Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-657/2022 29.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürounun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Qubadlı rayonu, Qəziyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, məhkumluğu olmayan, Qubadlı rayonu, Qəziyan kəndində qeydiyyatda olan, Abşeron rayonu, 28 May qəsəbəsində yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat pul müqabilində bir ədəd şəffaf selofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr siyahısına” daxil olan ümumi 1,454 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib Abşeron rayonu Qobu qəsəbəsi ərazisində üzərində saxlamış və daşımış,xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib, idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli selofan bükümdə 1,454 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, psixotrop maddələrdən istifadə edir.xx.xx.2022-ci il tarixdə o, Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manat pul müqabilində öz şəxsi istifadəsi üçün bir ədəd şəffaf selofana bükülmüş bükümdə psixotrop maddə olan metamfetamin almışdır. Həmin bir ədəd şəffaf selofana bükülmüş psixotrop maddə olan metamfetamini əynində olan tünd boz rəngli şalvarın sağ yan cibinə qoymuş və özü ilə birlikdə Abşeron rayonu Qobu qəsəbəsinə gətirmişdir. Abşeron rayon Qobu qəsəbəsində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışlar. Onlar polis əməkdaşları olduqlarını bildirib ona özlərini təqdim etmiş və onu Abşeron rayon polis idarəsinə getməyi təklif etmişlər.O da heç bir etiraz etməyək onlarla birlikdə Abşeron RPİ-nə getmişdir. Abşeron RPİ-də xidməti otaqların birində onun üzərində video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona təyin olunmuş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış başlamazdan öncə ona dövriyyəsi qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmetin olub-olmaması ,əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bundan sonra o əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən Bakı şəhəri Yasamal rayonundan əldə etdiyi və əynində olan tünd boz rəngli şalvarının sağ yan cibinə qoyduğu bir büküm şəffaf rəngli selofana bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb iştirakçılara təqdim etmişdir. Bundan sonra onun üzərindən çıxan psixotrop maddələr zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 10 iyun 2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxsnın narkotik vasitələrin həmçinin psixotrop maddələrin saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə o, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmişdir. Onlar dərhal 10 iyun 2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində əməliyyat tədbiri keçirib məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsində saxlayıb Abşeron rayon Polis İdarəsinə gətirmişlər. İdarədə o, raportla idarə rəisinə müraciət etmişdir. İdarə rəisinin göstərişi əsasında Abşeron rayon Polis İdarəsində otaqların birində baş təhqiqatçı Sabit Yusifov tərəfindən dövlət hesabına tutulmuş vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Abşeron rayon sakini Təqsirləndirilən şəxsnın üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs təhqiqatçı Sabit Yusifov tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi bildirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir büküm şəffaf rəngli selofana bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb iştirakçılara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən çıxararaq təqdim eydiyi bir ədəd şəffav rəngli bükümün içərisində olan maddə psixotrop maddə olan metamfetamindir. Bildirmişdir ki, təqdim etdiyi metamfetamini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manat pul müqabilində öz şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə iştirakçıların yanında qablaşdırılaraq müvafiq qaydada möhürlənib götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlar da həmin protokola imza etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2022-ci il tarixli 6/3283 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “HK-1/4574 saylı material üzrə ,təqdim etdi : (imza) Təqsirləndirilən şəxs..” sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,454 (qalıq 1,404) qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İstintaq zamanı məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 16 sentyabr 2022-ci il tarixli 5276 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nətcəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxsnın üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra qalıq qalmış 1,404 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. 11 iyun 2022-ci il tarixli, elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X3 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X2, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli selofan büküm çıxararaq təqdim etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 220.1,315.2,66.3-cü maddələri təqsirli bilinərək barəsində CM-nin 70-ci maddəsinə əsasən 4 il sınaq müddəti təyin edilməklə məhkəmə zalından azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər təyin edilmiş sınaq müddəti başa çatdıqda məhkumluğu ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Belə olan halda Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab edilməlidir və onun əməlində cinayətin residivi yoxdur. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan qərarlardan görünür ki, 10 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittihamı elan olunmuşdur. 11 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxsnın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroruna vəsatətlə müraciət edilmişdir. Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov Təqsirləndirilən şəxsnın müsbət xarakterizə olmasını və işin digər hallarını nəzərə alaraq həbs qətimkan tədbiri ilə bağlı vəsatəti təmin etməyərək həbslə bağlı olmayan qətimkan tədbiri ilə əvəz olunmasını məqsədə müvafiq hesab etmiş və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxsnın Abşeron RPİ-nin MSY-dən həbsdən azad olunması və barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul etmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə Abşeron rayon polis idarəsinin müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozduğunu, qeyd edilən cinayət prosessini həyata keçirən istintaq orqanından qaçıb gizləndiyini, istintaqa maneçilik törətdiyini, müstəntiqin çağırışlarına vaxtlı vaxtında gəlmədiyini nəzərə alaraq, onun barəsində tərəfimdən xx.xx.2022-ci il tarixdə axtarış elan olunaraq həmin tarixdə cinayət işinin icraatı dayandırılmışdır. Təqsirləndirilən şəxs Məmmədov X4 rayon polis idarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təhvil verildiyi üçün həmin tarixdə cinayət işinin icraatı təzələnmişdir. Təqsirləndirilən şəxsnın barəsində yenidən həbs qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2022-ci il tarixdə Abşeron rayon prokuroruna vəsatətlə müraciət olunmuş və Abşeron rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Abşeron rayon məhkəməsinə təqdimat verilmişdir. Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonuna qədər həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli CD formatlı diskə baxış keçirilmişdir. Baxış keçirən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də məhkəmə hesab edir ki, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 02 (iki ) ay 15 (on beş) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 05 (beş) ay cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs ” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ümumi xalis çəkisi 1.404 qram psixotrop maddə metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə 10 iyun 2022-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət , həmçinin xx.xx.2022-ci il tarixdən 29.09. 2022-ci il tarixədək həbsdə qaldığı 02 (iki) ay 15 (on beş) gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 05 (beş) ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 07 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt, Bakı və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Abşeron rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq 1,404 qram psixatrop maddə metamfetamin məhv edilsin. İş üzrə 55 (əlli beş) manat məhkəmə-bioloji ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 180 manat pul Xırdalan vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-657/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-657/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver