Məhkəmə qərarları › İş №1(012)-660/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-660/2023

08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-660/2023 08.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim – Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi – Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1989-cu ildə Quba rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, Quba rayonu, İkinci Nügədi ərazi dairəsi, İkinci Nügədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyət ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs qızma onu “Heydər Əliyev” adma X2 növbə rəisi vəzifəsinə düzəldəcəyini yalandan vəd verib inandırmış, bu məqsədlə sonuncudan 20 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Nəriman Nərimanov” adına parkda 2600 manat, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu,Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketdə olan ödəmə terminalı vasitəsi ilə onun kart hesabına göndərilmiş 300 manat pulu, xx.xx.2022-ci il tarixdə eyni ödəmə terminalından onun kart hesabına göndərilmiş 400 manat və 28 noyabr 2022-ci ü il tarixdə eyni ödəmə terminalından onun kart hesabına göndərilmiş 236 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 3536 manat pulunu alıb, ələ keçirərək, vədinə əməl etməyib, Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 178.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayından etibarən tanıyır. Belə ki, 2022-ci ilin avqust ayında İlkin adlı dostu tanışı İntiqamın Telli adlı xalası qızma iş axtardığını bildirmişdir. O da İlkinə əlaqələri yaxşı olduğundan həmin şəxsi X3 X2 qeydiyyat şöbəsinə düşəldə biləcəyini demişdir. İlkin də onun bu dediyi iş tanışı İntiqama bildirmişdir. Beləlik, onlar görüşməyi qərara almışlar. 2022-ci ilin avqust ayında İntiqam, İlkin və İntiqamın tanımadığı, lakin sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi xalası qızı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində görüşmüşlər. Orada söhbət zamanı o, Zərərçəkmiş şəxs onu X3 X1 qeydiyyat şöbəsinə növbə rəisi vəzifəsinə düzəldə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs bu iş üçün ilkin olaraq 4000 manat pul lazım olduğunu bildirmiş, sonuncu da onunla razılaşmışdır. Zərərçəkmiş şəxs ilə 3500 manatı işə düzələnə qədər yerdə qalan 500 manatı isə işə düzəldikdən sonra verməsini bildirmiş, xx.xx.2022-ci il tarixdə tanışı İlkin, onun dostu İntiqam və Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində parkda görüşmüşlər. Orada həmin şəxslərin iştirakı ilə Zərərçəkmiş şəxs 2600 manat pulu almış, Zərərçəkmiş şəxs isə yaxın zamanda “Heydər Əliyev” adına Hava Limanına növbə rəisi vəzifəsinə işə düzəldəcəyimi demişdir. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs onun "xxxx" ASC-yə aid kart hesabıma 400, 300, və 236 manat pul göndərmiş, o, Telliyə noyabr ayında işə düzələcəyini demişdir. Həmin tarixdə müxtəlif problemlər olduğundan Telliyə verdiyi sözü yerinə yetirə bilməmiş, sonraTelli ilə danışan zaman ona 2023-cü ilin fevral ayında işə düzələcəyini bildirsə də, bu dəfə də ona verdiyi sözü yerinə gətirə bilməmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs onun barəsində şikayət etməsi barədə məlumat almışdır. Hazırda etdiyi əməldən peşmandır. Göstərmişdir ki, Zərərçəkmiş şəxs onu “Heydər Əliyev” adma hava limanına Növbə rəisi vəzifəsinə işə düzəldəcəyini vəd edərək xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu ərazisində tanışı İlkin və onun tanışı İntiqamın yanında 2600 manat pulı almış, sonrakı vaxtlarda Telli onun "xxxx" kartına 400, 300 və 236 manat pulı göndərmişdir. Bununla da Zərərçəkmiş şəxs onu işə düzəltmək üçün ümumilikdə 3536 manat pul almış, qeyd olunan cinayəti tək törətmişdir.Hazırda zərərçəkənə dəyən ziyanı tam ödəmişdir, zərərçəkənlə barışmışlar.Ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayından etibarən tanıyır. Onu Təqsirləndirilən şəxs ilə xalası oğlu Şahid1 tanış etmişdir. O, ali təhsilli olsa da işləməmişdir. Ona görə də özünə iş axtarmış, bu barədə xalası oğluna məlumat vermişdir. 2022-ci ilin avqust ayında xalası oğlu İntiqam ona iş yoldaşı İlkin adlı şəxsin ailəvi dostu olan Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətində işlədiyini və onu X3 Hava limanına qeydiyyat şöbəsinə düzəldə biləcəyini demişdir. O da bu barədə xalası oğlundan xahiş etmişdir. Bundan sonra, 2022-ci ilin avqust ayında xalası oğlu İntiqam, onun iş yoldaşı İlkinin iştirakı ilə İbrahim ilə onun yaşadığı Abşeron rayonunda Xırdalan şəhərində görüşmüşlər. Söhbət zamanı İbrahim onu “Heydər Əliyev” adına Hava Limanının qeydiyyat şöbəsinə növbə rəisi vəzifəsinə işə düzəldə biləcəyini demişdir. İbrahim söhbət zamanı ona bunun üçün 3500 manat pul lazım olduğunu demişdir. O da İbrahimlə razılaşmış, sonuncu ona 3500 manatı işə düzələnə qədər 500 manat isə işə düzəldikdən sonra verməli olduğunu bildirmişdir. O da İbrahimlə razılaşmış, İbrahimlə söhbət edən zaman yanında xalası oğlu İntiqam və onun iş yoldaşı olan İlkin də olmuşdur. xx.xx.2022-ci il tarixdə mən Bakı şəhərində Nərimanov rayonu ərazisində xalası oğlu İntiqam və onun iş yoldaşı İlkinin iştirakı İbrahimə 2600 manat pul vermişdir. Bundan sonra İbrahim ona işə düzəlməsi üçün əlavə pul lazım olduğunu bildirmiş, buna görə də xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində Ə.Vahid küçəsində yerləşən “Araz” marketdə olan ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs 300 manat pul göndərmişdir. O, İbrahimlə danışaraq işin nə yerdə olduğunu soruşduqda ona “kadrda dəyişiklik oldu yaxın zamanlarda düzələcək” demiş, o da sonuncunun sözlərinə inandığı üçün onu həqiqətən işə düzəltdəcəyi vaxtı gözləmişdir. Buna görə də İbrahim ona əlavə pullar lazım olduğunu dediyi üçün xx.xx.2022-ci il tarixdə yenidən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Araz” marketdə yerləşən ödəmə terminalından İbrahimin ona Vatsapp vasitəsi ilə göndərdiyi kart hesabına 400 manat, bundan sonra xx.xx.2023-cü il tarixdə isə 236 manat pul göndərmiş, İbrahim ona növbəti ayın əvvəllərində “Heydər Əliyev” adma hava limanında işə çıxacağını bildirsə də bu müddət başa çatdığından işə çıxmadığını görüb bu barədə İbrahimlə əlaqə saxlamışdır. İbrahim ona yaxın vaxtlarda işin həll olacağını bildirmiş, o, İbrahimlə əlaqə saxladıqda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirmiş, belə olduqda İbrahim tərəfindən aldatdığını başa düşüb bu barədə ərizə yazaraq polisə məlumat vermişdir. Göstərmişdir ki, İbrahim ona işə düzəldəcəyini vəd edərək aldadıb onun ümumilikdə 3536 manat pul pulunu ələ keçirmiş və vədinə əməl etməmişdir. İbrahim onu işə düzəldəcəyini vəd edib işi görməsi üçün həmin pulu ondan alıb ələ keçirmiş, sonuncu aldığı pulları kiməsə verəcəyi barədə və yaxud özünə sərf edəcəyi barədə ona bir söz deməmiş, o da İbrahimdən bu barədə maraqlanmamışdır.Hazırda təqsirləndirilən şəxs ona dəyən ziyanı tam ödəmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur.Odur ki, işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğla xalası qızıdır. 2022-ci ildə "xxxx" MMC-də mühafizəçi kimi işləmiş, İlkin də onun iş yoldaşıolmuşdur. 2022-ci ilin avqust ayında iş yoldaşı İlkin ona mühafizə işindən çxacağmı və hava limanında işə düzələcəyini bildirmişdir. Sonuncu ona İbrahim adlı bir nəfərin onu və biri xanım olmaqla 4 nəfər şəxsi Hava limanına işə düzəldəcəyini bildirmişdir. O da xalası qızı Zərərçəkmiş şəxs işə ehtiyyacı olduğundan iş yoldaşı İlkindən həmin İbrahimlə danışaraq onu da işə düzəltməsini xahiş etmişdir. O da xalası qızı Zərərçəkmiş şəxs zəng edərək İbrahim adlı bir nəfər şəxsin onu və iş yoldaşı İlkini və daha bir neçə nəfər şəxsi H.Əliyev adma hava limanına işə düzəldə biləcəyini demişdir. Telli də onunla razılaşmışdır. Bu söhbətdən bir gün sonra o, İlkinlə birlikdə İbrahimlə görüşmüş, o,İlkinlə İbrahimi xalası qızı Tellinin yaşadığı Abşeron rayonu Xırdalan şəhərinə yerləşən evə gətirmişdir. Burada İbrahim və Telli öz aralarında danışıq apararaq razılaşmış, söhbət zamanı İbrahim Tellini “Heydər Əliyev” adma hava limanının qeydiyyat şöbəsinə növbə rəisi vəzifəsinə işə düzəldə biləcəyini demişdir. İbrahim söhbət zamanı Telliyə bunun üçün 3500 manat pul lazım olduğunu demişdir. Telli də onun dedikləri ilə razılaşmış, bu söhbətdən sonra İbrahim çıxaraq Nərimanov rayonu ərazinə gedəcəyini demişdir. O da xalası qızı Telli ilə Nərimanov rayonu ərazisində notariusa getmişlər. Burada notarius xərclərinin baha olduğunu görmüş, daha sonra İbrahim ilə əlaqə saxlayaraq onu Bakı şəhəri, Nərimanov rayonu ərazisində olan parkın yaxınlığına çağırmışlar.xx.xx.2022-ci il tarixdə o, İlkin və Tellinin iştirakı ilə Telli həmin parkın ərazində İbrahimə onu “Heydər Əliyev” adma hava limanının qeydiyyat şöbəsinə növbə rəisi vəzifəsinə işə düzəltməsi üçün 2600 manat pul vermişdir. İbrahim onlara Tellinin işinin oktyabr ayında həll olacağını bildirmiş, daha sonra biz sağollaşaraq ayrılmışlar. 2022-ci ilin noyabr ayının sonları dekabr ayının əvvəllərində o Telli ilə söhbət edən zaman eşitmişdir ki, ona məlum olmuşdur ki, İbrahim adlı şəxs onun xalası qızı Zərərçəkmiş şəxs aldadaraq 3536 manat pulunu onu işə düzəltmək üçün almış, lakin öz vədinə əməl etməyərək sonuncunu aldatmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayından etibarən "xxxx" MMC-də mühafizəçi kimi fəaliyyət göstərir, İntiqamı da orada tanımışdır. İbrahim adlı şəxsi isə təxminən 6-7 il müddət olar ki, tanıyır. O, İbrahimi tanıyan vaxtı Sərhəd qoşunlarında işləmiş, o, İbrahimin belə dələduzluq işləri ilə məşğul olduğunu bilməmişdir. 2022-ci ilin avqust ayında axşam satlarında iş yoldaşı İntiqam ilə birlikdə xidmətdə olarkən İbrahim ona zəng etmiş, sonuncu ona «Gömrükdə iş var gəl səni düzəldim» demiş və qohumlarından da varsa onları da işə düzəldə biləcəyini demiş, hal hazırda qeydiyyat şöbəsinə xanım əməkdaş axtarıldığını demişdir. Bu zaman telefon mikrafonda olduğundan İbrahiminin danışdıqlarını İntiqam da eşitmişdir. İntiqam ona “xalam qızı var ali savadlıdır lakin heç bir yerdə işləmir imkan olsa onu da işə düzəldək’’ demiş, ondan telefonda danışan şəxsdən onu da işə düzəltməyə kömək etməsini xahiş etmişdir. O da İbrahimlə danışıb qurtardıqdan sonra İntiqama «mən belə işlərə yəni pul məsələsinə qarışan deyiləm, özünüz öz aranızda həll edin, amma sənin yanında hara istəsən gedib gələ bilərəm” demişdir. Sonra İbrahimin də nömrəsini İntiqama vermişdir. Təxminən 3 gün sonra İntiqam ona “İbrahimlə görüşəcəyik, onu da xəbər verərsən gələr Tellinin yaşadığı Xırdalan şəhərinə” demişdir. O da İbrahimə zəng edərək onu Xırdalan şəhərinə gəlməsini xahiş etmişdir. 2022-ci ilin avqust ayında Xırdalan şəhərində Tellinin yaşadığı Abşeron Rayonu Xırdalan şəhərinə yerləşən evə gəlmişdir. Burada İbrahim və Telli öz aralarında danışıq apararaq razılaşmışlar. O, divanda oturduğundan X4 nə qədər pula danışdığını bilməmiş, söhbət zamanı İbrahim Tellini “Heydər Əliyev” adma hava limanının qeydiyyat şöbəsinə növbə rəisi vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Telli də onun dedikləri ilə razılaşmış, sonra o və İntiqam Telli və İbrahim evdən çıxmışlar. Yolda İntiqam ona İbrahimin onlardan 4000 manat pul istədiyini demişdir. O, iş yoldaşı İntiqam onun xalası qızı Telli və İbrahim Nərimanov rayonu ərazisində notariusa getmiş, onların notariusa getməkdə məqsədi pulu İbrahimə notarial qaydada vermək olmuş, lakin notarius xərclərinin baha olduğunu görmüş və pulu əlbəəl verməyi qərar almışlar. xx.xx.2022-ci il tarixdə mən, iş yoldaşı İntiqam və onun xalası qızı Tellinin iştirakı ilə Telli həmin parkın ərazində notariusun qabağında İbrahimə onu “Heydər Əliyev” adma hava limanının qeydiyyat şöbəsinə növbə rəisi vəzifəsinə işə düzəltməsi üçün 2600 manat pul vermişdir. İbrahim onlara Tellinin işinin oktyabr ayında həll olacağını bildirmişdir. Daha sonra sağollaşaraq ayrılmışlar. 2022-ci ilin noyabr ayının sonları dekabr ayının əvvəllərində İntiqam ilə danışan zaman İntiqam xalası qızı Tellinin İbrahim adlı şəxs tərəfindən aldadıldığını və Zərərçəkmiş şəxs 3536 manat pulunun İbrahim adlı şəxs tərəfindən ələ keçirildiyini bildirmişdir. İbrahim Zərərçəkmiş şəxs pulu alarkən onu kimlərə hər hansı formada verməyi deməmiş, onlar da bu barədə sonucudan maraqlanmamışlar. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.1, 312.2, 66.3-cü maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2022-ci il tarixdə Quba rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin izahatı və şahidlərin ifadələri və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında barışıq əldə olunmuşdur, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur və onlar məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edən ərizə ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189.1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs kimi zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət işinə xitam verilməlidir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri- mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar