Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-66/2022 31.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X2 iştirakları ilə, xx.xx.1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 08.08.2021-ci il tarixdən hesablanmaqla barəsində seçilmiş həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq 08 avqust 2021-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində istintaqa məlum olmayan mənbədən, 25 manat müqabilində, bir ədəd şəffav rəngli selofan kəsiyinə bükülmüş bükümdə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr sıyahısı”-na (Siyahı İ) daxil olan, ümumi təmiz çəkisi 0,795 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, Qobu qəsəbəsinə daşıyaraq, yaşadığı evdə həmin narkotik vasitə heroini təmiz çəkiləri 0,325 qr, 0,141 qr, 0,041 qr, 0,026 qr, 0,026 qr, 0,203 qr, 0,033 qram olmaqla hissələrə bölüb, hər birini şəffav rəngli sellofan kəsiyinə bükərək ümumilikdə 07 ədəd bükümlərdə əynində olan göy cins şalvarın sağ yan cibinə qoyub üzərində saxlamış, 08.08.2021-ci il tarixdə saat 22 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsi, “Yurd” adlı mağazanın yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib, idarənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy cins şalvarın sağ yan cibindən həmin 0,325 qr, 0,141 qr, 0,041 qr, 0,026 qr, 0,026 qr, 0,203 qr, 0,033 qram olmaqla 07 ədəd şəffav rəngli sellofan kəsiyinə bükülmüş kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 0,795 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Abşeron rayonunda anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, uzun müddətdir ki, narkotik vasitlərdən istifadə edir, adətən narkotik vasitə heroindən istifadə edir. 08 avqust 2021-ci il tarixdə saat 05 radələrində Hökməli qəsəbəsində yaşayan tanışı “Şoşu” ləqəbi şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə öz istifadəsində olan ***-***-**-** nömrəsindən zəng vurmuş, “Şoşu” ilə Hökməli qəsəbəsində görüşmüş, ondan 25 manat pul müqabilində bir bükümdə narkotik vasitə heroin almışdır. Bundan sonra yaşadığı evə gəlib həmin aldığı bir bükümdə olan narkotik vasitə heroini özü istifadə etmək üçün xırda bükümlərə ayırmışdır. Həmin 1 bükümü 7 ayrı-ayrı bükümlərə ayırıb əynində olan göy cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin günün səhərisi saat təxminən 10 radələrində evdən çıxıb Qobu qəsəbəsində yerləşən Yurd marketin yaxınlığında olan çayxanaya getmişdir. Bundan sonra çayxanadan çölə çıxıb yolun kənarında dayanmış. Həmin zaman iki nəfər şəxsin uzaqdan onu müşahidə etdiklərini görüb həmin çəxslərin polis əməkdaşları olmağından şübhələndiyindən gizlənmək istəmişdir. Bu zaman həmin iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb vəsiqələrini təqdim edərək Abşeron RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər, ona üzərində narkotik vasitə gəzdirməkdə şübəhli olduğunu bildirmişlər və bu səbəbdən onu Abşeron RPİ-nə dəvət etmişlər. O, etiraz etməyin mənasız olduğunu başa düşüb polis əməkdaşları ilə birlikdə idarəyə gəlmişdir. Bundan sonra xidməti otaqda vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy cins şalvarın sağ yan cibindən bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülüb qablaşdırılmış, şəxsi axtarış keçirilmə ilə bağlı protokol tərtib olunmuş, o və digər iştirakçılar həmin protokolu imzalarla təstiq etmişlər. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini özü istifadə etmək məqsədi ilə Şoşu adlı şəxsdən əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona psixoloji təsir göstərərək ifadəsi alınmışdır. Lakin ona hər hansı formada fiziki təsir olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadədən imtina edir. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin CAŞnin axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 08.08.2021-ci il tarixdə saat 22 radələrində, Abşeron rayon Pİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru polis serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Qobu yolu adlı ərazisindən keçərkən bir nəfər şəxsin onları görən kimi gizlənməyə cəht etdiyini gömüş və bu hərəkətlər onlarda şübhə yaratdığından həmin şəxsə yaxınlaşmışlar. Özlərini təqdim edərək gizlənməyə cəht etməsinin səbəbini soruşmuşlar, həmin şəxsdən narkotik vasitə istifadəçisi olması əlamətləri açıq-aşkar müşahidə olunduğundan onu Abşeron RPİ-nə dəvət etmişlər, həmin şəxs də tərəddüd etmədən onlarla birlikdə Abşeron RPİ-nə gəlmiş və həmin şəxsin xx.xx.1994-cü il təvəllüdlü, Abşeron rayon Hökməli qəsəbə sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra raportla müraciət etmiş, həmin raport əsasında Abşeron rayon Polis İdarəsinin inzibati binasında inzibati otaqda video çəkilişdən istifadə olunaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirlməyə başlanmışdır. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs tərəfilərindən hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kiçik sellafonda içərsində 7 (yeddi) ədəd bükümlər aşkar olunmuşdur. Həmin 7 ədəd bükümlər açıldıqda həmin bükümlərin içərilərində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan 7 (yeddi) ədəd bükümlərdə olan maddə narkotik vasitə heroindir, həmin heroini satmaq və öz istifadəsi üçün Hökməli qəsəbəsində yaşayan “Şöşü” adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman başqa heç bir qeyri qanuni əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunan 7 ədəd bükümlər zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, Şahid2 şahid Mizəfər Qənbərovun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 09.08.2021-ci il tarixli, 6/3378 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 56 dairəvi möhür əks olan “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddə ....” yazısı və imzalar olan 7 ədəd kağız kəsiyi bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,325 qr, 0,141 qr, 0,041 qr, 0,026 qr, 0,026 qr, 0,203 qr, 0,033 qram olmaqla, ümumi təmiz çəkisi 0,795 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi öz aralarında xarici görüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (qalıq ümumi 0,655 qram - 0,14 qram narkotik maddə heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizasının 18.09.2021-ci il tarixli, 3524 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 03.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında” 08.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08.08.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəlli 08.08.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri ilə seçilmişdir. 09.08.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kiçik sellafonda içərsində 7 (yeddi) ədəd bükümlər aşkar olunmuşdur. Həmin 7 ədəd bükümlər açıldıqda həmin bükümlərin içərilərində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan 7 (yeddi) ədəd bükümlərdə olan maddə narkotik vasitə heroindir, həmin heroini satmaq və öz istifadəsi üçün Hökməli qəsəbəsində yaşayan “Şöşü” adlı şəxsdən aldığını bildirmişdir. Aşkar olunan 7 ədəd bükümlər götürülmüş, qablaşdırılmış və protokol tərtib olunmuşdur. “Maddi sübut qismində tanınma və təhvil vermə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,655 qram narkotik vasitə olan heroin maddi sübut qismində tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmiş və bir ədəd DVD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kiçik sellafonda içərsində 7 (yeddi) ədəd bükümlər aşkar olunmuşdur. Həmin 7 ədəd bükümlər açıldıqda həmin bükümlərin içərilərində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan 7 (yeddi) ədəd bükümlərdə olan maddə narkotik vasitə heroindir, həmin heroini satmaq və öz istifadəsi üçün Hökməli qəsəbəsində yaşayan “Şöşü” adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman başqa heç bir qeyri qanuni əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunan 7 ədəd bükümlər zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə, məhkəmədə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq 0,325 qr, 0,141 qr, 0,041 qr, 0,026 qr, 0,026 qr, 0,203 qr, 0,033 qram olmaqla, ümumi təmiz çəkisi 0,795 qram narkotik vasitə heroini əldə edib saxlamaqla törətmiş olduğu əməlində cinayət tərkibi vardır. Lakin, təqsirləndirilən şəxsin narkotik maddəni satış məqsədilə əldə edib saxlamasını təsdiq edən kifayət qədər sübutlar olmadığı halda ibtidai araşdırma orqanı onun əməlini satış məqsədilə qanunsuz olaraq narkotik maddə əldə etmə kimi qiymətləndirərək düzgün olmayaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Yuxarıda göstərilən maddənin tələbinə əsasən məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq Cinayət Prosessual Məcəlləsinin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən, Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Barbera, Messaga və Habordo İspaniyaya qarşı” məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifələrini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən imtina edərək, törətdiyi cinayət əməlini qismən etiraf edərək üzərindən aşkar edilmiş 0,325 qr, 0,141 qr, 0,041 qr, 0,026 qr, 0,026 qr, 0,203 qr, 0,033 qram olmaqla, ümumi təmiz çəkisi 0,795 qram narkotik vasitə heroini 08 avqust 2021-ci il tarixdə saat 05 radələrində Hökməli qəsəbəsində yaşayan tanışı “Şoşu” ləqəbi şəxsdən 25 manat pul müqabilində almış və həmin narkotik vasitələri özü istifadə etməsi üçün üzərində saxlanmasını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şübhəli şəxs qismində verdiyi etirafedici izahatına münasibət bildirərək qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hazırda isə təqsirləndirilən şəxsin ona istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə yaranmış şübhələr onun ittiham edildiyi əmələ aidiyyətinin təsdiq edilməsinə maneə yaradır. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs ittiham olunduğu əməl düzünə və yanakı sübutlarla təsdiq edilməlidir. İbtidai araşdırma zamanı və məhkəmə iclaslarında Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə edib, üzərində daşıması öz təsdiqini tapsa da, onun həmin narkotik vasitələri satış məqsədi ilə əldə etməsi xüsusatı öz təsdiqinə dair heç bir sübut əldə edilməmiş, aparılmış əməliyyat-axtarış və istintaq hərəkətləri ilə göstərilən narkotik vasitənin başqa istehlakçısı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 7 ədəd bükümdə ayrı-ayrılıqda 0,325 qr, 0,141 qr, 0,041 qr, 0,026 qr, 0,026 qr, 0,203 qr, 0,033 qram olmaqla, ümumi təmiz çəkisi 0,795 qram narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsini sübut edən heç bir dəlil ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. Əməliyyatı həyata keçirmiş Abşeron rayon Polis İdarəsinin əməkdaşları da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatlarının olması iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən “Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyataxtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.” Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin CAŞ-nin axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Abşeron RPİ-nin CAŞnin kiçik əməliyyat müvəkkili, Şahid2 ifadələrində göstərmişlər ki, onlara daxil olmuş ilkin əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində saxlaması və daşıması ilə bağlı heç bir əməliyyat məlumatı daxil olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin olması ona dəlalət edir ki, o, satış məqsədi ilə deyil, istifadə etmək üçün narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində də narkomaniya xəstəliyindən əziyyət çəkməsini etiraf etmişdir. Beləliklə də, məhkəmədə araşdırılmış sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs onda aşkar edilmiş narkotik vasitələrin şəxsi istifadəsi məqsədilə əldə etmiş və saxlanmışdır. Məhkəmə iş üzrə toplanmış biri digərini tamamlayan mötəbər və mümkün sübutları müqayisəli şəkildə tədqiq edib araşdıraraq, onlara məcmu şəkildə qiymət verməklə belə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması başa düşülür. Cinayət işinin materiallarında isə Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədilə və ya digər şəxsi marağa görə narkotik vasitə olan heroini əldə etməsinə dair heç bir sübut mövcud deyildir. Bundan əlavə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində izah edilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanmağı üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Lakin, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin miqdarı, satışını həyata keçirən alıcı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitə olan heroinin çəkilib xırda bağlamalara bükülməsi və narkotik vasitələr hazırlanması üçün hər hansı bir avadanlığın (elektron tərəzinin) olmasına dair heç bir sübut mövcud deyildir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, «Saidinin Fransaya qarşı» işi üzrə 20 sentyabr 1993cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə və 3-cü bəndinin «d» yarımbəndindəki müddəaların tələblərinə uyğunsuzluq kimi qəbul edilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”-nın konkret müddəalarına əsasən beynəlxalq adı «heroin» olan narkotik vasitənin 0,15 qramdan artıq (təmiz halda qramlarla) heroin şəxsi istehlak miqdarından artıq, 2 qramdan artıq (təmiz halda qramlarla) isə heroin isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 saylı Qərarının 4-cü bəndində qeyd edilmişdir ki, narkotik vasitələrin, psixotrop madələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə alınması, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkətlər başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs 7 ədəd bükümdə ayrı-ayrılıqda 0,325 qr, 0,141 qr, 0,041 qr, 0,026 qr, 0,026 qr, 0,203 qr, 0,033 qram olmaqla, ümumi təmiz çəkisi 0,795 qram narkotik vasitə heroini satış məqsədilə əldə edib saxlaması sübuta yetirilmədiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08.08.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, tədqiqatlardan sonra qalıq qalan ümumi çəkisi 0,655 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsinə minəndən sonra Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinlə tövsif edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 08.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş tədqiqatlardan sonra qalıq qalan ümumi çəkisi 0,655 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs isə onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-66/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-66/2022
31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver