Məhkəmə qərarları › İş №1(012)-659/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-659/2025

23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-659/2025 23.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X2, Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Digah qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 8Ada qeydiyyatda olmaqla həmin evdə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 182.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində sosial şəbəkədə tanış olduğu on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən qəbirstanlığa apararaq boş sahədə Zərərçəkmiş şəxs öpüb, cinsi ehtirasının təmin etmək məqsədilə cinsiyyət orqanını sonuncunun ağız boşluğuna daxil etmiş, daha sonra cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə daxil edərək sonuncu ilə seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə vatsap sosial şəbəkə ilə əlaqə saxlayıb xx.xx.2024-cü il tarixdə ona qarşı seksual xarakterli hərəkət etdiyi zaman çəkdiyi videogörüntüləri sonuncunun atası X4 göndərəcəyi və internet sosial şəbəkəsində paylaşmaqla haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs 100 manat pul tələb etmişdir. . İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, "İnstaqram" sosial şəbəkəsində «qasan mamedov» adı ilə qeydiyyatdan keçmişdir. xx.xx.2024-cü il tarixdə profil 20 radələrində İnstaqram sosial şəbəkəsində "Zəhra" profil istifadəçisi ilə yazışmış şəxsə tanış olmaq istədiyini bildirmişdir. Sonuncunun hansı məktəbdə neçənci sinifında oxuduğunu soruşmuş, həmin şəxs Digah qəsəbəsində yerləşən S.Məmmədov adına orta məktəbdə oxuduğunu demişdir. O, özünü həmin şəxsə Məmmədhəsən adı ilə təqdim etmiş və görüşməyi təklif etmişdir. xx.xx.2024-cü il tarixdə ünsiyyətlərini davam etdirmiş, təkrar ona görüşmək istədiyini bildirəndə hər ikisinin razılığı ilə xx.xx.2024-cü il tarixdə saat 14 radələrində görüşməyi planlaşdırmışlar. Sonra təklif etmişdir ki, məktəbin həyətində görüşsünlər və ona demişdir ki, orada çox adam olur, qəbristanlığın həyətində görüşsünlər. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində məktəbin qarşısında olan zaman həmin qızı, adını sonradan bildiyi Güləsəri gözləmiş, sonuncu məktəbdən gələndən sonra əvəllcədən razılaşdıqları kimi qəbristanlığa tərəf getmiş, o da arxası ilə gəlmişdir. Qəbristanlıqda ağaclıq olan hasarın yanında görüşmüş, bir gədər söhbət etdikdən sonra öpüşməyə başlamış, ona qarşı seksual hərəkətlər etmiş, sonuncu yerdə daşın üstündə oturmuş, şalvarının qabağını açib cinsiyyət orqanını çıxarmış və ondan cinsiyyət orqanını ağzına almasını istəmişdir. Güləsərlə bir dəfə qeyri təbii yolla cinsi əlaqədə olmuş, belə ki cinsiyyət orqanını sonuncunun ağzına bir neçə dəqiqə nüfuz etdirmiş, sonra onunla qeyritəbii yolla cinsi əlaqədə olmuş və qeyri təbii yolla cinsi əlaqədə olmasını öz mobil telefonuna çəkib yaddaşda saxlamışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Güləsərlə əlaqə saxlayan zaman ondan 20 manat borc pul istəmiş, sonuncu demişdir ki, «atamdan alsam sənə 20 manat verə bilərəm». xx.xx.2024-cü il tarixdə yenidən instaqram sosial şəbəkəsində Güləsərlə ünsiyyət saxlayan zaman mobil nömrəsini istəmiş, sonuncu əvvəlcə mobil nömrəsini ona vermək istəməmiş, o isə demişdir ki, nömrəni verməzsə, sinif yoldaşlarından tapa bilər. Bundan sonra Güləşər öz mobil nömrəsini vermiş, onunla votsap proqramı üzərindən əlaqə saxlamışdır. Güləsərlə görüşmək istədyini demiş, sonuncu isə ona vaxtı olmadığını və görüşmək istəmədiyini bildirmişdir. Belə olduqda o, mobil telefonunda sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olan zaman çəkdiyi görüntünü mobil telefonuna göndərmiş, demişdir ki, əgər onunla görüşməzsə, həmin görüntünü atasının telefonuna göndərəcəkdir. Göstərmişdir ki, Güləsərin orta məktəb şagirdi olduğunu əvvəlcədən bilmiş, Güləsərlə bir dəfə qəsəbədəki qəbirstanlıqda görüşmüş, əvvəlcə cinsiyyət orqanını onun ağız nahiyəsinə nüfuz etdirmiş və sonra isə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, yalnız sonuncuya demişdir ki, «mənimlə görüşməsə, onunla qeyri təbii yolla olduğum videonu atana göndərəcəm». Güləsərdən başqa hər hansı miqdarda pul tələb etməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, Güləsərlə dekabr ayının təxminən 9-u instaqram sosial şəbəkəsi üzərindən tanış olmuşdur. Belə ki, Güləsər onun instaqram sosial şəbəkəsində paylaşdığı “story”-ni bəyənmiş və o, Güləsərə mesaj yazaraq tanış olub-olmadıqlarını soruşmuşdur. Söhbət əsnasında onlar tanış olmuşdur. Səhəri günü Güləsər məktəbdən çıxdıqdan sonra təxminən saat 2 radələrində görüşdülər. Görüş yeri qarşılıqlı razılıq əsasında Digah qəsəbəsində yerləşən qəbirstanlığın yanına təyin edilmişdir. Güləsərdən hər dəfə yaşını soruşmuş, lakin o 17-18 yaşının olduğunu bldirmiş, neçənci sinifdə oxuduğunu ona bildirməmişdir. Qəbirstanlığa getməkdə məqsəd söhbət etmək olmuşdur. Hadisə yerində baş vermiş qeyri-təbii üsulla baş vermiş əlaqə hərəkət Güləsərin razılığı ilə baş vermiş, ona qarşı heç bir zor tətbiq etməmişdir. Həmin gün içkili olmuşdur və o, hadisə baş verən zaman qeyd olunan hərəkətləri hansı məqsədlə telefonunda çəkməyini xatırlamır. Videonu çəkən zaman Güləsər onu görmüşdü. Daha sonra ona məlum oldu ki, Güləsər ondan başqa 2-3 nəfərlə danışırmış. Onun mobil telefon nömrəsini almışdır. Güləsər onunla acı danışdığı üçün o, digər şəxslərlə danışmamalı olduğunu, əks təqdirdə onlar əlaqədə olan zaman çəkdiyi videonu atasına atacağını bildirmişdir.Güləsərdən hər hansı məbləğdə pul istəməmişdir. Həmin gün aralarında görüş təyin edilmiş və 16 dekabr 2024-cü il tarixdə axşam radələrində polis əməkdaşları onu saxlamışdır. Təqsirləndirilən şəxs ilkin məhkəmə iclasında Zərərçəkmiş şəxs pul istəmədiyini, ümumiyyətlə pula ehtiyacı olmadığını, videonu Güləsərə atmaqda məqsədi ondan pul almaq olmadığını bildirsə də, sonuncu məhkəmə iclasında Güləsərdən 20 manat məbləğində borca pul istədiyini bildirmişdir. Bundan başqa mobil telefonunda olan whatsapp ani mesajlaşma şəbəkəsində olan yazışmaları tutulduqdan sonra polis əməkdaşları tərəfindən yazıldığını bildirərək hədə qorxu ilə Güləsər Bayramovadan pul tələb etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs sonda yaşlı-ana atasının olmasını, peşman olmasını nəzərə alıb ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndə X2 iştirakı ilə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 08 dekabr 2024-cü il tarixdə Məmmədhəsən ona instaqram sosial şəbəkəsi üzərindən mesaj yazaraq onu tanıdığını bildirmiş və görüş təklif etmişdir. O ilk dəfə görüşdən imtina etəsə də ikinci təklifdən sonra görüşə razılaşmışdır. Sabahı günü o dərsdən çıxarkən Məmmədhəsən ona mesaj yazaraq qızlardan ayrılmasını və onun arxası ilə gəlməsini bildirmişdir. O, Məmmədhəsənin arxası ilə getmiş və bir qəbirstanlığın yaxınlığına çatmışlar. 10-15 dəqiqə söhbət etdikdən sonra Məmmədhəsən onu öpməyə başlamış və qəbirstanlığın yaxınlığında olan 2-3 daş hündürlüyündə olan daşları yanında şalvarını aşağı endirmiş və cinsiyyət orqanını öpməsini bildirmişdir, aralarında qeyri-təbii yolla cinsi əlaqə baş vermişdir. O, bu zaman Məmmədhəsənin video ilə onu çəkdiyini bilməmişdir. Əlində telefon olduğunu görmüş və nə etdiyini soruşduqda Məmmədhəsən ona dostları ilə görüşəcəyini və onlarla yazışdığını bildirmişdir. Hadisədən sonra o evinə getmişdir. Daha sonra Məmmədhəsən ona yenidən yazmış və görüş təklif etmişdir. O hazırlıqdan çıxdıqdan sonra təxminən saat 7 radələrində Məmmədhəsənin arxası ilə getmiş və qaranlıqdan tanımadığı bir yerdə açıq darvaza və həyətdə avtomobilin olduğunu görmüşdür. Məmmədhəsən dostu ilə nəsə danışmış və daha sonra onu avtomobildə oturmağa dəvət etmişdir. Daha sonra avtomobildə onu öpməyə başlamış, yenidən qəbirstanlıqda olduğu kimi cinsiyyət orqanını açaraq öpməsini istəmiş, cinsi orqanını onun arxa keçəcək nahiyəsinə daxil etmişdir. Bu zaman onun video çəkdiyini görmüş və bildirmişdir ki, videoya çəkməsin. 16 dekabr 2024-cü il tarixdə səhər tezdən Məmmədhəsən ona sosial şəbəkədə yazaraq mobil telefon nömrəsini istəmiş, o isə verməkdən imtina etmişdir. Bu zaman Məmmədhəsən ona ətrafından, sinif yoldaşlarından nömrəsini tapa biləcəyini bildirdiyi üçün qorxmuş və nömrəsini Məmmədhəsənə vermişdir. Nömrəni ona verdikdən sonra Məmmədhəsən ona görüşdükləri zaman etdiklərini çəkdiyi video-görüntünü ona atmış və borcu olduğu üçün 100 manat tapmasını istəmişdir. Əks halda videonu atasına göndərəcəyi ilə onu qorxutmuşdur. Daha əvvəl də ondan 20 manat istəmiş və bu zaman 1700-1800 manat borcunun olduğunu bildirmişdir. O isə pulu tapa bilməyəcəyini bildirsə də Məmmədhəsən onun yazdıqlarına məhəl qoymamış və pul məsələsini həll etməyini əks halda videonu atasına göndərəcəyini bildirmişdir. Daha sonra Məmmədhəsən onu görüşə çağırmışdır. O saat 2-də evdən çıxıb hazırlığa gedən zama qorxmuş və DİN-nin 102 xidmətinə zəng edərək başına gələnlər barədə polisə məlumat vermişdir. Təxminən saat 4-5 radələrində polislər gəlmişdir. Məmmədhəsən görüş yerinə gəlmədiyi üçün polislərin fikrinə əsasən sonuncu dəfə “Həsən pulu tapdım” yazmışdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, Məmmədhəsənə məktəbli olduğunu, 9-cu sinifdə oxduğunu və 15 yaşı olduğunu bildirmişdir. Sonda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək onun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 17 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, 17 dekabr 2024-cü il tarixdə, saat 20:00-da Təqsirləndirilən şəxs CM-nin 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində X3 təyin edilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 dekabr 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 182.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılmasından ötrü icraata götürülmüşdür. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1 və 182.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 4(012)-857/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X7 xx.xx.2024-cü il tarixli 573 nömrəli (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində hər hansı xəsarət və ya onun izi aşkar edilmədi, qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək dəliyi nahiyəsində xəsarət və ya xəsarət izi olmadıqda cinsi əlaqənin müddəti haqqında fikir söyləmək mümkün deyildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası” X7 xx.xx.2025-ci il tarixli, 50 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı psixi xəstəlikdən əzab çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəktələrini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükəsi müəyyən edilmədi. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 yanvar 2025-ci il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası” X7 xx.xx.2025-ci il tarixli, 46 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində ünsiyyətçillik, emosionallıq, zirəklik, müstəqilliyə və sərbəstliyə can atmaq müəyyən edilir, onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik aşkar edilmədi. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. O iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. - “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 26 fevral 2025ci il tarixli qərarından görünür ki, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolu, ekspert rəyləri, ***-***-**-** saylı GSM mobil nömrəsi ilə işləyən İphone 14 markalı mobil telefon sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, həmçinin əhəmiyyət kəsb edən digər sənədlər iş materialları ilə ziddiyyət yaratmadığından sübut növü kimi qəbul edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi ***-***-**-** saylı GSM mobil nömrəsi ilə işləyən İphone 14 markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonunun yaddaşında bir nəfər kişi cinsli şəxsin cinsiyyət orqanını orta məktəb geyimində olan qızın ağız boşluğuna salaraq ehtirasını təmin etdiyini əks etdirən 2 ədəd videogörüntü və bir nəfər kişi cinsli şəxsin cinsiyyət orqanını qadın geyimində olan şəxsin arxa keçəcək nahiyəsinə salaraq ehtirasını təmin etdiyini əks etdirən 1 ədəd videogörüntü olduğu müəyyən edildi. İş üzrə Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi ***-***-**-** saylı GSM mobil nömrəsi ilə işləyən İphone 14 markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı ***-***- **-** saylı GSM mobil nömrəsinin votsap proqramı vasitəsi ilə «Güləsər» adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı GSM mobil nömrəsi arasında yazışmalar olduğunu müəyyən edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 12:29-dan saat 16:17-dək olan müddət ərzində hər iki nömrə arasında aparılan yazışmada Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs pul istədiyi, sonuncu atasından pul istəsə də, ona pul verilmədiyi, Zərərçəkmiş şəxs qarşı tərəfə yalvararaq videonu atasına göndərcəyindən və çəkilmiş videonu paylaşacağından qorxduğu, qarşı tərəf isə həmin videonu atasına göndərəcəyi ilə hədələdiyi, Zərərçəkmiş şəxs pul tələbi və videonu atasına göndərəcəyi hədəsi barədə mesajların bir neçə saat ərzində davamlı yazıldığı, daha sonra çəkilmiş videonun göndərilməməsi üçün Zərərçəkmiş şəxs qarşı tərəfə lazım olan hər bir hərəkət etməyə razı olduğunu bildirdiyi, bundan sonra axşam radələrində Digah qəsəbəsində yerləşən qəbirstanlığa görüş təyin edildiyi və sonuncu həmin əraziyə gələrək sonuncu dəfə «Həsən pulu tapdım» mesajını göndərdiyi öz əksini tapmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə törədildikdə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədəqorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur.Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir.Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir.Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur.Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər.Hədə-qorxu ilə yerinə yetirilməsi tələb edilən əmlak xarakteri daşıyan digər hərəkətlər dedikdə isə əmlakın verilməsini, bilavasitə əmlaka dair mülkiyyət hüququnun və yaxud digər əşya hüquqlarının təqsirkara keçməsini nəzərdə tutmayan hərəkətlər, məsələn adi mülki dövriyyədə əvəzli olan bu və ya digər işlərin əvəzsiz görülməsi, xidmətlərin əvəzsiz göstərilməsi, təqsirkarın əvəzinə öhdəliklərin icrası, təqsirkardan borcun ödənilməsini, işlərin yerinə yetirilməsini, xidmətlərin göstərilməsini tələb etmək hüququndan imtina başa düşülür.Hədə-qorxu ilə tələb etmə cinayətindən zərərçəkmiş şəxs qismində fiziki və yaxud maddi və yaxud mənəvi zərərə məruz qalmış yalnız əmlakın mülkiyyətçisi, əmlaka olan hüququn daşıyıcısı deyil, ona faktiki sahiblik edən (məsələn, əmlakı mühafizə edən, bu və ya digər əsaslarla əmlaka çatımlığı olan), hüquqverən sənədləri saxlayan şəxslər də çıxış edirlər.Əmlakın verilməsi barədə cinayətkar tələbin ünvanlandığı şəxslə bilavasitə hədəyə, zor tətbiq etməyə məruz qalmış şəxs eyni olmadıqda, məsələn təqsirkar mülkiyyətçiyə ünvanladığı (çatdırdığı) onda olan əmlakın verilməsi barədə tələbi sonuncunun yaxın qohumuna zor tətbiq etməklə möhkəmləndirdikdə, hədə-qorxu ilə tələb etmə cinayətindən zərərçəkmiş şəxs qismində mülkiyyətçi ilə yanaşı əmlakın mülkiyyətçisi və yaxud ona faktiki sahiblik etməyən şəxs də (hədələməyə, zorakılığa məruz qalmış yaxın qohum) tanına bilər”. Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inam görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsinə dair ifadəsinin dəlillərini əsaslı hesab etmir, təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair gətirdiyi dəlilləri müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs ilk öncə zərərçəkmiş şəxsin azyaşlı olduğunu bilmədiyi ilə bağlı ifadəsinə münasibətdə qeyd edir ki, zərərçəkmiş şəxslə ilk öncə məktəbdən dərsdən çıxanda görüşmüşdür. Tədqiq edilmiş video-görüntülərə baxış keçirilən zaman da seksual xarakterli hərəkətlər edilən zaman da zərərçəkmiş şəxsin məktəbli formasında olduğu müəyyən edilmişdir. Bundan başqa zərərçəkmiş şəxsin fizioloji göstəriciləri onun azyaşlı olduğunu bilməyə kifayət qədər əsas verirdi, bunu yetkinlik yaşında olan təqsirləndirilən şəxs bilməyə bilməzdi. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi rüsvayedici videoları yaymaqda təhdid edərək ondan 100 manat pul istəmədiyi, ondan cəmi 20 manat borca pul istəməyi, “whatsapp” ani mesajlaşma şəbəkəsində onun adından yazılan mesajların polis əməkdaşları tərəfindən yazılması ilə bağlı ifadəsinə münasibətdə hesab edir ki, “mobil telefonun whatsapp yazışmalarına baxış keçirilməsi haqqında” 17 dekabr 2024-cü il tarixli protokola baxış keçirilərkən [12:35, xx.xx.2024] MƏMMƏDHƏSƏN: Neynirem paylasmagi, [12:35, xx.xx.2024] MƏMMƏDHƏSƏN: En uzagi atava ataram, [12:36, xx.xx.2024] MƏMMƏDHƏSƏN: Pul meselesinde calıs helle ele və s. mesajları günün birinci yarısına təsadüf etdiyindən, təqsirləndirilən şəxsin özünün də təsdiqlədiyi kimi onun həmin günü mesajlar yazılan vaxtı azadlıqda olduğundan,yəni polislər tərəfindən tutulmadığından təqsirləndirilən şəxsin “whatsapp” ani mesajlaşma şəbəkəsində onun adından yazılan mesajların polis əməkdaşları tərəfindən yazılması ilə məhkəmə iclasında bildirdiyi xüsusatlar əsassızdır. Bundan başqa yazışmalarda da göründüyü kimi borca pul istəməmişdir. Bunu təsdiq edən hal kimi yuxarıda yazışmalarda göstərilən “en uzagi atava ataram” və “pul meselesinde cals hell ele” kimi mesajları göstərilir. Hədə qorxu ilə tələb etmənin üsullarından biri kimi rüsvayedici məlumatları yayma hədəsinin mahiyyəti ondan ibarətdir ki, zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədi ilə ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsi rüsvayedici məlumatları yaymaqla hədələyərək müəyyən məbləğdə pul əldə etmək məqsədi məhkəmə iclasında tədqiq edilmiş sübutlar, zərərçəkmiş şəxsin ifadəsi, “mobil telefonun whatsapp yazışmalarına baxış keçirilməsi haqqında” protokol və iş materiallarında olan digər sənədlərlə sübuta yetirilir. Bundan başqa məhkəmə iclasında təqsirləndirilən şəxsdən hadisə vaxtı videoları hansı məqsədlə çəkilməsi soruşulduqda isə o, verilmiş suallara yayındırıcı cavablar vermişdir, yəni video çəkiliçinə heç bir əsas gətirə bilməmiş, ümumiyyətlə “ağlabatan” cavab verə bilməmişdir. Məhkəmə qeyd olunan xüsusata münasibətdə də hesab edir ki, təqsirləndirilən şəxsin həmin videoları çəkməkdə məqsədi sonradan zərərçəkmiş şəxsi hədələməklə ondan asılı vəziyyətə salmaq və ondan əmlak əldə etmək niyyəti olmuşdur. Həmin niyyəti ilə yuxarıda qeyd olunan mesajlarla başa çatdırmışdır. Məhkəmə göstərilənləri ümumiləşdirərək təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, zərərçəkmiş şəxsin ifadəsi ilə, mobil telefonun whatsapp yazışmalarına baxış keçirilməsi haqqında” protokolla və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. Qeyd olunan maddə üzrə təqsirləndirilən şəxsin cinayət əməlini törətməsini şübhə altına alan hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs hadisəni təfərrüatı ilə bildirərək, ibtidai istintaqa verdikləri ifadələrini təsdiq etmişdir. Zərərçəkmiş şəxsin ifadəsinin mötəbərliliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu hər iki cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 182.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsasların olmaması müəyyən edilməmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə seksual xarakterli hərəkətlər etməsi və zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgə əmlakını tələb etməsi sübuta yetirilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 182.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzansını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 182.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən . Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 17 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 132.1 və 132.1.6-cı maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; Qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş ***-***-**-** saylı GSM mobil nömrəsi ilə işləyən İphone 14 markalı mobil telefonda olan və 03 ədəd video CD diskə köçürülərək cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** saylı GSM mobil nömrəsi ilə işləyən İphone 14 markalı mobil telefon isə hökm qanuni qüvvəyə minənədək Abşeron Rayon Polis İdarəsinin “Maddi Sübutların saxlanc ambarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə,yəni təqsirləndirilən şəxsə geri qaytarılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1 maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1 maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 4 (dörd) il 3(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 17 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış İphone 14 markalı mobil telefonda olan 03 ədəd video CD diskə köçürülərək cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı GSM mobil nömrəsi ilə işləyən İphone 14 markalı mobil telefon isə hökm qanuni qüvvəyə minənədək Abşeron Rayon Polis İdarəsinin “Maddi Sübutların saxlanc ambarında” saxlanılsın, hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs geri qaytarılsın. İş üzrə mülki iddia, ekspertiza xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar