müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahidlərin ifadələrindən də göründüyü kimi onlar hadisə baş verən zaman orada olmuşlar, onarın ifadələri də, işin digər sübutları ilə müqayisə edilərkən təqsirləndirilən şəxsin cəmiyyətə açıqca hörmətsizlik etməsini və ictimai qaydanı pozmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsi ilə bağlı məhkəmə yuxarıdakı mövqeyinə uyğun olaraq qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə xəsarət yetirməsi tərəflər arasında münaqişəli münasibətlər zəminində baş verdiyindən həmin əməl xuliqanlıq cinayəti kimi tövsif oluna bilməz.Çünki, təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkmiş şəxsə istiqamətlənən və onun düzgün olmayan hərəkət kimi qiymətləndirdiyi hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Zərərçəkmiş şəxsin hadisə zamanı aldığı xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət olduğundan bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurmaya görə məsuliyyət nəzərdə tutan 128-ci maddəsi ilə də tövsif olunmalıdır. Məhkəmə yuxarıda qeyd edilənlərə münasibətdə araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı ittiham üzrə təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə isə ittihamda “hər kəsin gözü qarşısında” zərərçəkmiş şəxsə silah qismində istifadə etdiyi telefonla vurmaqla ictimai qaydanı pozması qeyd olunduğu halda, ibtidai istintaq orqanı dindirdiyi şəxslərin dairəsini müstəsna olaraq zərərçəkmiş şəxsin özü, təqsirləndirilən şəxs və hadisənin iştirakçısı olan bir nəfər şahidin ifadəsi ilə məhdudlaşdırmış, həmin “hər kəs”dən bir nəfərini belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir. Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Eyni zamanda, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurması, yəni xəsarətin yetirilmə anı qısa zaman kəsiyində baş verdiyindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi, hansısa narahatçılığa səbəb olması, hadisəyə kənar şəxslərin toplaşması aparılmış ibtidai istintaq və məhkəmə istintaqı zamanı hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır, baş vermiş hadisə zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı yönəlmiş qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan habelə Təqsirləndirilən şəxs tərəfindən telefondan silah qismində əşyadan istifadə etməsi cinayətin tövsifinə təsir etmədiyindən, həmin hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.3-cü maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini və zərərçəkənlə barışıq əldə edilməsini və zərərçəkən Zərərçəkmiş şəxs Məmmədəli oğlu tərəfindən məhkəməyə ərizə təqdim edilərək təqsirləndirilən şəxslə barışıq əldə edildiyini ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişlər. Qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. İş üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, iş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar