Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-664/2025 22.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Masallı rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməkli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Masallı rayonu, Təklə ərazi dairəsi Sığıncaq kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivində fərdi tikilmiş evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivində qonşusu Zərərçəkmiş şəxs azyaşlı oğlu Tunar Hüseynlinin onu lağa qoyaraq qıcıqlandırmasını atası Zaur Hüseynova məlumat vermək üçün 10 oktyabr 2024-cü il saat 22 radələrində sonuncunun evinin qarşısına gəldikdə, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən yumruqla bir dəfə vurub yerə yıxaraq sonuncuya üzün sol gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının dərialtı hematoması, gözün ağlı qişasına qansızma sağ gözaltı qapaqların və gözaltı nahiyələrinin şişkinlikki qançırı, sol əlin İİİ barmağının əzilməsi kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onlarla qonşuluqda yaşamışdır. Onlarla bir qonşu kimi münasibətləri yaxşı olmuşdur, Xalidə ilə Hökməlidə yerləşən Ağ bazar deyilən ərazidə şirniyyat dükanında bir yerdə işləmişdir. Oktyabr ayının əvəllərində Xalidənin azyaşlı oğlu Tunar ona dil çıxarıb əsəbləşdirmiş və qıcıqlandırırmış, oda bu barədə uşağını tənbeh etsin deyə Xalidəyə məlumat vermiş, lakin Xalidə məsuliyyətsiz yanaşmışdır. 10 oktyabr 2024-cü il tarixdə günorta saatlarına Hökməlidə yerləşən ağ bazarda işdə olarkən Xalidənin oğlu Tunar yenə ona dil çıxararaq qıcıqlandırıb onu əsəbləşdirmiş, Xalidəyə bir daha xəbərdarlıq etsədə, Xalidə uşağının əcəb etdiyini, uşağı özünün öyrətdiyini deyib onu daha da əsəbləşdirmişdir. Həmin gün axşam anası Raifə ilə birlikdə işdən çıxandan sonra saat 22 radələrində Xalidəgilin evinə gedib uşağının etdikləri barədə əri Zaura məlumat vermək üçün qapının qarşısından bir neçə dəfə Zauru səsləmiş, elə bu vaxt Xalidə qapıdan çıxmış Zaur evdə yoxdur, fahişə oğlu deyərək onun üzərinə cummuş, o isə 2-3 dəfə Xalidəni itələyib özündən kənarlaşdırmaq istəsə də Xalidə yenə əl çəkməmiş, o da məcbur olub qəsdən bir dəfə yumruqla Xalidənin sifətindən vurmuşdur. Zərbənin təsirindən Xalidə yerə yıxılmış, o isə oranı tərk etmişdir. Sonradan Xalidənin onun barəsində şikayət etdiyini eşitmişdir. Mübahisə təxminən 4-5 dəqiqə davam etmişdir. Mübahisəyə səbəb Xalidənin azyaşlı uşağının onu qıcıqlandırması və Xalidənin buna məhəl qoymaması olmuşdur. Qadına əl qaldırdığına görə əməlindən peşmandır ancaq əsəbi olduğundan özünü saxlaya bilməmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş lakin lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onlarla qonşuluqda yaşayır, Röyalın anası Raifə ilə münasibəti yaxşı olmuşdur. O, Röyal ilə Hökməlidə yerləşən Ağ bazar deyilən ərazidə şirniyyat dükanında bir yerdə işləyirmiş. Röyalın psixi pozuntusu olduğundan onun 11 yaşı oğlu Tunar biraz dəcəllik edəndə Röyal əsəbləşib ona deyirmiş. 10 oktyabr 2024-cü il tarixdə günorta saatlarına Hökməlidə yerləşən ağ bazarda işdə olarkən Röyal yenə Tunara əsəbələşib qışqıraraq dəcəllik etməməsini demiş, o isə nə səbəbə belə etdiyini soruşmuş, həmin vaxt orada sözlü mübahisə olmuşdur. Həmin gün axşam saat 21 radələrində Röyal anası ilə birlikdə onların evinə gəlmiş, həyat yoldaşı Zauru səsləmiş, Tunar qapını açıb atasının evdə olmadığını demiş, Röyal Tunara yalan danışmamasını onu yerə çırpacağını demiş o bunu eşidib dərhal çölə çıxmış və Zaurun evdə olmadığını demişdir. Röyal yalan danışdığını deyib onu təhqir etmiş o isə Röyalı söyüb nalayiq söyüşlərlə təhqir etmiş və bu vaxt Röyal onun üzərinə gəlib, yumruqla alın və sifət nahiyəsindən xəsarət yetirmişdir. Zərbələrin təsirindən onun huşu getmiş və yerə yıxılmışdır. Özünə gəldikdə qonşunun onu su verib ayıltıdığını görmüş, daha sonra əri Zaur gəlib onu xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə göndərilmiş 24 aprel 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış,vurulmuş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğlumdur. Röyal epilepsiya xəstəsidir, əsəbi uşaqdır. Hərbi xidmətdə olarkən məhkum olunmuşdur. Zərərçəkmiş şəxs uzun müddətdir ki, onlarla qonşuluqda yaşayır. Onlarla bir qonşu kimi münasibətimiz həmişə yaxşı olmuşdur. 2024-cü ilin oktyabr ayında o Xalidə və Röyalla birlikdə Hökməlidə yerləşən Ağ bazar deyilə ərazidə şirniyyat dükanında bir yerdə işləmişdirlər. Xalidə azyaşlı uşağı Tunarı da işə gətirimiş. İşdə olarkən Tunar Röyala dil çıxarıb əsəbləşdirirmiş 10 oktyabr 2024-cü il tarixdə günorta saatlarına Hökməlidə yerləşən ağ bazarda işdə olarkən Xalidənin oğlu yenə Röyala dil çıxarıb qıcıqlandırmış, Röyal Xalidəyə hər dəfə uşağına xəbərdarlıq etməsini, onu əsəbləşdirməməsini demişdir. Həmin gün Röyalla birlikdə işdən çıxandan sonra saat təxminən 22 radələrində Xalidəgilin evinin qarşısından keçərkən Röyal uşağının etdikləri barədə atası Zaura məlumat vermək üçün qapının qarşısından bir neçə dəfə Zauru səsləmiş, elə bu vaxt Xalidə qapıdan çıxıb Zaur evdə yoxdur, fahişə oğlu deyərək Röyalın üzərinə cumub yaxasından tutmuş, o, araya girib Xalidəni kənara çəkmək istəsə də bu mümkün olmamış, Röyal Xalidənin sifətindən yumruqla vurmuş Xalidə yerə yıxılmış o, Röyalı kənara çəkib evlərinə aparmışdır. X5 barəsində şikayət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, HK-1/2553 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və aidiyyəti üzrə Abşeron RPİ-nin İŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 2389 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – üzün sol gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının dərialtı hematoması, gözün ağlı qişasına qansızma, sağ gözaltı qapaqların və gözaltı nahiyələrinin şişkinlikli qançırı, sol əlin İİİ barmağının əzilmiş yarası küt əşyanın təsirindən onun Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyi xx.xx.2024-cü il tarixində törənmişdir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. “ Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Abşeron RPİ-də istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X6in xx.xx.2025-ci il tarixli, 490 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda X7 X1 Olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətləinin faktiki xarakterini və ictimati təhlükəliliyini dərk etmək və ya idarə etmək qabiliyyətində olmuşdur, törətdiyi əməl barədə anlaqlı hesab olunur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 24 aprel 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxsun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. İndiki halda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışıq əldə edərək ona qarşı heç bir tələb və şikayətinin olmamasını bildirsə də, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs daha öncə bir dəfə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir və onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar hazırki cinayəti törətməmişdən öncə qəbul edilmişdir. Belə ki, Abşeron RPİ-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci madəsi ilə araşdırılmış cinayət təqibinə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə CM-in 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. O, hazırki halda Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, eləcə də əməlində ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 03 saatın hər iş saatının 6 manatdan, 12 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 150 manat (03 saat x 6 AZN + 12 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya İdarəsinə məlumat vermədən Abşeron rayon hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 150 (bir yüz əlli) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə məhkəmə xərcinin, xüsusi müsadirə edilməli əmlakın və mülki iddia olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-664/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-664/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver