Məhkəmə qərarları › İş №1(012)-66/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-66/2020

24.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-66/2020 24.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci ildə Ucar rayonu, Qazıqumlaq kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olmaqla, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2018-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs ona məxsus 295 ədəd ot tayasını 1 ədədi 5 manatdan olmaqla 1475 manata almasını, həmin ot presini Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən “X5” yem mağazasına boşaltmasını, həmin ot presinin dəyərini dərhal ödəyəcəyini vəd edib, inandıraraq aldatmış və həmin tarixdə 295 ədəd ot tayasının 1 ədədini 4 manata yem mağazasının müdiri Şahid Hafiz oğluna sataraq pulu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs 1475 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, uşaqlarının hər ikisi paralic xəstəliyindən əziyyət çəkir. Onların dərmanına pul çatdıra bilmir. Bu səbəbdən dələduzluq etmək qərarına gəlmişdir. Buna görə də xx.xx.2018-ci il tarixdə işlədiyi karyerin yolunun üstündə yerləşən ot mağazasına gəlmiş və həmin mağazada olan Baba kimi özünü təqdim edən işçi ilə danışaraq və ona bildirmişdir ki, mağazaya ot presi sata bilər. Həmin presi bazarda olan qiymətdən 1 manat ucuz qiymətə, yəni 4 manata təklif edərək mağazada olan işçi ilə razılaşmışdır. Bundan sonra Sulutəpə qəsəbəsində taksiyə əyləşərək Zabrat qəsəbəsində yerləşən ot bazarına getmişdir. Orada ot satan tanımadığı bir nəfər şəxsə yaxınlaşmış və həmin şəxsin avtomaşınında nə qədər ot presi olduğunu və qiymətini soruşmuşdur. Həmin şəxs presi 5 manata satdığını və maşında təxminən 295-ə yaxın pres olduğunu bildirmişdir. O, həmin şəxsin mobil nömrəsini götürərək onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən 2 saat sonra həmin ot satan şəxslə əlaqə saxlamış və Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən mağazanın yerini ona başa salaraq ot preslərini mağazaya boşaltmasını və sonra pulu ondan almasını xahiş etmişdir. Sonra mağazanın işçisinin nömrəsini “Kamaz” sürücüsünə verərək ounla əlaqə saxlamasını bildirmişdir. Təxminən saat 18 radələrində “Kamaz” sürücüsü istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ona zəng vuraraq həmin ot presini mağazaya boşaltdığını bildirmişdir. O, sürücüyə onu təxminən 15-20 dəqiqə gözləməsini bildirmişdir. Həmin vaxt ərzində o, mağazaya getmiş, 4 manatdan olmaqla 295 ədəd ot presinin pulunu, yəni 1185 manat nağd pulu mağazanın işçisi Baba adlı şəxsdən almışdır. Pulu mağazadan aldıqdan sonra “Kamaz” sürücüsünə zəng etmiş və onun pulunu verəcəyini bildirmişdir. Bundan sonra o, özünə məxsus telefonu söndürmüşdür. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Salyan rayonundan özünə məxsus olan “Kamaz” markalı avtomaşın ilə ot gətirib Zabrat qəsəbəsində yerləşən ot bazarında satmaqla məşğul olur. xx.xx.2018-ci il tarixdə ot bazarında olarkən bir nəfər qabaqcadan tanımadığı şəxs ona yaxınlaşmış və maşındakı ota baxdıqdan sonra maşında nə qədər ot qaldığını və otun qiymətini soruşmuşdur. O, avtomaşında təxminən 330 ədəd ot presinin qaldığını və ot presinin 1 ədədinin 5 manata olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs onun mobil nömrəsini götürərək onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən 2 saat sonra həmin şəxs Zərərçəkmiş şəxs zəng edərək ot presinin Hökməli Qobu yolunun üzərində yerləşən mağazaya boşaltmaq lazım olduğunu bildirərək, əlaqə saxlamaq üçün 050-391- 53-86 mobil nömrəsini vermişdir. Bundan sonra o, Hökməli qəsəbəsinə gəlmiş və ona verilən 050-391 53 86 mobil nömrəsi ilə əlaqə saxlayaraq Qobu yolunun üzərində yerləşən ot mağazasına gedərək 295 ədəd ot presini oraya boşaltmışdır. Daha sonra həmin şəxsin istifadəsində olan mobil nömrəyə zəng edərək otu boşaltdığını bildirmişdir. Həmin şəxs isə onu Hökməli dairəsində gözləməsini bildirmiş və 15-20 dəqiqə ərzində ora gəlib mağazaya boşaltdığı ot presinin pulunu verəcəyini bildirmişdir. O, Hökməli qəsəbəsinə gəlmiş və yenidən həmin mobil nömrəyə zəng vurmuşdur. Lakin həmin mobil nömrəyə zəng çatmamışdır. O, bir az gözlədikdən sonra ot boşaltdığı mağazaya getmiş və otun dəyərini istəmişdir. Lakin mağazada işləyən şəxs əvvəlcədən onunla ot barəsində danışmış şəxsin 10 dəqiqə əvvəl gələrək otun dəyərini apardığını bildirmişdir. Bundan sonra o, aldandığını başa düşərək bu barədə polisə müraciət etmişdir. Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, buna görə də ona dəymiş maddi ziyanı tələb etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, sonuncu barəsində ədalətli cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid Hafiz oğlu məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində ərzaq mağazasını işlədir. Bundan başqa həmin mağazada heyvan yemləridə satmaqla məşğul olur. xx.xx.2018-ci il tarixdə ona ***- ***-**-** mobil nömrəsindən zəng gəlmiş və ucuz qiymətə, yəni 1 ədədi 4 manata olmaqla ot presi satdığını bildirmişdir. O, əvvəlcə razı olmamış, lakin həmin şəxs təkid edərək ot presini təcili pul lazım olduğu üçün ucuz qiymətə satdığını bildirdiyi üçün həmin ot presini almağa razılaşmışdır. Bundan sonra həmin şəxs ot presini Kamaz avtomaşını vasitəsi ilə mağazaya göndərəcəyini bildirmişdir. Təxminən 2-3 saat sonra mağazaya yük maşını gəlmiş və “Kamaz”ın sürücüsü otu haraya boşaltmaq lazım olduğunu soruşmuşdur. O, “Kamaz”ın sürücüsünə otu boşaltmaq üçün yer göstərərək otun kimə məxsus olduğunu soruşmuşdur. Sürücü isə otu başqa şəxsdən götürdüyünü və ot daşımaqla məşğul olduğunu bildirmişdir. 295 ədəd ot presini boşaltdıqdan sonra “Kamaz”ın sürücüsü çıxıb getmişdir. 10-15 dəqiqə sonra mağazaya bir nəfər şəxs gəlmiş, otun sahibi olduğunu və onun nömrəsinin zəng edən şəxs olduğunu bildirmişdir. Bundan sonra o, həmin şəxsə 295 ədəd ot presinə görə 1180 manat pul vermiş və həmin şəxs pulu aldıqdan sonra çıxıb getmişdir. Həmin şəxs çıxıb getdikdən sonra isə 20 dəqiqə sonra “Kamaz”ın sürücüsü gəlmiş və otun dəyərini istəmişdir. O, otun dəyərini özünü otun sahibi kimi təqdim edən şəxsə verdiyini bildirmişdir. Lakin “Kamaz”ın sürücüsü otun sahibinin özü olduğunu demişdir. Bundan sonra yük maşınının sürücüsü aldandığını başa düşərək mağazadan çıxıb getmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Emin və xx.xx.2014-cü il təvəllüdlü Gülay adlı bir yetkinlik yaşına çatmayan və bir azyaşlı övladı vardır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə təhqiqatı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 7(002)-1189/2017 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Təqsirləndirilən şəxs əməli həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməsi, X3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası bu qərarla əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasının yuxarı həddində azaldılaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını tam çəkdiyindən cəzadan azad edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edildiyindən, həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğunu, nəzərə alaraq məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Lakin göstərilən hal məhkəmə tərəfindən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınacaqdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etməsini, əməllərindən səmimi peşmançılıq çəkməsini, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə axtarış elan edilmiş və xx.xx.2019-cu il tarixdə tutularaq, xx.xx.2019-cu il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqından yayındığından Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(012)-512/2019 saylı qərarına əsasən axtarış elan edilərək, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir və xx.xx.2019-cu il tarixdə Binəqədi rayonu ərazisində tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdək tutma altında saxlanıldığı 01 gün, xx.xx.2019-cu il tarixdən, hal-hazıradək həbsdə saxlanıldığı 01 ay 23 gün, cəmi 01 ay 24 gün həbsdə saxlanıldığı müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 03 ay 18 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Vurulmuş 1475 manat maddi ziyanın tələbi üçün mülki-məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs izah edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılmasınövündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutma altında və həbsdə saxlanıldığı ümumilikdə 01 (bir) ay 24 (iyirmi dörd) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 03 (üç) ay 18 (on səkkiz) gün müddət hazırki hökmdə təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılınası növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Binəqədi rayon icra və probasiya şöbəsinə həvalə olunsun. Vurulmuş 1475 manat maddi ziyanın tələbi üçün mülki-məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs izah edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar