Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-668/2025 07.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1996-cı il tarixdə İmişli rayonunun Muradallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ə "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 13 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd qızılı rəngli kağız bükümdə çəkisi 0,307 qram olan ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manat müqabilində əldə edərək əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxlamış və daşımış, həmin tarixdə saat 23:45-də Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən “Fərid” adlı marketin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və 14 avqust 2024-cü il tarixdə saat 01:00-da üzərində aparılan şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş, çəkisi 0,307 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 01 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”na daxil edilmiş 0,347 qram çəkidə xeyli miqdarda ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manat müqabilində əldə edib Abşeron rayonu, Xırdalan şəhərində daşımış və üzərində saxlamış Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 09:20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Mədəniyyət Evinin yaxınlığında saxlanılaraq orada saat 09:24-dan 09:31-ə kimi üzərinə yoxlama keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə çəkisi 0,347 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, artıq 01 ildən artıq müddətdir ki, psixotrop maddə istifadəçisidir. O, narkotik vasitəyə olan təlabatını ödəmək üçün 13 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdən əvvəllər tanımadığı şəxsdən 01 ədəd qızılı rəngli kağıza bükülmüş 10 manat dəyərində metamfetamin əldə edərək, istifadə etmək məqsədilə geyindiyi şalvarının yan cibinə qoymuşdur. Həmin günün gecəsi təxminən saat 23:45 radələrində Binəqədi ərazisində yerləşən “Fərid” adlı marketin yaxınlığında olarkən iki nəfər şəxs ona yaxınlaşaraq, polis əməkdaşları olmalarını və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirərək, Binəqədi RPİ-nin 6-cı PB-nə getməyi təklif etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək, Binəqədi RPİ-nin 6-cı PBnə getmiş və orada hüquq və vəzifələri izah edilərək, vəkillə təmin olunaraq, video çəkilişlə üzərinə baxış keçirilmişdir. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı o, könüllü olaraq geyindiyi cins şalvarın yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş kütləni çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümdə olan maddənin çəkisi müəyyən edildikdən sonra zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa o, 01 noyabr 2024-cü il tarixdə axşam saatlarında Papanin” adlanan ərazidə olarkən tanımadığı bir nəfər şəxsin psixotrop maddə istifadə etdiyini gördükdə ona yaxınlaşmış və həmin maddədən ona verməsi ilə bağlı xahiş etdikdə, sonuncu psixotrop maddəni 10 manat müqabilində ona satmışdır. Bundan sonra o, əldə etdiyi metamfetamindən istifadə etmək üçün həmin bükümü üzərində gəzdirmiş və xx.xx.2024cü il tarixdə, səhər saatlarında Abşeron rayonunun ərazisində olarkən polis əməkdaşları tərəfindən narkotik vasitə və ya psixotrop maddə daşımaqda şübhəli olduğu üçün saxlanılmışdır. Aparılmış axtarış nəticəsində geyindiyi cins şalvarın yan cibində 01 ədəd psixotrop maddə olan metamfetamindən ibarət büküm aşkar olunmuşdur. O, polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin inzibati binasına gələrək, hüququ və vəzifələri izah olunmaqla, müdafiəçi ilə təmin edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, üzərindən müxtəlif vaxtlarda aşkar olunan psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra ona qarşı hər-hansı bir fiziki və psixi və ya digər formada təsir olunmadığını, həmçinin əməlindən peşman olmasını qeyd edərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Kamil Hüseynov istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində gəzdirməsi barıdı daxil olmuş məlumatın qanuniliyinin yoxlanılması məqsədi ilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmaqla, ondan və bölmənin sahə inspektoru, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. O, Şahid2lə birlikdə 13 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən “Fərid” adlı marketin yaxınlığına gedərək, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin olmasını və özünü şübhəli apardığını gördükdə ona xidməti vəsiqəni göstərib özlərini təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirdikdə, ona qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə bağlı şübhəli olduğunu bildirərək, Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmişdir. Bölmədə olarkən ilk olaraq ona hüqüq və vəzifələri izah edilmiş, daha sonra ondan vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyi barədə ərizə alınaraq, video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya vardırsa çıxarıb təqdim etməsi təklif edildikdə, sonuncu geyindiyi şalvarın yan cibindən 1 ədəd qızılı rəngli kağıza bükülmüş kütləni çıxarıb təqdim etdikdə, həmin bükülüdən ağ rəngli maddə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmaqla, protokol tərtib olunmuşdur. Bundan əlavə şahid Kamil Hüseynov məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəni şəxsi istifadəsi üçün 13 avqust 2024-cü il tarixdə, 10 manat müqabilində əldə etməsini,həmçinin təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən heç bir təzyiq və təsir olunmadığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 digər şahid Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru X2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞdə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki, 02 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və üzərində daşıması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar təsdiq olunduqdan sonra ondan, Şahid4 və Əbülfəz Həsənzadədən ibarət yaradılmış qrupla birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Mədəniyyət Evinin yaxınlığında olduqları vaxt Təqsirləndirilən şəxs müşahidə edərək ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək, üzərinə baxış keçirəcəkləri barədə məlumat vermiş və həmin baş verənlər fasiləsiz olaraq Əbülfəz Həsənzadə tərəfindən telefon vasitəsilə görüntüyə alınmışdır. Aparılmış yoxlama nəticəsində Təqsirləndirilən şəxs üzərində olan cins şalvarın sağ yan cibindən içərisində isə psixotrop maddə metamfetaminə bənzər 01 ədəd büküm aşkar olunmuşdur. Aşkar edilmiş psixotrop maddə bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlə möhürlənib üzəri iştirakçılar və onun tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən istifadə etmək üçün aldığını bildirmişdir. Bundan əlavə Şahid3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 digər şahid Abşeron RPİ-nin CAŞdə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;
2. “Şübhəli şəxsin saxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2025-ci il tarixdə, saat 23:45 dəqiqədə saxlanılaraq, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin inzibati binasına gətirilmişdir;
3. “Şübhəli şəxsin tutulması haqqında” 14 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 13 avqust 2024-cü il tarixdən, saat 23:45-dən hesablanmışdır;
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/4132 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “..1) şühəli şəxs Təqsirləndirilən şəxsG (imza)...”, yazıları, soyad və imzaları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,307 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış maddə psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,307 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,257 qramdır. Aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir;
5. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, M. Vəliyevin barəsində toplanmış ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 215-ci maddəsinə əsasən Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir;
6. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilməklə, istintaqı davam etdirilmişdir;
7. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
8. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi” haqqında 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, o, Binəqədi RPİ-nin MSY-dən azad edilməklə, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir;
9. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 haqqında 16 avqust 2024-cü il tarixli, 563 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür
10. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 02 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;
11. “Şübhəli şəxsin tutulması haqqında” 02 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:05 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 02 noyabr 2024-cü il tarixdən, saat 09:24-dən hesablanmışdır;
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2024-cü il tarixli, 6/5107 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 56”möhür əksləri olan “Təqsirləndirilən şəxs / imza/; Şahid4/; X4 / imza /” əl yazıları olan zərdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,347 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış maddə psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,347 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,297 qramdır. Aparılmış tədqiqatın dəyəri 60 manat təşkil edir;
13. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 noyabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla icraata qəbul edilmişdir;
14. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 03 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
15. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi” haqqında 03 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, o, Abşeron RPİnin MSY-dən azad edilməklə, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir;
16. “Cinayət işi üzrə maddi sübut hesab edilməsi” barədə 03 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,347 qram psixotrop maddə - metamfetamin cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə maddi sübut hesab olunmuş və tədqiqatdan sonra qalıq 0,297 qram qurudulmuş marixuana saxlanması üçün Abşeron RPİ-nin maadi sübutların saxlanması yerinə təhvil verilmişdir;
17. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməsindən ötrü Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir;
18. “Ciinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında 15 noyabr 2024-cü il tarixli qərara əsasən ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və ibtidai istintaq bir icraatda ********* nömrə altında aparılmışdır;
19. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs sağalıb, istintaqa təqdim olunanadək dayandırılmışdır;
20. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayıt işi üzrə icraatın dayandırılması” haqqında 28 noyabr 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq, istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmişdir;
21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 dekabr 2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 yanvar 2022ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 02 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır;
22. “Şəxsim istintaqa könüllü gəlmə” barədə 10 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaqa könüllü gələrək, hazırki vaxtadək yataq xəstəsi olduğu üçün istintaqa gələ bilmədiyini bildirərək, onunla bağlı olan bütün istintaq hərəkətlərində müntəzəm olaraq iştirak edəcəyini bildirmişdir;
23. “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə barəsində axtarış haqqında qərar qəbul edilən Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən dayandırılmaya əsas olan hallar aradan qalxmaqla, icraat təzələnmişdir;
24. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, iş üzrə çəkisi 0,307 qram və 0, 347 qram metamfetamin və 03 ədəd DVD disk iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması, ekspertiza tədqiqatında qalıq çəkisi 0,257 qram və 0,297 qram metamfetamin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutların saxlancı anbarına təhvil verilməsi və 3 ədəd DVD diskin iş materiallarına əlavə edilməsinin nəzərə alınması, təqsirləndirilən şəxs və şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” protokolu və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir;
25. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək” haqqında 10 yanvar 2025-ci il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə M. Vəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir;
26. “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması” haqqında 10 yanvar 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır
27. “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında 01 fevral 2025-ci il tarixli qərarıla ********* nömrəli cinayət işi üzrə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən - Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və tutulduqda Abşeron RPİ-nin MSY-nə təhvil verilməsi müəyyən edilmişdir;
28. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 01 fevral 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs tutulub, istintaqa təqdim oluanadək barəsində olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır;
29. “Axtarışda olan şəxsin tutulması”na dair 04 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində saxlanılaraq, Abşeron RPİ-nə gətirilmiş və MSY-nə təhvil verilmişdir;
30. “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında 04 mart 2025-ci il tarixli qərara əsasən Vəliyev X3 RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq, Abşeron RPİ-nin MSY-nə təhvil verildiyindən, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş, sonuncu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmaqla, Abşeron RPİ-nin MSY-dən azad edilmişdir.
Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə aparılması barədə 02 noyabr 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri istifadəsi məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 02 noyabr 2024-cı il tarixdə, saat: 09:24 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti Mədəniyyət evinin qarşısında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1 bükümdə metamfetaminə bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılması və Fərid Süleymanovdan götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur.
Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması barədə 14 avqust 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs 13 avqust 2024-cü il tarixdə saat 23:45 dəqiqədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, 6-cı PB-nə gətirilmiş və 14 avqust 2024-cü il tarixdə saat 01:00-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroin və metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan – metafetaminin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan videogörüntülər, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamış, lakin məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən sonuncu tərəfindən törədilmiş təkrar cinayətlər onun əməlində cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Qeyd olunan Məcəllənin normasından da göründüyü kimi Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə psixotrop maddə olan metafetaminin əldə edərək, istifadə etməsi üçün üzərində gəzdirməsi onun əməlində təkrarlığı müəyyən edir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 02 il 02 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, o, təyin edilmiş cəzanı tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməsinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun olaraq cinayətlərin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmasa da, lakin sonuncu hazırki cinayət əməlini digər hökmlə müəyyən edilmiş cəzanı çəkdikdən sonra yəni, məhkumluq müddəti ərzində törətdiyindən həmin hal onun şəxsiyyətini mənfi xarakterizə edən amil hesab olunur. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetaminin miqdarını, əməlində olan təkrarlığın ağırlaşdırıcı hal olaraq müəyyən edilməsini, həmçinin əvvəlki məhkumluğundan nəticə çıxarmayıb yenidən qəsdən cinayətin törətməsini, bununla da ona islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, həmçinin hazırki əməli məhkumluq müddətində törətdiyi üçün həmin halın şəxsiyyətini mənfi xarakterizə edən hal olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə cinayət işi üzrə tutulduğu ümumilikdə 05 (beş) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 07 aprel 2025ci il tarixdən hesablanmalı, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 Ekspert komissiyasının 16 avqust 2024cü il tarixli, 563 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkiləri - 0,297 qram və 0,257 qram – psixotrop maddə - metamfetamin məhv edilməli, iş üzrə - 03 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 140 (bir yüz qırx) manat məbləğində pul təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayin Vəkil Bürosunun vəkili Müdafiəçima 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 05 (beş) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 07 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polsiin nəzarəti altına vermə" qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan, qalıq çəkiləri 0,297 qram və 0,257 qram – psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 03 (üç) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci – 140 (bir yüz qırx) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi qızına məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov