Məhkəmə qərarları › İş №1(012)-663/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-663/2023

14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-663/2023 14.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunu vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Lerik rayonunda anadan olmuş, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində idarə etdiyi “X4” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Sumqayıt şosse yolu ilə Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən DYP xidmətinin əməkdaşlarının “Saxla” əmrinə tabesizlik göstərərək avtomobili Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində sağa döndərib Ceyranbatan bağları ərazisində ara küçələrə daxil olmuş, həmin ərazidə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 3-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin tələblərinə riayət etməyərək sutkanın qaranlıq vaxtı işıqları sönülü vəziyyətdə avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən sürətdən artıq, yəni 90 km/saat sürətlə idarə edərək,həmçinin həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü öz hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakı zərər vurmamalı onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməmiş və idarəetməni itirərək avtomobili yolun kənarındakı tor hasara vurmuş, nəticədə ehtiyatsızlıqdan avtomobilin qarşı sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs sol tərəfli beldən aşağı hissə və çanağın əzilməsi, sol tərəfli sirkə kasasının sınığı və budun başının mərkəzi çıxığı, protruziyası ilə nəticələnən sağlamlığınna uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətlərini yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Mersedes- Benz Vito markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki pasportla əmisi X1 adınadır və həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində avtomobilin qarşı nömrəsinin yeri boşaldığı üçün həmin nömrəni açıb maşına qoymuş, həmin vaxtı avtomobil ilə Abşeron rayonu, Saray qəsəbəsindən üzü Sumqayıt şəhəri istiqamətinə hərəkətdə olmuşdur. Bu zaman Saray yol polisi postunda nömrənin yerində olmadığı üçün onu YPX-in əməkdaşları saxla əmri vermişlər. Oda avtomobili saxlamayıb üzü sağ istiqamətdə Ceyranbatan qəsəbəsi yeni məhəlləyə sürmüş, orada işıqları söndürüb avtomobili qaranlıq küçə ilə idarə etməyə başlamışdır. Bu anda görmüşdür ki, daha yol polisi avtomobili daha arxasınca gəlmir, elə bu anda avtomobili sürətlə idarə etdiyi üçün avtomobil yoldan çıxaraq hasara dəymiş, bu anda avtomobildə olan nişanlısı Zərərçəkmiş şəxs xəsarət almış, o da dərhal Nərmini xəstəxanaya göndərmiş, özü isə polis idarəsinə gəlmişdir. Göstərmişdir ki, avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmiş, həmin vaxtı avtomobili 90 km saat sürətlə idarə etmiş, hadisə vaxtı avtomobilin qarşı nömrəsi olmamış, ona görə də YPX əməkdaşlarına avtomobili saxlamayıb sürüb getmiş, YPX əməkdaşlarının onu saxlayacaqlarından ehtiyat edib tabesizlik göstərmiş, sonuncular onu qovmamış və təqib etməmişlər, yalnız saxla əmrini vermişlər. Sonda o, törətdiyi əməlindən peşmançılıq çəkdiyini bildirərək, zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi ziyanı tam olaraq ödəyərək onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində nişanlısı Şahin ilə birlikdə onun idarə etdiyi “X5” markalı **-MM- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Sumqayıt şəhərinə getmək istəmişlər. Bu zaman Abşeron rayonu Saray qəsəbəsində yerləşən Saray DYPŞ-in postunda Şahinə polis əməkdaşları avtomobili saxla işarəsi ilə saxlama əmri vermiş, lakin Şahin tabesizlik göstərərək avtomobili saxlamayıb Ceyranbatan qəsəbəsinin içərisinə doğru avtomobili sürmüş, bu zaman Ceyranbatan qəsəbəsində avtomobili sürətlə sürdüyü üçün avtomobil yoldan çıxaraq hasara dəymiş və o, xəsarət almışdır. Bundan sonra onu Şahin xəstəxanaya yola salmış, sonra isə Şahin polislərin yanına getmiş, o, X3 xəstəxanasına gedib orada müayinə olunmuş, avtomobildə ondan və Şahindən başqa heç kim olmamışdır. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizəsində Təqsirləndirilən şəxs törətdiyi avtomobil qəzası nəticəsində xəsarət aldığını, sonuncu ilə barışdığını və ona dəymiş maddi və mənəvi ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbinin olmadığını göstərmişdir. Məhkəmədə Şahid ifadəsinin tədqiqindən görünür ki, Təqsirləndirilən şəxs qohumudur. Belə ki, təxminən 1 il olar ki, özünə məxsus olan “X6” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili ona satmış, лakin avtomobili satdıqdan sonra ona baş etibarnamə versədə Şahin avtomobili gedib öz adına keçirməmişdir. xx.xx.2023-cü il tarixdə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs avtomobil ilə Abşeron rayonu Ceyranbatan qəsəbəsində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobildə olan nişanlısı Zərərçəkmiş şəxs xəsarət almışdır. Həmin avtomobilin zədələnməsi ilə əlaqədar heç bir iddia və tələbi yoxdur. İş üzrə Şahid məhkəməyə teleqram göndərərək, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini və ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənildiyi üçün sonuncuya qarşı heç bir tələb və şikayətinin olmamasını göstərmişdir. İş materiallarında olan məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 12 TS saylı nömrəli rəydən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “X3” PS-da klinik müayinəsi zamanı qoyulmuş diaqnoz “sol tərəfli beldən aşağı hissə və çanağın əzilməsi, sol tərəfli sirkə kasasının sınığı və budun başının mərkəzi çıxığı, protruziyası” bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarətlərin sağlamlığa zərər vurma dərəcəsi xəstənin müalicəsi başa çatdıqdan və şəxsin özünün məhkəmə-tibbi müayinəsi keçirilməklə əlavə olaraq təyin oluna bilər. xx.xx.2023-cü il tarixli 20 Ə nömrəli rəyindən məlum olur ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “X3” PS-da klinik müayinəsi zamanı qoyulmuş diaqnoz “sol tərəfli beldən aşağı hissə və çanağın əzilməsi, sol tərəfli sirkə kasasının sınığı və budun başının mərkəzi çıxığı, protruziyası” bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 25 iyun 2023-cü il tarixli 8/1627 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X4” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən artıq, yəni 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sutkanın qaranlıq vaxtı işıqları sönülü vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 73-cü maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Abşeron rayon Pİ-nin DİN-nin BDYPİ-dən alınmış xx.xx.2023-cü il tarixli, 3-13-16/2- 79742/2023 nömrəli məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına xx.xx.2021-ci ildə “BC” kateqoriyalı BD 004620 nömrəli sürücülük vəsiqəsi verilmişdir, sürücülük vəsiqəsi məhdudlaşdırılmayıb və məhrum edilməyib, xx.xx.2031-ci il tarixə kimi etibarlıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, eləcə də iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İş materiallarında olan zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam şəkildə ödədiyi üçün onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbləri yoxdur. Buna görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək, etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən, məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş materiallarında olan qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “X4” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunu vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “X4” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyyəti üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunu vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar