Məhkəmə qərarları › İş №1(012)-66/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-66/2021

27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-66/2021 27.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızı sədrliyi, Məhkəmə iclas katibi X1 Xüsusi ittihamçı "xxxx" QSC-nin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs "xxxx" MMC Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə açıq məhkəmə baxış iclasında Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs "xxxx" MMC Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə baxaraq MÜƏYYƏN ETDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs "xxxx" MMC Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair xüsusi ittiham qaydasında şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmənin baxış iclası zamanı xüsusi ittihamçı "xxxx" QSC məhkəməyə vəsatətlə müraciət edərək bildirdi ki, "xxxx" MMC "xxxx" QSC ilə barışıq əldə etmək niyyətini ifadə etməklə xx.xx.2020-ci il tarixdə “7news.az” saytında yerləşdirdiyi məlumatı silmiş, buna görə də "xxxx" QSC "xxxx" MMC-dən şikayəti yoxdur, bu səbəbdən də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs və onun müdafiəçisi xüsusi ittihamçının şikayətinin olmamasının nəzərə alınmasını xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə tərəfindən qərar çıxarılır. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyindən, xüsusi ittihamçının xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsdən şikayətinin olmaması səbəbindən xüsusi ittihamçının şəxsin vəsatəti təmin edilməli və xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 43.1.1,43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə icraata xitam verilsin. Qərar tərəfə rəsmi qaydada verildikdən sonra ondan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar