Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-667/2023 11.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim – Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi –Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, cinayət əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 iyun 2023-cü il tarixdə gecə saat 00-00:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, "AAAF-Park" yaşayış kompleksində yerləşən 1A saylı binanın qarşısında qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərində yaranmış narazılıq üstündə sonuncunun onunla münasibətlərini bitirmək istəməsi səbəbindən mübahisə edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib Zərərçəkmiş şəxs sifət, qulaq, baş nahiyələrindən qəsdən sillə ilə ardıcıl zərbələr vuraraq ona başın sol təpə nahiyəsinin dərialtı hematoması, üzün sol yanaq nahiyəsinin qançırı, sol qulağın təbil pərdəsinin hiperemiyası, qansızması ilə müşayiət olunan sol qulaq seyvanının qançırı ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışında cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 10 il müddətdir tanıyır. Belə ki, Məlahətlə qeyri-rəsmi münasibəti olmuşdur. Məlahətlə münasibətləri yaxşı olmuşdur. Lakin təxminən bir ay müddətdir Məlahətlə münasibətləri pisləşmiş, həmçinin Məlahət onun mobil nömrələrini və sosial şəbəkə hesablarını qara siyahıya atmışdır. xx.xx.2023-cü il tarixdə Məlahətlə mobil telefon vasitəsilə əlaqə saxlamış, telefonla danışıqları zamanı Məlahət nə üçün onun tərəfindən "Qurban bayramı" münasibətilə təbrik edilmədiyini və qurban payı gətirilmədiyini soruşmuş, o, Məlahətə növbəti gün qurban payı gətirəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Məlahətin yaşadığı ünvana yola düşmüş, Xırdalan şəhərində olan zaman Məlahətlə telefon vasitəsilə əlaqə saxlayaraq çatdığını demiş, Məlahət isə onu bu vaxta qədər gözlədiyini, artıq gözləməyərək qızı Sevinclə birlikdə gəzməyə getdiyini demiş, o, Məlahətin yaşadığı binanın qarşısına gələrək orada gözləmiş, binanın qarşısında gözləyən zaman bir neçə dəfə Məlahətlə telefon vasitəsilə əlaqə saxlamaq istəmiş, bu zaman Məlahətin onun mobil nömrələrini qara siyahıya atdığını görmüşdür. xx.xx.2023-cü il tarixdə saat 00 radələrində Məlahət qızı Sevinclə birlikdə binanın qarşısına gəlmiş, o, yaxınlaşaraq Məlahəti kənara çəkmiş və haradan gəldiyini soruşmuş, Məlahət qızı Sevinclə birlikdə parkdan gəzməkdən gəldiyini demiş, o, daha sonra Məlahətdən nə üçün mobil nömrələrini qara siyahıya ataraq telefon zənglərinə cavab vermədiyini və bir neçə saat onu burada gözlətdiyini soruşmuş, Məlahət isə ona kobud cavab qaytarmış, bu səbəbdən aralarında mübahisə yaranmış, o, əsəbi olduğu üçün mübahisə zamanı əli ilə iki dəfə Məlahətin sifət nahiyəsindən zərbə vurmuş, bu zaman orada olan Məlahətin qızı Sevinc onları aralaşdırmış, sonradan Məlahətin onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. O, xx.xx.2023-cü il tarixdə saat 00 radələrində Məlahətin yaşadığı binanın qarşısında mübahisə zamanı əli ilə iki dəfə Məlahətin sifət nahiyəsindən zərbə vurduğunu, aralarındakı mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini, həmin zaman orada Məlahətin qızı Sevincin olduğunu, mübahisənin yaranma səbəbinin Məlahətin onun mobil nömrələrini qara siyahıya ataraq telefon zənglərinə cavab verməməsinin olduğunu, Məlahətlə aralarındakı mübahisənin qısa müddət ərzində davam etdiyini, həmçinin mübahisə zamanı səs-küy yaranmadığını, oraya kənardan heç kəsin yaxınlaşmadığını və Məlahətin mübahisə zamanı ona müqavimət göstərmədiyini bildirmişdir. Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını və sonuncuya dəymiş ziyanı ödədiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 10 il müddətdir tanıyır. Belə ki, Emillə qeyri-rəsmi münasibəti olmuşdur. Emillə münasibətləri yaxşı olmuşdur. Lakin Emilin onu həddindən artıq qısqanması səbəbindən ayrılmaq qərarına gəlmiş, buna görə də təxminən bir ay bundan əvvəl Emillə ayrılmış, həmçinin əlaqə saxlamaması üçün Emilin mobil nömrələrini və sosial şəbəkə hesablarını telefonunda qara siyahıya atmışdır. xx.xx.2023-cü il tarixdə gecə saat 00 radələrində qızı Şahid ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "H.Əliyev" adına istirahət parkından çıxaraq yaşadıqları binanın həyətinə gəlmiş, yaşadığı binanın həyətinə çatdıqda Emilin binanın qarşısında olduğunu görmüş, Emil onu gördükdən sonra yaxınlaşmış və kənara çəkilməsini demiş, o, etiraz etməyərək kənara çəkilmiş və Emildən nə istədiyini soruşmuş, Emil əvvəlcə ondan haradan gəldiyini soruşmuş, o, qızı ilə parkdan gəzməkdən gəldiyini bildirmiş, Emil daha sonra ondan nə üçün mobil nömrələrini və sosial şəbəkə hesablarını qara siyahıya atdığını soruşmuş, o, Emilə danışmaq istəmədiyini, ayrılmaq istədiyini və buna görə də mobil nömrələrlə sosial şəbəkə hesablarını qara siyahıya atdığını demiş, bu səbəbdən Emil onunla mübahisə etməyə başlamış, mübahisə zamanı isə sillə ilə iki dəfə sifət və qulaq nahiyəsinə zərbə vurmuş, orada olan qızı Sevinc onları aralaşdırmış, o, bundan sonra DİN-in "102" xidmətinə zəng vurub bu barədə məlumat vermiş, daha sonra Emil çıxıb gedərək oradan uzaqlaşmışdır. O, ifadəsində əlavə olaraq Emilin xx.xx.2023-cü il tarixdə saat 00 radələrində yaşadığı binanın həyətində mübahisə zamanı sillə ilə iki dəfə sifət və qulaq nahiyəsinə zərbə vurmaqla onu döyməsini, mübahisələrinin təxminən 10-15 dəqiqə davam etməsini, həmin zaman orada yalnız qızı Şahid olduğunu, mübahisənin yaranma səbəbinin onun Emilin mobil nömrələrini və sosial şəbəkə hesablarını qara siyahıya atmasının olduğunu, mübahisə zamanı səs-küy yaranmadığını, oraya kənardan yaxınlaşan olmadığını, mübahisə zamanı Emili vurmadığını və mübahisə zamanı ona heç bir maddi ziyan dəymədiyini göstərmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs şikayətçi olmadığını, aralarında barışıq olduğunu və təqsirləndiirlən şəxsin ona dəymiş ziyanı ödədiyini qeyd etmilşdir. Təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun anasıdır. Həmçinin anası Məlahətin müraciətində göstərdiyi Təqsirləndirilən şəxs da tanıyır. Belə ki, Emilin onun anası Məlahətlə qeyri-rəsmi münasibəti vardır. Lakin təxminən bir ay müddətdir Emilin Məlahətlə münasibətləri pisləşmişdir. xx.xx.2023-cü il tarixdə saat 00 radələrində anası Məlahətlə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "H.Əliyev" adına istirahət parkından çıxaraq yaşadıqları binanın həyətinə gəlmiş, binanın həyətinə çatdıqda Emilin binanın qarşısında olduğunu görmüş, Emil onların yanına yaxınlaşmış və Məlahəti kənara çəkmiş, Məlahət etiraz etməyərək Emillə birlikdə kənara çəkilmiş və onlar söhbət etməyə başlamış, bir qədər sonra anası Məlahətlə Emilin mübahisə etdiyini və mübahisə zamanı Emilin sillə ilə iki dəfə Məlahətin sifət nahiyəsindən zərbə vurduğunu görmüş, bu səbəbdən də onların yanına yaxınlaşmış və Məlahətlə Emili aralaşdırmış, bundan sonra anası Məlahət DİN-in "102" xidmətinə zəng vurub bu barədə məlumat vermiş, həmçinin Emil çıxıb gedərək oradan uzaqlaşmışdır. O, anası Məlahətlə Emil arasında olan mübahisəni gördüyünü, belə ki, Emilin mübahisə zamanı sillə ilə iki dəfə Məlahətin sifət nahiyəsindən zərbə vurduğunu, Məlahətlə Emil arasındakı mübahisənin təxminən 10 dəqiqə davam etdiyini, həmin zaman orada özündən başqa heç kəsin olmadığını və mübahisə zamanı oraya kənardan heç kəsin yaxınlaşmadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 1301 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəniüzərində aşkar edilmiş xəsarətlər – başın sol təpə nahiyəsinin dərialtı hematoması, üzün sol yanaq nahiyəsinin qançırı, sol qulağın təbil pərdəsinin hiperemiyası, qansızması ilə müşayiət olunan sol qulaq seyvanının qançırı küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilənxx.xx.2023-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, başqa şəxs tərəfindən əllə və yumruqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, cinayət əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Sumqayıt şəhər İH 20 saylı MKS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış xasiyyətnamədən görünür ki, cinayət əməli törədən şəxs Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cinayət əməli törədən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, cinayət əməli törədən şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunması, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmaması hər ikisinin məhkəməyə təqdim etdikləri ərizələri ilə təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Məhkəmə belə hesab edir ki, cinayət əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-667/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-667/2023
11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver