Məhkəmə qərarları › İş №1(012)-661/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-661/2022

28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-661/2022 28.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində yaşadığı ünvan 3 ünvanda zərərçəkmişin ailəsinə maddi tərəfdən baxımsızlığı səbəbindən aralarında yaranmış mübahisə zamanı əri Zərərçəkmiş şəxs iti kəsici aləti ilə üzərinə ataraq sonuncunu qəsdən vuraraq, ona boyunun aşağı 1/3-nin arxa səthinin kəsilmiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edib özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildən etibarən Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nigahdan 2 yaşlı oğlu Uğur Bağırzadə dünyaya gəlmişdir. Onların arasında məişət problemləri iləəlaqədar dəfələrlə mübahisələr baş vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrindəÜzeyir işdən çıxaraq yaşadığı Masazır kəndində yerləşən birgə yaşadığı evə gəlmiş, evə gələndən sonra aralarında Üzeyirin evə qazandığı pulu gətirməməsi səbəbindən söz mübahisəsi yaranmışdır. Həmçinin o Üzeyirin başqa qadınlara pul xərcləməsini aşkar etmişdir. O da Üzeyirə çıxıb evdən getməyini bildirmiş və hamam otağına yuyunmaq üçün keçmişdir. Lakin, o hamam otağında olarkən Üzeyir qapını və pəncərəni döyərək ködəkçəsini və telefonunu istəmiş və dərhal ona hamam otağından çıxmağını tələb etmişdir. O da ona həmin vaxtı yuyunmuş və biraz gözləməsini bildirmişdir. Lakin, o təkrar qapını döyməyə başlamış, o hamamdan çıxaraq ona biraz sonradan gəlməyi demiş və biraz sonra evin qapısını açaraq Üzeyirə paltarını təqdim etmişdir. Həmin vaxtı Üzeyir evə keçmiş və ondan özünə məxsus qızı Şahid1 istifadə etdiyi mobil telefonunu geri qaytarmasını tələb etmişdir. Bundan başqa qızı Aysunu söyüb təhqir etmişdir. Onların arasında yenidən mübahisə yaranmışdır. Üzeyir ondan onun ona aldığı mobil telefonu da qaytarmağı tələb etmiş, o isə mobil telefonun ona məxsus olmasını bildirmişdir. Bundan sonra o Üzeyirə evi tərk etməyi bildirmiş və Üzeyir ona əl atsa da, əli ona dəyməmiş, Üzəyir evdən çöldə pilləkanda dayanmışdır. O da qızını təhqir etməsinə əsəbləşərək əliylə ayaqqabı geyinmək üçün istifadə olunan dəmir dabankeş ilə Üzeyiri vuraraq qəsdən onu vurmuşdur. Həmin dabankeş Üzeyirin arxa bel nahiyəsindən dəymiş və o içəri keçmişdir. Həmin vaxtı qızı Şahid1 da orada onları ayırmışdır. Sonradan Üzeyir çıxıb uzaqlaşıb getmişdir. Həmin hadisənin baş vermə anını heç kimin görməmişş, qızı Aysun sonradan gəlmiş, Üzeyiri bıçaqla deyil, ayaqqabı geyinmək üçün istifadə olunan dəmir parçası ilə qəsdən vurmuş, mübahisə zamanı hər hansı bir xəsarət almamışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2019-cu ildə ailə həyatı qurmuş və birgə nigahdan 2 yaşlı oğlu Uğur Bağırzadə dünyaya gəlmişdir. Aralarında məişət problemləri iləəlaqədar dəfələrlə mübahisələr baş vermişdir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində o işdən çıxaraq yaşadığı Masazır kəndində yerləşən evə qayıtmışdır. Arvadı Təqsirləndirilən şəxs evə gəldikdən sonra ona kənar şəxslərə pul xərclədiyini və evə pul gətirmədiyini, başqa qadınlarla görüşdüyünü deyərək onunla söz mübahisəsi yaratmışdır. Sonradan ona azyaşlı oğlu ilə birlikdə evdən getməyi tələb etmişdir. O evdən paltarlarını götürərkən Aytən onunla mübahisəni davam etdirmişdir. O evdən bayıra çölə çıxarkən mətbəxdən bıçağı əlinə alaraq onun üstünə qəsdən atmışdır. Həmin bıçaq onun boyun nahiyəsinə dəymiş və boyunun arxa hissəsinə xəsarət yetirmişdir. O da xəsarət aldığı üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Həmin vaxtı evdə qaynanası Vətən adlı şəxsin olmuş, lakin hadisənin baş verdiyi zaman o hadisənin şahidi olmamış, arvadı Təqsirləndirilən şəxs ona mətbəx bıçağını qəsdən ataraq boyun nahiyəsindən xəsarət yetirmiş, baş vermiş mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qızı Təqsirləndirilən şəxs 2019-cu ildən etibarən Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nigahdan 2 yaşlı oğlu Uğur Bağırzadə dünyaya gəlmişdir. Onun qızı Aytənlə və əri Üzeyirlə aralarında məişət problemləri ilə əlaqədar dəfələrlə mübahisələr baş vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Üzeyir işdən çıxaraq yaşadığı Masazır kəndində yerləşən birgə yaşadıqları evə gəlmiş və evə gələndən sonra qızı Aytənlə aralarında Üzeyirin söz mübahisəsi yaranmışdır. Qızı Aytən əri Üzeyirə çıxıb evdən getməyini bildirmişdir. O, evin 1-ci mərtəbəsində olduğundan baş vermiş hadisəni görə bilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində o evdə olan zaman çöl darvazanın bərkdən çırpılmasını eşidib çölə çıxmış və çöldə qızı Aytəni görmüşdür. Aytən yerdən dəmir dabankeşi əlinə götürmüş və sonradan ona qızı Aytən Üzeyirin nəvəsi Aysunu təhqir etməsi səbəbindən dəmir dabankeşi əlinə götürərək Üzeyirin üzərinə atmasını və Üzeyirin qaçmasını bilmişdir. Hadisə zamanı orada olmamış, Aytənin Üzeyiri dəqiq olaraq hansı əşya ilə vurduğunu bilməmiş, qızı Aytənin deməsinə görə dəmir dabankeşi Üzeyirin arxası ilə atdığını və Üzeyirin qaçmasını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş "MTE və PA ETT Birliyinin" Abşeron rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 2440 nömrəli rəyindən görünür ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – boyunun aşağı 1/3-nin arxa səthinin kəsilmiş yarası iti kəsici alətin təsirindən törənmişdir; törədilmə müddəti qərarda göstərilən vaxtda yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar