Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-658/2023 24.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2002-ci ildə Türkiyə Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qazax rayonu, Qazax şəhərində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 30-cu korpus ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində AF 706258 seriya Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdə saat 22 radələrində idarə etdiyi "Kia Optima" markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı kəndi, İlqar Abdullayev küçəsi ilə Novxanı kəndinin mərkəzinə doğru hərəkətdə olarkən "Noil" yanacaqdoldurma məntəqəsinin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək sağdan sola yolu keçən azyaşlı piyadalar Zərərçəkmiş şəxs1 və X4 avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə ehiyyatsızlıqdan Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travması, baş-beyin toxumasına və mədəciklərinə qansızma, sol bazu sümüyünün, sol sirkə kasasının, sol qasıq sümüyünün və büzdüm fəqərəsinin az yerdəyişən sınıqları, ağciyər kontuziyası, sol tərəfli pnevmatoraksla nəticələnən həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri və Gülər Hüseynliyə baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, sağ gicgah-təpə və kəllə əsası sümüklərinin sınıqları, sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sol göz orbitası və sol sol gicgah nahiyələrini əhatə edən sahənin dərialtı hematoması, sağ bel nahiyəsinin və hər iki əlin sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid xəsarətlər yetirməklə baş-beyinin yumşaq qişasına və beyin toxumasına diffuz qansızmalarla və sağ gicgah-təpə sümüklərinin kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan qapalı kəllə-beyin travmasından Gülər Hüseynlinin ölümünə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunan ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmir. **-EP-*** dövlət qeydiyyat nişanlı Kia Optima markalı avtomobil ona məxsusdur. Təxminən səkkiz ay olar ki, həmin avtomobili o, idarə edir. 04 aprel 2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu, Novxanı kəndi ərazisində “Noil” yanacaqdoldurma məntəqəsinin qarşısında İlqar Abdullayev küçəsi ilə Masazır qəsəbəsindən Novxanı kəndi istiqamətdə hərəkətdə olarkən bir nəfər qadının yolun ortasında dayandığını görmüşdür. Həmin vaxt sağ tərəfində hərəkət edən ağ rəngli nömrəsini və markasını xatırlamadığı avtomobil dayanmışdır. Lakin o, avtomobilin qabağında piyada ola biləcəyini fikirləşməmişdir. O, yolun hərəkət hissəsinin solu ilə həmin avtomobili ötmək istədikdə həmin vaxt iki nəfər uşaq anidən avtomobilin qabağına keçmişdir və idarə etdiyi maşın onların hər ikisini vurmuşdur. Daha sonra o, avtomobili saxlayıb yerə düşərək onları kənara çəkmiş və 103 təcili tibbi yardım xidmətinə məlumat vermişdir və təcili tibbi yardım maşınları gəlib uşaqları xəstəxanaya aparmışdır.Hadisədən sonra zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2 maddi yardım göstərərək barışıq əldə etmiş və hazırda zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ondan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmədən, göstərilən halların nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, X5 və mərhum X6 onun qızlarıdır. X10 rayonu, Novxanı kəndində yaşayır. Həmin vaxtlar o, da uşaqları ilə birlikdə qardaşıgildə yaşamışdır. Lakin, son zamanlarda özü və uşaqları üçün Xırdalan şəhərində kirayə ev tapmışdır. xx.xx.2023cü il tarixdə 22 radələrində o, qızları ilə birlikdə həmin evə getmək məqsədi ilə qardaşının yaşadığı evdən çıxaraq, Xırdalan şəhərinə getmək məqsədi ilə telefon vasitəsi ilə taksi sifariş vermişdir. “Noil” adlı yanacaqdoldurma məntəqəsinin qarşısına çatdıqda taksinin sürücüsü ona zəng edərək yanacaqdoldurma məntəqəsinin qarşısında gözlədiyini bildirmişdir. O, taksi sürücüsü ilə telefonda danışa-danışa yolun ortasına qədər hərəkət etmişdir. Daha sonra uşaqların arxada qaldığını gördükdə o, uşaqlara tərəf dönüb gəlmələrini söyləmişdir. Bu zaman uşaqlar ona tərəf gəlməyə başlamışdır. Həmin vaxt yolun sağ hissəsi ilə hərəkət edən ağ rəngli nömrəsini və markasını xatırlamadığı avtomobil dayanaraq uşaqlara yol vermişdir. Bu zaman o, yolun əks tərəfindən avtomobil gəlib-gəlmədiyini yoxlamaq məqsədi ilə geriyə dönmüşdür. Həmin vaxt möhkəm tappıltı səsi eşidib uşaqlara tərəf baxdıqda qızı Gülnurun bir az irəlidə yerə düşdüyünü görmüşdür. O, həyəcanlı olduğu üçün qaçaraq qardaşına və atasına bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçi deyil və onunla barışmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, X6 onun bacısıdır. X11 rayonu, Novxanı kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə 22 radələrində o, anası və bacısı birlikdə Xırdalana getmək məqsədi ilə dayısının yaşadığı evdən çıxmışlar. Anası Xırdalan şəhərinə getmək məqsədi ilə telefon vasitəsi ilə taksi sifariş etmişdir. Anası yolda telefonda danış-danışa yolun ortasına qədər getmiş, o isə maşın gəldiyi üçün yolun kənarında gözləmişdir. Həmin vaxt anası onları çağırmışdır. O bacısı ilə birlikdə anasına tərəf gedəndə ağ rəngli nömrəsini və markasını xatırlamadığı avtomobil dayanaraq yol vermişdir. Daha sonra nə baş verdiyini xatırlamır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 04 aprel 2023-cü il tarixdə 22 radələrində oğlunun dostu Təqsirləndirilən şəxs onu diş həkiminə aparmaq məqsədi ilə həmin vaxtlar yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş Yaşayış kompleksində yaşadığı mənzildən götürmüşdür. O, Yunusun idarə etdiyi avtomobilə arxa sağ tərəfdən oturmuşdur. Daha sonra Yunus bu məqsədlə Masazır qəsəbəsindən Novxanı kəndi istiqamətində hərəkət etməyə başlamışdır. O, Abşeron rayonu, Novxanı kəndində qırmızı rəngli yanacaqdoldurma məntəqəsinin qarşısından keçərkən hərəkət etdikləri avtomobilin qarşısına qəflətən nəyinsə çıxdığını və Yunusun idarə etdiyi avtomobilin ona çırpıldığını görmüşdür. Yunus avtomobili saxladıqdan sonra birlikdə yerə düşdükdə iki nəfər qız uşağının yolun ortasında yerə uzandığını görmüşdürlər. O, həmin an başa düşmüşdür ki, Yunus idarə etdiyi avtomobillə onları vurmuşdur. Daha sonra Yunus onları qucağına götürüb yolun kənarına çıxarmış və 103 təcili yardım xidmətinə məlumat vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 2/10104 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 10 may 2023-cü il tarixli 8/1109 saylı rəyindən görünür ki, «Kia Optima» markalı **-EP-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 43 saylı meyit rəyindən görünür ki, 2013-cü ildə anadan olmuş X3 meyitində aşağıdakı xəsarətlər aşkar edildi baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar; sağ gicgah-təpə və kəllə əsası sümüklərinin sınıqları, sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası müəyyən edilir, sol göz orbitası ve sol sol gicgah nahiyələrini əhatə edən sahənin dərialtı hematoması müəyyən edilir. Sağ bel nahiyəsinin və hər iki əlin sıyrıqları vardır həyati əlamətlərə malik olmaqla mərhumun ölümündən əvvəl, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023- cü il tarixdə piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinin (avtomobilin) hissələri ilə vurulması zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümimilikdə həyat üçün təhlükəli olan AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. X3 ölümünə səbəb - baş-beyinin yumşaq qişasına və beyin toxumasına diffuz qansızmalarla və sağ gicgah-tape sümüklərinin kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur. İlkin meyit əlamətlərin inkişaf dərəcəsinə əsasən onu demək olur ki, ölüm onun meyitxanadakı (xx.xx.2023, saat 20:00) müayinəsindən 4-6 saat əvvəl baş vermişdir ki, bu da mərhumun adına olan xəstəlik tarixində qeyd olunan xx.xx.2023-cü il saat 16:00-a uyğun gəlir. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, propil, butil və amil spirtləri, barbitur turşusu tərəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1323 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - qapalı kəllə-beyin travması, baş-beyin toxumasına və mədəciklərinə qansızma, sol bazu sümüyünün, sol sirkə kasasının, sol qasıq sümüyünün və büzdüm fəqərəsinin az yerdəyişən sınıqları, ağciyər kontuziyası, sol tərəfli pnevmatoraks bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə piyadanın hərəkətdə olan avtomobilin hissələri ilə vurulması nəticəsində yarana bilərdilər; dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Kia Optima” markalı, 77EP654 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Kia Optima” markalı, 77EP654 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasıya şöbəsinə Abşeron rayon icra şöbəsinə və Azərbaycan Respublikası Baş X12 idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-658/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-658/2023
24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver