Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-656/2025 15.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Şikayət verən şəxs Zərərçəkmiş şəxs, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci ildə Quba rayonu, Qalaxudat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan (çoban işləyən), Quba rayonu, Xınalıq Ərazi Dairəsi, Qalayxudat kəndində qeydiyyatda olan, Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən (ferma) fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il saat 18 radələrində «çobanlıq» fəaliyyəti ilə məşqul olmaqla ailə üzvləri ilə bərabər yaşadığı Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən Şahid1 istifadəsində olan heyvan fermasının həyətyanı sahəsindəki fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə inəkdən süd sağmaqla bağlı aralarında yaranmış fikir ayrılığı səbəbindən ailə daxili münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisə etdikdə həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə sonuncunun baş, qol, ayaq, bədəninin müxtəlif nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs sol aşağı ətrafında hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı nahiyəsinin iri ölçülü qançır-şişkinliyi, başın təpə nahiyəsinin dərialtı hematoması, sol bazu və sol baldır nahiyələrinin qançırları ilə müşahidə olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2014-cü ildə ailə həyatı qurmuş, 2019-cü ildə rəsmi nikaha daxil olmuşdur. Bu münasibətdən onların dörd azyaşlı övladı var. Yaqutdan əvvəl o, X3 ilə ailəli olmuş və həmin nikahdan beş övladı var. Samirə Abdullayevadan 2013-cü ildə rəsmi qaydada boşanmışdır. Hazırda o, Yaqutla birlikdə Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən Şahid1 məxsus fermada fərdi olaraq çoban kimi işləyir. 04 fevral 2025-ci il saat 18 radələrində fermanın həyətində yerləşən yaşadıqları evdə olarkən arvadı Yaquta inəkləri sağmasının lazım olduğunu dedikdə Yaqut gileyli halda bir neçə dəqiqə keçdikdən sonra vedrə götürüb inəyi sağmaq üçün evdən həyətə çıxmış və sonra evə qayıdıb inəklərin ondan əvvəl ilk nikahdan olan qızı X6 tərəfindən sağıldığını söyləmişdir. O, da bununla bağlı Günaya inəkləri sağarkən kömək etmədiyi üçün Yaquta sözlə iradını bildirmişdir. Bu səbəbdən Yaqutla aralarında mübahisə yaranmış və mübahisə zamanı əsəbiləşib Yaqutun üzərinə gedərək əl və yumruq zərbələri ilə qəsdən onun baş, qol, ayaq və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Bundan sonra Yaqutun yanından aralanıb fermaya getdiyini göstərmişdir. Əməlindən peşman olmasını, zərərçəkənlə hazırda barışdıqlarını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Həmin iş üzrə özünü tam təqsirli bilir. Söz verir ki, bir də onu dalaşmayacaq, içki içməyəcəkdir. Onların azyaşlı uşaqları vardır. Barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. İntiqamla 2014-cü ildə ailə həyatı qurmuş, 2019-cü ildə rəsmi nikaha daxil olmuşdur. Bu münasibətdən onların dörd azyaşlı övladı var. Ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən fermada yaşamaqla,orada çoban işləyir. Əvvəllər İntiqamla münasibətləri yaxşı olsa da, son zamanlar ailə daxili sözlə mübahisələri yaranır. 04 fevral 2025-ci il saat 18 radələrində fermanın həyətində yerləşən yaşadığı evdə olarkən İntiqam ondan inəkləri sağmasını istəmiş, o da vedrəni götürüb inəyi sağmaq üçün həyətə çıxdıqda ögey qızı X6 ona inəkləri ondan əvvəl sağdığını söyləmişdir. O, yenidən yaşadığı evə qayıdıb İntiqama inəklərin Günay tərəfindən sağıldığını bildirdikdə İntiqam onun bu sözündən əsəbiləşmiş və nəyə görə inəkləri o sağmadığı üçün irad bidirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zamanı İntiqam onun üzərinə gələrək əlləri ilə onun baş, sol qol və ayaq (bud) nahiyələrinə vuraraq onu döyüb xəsarət yetirmişdir. Bundan sonra İntiqam evdən çıxıb heyvanların yanına getmiş, o da evdən çıxıb Salyan rayonunda yaşayan atasıgilin yaşadığı ünvana getmişdir. Bu barədə bacısı Şəbumənə demiş, bacısı Şəbumən də telefonla DİN-nin “102” xidmətinə zəng edib onun əri İntiqam tərəfindən döyülməyi barədə məlumat vermişdir. Daha sonra isə o, X14 gəlib İntiqamın onu döydüyü barədə ərizə ilə müraciət edərək barəsində tədbir görülməsini xahiş etmişdir. Mübahisə zamanı yanlarında başqa kənar şəxsin olmadığını, mübahisə zamanı İntiqama müqavimət göstərmədiyini və onu vurmadğını, mübahisənin təxminən 5 dəqiqə davam etdiyini, mübahisə zamanı səs-küy yaranmadığını, şikayət və tələbi onu döyərək xəsarət yetirən əri İntiqamın cinayət məsuliyyətinə cəlb edilməsindən ibarət olduğunu göstərmişdir. Sonda o, məhkəmədən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onunla barışmadığın nəzərə alaraq, barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun doğma bacısı, Təqsirləndirilən şəxs isə Yaqutun əridir. 05 fevral 2025-ci il tarixdə yaşadığı evdə olarkən bacısı Yaqut ona zəng edib əri İntiqamın onu döydüyünü bildirmiş, o, da öz növbəsində telefonla həmin vaxt DİNnin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edib bu barədə məlumat vermişdir. Hadisə baş verən zaman o Yaqutgilin yanında olmamış, yəni öz yaşadığı evdə olmuşdur. Məlumat verərkən səhvən hadisənin Qaradağ rayonu ərazisində baş verdiyini bidirdiyini, ümumiyyətlə bacısı Yaqutun yaşadığı ünvanı tanımadığını və orada olmadığını göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Güzdək qəsəbəsində özünə məxsus heyvan ferması yerləşir. Təqsirləndirilən şəxs 2022-ci ilin may ayından öz ailəsi ilə birlikdə həmin fermada qalır və çoban kimi işləyir. Bəzi işlərində arvadı Zərərçəkmiş şəxs da ona köməklik göstərir. Görülən işin müqabilində İntiqama hər ay 700 manat əmək haqqı verir. Lakin aralarında hər hansı bir müqavilə yoxdur, şifahi razılaşma əsasında işləyirlər. 04 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxslə arvadı Zərərçəkmiş şəxs arasında baş vermiş dava-dalaş hadisəsi zamanı fermada olmadığı üçün hadisənin şahidi olmadığını, bu hadisədən iki gün keçdikdən sonra fermaya getdikdə bu barədə məlumatı olduğunu, bununla bağlı İntiqamın özündən eşidib bildiyini, İntiqam ona Yaqutu döydüyünü və Yaqutun da onun barəsində şikayət etdiyini dediyini göstərmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "MTE və PA ETT Birliyi" X15 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 257nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni səthində aşkar edilmiş xəsarətlər-sol aşağı ətrafında hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı nahiyəsinin iri ölçülü qançır-şişkinliyi, başın təpə nahiyəsinin dərialtı hematoması, sol bazu və sol baldır nahiyələrinin qançırları küt əşyanın (əşyaların)təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə vəşəraitdə, yəni xx.xx.2025-ci il tarixdə insan bədəninin hissələri (əl, ayaq və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan və Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(027)-172/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba rayon məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2-ci maddələrinə əsasən xitam verilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı dörd azyaşlı uşağı vardır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməli törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal şikayətverən şəxslə barışıq əldə etməsi və himayəsində dörd azyaşlı uşaqlarının olmasıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə şikayət verən şəxs əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və hazırda ondan şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən (ferma) fərdi yaşayış evini gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə görə ümumilikdə 20 saat olmaqla, 120 manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdrılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərində yaşayış yeri olan Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən (ferma) fərdi yaşayış evini gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasının müddəti icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-656/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-656/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver