Məhkəmə qərarları › İş №1(012)-658/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-658/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-658/2024 29.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2000-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 00EATDM), subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış massivində, qonşuluqda yaşayan X2 gecə vaxtı səs-küy salıb nalayiq ifadələr işlətdiyinə görə ona iradını bildirib itələdikdən sonra hadisə yerindən getmiş və yaxınlıqda olan marketdən pivə alıb yaşadığı evə qayıdarkan hadisə yerinə gələn Seyfəddin Fətalıyevin qardaşı Zərərçəkmiş şəxs onun yaxasından tutaraq qardaşı ilə münaqişə etməsinə görə narazılığını bildirib əlbəyaxa olaraq dalaşarkan əlində tutduğu pivə ilə dolu olan şüşə butulka ilə qəsdən Zərərçəkmiş şəxs başının ənsə nahiyəsinə bir dəfə vurub, ona başın ənsə nahiyəsinin və boyun nahiyəsinin kəsilmiş və səthi kəsilmiş yaralarından ibarət, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozumasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 04 dekabr 2023-ci il tarixdə, saat 02 radələrində o, ailə üzvləri ilə birlikdə yaşadığı binanın birinci mərtəbəsində yerləşən mənzildə televizora baxarkan onun mənzili ilə yanaşı, qonşusu Mirvarinin yaşadığı mənzilin pəncərəsinin önüdə məhəllə sakini kimi tanıdığı X3 ünvanına telefonda nalayiq söyüşlər söydüyünü eşitmişdir. Seyfəddin Fətalıyevin söyüşünün hər kəs tərəfindən eşidilməsi ona pis təsir etmişdir. Odur ki, həyətə gedib Seyfəddinə irad tutaraq bildirmişdir ki, bu binada camaatın ailəsi-uşağı yaşayır, söyüş söyməsin və buradan çıxıb getsin. Seyfəddin içkili olduğu üçün mübahisə etmiş, o da itələyərək Seyfəddini ordan uzaqlaşdırmışdır. Seyfəddin hadisə zamanı heç bir xəsarət almadığı üçün ondan şikayət etməmişdir. Hadisə zamanı Seyfəddin də onu vurmamışdır. Onunla Seyfəddin arasında baş verən mübahisə təxminən beş dəqiqə davam etmişdir. Bundan sonra marketə getmiş, orada dostu Əhmədlə rastlaşmışdır. Marketdə özünə su, atasına siqaret və içməyə pivə almışdır. Əhmədlə qayıdarkən yolda Seyfəddinin qardaşı Zərərçəkmiş şəxslə rastlaşmışdır. Vüsal ona hücum edib yaxasından tutmuş və qardaşını nə üçün vurduğunu deyərək onu vurmaq istəmişdir. Odur ki, Vüsalın onu vurmasının qarşısını almaq üçün əlində olan içi dolu pivə butulkasını onun başına vurmuşdur. Pivə butulkası şüşədən olduğu üçün butulka sınmış və butulkanın şüşəsi onun başının təpə nahiyəsini və boyun nahiyəsini kəsmişdir. Onları yanlarında olan dostu Əhməd aralamışdır. O, Vüsalla rastlaşana qədər Seyfəddinlə mübahisəsindən təxminən yarım saat keçmiş, Vüsalla rastlaşaraq dalaşdığı yer yaşadığı binadan təxminən üç yüz metr aralıda olmuşdur. Ona görə də, onun Zərərçəkmiş şəxslə dalaşmağından binalarda yaşayan şəxslər xəbər tutmamışlar və qonşulardan hadisə yerinə gələn olmamışdır. Onları dostu Əhməd aralamışdır. Vüsalla aralarında baş verən münaqişə təxminən iki-üç dəqiqə ərzində baş vermişdir. Vüsalın başına butulka ilə vurduqdan sonra başının qanadığını görüb hadisə yerindən dərhal evinə getmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X7 qonşu kimi tanıyır, X4 isə, onun doğma qardaşıdır. Qardaşı Seyfəddin həyat yoldaşı Mirvari Qəhrəmanzadədən faktiki olaraq ayrılmışlar. Hadisə günü Seyfəddin Mirvarinin yaşadığı ünvana gedərək içkili olduğu üçün orada səs-küy salmışdır. Bibisi ona zəng edərək Rəşadın Seyfəddini döydüyünü demiş, odur ki, o, Mirvarinin yaşadığı binaya tərəf getmişdir. O, yolda Rəşadla üzü-üzə gəlib rastlaşmışlar. Rəşadın yaxasından tutub onu itələmiş və qardaşı Seyfəddini nə üçün vurduğunu soruşmuşdur. Bu zaman Rəşad əlində olan pivə butulkası ilə onun başına bir dəfə güclü zərbə ilə vurmuşdur. Onun başından qan axdıqda, taqətdən düşüb yıxılarkan hadisə yerində olan Rəşadın dostu Əhməd onu tutmuş və yıxılmağa qoymamışdır. O, hadisə zamanı Rəşad Şəfiyevin yaxasından yapışıb onu itələmişdir. Lakin sonradan onu vurmamış və ona heç bir xəsarət yetirməmişdir. O. hadisə yerindən bibisi Elnarənin evinə getmiş və şərbət içdikdən sonra öz evinə getmişdir. Evdə əhvalı pis olduğu üçün təcili yardım çağırmış və təcili tibbi yardım işçiləri gəlib ona tibbi yardım göstərmişlər. Təcili tibbi yardım xidmətinin işçiləri ona bildirmişlər ki, yarası tikilməlidir. Ona görə də, onu Bakı şəhər 1 saylı tibbi mərkəzə aparmışlar. Orada yarası tikilmiş və sabahı gün evə buraxılmışdır. Hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsində, "Mehdiabad gənclər şəhərciyi” yaşayış massivində, binalardan aralıda baş vermişdir. X10 barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və onun qardaşı Seyfəddin Fətalıyevi onunla eyni məhəllədə yaşayan şəxs kimi tanıyır. Zərərçəkmiş şəxs şikayət etdiyi X9 da onunla eyni məhəllədə yaşayır. Onunla dostluq münasibəti vardır. 04 dekabr 2023-cü il tarixdə saat 01.30 - 02 radələrində evdən çıxmış və yaşadığı məhəllənin kənarında yerlıəşən və 24 saat işləyən “AAF” marketə siqaret almaq üçün getmişdir. Həmin vaxt dostu Rəşad Şəfiyev həmin yerə gəlib çıxmışdır. Rəşadla görüşmüş, onun kefini soruşduqda Rəşad bildirmişdir ki, qonşu binada yaşayan Seyfəddinin ayrıldığı keçmiş arvadı Mirvarinin evinə gəlmiş, Mirvari onu evə buraxmadıqda həyətdə dayanaraq onun ünvanına nalayiq söyüşlər söydükdə o, binanın həyətində Seyfəddinlə mübahisdə etmişdir. O, Rəşada demişdir ki, əsəbləşməsin və Seyfəddinə baş qoşmasın. Rəşad marketdən su alıb içmiş, siqaret alıb cibinə qoymuş və bir ədəd pivə almışdır. Rəşadla birlikdə məhəlləyə qayıdarkan yolda qarşılarına Seyfəddinin qardaşı Zərərçəkmiş şəxs çıxmışdır. Vüsal, Rəşada “nə üçün qardaşımı döymüsən” deyərək cavab gözləmədən Rəşadın yaxasından yapışmışdır. Onlar əlbəyaxa olduqda Rəşad əlindəki pivə butulkası ilə bir dələ Vüsalın başına vurmuşdur. Butulka sınmış və butulkanın şüşəsi Vüsalın başının dərisini kəsmişdir. Vüsalın başından dərhal qan gəlməyə başlamışdır. O, Vüsal və Rəşadı ayırmış, Rəşadla birlikdə yaşadığı binaların qarşısına gəlmiş və onu evinə ötürüb özü də yaşadığı evə getmişdir. Vüsal da hadisə yerindən öz evinə getmişdir. X11 Fətalıyev arşında baş verən hadisə yeri binalardan nisbətən aralıda olmuş, hadisə ani olaraq, təxminən iki-üç dəqiqə ərzində baş vermişdir. Vüsal, Rəşada hücum edib yaxasından yapışan kimi Rəşad əlində olan butulka ilə onun başına vumuş və Vüsal başından xəsarət aldığı üçün və o, araya girib onları dərhal ayırmışdır. Ona görə də, hadisədən kənar şəxslərin xəbəri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşı X4 onun rəsmi olaraq həyat yoldaşıdır. Lakin hazırda ondan faktiki olaraq ayrılaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Mehdiabad gənclər şəhərciyi” yaşayış massivində 8 saylı binanın anasına məxsus 10A saylı mənzilində anası X5 ilə birlikdə yaşayır. Yaşadığı mənzil binanın birinci mərtəbəsində yerləşir və otaqların pəncərələri həyətə baxır. Seyfəddin Fətalıyevlə birgə nikahından iki azyaşlı uşaqları vardır. Uşaqlar onunla birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 01.30 radələrində anasının mənzilində olarkan, azyaşlı qızı Fətalıyeva Danıla “qızılca” xəstəliyi ilə xəstələndiyi və temperaturu olduğu üçün yatmamış, uşağa baxməşdır. Həmin vaxt anası və digər azyaşlı uşağı yatmışlar. O, xəstə uşağı ilə məşğul olarkan mənzilin həyətə baxan pəncərəsinin döyüldüyünü eşitmişdir. Pəncərəni aqçdıqda həyat yoldaşı Seyfəddin Fətalıyevin sərxoş vəziyyətdə pəncərinin qarşısında durduğunu görmüşdür. O, içkili vəziyyətdə olmuşdur. Seyfəddindən gecə vaxtı pəncərəni nə üçün döyməsini soruşduqda o, uşaqlarla görüşmək istədiyini bildirmişdir. O, Seyfəddinə bildirmişdir ki, uşaq “qızılca” xəstəliyinə tutlulub, istiliyi var, ona görə də gecənin bu vaxtı uşaqlarla onu görüşdürə bilməz. Seyfəddinə demişdir ki, getsin, sabah gəlsin. Lakin Seyfəddin əl çəkməmiş və onun ünvanına nalayiq söyüşlər söymüşdür. O, Seyfəddini sakitləşdirib evinə getməsinə çalışsa da, Seyfəddin hərəkətlərini davam etdirərək onun ünvanına ucadan nalayiq söyüşlər söyməkdə davam etmişdir. Seyfəddin onun ünvanına nalayiq söyüşlər söyərkən qonşulardan bir neçəsi, o cümələdən qonşusu Rəşad eşitmişlər. Qonşusu Rəşad həyətə düşmüş və Seyfəddinin yanına gəlib ondan söyüş söyməməsini və çıxıb binanın həyətindən getməsini tələb etmişdir. O, pəncərədən baxdığı üçün onları görmüş , nə danışdıqlarını eşitmişdir. Rəşad Seyfəddinə söyüş söyməməsini və binanın həyətindən çıxıb getməsini tələb etdikdə Seyfəddin yenidən onun ünvanına cinsi orqanının adını tutmaqla nalayiq söyüş söymüş, Rəşada isə demişdir ki, “rədd ol buradan”. Bu zaman Rəşad, Seyfəddinin yaxasından tutub itələmiş və həyətdən getməsini tələb etmişdir. Rəşad Seyfəddini iətələdikdə Seyfəddin yıxılmışdır. Bundan sonra Rəşad hadisə yerindən çıxıb getmişdir. Onun hara getməsini bilməmişdir. Bundan sonra həmçinin Seyfəddin də, hadisə yerindən çıxıb getmişdir. O. pəncərəni bağlayıb xəstə uşağı ilə məşğul olmuşdur. Sonrakı hadisələrdən xəbəri olmamışdır. Seyfəddin onun yaşadığı evin həyətinə gəlib pəncərənin qarşısında onun ünvanına təxminən beş dəqiqə müddətində söyüş söydükdən sonra hadisə yerinə Rəşad gəlmiş, Rəşadla Seyfəddinin arasında olan münaqişə də təxminən beş dəqiqə davam etmişdir. Hadisəni evdə olan anası eşitməmişdir, çünki mənzilin digər tərəfə baxan otağında yatmışdır. Qonşulrdan bir neçəsi balkondan hadisəyə baxmışlar. Sonradan hadisə yerinə bir neçə qonşu gəlmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X12 Abşeron rayon şöbəsinin 04 dekabr 2023-cü il tarixli, 2630 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-başın ənsə nahiyəsinin və boyun nahiyəsinin kəsilmiş və səthi kəsilmiş yaraları iti kənara malik olan əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş nahiyəsinə zərblə endirilmiş butulkanın sınmış şüşə parçalarının təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.  Cinayət işinin icraata qəbul edilməsi haqqında 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qəsdən sağlamlığa yüngül zərər vurulması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək, ibtidai istintaqı aparılmışdır.  Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.  Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs 08 avqust 2008-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan olunmuşdur.  Cinayət işi üzrə icraatın dayandırılması haqqında 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs istintaqa təqdim olunanadək dayandırılmışdır.  Şəxsin könüllü gəlməsi haqqında xx.xx.2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polisin axtarışından məlumat alan kimi könüllü olaraq Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə gəlmişdir.  Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilimişdir.  Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.  Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam şəkildə ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur.  Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4,39.1.6–39.1.11, 40.3 və 40.4-cümaddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmiş, bununla əlaqədar zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbininin olmamasına və cinayət işinin icraatına xitam verilməsinə dair ərizə təqdim etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi üçün nəzərdə tutulan 15 (on beş) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar