Məhkəmə qərarları › İş №1(012)-664/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-664/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-664/2023 27.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 10 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin “Ailə Sağlamlıq Mərkəzinin” həyətində olan saxlanc yeri kimi istifadə olunan otağın qapısının kilidini sındıraraq içəri qanunsuz daxil olub, oradan 700 manat dəyərində kombi aparatını gizli olaraq talayıb zərərçəkmiş Azərbaycan Respublikası TƏBİB-nin “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsə 700 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 noyabr 2022-ci il tarixdə yaşadığı Məhəmmədi kəndində yerləşən “Ailə Sağlamlıq Mərkəzi”nin yaxılığından keçərkən həyətində bir ədəd kombi aparatının olduğunu görmüşdür. Evinə gedən yol həmin mərkəzin həyətindən keçmişdi. Kombi aparatını əlinə götürüb özü ilə aparmış, həmkəndlisi Əliyaqub kişinin evinin kombisi olmadığını bildiyi üçün kombini aparıb Əliyaquba vermişdir. Əliyaquba kombini təmənnasız olaraq vermişdir. Sonradan eşitmişdir ki, Ailə Sağlamlıq Mərkəzinin işçiləri polisə şikayət etmişlər. Sonra Əliyaqub kombini polislərə təhvil verdiyini demişdir. Kombini oğurlayarkən tək olmuşdur və kombini Məmmədli “Ailə Sağlamlıq Mərkəzi”nin həyətindən oğurlamışdır. Kombi Ailə Sağlamlıq Mərkəzinin həyətində olan saxlanc yerinin arxa hissəsində olmuşdur. Şahid kombini Ailə Sağlamlıq Mərkəzinin həyətindən tapdığını demişdir. Əliqayubdan kombiyə görə heç bir məbləğdə pul almamışdır. Məhkəmədən zərəçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində üç uşağının olmasını və hazırda əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq, barəsində qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş üzrə zərərçəkmiş şəxs “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin İSX bölməsinin Məmmədli “Ailə Sağlamlıq Mərkəzinin” ailə həkimi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən Ailə Sağlamlıq Mərkəzi”nə dəymiş olan ziyanın ödənildiyini və hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2013-cü ildən Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Məmmədli Ailə Sağlamlıq Mərkəzi"ndə terapevt həkim vəzifəsində işləmişdir. 2022-ci ilin noyabr ayının əvvəllərindən müəssisənin müdiri Xatirə Quliyeva məzuniyyətdə olduğu üçün müdir vəzifəsini icra etmişdir. Hər gün saat 09 radəlarinda işə getmiş, saat 16 radələrində isə işdən çıxmışdır. İşlədiyi "Məmmədli Ailə Sağlamlıq Mərkəzi"nin iş qrafiki saat 09:00-dan 16:00-dək olan müddətdədir. 08-09 noyabr 2022-ci il tarixdə Respublikada elan edilmiş "Zəfər günü" ilə bağlı qeyri iş günü olduğundan işə getməmişdir. Mmüəssisə də qeyri iş günü olduğu üçün fəaliyyət göstərməmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində işdə olan zaman hava şəraiti ilə əlaqədar müəssisənin istilik sistemini quraşdırmağa ustalar gəlmişdir. Həmin ustalarla birlikdə müəssisənin inzibati binasının arxa tərəfinə getmişlər. Binanın arxa hissəsində kombi istilik sisteminin quraşdırıldığı tikiliyə yaxınlaşdıqda həmin tikilinin dəmir seyf qapısının açıq olduğu va kilidinin sındırıldığını görmüşlər. Bundan sonra içəri daxil olduqda, divarda quraşdırılmış kombinin yerində olmadığını aşkar etmiş və bundan sonra DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. "Məmmədli Ailə Sağlamlıq Mərkəzi"nə 1 ədəd kombi istilik sisteminin oğurlanması nəticəsində 700 manat dəyərində maddi ziyan dəymişdir. CMS-AZEMİS-ə məxsus olan çıxarışdan görünür ki, Şahid xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, iş olanda tikintidə usta işləmişdir. Təxminən 2022-ci ilin noyabr ayının ilk günlərində Abşeron rayonu, Məmmədli kəndində yaşayan kombi ustası kimi tanıdığı Emin adlı şəxsə hava şəraiti ilə əlaqədar evinə kombi almaq istədiyini və ucuz qiymətə istifadə olunmuş kombi olarsa deməyini xahiş etmişdir. Emin də satılıq kombi olanda xəbər edəcəyini bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra Məmmədli kəndində Eminlə qarşılaşan zaman, Emin ona qardaşının bir ədəd istifadə olunmuş və nasaz vəziyyətdə kombisi olduğunu və həmin kombini 200 manata satdığını bildirmişdir. O da həmin kombini almaq istədiyini demişdir. Bundan sonra Emin həmin kombini onun evinə gətirmişdir. Həmin kombini yoxlatdırdıqdan sonra alıb-almayacağını Eminə demişdir. Emin də onunla razılaşıb kombini ona verib getmişdir. Sonradan həmin kombini ustaya yoxlatdırdıqdan sonra həmin kombinin düzəlməsi üçün əlavə 200 manat da pul lazım olduğunu bilmişdir. Eminlə görüşüb həmin kombinin düzəlməsinə əlavə 200 manat lazım olduğunu demiş və söhbət əsnasında Eminə aldığı kombinin pulunu bir ay müddətində verəcəyini bildirmişdir. Emin də razılaşıb getmişdir. Sonradan məlum olmuşdu ki, Eminin ona satdığı kombi istilik sistemi "Məmmədli Ailə Sağlamlıq Mərkəzi”ndən oğurlanmışdır. Emini Məmmədli kəndində yaşadığı üçün onu həmkəndli kimi tanımışdır. Eminlə arada tikintidə bir yerdə işləmişdir. Emindən kombi alarkən həmin kombinin oğurluq olub-olmamasını bilməmişdir və Emin kombini satarkən qardaşına məxsus olduğunu demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.3 -cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək dayandırılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli qəradan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Ailə Sağlamlıq Mərkəzi”ndən oğurlanmış 1 ədəd kombi aparatı iş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsin nümayəndəsinə təhvil verilmişdir. xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cüi il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. xx.xx.2023-cü il tarixli iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən məhkəmə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Ona görə də, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009-cu il təvəllüdlü Safurə, 2011-ci il təvəllüdlü Jalə adl iki yetkinlik yaşına çatmayan və 2018-ci il təvəllüdlü Yusif adl bir azyaşlı uşağ var. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.Təqsirləndirilən şəxsin cinayətin predmetini poliklimikanın həyətindən götüməsi barədə izahatı iş materialları ilə təkzib olunur və bu əsasda özünümüdafiə xarakteri daşıyır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxin nümayəndəsi ilə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını və himayəsində üç azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Pəviz oğlu təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut kimi tanınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Ailə Sağlamlıq Mərkəzi"ndən oğurlanmış 1 ədəd kombi aparatının qəbz əsasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alnmalıdır. İş üzrə mülki iddia və ekspertiza yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Ailə Sağlamlıq Mərkəzi"ndən oğurlanmış 1 ədəd kombi aparatının qəbz əsasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alnsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar